Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə32/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

67 


«Xalan nə təhərdi?» 

Uşaq  utandığından  başını  aşağı  saldı,  burnunu  çəkib  ayaqqabısının  ucu  ilə 

torpağı təpikləməyə başladı.  

«Eşitmirsən  ə?»  –  kişi  təsbehini  sırıqlısının  cibinə  qoyub  arxadan  iki  qolunu 

uşağın boynuna saldı və əllərini çənəsinin altına sürüşdürüb ona tərəf əyildi: 

«Sənnənəm! Xalan nə təhərdi? Corcinin qəhbəxanasına gedirmi yenə?»  

Uşaq diksindi, böyük qəbahət yapmış kimi gözlərini bərəldib uğunmaqda olan 

saqqallı  kişilərə  baxdı.  Onu  bayaqdan  əzizləyən  kişi  elə  şaqqanaq  çəkdi  ki, 

müvazinətini saxlaya bilməyib  yerə çökdü. Uğunmaqda olan kişilər sifətlərini əlləri 

ilə bir-birindən gizlədirdilər. 

*** 

O  axşamdan  sonra  bu  balaca  evin  yarlığı  boynundan  asıldı.  Hətta  qadınlar 



belə evin təzə təşbehini işlətməkdən çəkinmirdilər. Bu adın Corcinin evinin taleyinə 

mistik  təsiri  oldu.  Gedib  gələn  azaldı.  Corci  özü  də  buralarda  az-az  görünməyə 

başladı. İndi Corcini övladı ikiyə çatan cavan gəlinlər axtara bilərdi. 

Bircə  Abbasəli!  Yazıq  Abbasəli…  Evin  təzə  adı  zatən  onun  «əhatə    dairəsi 

xaricində»  olan  mənəvi  dünyasını  alt-üst  etmişdi.  Bir  müddət  hamının  həsəd 

apardığı  «bəy  otağı»ndan  səs-səmir  gəlmədi.  Handan-hana  bəlli  oldu  ki,  küsüb 

Corcidən, ona bəslədiyi sonsuz  məhəbbəti  məşhur kalafasında dəfn edib  və təzədən 

qayıdıb öz yeraltı dünyasına. Üstəlik rayonda, asfaltda, örüşdə, hətta yardım gətirən 

maşınlar  arasında  “Cip”  gördümü,  arxasını  çevirirdi:  «Birdən  Corci  olar».  Arxa 

çevirmək Abbasəlinin ən radikal etiraz aksiyası idi.  

Adamların  çoxu  Abbasəlidən  fərqli  olaraq,  hələ  də  bir  daşı,  bir  ağacı,  bir 

təpəsi  olmayan,  yeknəsəq  yeraltı  damlarıyla  şimalı-cənubu  bilinməyən  bu 

düzəngahın qibləsini Corcinin evi deyin təyin edir, gecələr yol azan çobanlar səmtini 

bu  evlə  dəqiqləşdirirdilər.  Zarafatla  bura  «Amerika  səfirliyi»  deyənlər  də  vardı. 

Gündüzlər isə Corcinin evinə günəşdən kölgələnən qoca ulaqlar yaxınlaşırdı.  

 

 



 

Balabəy 

 

Ə  kişi,  yaxşı  görək!  Yaxşı!  Yaxşı.  Mən  tanımıram  Balabəyi?  Qapıbir  qonşu 



olmuşuq  e…  Böyük  oğlu  İlqar,  ortancılı  Səlimxan,  balacası  Hətəm…  Üçünü  də 

əsgərlikdən  dəlilik  adına  qurtarıblar.  Baxanda  inanmazdın  ki,  bu  pəzəvəng  uşaqlar 

Balabəyindi. Ama hardasa suyu çəkirdi, yoxsa analarından şübhələnərdi adam.  

Balabəy nə Balabəy! Dişləri Qobustan qayalarına oxşayırdı. Astra siqaretindən o 

qədər dartmışdı, zəfəran kimi sapsarı idi. Gözləri çökəyə düşmüşdü.  

Dərnəgüldəki 12 saylı yataqxanada qalırdılar.                                                                                                                         

Birdən evlərində vay-şivən qopurdu: 

«Öldü! Yenə öldü!!!» 

Arvadı qışqırırdı: 

«Səni  qara  yer  yesin!  Birdəfəlik  öl,  qurtarsın  canımız!!!  Səni  heç  qalxma  bu 

yastıqdan!» 



 

68 


O  saat  bilirdin  ki,  yenə  vurub  Balabəy.  Vurub  və  pis  günə  düşüb.  Eyvandan 

boylanırdıq. Ağzına qoruyucu bağlamış ağ xələtlilər ambulansın xərəyində aparırdılar 

onu.  O  da  heydən  düşən  qollarını  sağa-sola  ölçə-ölçə  nəsə  danışır,  söyür,  söyüşlər 

ağzında topuq vururdu. 

Dabbaxda gönünə bələdəm Balabəyin.       

Rastlaşanda dil-ağız edərdik: 

«Həmişə ayaq üstə!»  

Qımışardı.  Üçcə  gün  keçməmiş  yenə  həmən-həmən  idi!  Yenə  arvadının  səsi 

yataqxananı başına götürərdi: 

«Ay Allah, necə ölmür e… bu qeyrətsiz!»  

Uşaqları  utanıb  başını  aşağı  salırdı.  Amma,  eşitdiyimə  görə,  daldada  anaları  ilə 

əməlli  başlı  dava-dalaş  salırdılar.  Üçü  də  çox  istəyirdi  atasını.  Balabəyin  «ambulans 

macərasına» uşaqlarının göz yaşları da daxil idi.   

Balabəyin arvadı Dərnəgül  yolunun  üstündə pal-paltar satırdı. Bir qolu şikəst idi 

yazığın,  qrad  qəlpəsi  dəymişdi.  Ama  neyləyirsən,  tək  qoluynan  bütün  oğlanlarını 

əsgərlikdən  qurtardı,  ikisini  evləndirdi.  Hərəsinə  yataqxanadan  bir  otaq  aldı.  Hər  biri 

min dollara… Bu «evləşmə»lərin Balabəyə ağırlığı ondan ibarət oldu ki, ömrünün iki 

gecəsini  də  «Semaşko»da  keçirdi.  Səhərlər  isə  paxmelin  üzücü  əzabları…  Bah-bah-

bah! 

«Allah var irəhimi var!» 



Qonşumuz  keçəl  Siyatel  bütün  yataqxana  əhlindən  fərqli  olaraq  Balabəyin 

aqibətindən  xatircəm  idi.  «Bu  düzələn  deyil»  kimi  bədbin  fikirlər  ağlının 

həndəvərindən dızıldamırdı da!  

Keçəl  Siyatel  necə  demişdisə,  elə  də  oldu.  Günlərin  bir  günü,  eynəkli  bir 

«doxtur»  gəldi  yataqxanaya.  Balabəy  yataqxana  uşaqlarını    ambulans  səsinə 

öyrətmişdi.  Hamı  əyləncə  kimi  baxırdı  eyni  süjetlərə;  Vıy…  Vıy…  Ağ  xalatlılar… 

Xərək…  Balabəyin  ağarmış  çöhrəsi…  Söyüşləri…  Ama  bu  dəfə  məsələ  ayrı  cür  idi, 

deyəsən.  Eynəkli  «doxtur»  əlində  kubşəkilli  çanta  ümumi  koridorda  görünəndə 

uşaqlar qaçıb köhnə yataqxananın yırtıq-deşiyinə doluşdular. 

«Ə, it oğlu it, o zəhrimar nədi ki, ata bilmirsən. Sən öl iynə vurub öldürəcəm səni. 

Eləməsəm,  koppayoğluyam!  Ağsaqqal  adamsan,  biabır  eləmisən  bizi…».  Uşaqlıq 

dostu  imişlər.  Odu  ki,  doxtur  yaman  düşdü  Balabəyin  üstünə,  götürüb  xəstəxanaya 

apardı. Təxminən üç ay bütün yataqxana «ambulans macərası»na həsrət qaldı.  

Yelbeyin şəhər həyatı baş verənləri tezliklə unutdurdu.  

Üç  aydan  sonra  Balabəy  gəldi.  Özü  də  necə?  Şıx  geyimdə,  gözündə  eynək… 

Rəngi avazısa da, ovurdları dolmuş, gözləri çökəkdən çıxmışdı. Bircə dişləri həmənki 

idi: sapsarı və uçuq-sökük.   

İçkini  tamam  atmışdı  Balabəy,  siqareti  tərgidə  bilmirdi  amma.  Bir  dəqiqə  diyan 

da! Necə yəni düz bilmirsən!  Bəli, Zəngilandan idi! Zəngilanın orta göbəyindən. Yox, 

yerazlarla ana tərəfdən qohumluğu vardı. Ona görə, oğlanlarını yaxşı işə düzəltdi. Biri 

bp-də  işləyir  indi,  biri  mühafizədə.  Balaca  da  Gənclik  metrosunun  yaxınlığında 

internet-klub açıb.  Nə isə… Qoy sözümü deyim. 

İçkini  atmaq  düşdü  Balabəyə.  Komendant  yataqxanaya  qarovulçu  qoydu  onu. 

Binanın    girişində  kiçik  bir  otaq  düzəltdilər.  İçində  balaca  ağ-qara  televizor, 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə