Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə31/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 

65 


yoxlamamışdılar.  Bəlkə  onu  camaata  sevdirən  də  qadağan  olunmuş  mal  kimi 

gəzdirdiyi bu keyfiyyətlər idi!  

Corcinin  sadəliyi,  özünü  yüksək  tutmamağı  da  vardı.  İlk  gəldiyində  bu 

yerlərin ən  imkansız,  xəstə sakini  Abbasəlinin  yeraltı damına baş çəkdi. Abbasəli  il 

on  iki  ay  yastıqdan  baş  qaldırmazdı.  Onu  yalnız  yardım  verən  maşınların  yanında 

görmək olurdu. Saralmış çöhrəsi, qırışmış  üzü  görünən kimi  uşaqlar qaçıb dağılışır, 

saatlarla növbəyə duran böyüklər kənara çəkilirdilər. Nə qədər yolunu saxlasalar da, 

Abbasəli  bəhanə  tapıb  kiminləsə  savaşır,  əvvəlcə  «bu  xarabaya  daş  qoyanı»,  sonra 

hökuməti,  axırda  da  Allahı  söyür,  aldığı  ərzaq  payını  belinə  aşırıb  yeraltı  damına 

çəkilirdi.  

Camaat  buralara  təzə-təzə  gələndə  ümid  edirdi  ki,  bu  gün-sabah  geri 

qayıdacaq.  Heç  kim  ürək  qızdırıb  daxal-daxma  tikmirdi.  Vaxtı  ilə  burda  heyvan 

saxlayan  adamlar  üçün  quraşdırılmış  darısqal,  uçuq-sökük  olacaqlarda  və  yeraltı 

damlarda daldalanırdılar. Sonralar gördülər yox, iş bir az qəlizdi, başladılar hərə bir 

yanda  koma  qaraltmağa.  Bircə  il  keçməmiş  hamı  yerin  altından  üstünə  çıxdı.  Bircə 

Abbasəli ənənəsinə sadiq qaldı. «Nə qədər yaşayıram evim, ölən  gündən qəbrim bu 

yeraltı damdır» - dedi.  

Anası  ölsün  Corcinin!  Günlərin  birində,  bir  yük  maşını  gəlib  Abbasəlinin 

damının  qarşısında  dayandı.  Fəhlələr  kuzadan  taxta  materialları,  şifer,  çərçivələr, 

üstünə  qırmızı  hərflərlə  «USAİD»  yazılmış  göy  rəngli  qapı  düşürdülər.  Sonra 

ekskvator  gəldi,  su  çəni  gəldi,  ekskvator  çalovuşunu  hərləyib  yekə  bir  quyu  qazdı, 

saman-palçıq  yoğurdu.  Corci  özü  “Cip”ini  kənarda  saxlayıb  qolunu  çırmaladı, 

Abbasəli  üçün bir-iki qəlib kərpic kəsdi.  Bəlkə də  Abbasəlini bu  dünyaya bağlayan 

ən  dəyərli  xatirə  elə  bu  idi.  Zarafat  deyildi  ha,  «yardım  verənlərin  böyüyü»  palçığı 

ovuclaya-ovuclaya  onunla birlikdə kərpic kəsmişdi.  

Xəstə  olduğunu  unutmuşdu  Abbasəli.  Fəhlələrə  qoşulub  işləyirdi.  Sırıqlısını 

çiyninə atıb təsbeh çevirən saqqalı kişilər axşamlar mal-heyvanı yerbəyer eləyəndən 

sonra,  özləri  demiş  «Abbasəlinin  kalafası»nın  başına  toplaşırdılar.  «Salam»dan, 

«işiniz  avand»dan  sonra,  onun  həvəslə  yer  ölçməyinə,  xəndək  qazmağına,  kərpic 

daşımağına  qaşları  ilə  zərif  eyham  vurub  gülümsəyir,  Abbasəli  ilə  kürd  dilində 

məzələnirdilər:  

«Qə xö cəm qə, jniqi va hılqır, pərəfi mali va bn» (Özünü cəmlə, elə bu arvadı 

al, təzə evə yığışın).  

Qımışırdı  Abbasəli,  amma  yerindəcə  etiraz  etməyi  özünə  müqəddəs  borc 

sayırdı: 

«Wər məben, Corci insanəqi çəyə!» (Elə deməyin, Corci yaxşı insandır)  

Mal-heyvanının  otu-ələfi  bol  olan  başqa  bir  saqqalı  və  təsbehli  kişi 

qayğısızcasına zarafatı uzatmaq istəyrdi:  

«Düye mərəqi çəyə» (Sən də yaxşı kişisən).   

Yerin  altından  üstünə  çıxmağın  sevinci  Abbasəlinin    vəzninə  təsir  eləmişdi. 

Əvvəlki kimi, hər sözə alınıb, hər eyhama cırnamazdı.   

*** 


Abbasəlinin  evini  hamı  bir-birinə  barmaqla  göstərirdi.  Əməlli-başlı  pəncərə, 

dəhliz,  qapı,  hətta  pəncərədə  şüşələr,  pərdə…  Bir  sözlə  bəy  otağı!  Qalın  tuman 




 

66 


geyinən  və  ortasını  şalla  çəkən,  qılçaları  tüklü  arvadlar  danışırdılar  ki,  Abbasəli 

evlənmək  istəyir.  Özü  də  dula-mula  yiyə  durmur,  deyir  mənə  bakirə  qız  lazımdı, 

çünki  özüm  də  oğlan  xeylağıyam.  Hətta  deyirlər  arvadlardan  biri  məzə  üçün 

Abbasəlinin qabağını kəsib ki, gəl məni al.  

Arvadlar  onu  da  danışırdılar  ki,  kişilərdən  biri  –  Abbasəlinin  yaxın  qonşusu 

rayona  gedirmiş,  yolüstü  qapıda  çırpı  yığan  Abbasəliyə  yanaşıb  deyib  ki,  mən 

gedirəm, arvadı sənə tapşırıram. Narahat olma, özünə demişəm, ürəyin  istəyən vaxt 

daxalın pəncərəsini taqqıldat, gələcək…  

Corcinin  tikdiyi  otağın  rahatlığını  qonum-qonşu  Abbasəlinin  burnundan 

tökməkdə  idi.  Bu  azmış  kimi  Corci  yatağın  başqa  bir  yerində  göy  rəngli  qapısına 

«USAİD»  yazılmış  başqa  bir  otaq  da  tikdirdi.  Evin  təyinatı  bəlli  olmasa  da,  hamı 

Abbasəlinin  yeraltı  damların  arasında  göydələn  kimi  görünən  otağının  əlli-əlliyə 

dəbdən düşdüyünü anladı. Bəlkə də bu Abbasəlinin xeyrinə idi. Evlə bağlı dözülməz 

zarafatlar səngiyəcəkdi bir az. Amma kim bilir, bəlkə elə Abbasəlinin ürəyindən idi 

bu  zarafatlar.  Bəlkə  elə  doğrudan  da  onun  könlündən  keçirdi  ki,  kiminsə  qılçası 

tüklü, ortası şallı arvadını evinin yaxınlığındakı bu kalafaya sürükləsin.  

Zarafatlar ara verdi. Hamının fikri-zikri yeni tikilən otaq və onun təyinatı idi. 

Qapısına «USAİD» yazılmış ev barədə ilk açıqlama belə oldu: burda qaçqın qadınlar 

üçün iş yeri açılacaq – paltar tikəcək, xalça-kilim toxuyacaq, əvəzində pul alacaqlar. 

Nəyi pisdi ki?! 

Az  keçməmiş  düzəngahın  bütün  gəlinləri  bu  evə  gedib  gəlməyə  başladılar. 

Evdə  həqiqətən  də  nələrsə  toxuyurdular,  dəzgahlar-filan  var  idi.  Ancaq  deyildiyi 

kimi,  heç  kəs  əmək  haqqı  almırdı.  Corci  rayonda  yaşadığı  üçün  ən  tezi  həftədə  bir 

dəfə baş çəkirdi bura. Gələndə qadınlar qarışqa mürəbbəyə daraşan kimi toplaşırdılar 

başına.  Corcinin  tikdiyi  evin  təyinatı  ağır-ağır  qalxan  dumandan  sonra  boy  verən 

qocaman  Laçın  dağlarının  füsunkar  görünüşü  kimi  aydınlaşırdı.  Hamı  bilirdi  artıq. 

Ən  azı  uşaqlardan  gizli  arvadlarını  danışdırmışdılar.  Heyvan  saxlamaq  və  laqqırtı 

vura-vura domino oynamaqdan başqa  məşğuliyyəti olmayan,  hava qaralar-qaralmaz 

çırağını  püfləyib  arvadlarının  yanına  dürtülən  bu  üzü  tüklü  kişilər  arzuolunmaz 

hamiləliyin  qayğısını  çəkmirdilər  artıq.  Corcinin  sehrli  əlləri  dünyaya  gələcək 

körpələrin  yolunu  analarının  bətnindəcə  bağlamışdı.  Ən  əsası,  bu,  pulsuz-parasız, 

qoruyucu  preparatlarsız  başa  gəlirdi.  İldə  bir  uşaq  doğan,  yaxud    iyirmi  «şirvan» 

verib rayon mərkəzindəki xəstəxananın abort masasına qalxan, əhval-ruhiyyəsindən, 

səhhətindən  asılı  olmayaraq  ərinin  yataq  təklifinə  etiraz  etməyi  əxlaqsızlıq  sayan, 

qılçası tüklü, ortası şalla çəkilmiş qadınların birdən-birə qısırlaması həqiqəti ağappaq 

ağardıb  hamının  gözünə  soxmaqda  idi.  Bəli,  hamı  bilirdi,  üstəlik  hamı  bilirdi  ki, 

hamı  bilir,  ancaq  yenə  danışan  yox  idi.  O  evə  baxanda  əli  təsbehli  kişilər  söhbətin 

mabədini  unudurdular.  Yolu  Corcinin  evinin  yanından  düşən  adamlar  yarımçevrə 

cızmağa məcbur idilər. Ev boş olsa belə, həndəvərinə gedən heyvanı qaytarmağa hər 

adam  cürət  eləmirdi.  Bu  zaman  ağlı  kəsməyən  uşaqları  buyururdular:  «A  bala,  a 

bala, o inəyi bəri qaytar». 

Bir  gün,  axşam  vaxtı  yenə  hamı  bir  yerə  toplaşmışdı.  Saqqallı,  təsbehli 

kişilərdən  biri  7-8  yaşlı  bir  uşağı  yanına  çağırdı,  əyilib  üzündən  öpdü.  Dalınca  da 

yağlı bir zarafat: 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə