Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə35/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

74 


«Bir  dəqiqə  dayanın»  –  müavin  ayağa  durub  qələmin  arxasını  stola  vura-vura 

sakitlik yaratdı – «Qayda belədi ki, rayon  təhsil şöbəsi  məktəbə göndərdiyi  müəllimlər 

üçün bir az dərs saatı da verir. Bu il heç nə olmadı. Hamımız yoldaşıq, yükün bir adama 

düşməməsi üçün hərədən iki saat kəsəcəyik, vəssəlam.” 

Yerdən səslər: 

«Heç para saat da vermərəm». 

«Yox əşşi, bostandı!» 

«Sən öl bizi doluyublar e…» 

«Balaca bir orta məktəbə altmış müəllim yığıblar» və s. 

Müavin direktorun sifətinə baxıb gülümsədi və üzünü zala tutdu: 

«Onda  ixtisas  üzrə  bölgü  aparılacaq.  Kimin  ixtisası  nədirsə,  o  fənnən  də  dərs 

deyəcək».  

Qeyri-ixtiyari  atamın  əmisi  oğluna  baxdım.  İxtisasımız  eyni  idi:  tarix.  Deməli, 

əmoğlunun  dərs  yükü  ən  azı  12  saat  azala  bilərdi.  Əmoğlu  gözlərini  sürüşdürdü  və 

qəzəblə müavinə tərəf çevrildi: 

«Öz yalançı akladından kəs ver qoy dərs yükü düzəlsin» – adımı çəkmədi – «Gərək 

mənim boğazımdan kəsəsən».  

Müavin  yenə  gülümsündü.  Bu  dəfə  onun  dişlərinin  də  paltosu  və  müəllimlər 

otağının «dekorasiyası» ilə eyni rəngdə olduğunun fərqinə vardım: 

«Mənim nə vecimə, öz əmin oğludu, istəyirsən qovaq getsin». 

«Əmim  oğlu,  əmim  oğlu!  Sən  kimin  əmisi  oğlusan,  hansı  əmin  oğluna  bir  tikə 

çörək vermisən?»  

Mamoğlu ayağa durdu: 

«Ə kişi, dəlisiz, cinlisiz? Dövlətin  məktəbidi, dövlətin  dərsidi. Elə danışırsız  guya 

dədənizin  malıdı.  Bu  uşaq  öz  gücünə  ali  məktəbə  girib,  indi  də  təyinatnan  kəndimizə 

göndəriblər, hamınızdan da savadlıdı. O, bura işləməyə gəlib, dilənməyə yox».  

«Düz deyir! Mən dilənçi deyiləm!» – kişiləndim. 

«Otur  aşağı  ə!»  –  əmoğlu  mənə  cocudu  –  «Bu  da  o  deyil  ki,  müəllimlər  otağında 

Bəxtiyar  Vahabzadəni  pisləyəsən.  Bilirsən  kimdi  Bəxtiyar?!»  –  boynunun  damarları 

zol-zol  çıxdı  –  «Sən  ağırlıqda  kitab  yazıb  e!».  Üzünü  yana  çevirərək  naməlum 

istiqamətə – «Hərə cibinə yalançı bir diplom dürtüşdürüb özünü adam yerinə qoyur». 

«Məllim, indi Heydər Əliyev kimi adamı tənqid edirlər…» 

Müəllimlər otağını qəribə bir sakitlik bürüdü və bu sakitlikdə əmoğlunun səsi daha 

bərkdən eşidildi: 

«Kim tənqid edir ə… Heydər Əliyevi?»  

«Müxalifət qəzetləri». 

«Hydər  Əliyevi  tənqid  edənin  yeddi  başı  gərək.  Gedib  qoşulmusan  avara-uvaraya 

ağlına  gələni  danışırsan.  Kəs  səsini,  böyüklərə  hörmət  qoy»  –  üzünü  direktora  tərəf 

çevirdi və arıq, hülqumlu boğazını irəli uzadıb udqundu – «Sən Allah görürsüz bunu?!»  

Müavin yenə gülümsündü və yenə qələmin arxası ilə stolu taqqıldatdı. Mamoğlu – 

kənd kolxozunun sədri müəllimlərlə xeyli çənə vurdu. Əmoğlunun hirsi soyumurdu. Bu 

dəfə mamoğluya tərəf qıcandı:  

«Sən  də  vəzifənə  çox  güvənmə  haaa…  Burda  40  nəfər  müəllim  var,  hərəsi  bir 

qələm çalsa stolun arxanı yandırar».       




 

75 


Mamoğlu  bir  az  ehtiyatlandı  deyəsən.  Amma  özünü  o  yerə  qoymadı,  bic-bic 

gülümsədi: 

«Dağılmış kolxozun nəyindən yazacaqsız, rəhmətliyin oğlu?! Beş-altı metis qoyun 

qalıb,  gəlin  onu  da  sizə  təhvil  verim»  –  güldü  –  «Kişi  təyinatnan  işə  gəlib,  özünüzü 

biabır eləməyin, bir akladını düzəldin getsin». 

Əmoğlu: 


«Sənə qalmayıb. Sən camaatdan oğurluyub satdığın soğanlardan danış». 

Mamoğlu dinmədi və bu yerdə məktəb direktoru ayağa qalxıb, nəhayət ki, söhbətə 

müdaxilə etdi. Özü də çıxışına əmoğluya hücumla başladı: 

«Ə kişi, nə istəyirsən? Arvadını xadimə yazdırmısan, bir dəfə işə gəlmir, özün həm 

pensiya alırsan, həm də 32 saat dərsin var, bir dəfə də sinifə girməmisən…» 

Əmoğlunun əlləri əsdi: 

«Yaxşı  eləyirəm,  əlimin  içindən  gəlir.  Böyrəyim  xəstədi  pampers  taxıb  gələrəm 

dərsə,  kiməsə  istisi-soyuğu  olmaz.  Sən  vərəmdən  pensiyaya  çıxıb  40  saat  dərs  deyən 

müəllimlərinin dərdini çək». 

«Kimdi vərəm xəstəsi? Adını denən!» 

«Özün yaxşı bilirsən kimdi». 

Direktorun burun dəlikləri quruya atılan balığın qəlsəmələri kimi qalxıb endi:  

«Hər il sentyabr-oktyabr ayını yaylaqda kef eliyirsiz, noyabrın ortası yığılırsız dərs 

bölgüsünə.  İki  qara  qəpik  üstündə  bir-birinizin  ətini  yeyib  məktəbin  qapısına  da  paslı 

bir qıfıl asırsız. Burdan-bura öz balalarınızı kor qoyursuz. Hələ bir utanmıyıb danışırsız 

da!»  -  səsini  qaldırıb  barmağını  silkələdi  –  «Sən  öl  sizi  yığaram  başçının  yanına, 

şalvarınız əyninizdə duruş gətirməz!» 

«Şərait yarat, dərs keçilsin!» - əmoğlu dilləndi. 

«Nə  şəraiti  yaradım  ə!»  -  direktor  qışqırdı  –  «Sənin  kimi  nadürüstlərnən  şərait 

yaratmaq olar?!». 

Əmoğlu direktorun üstünə dartındı. Müəllimlər araya girdi. Əmoğlu: 

«Nadürüst  sənin  anasını  çərrədib  öldürən  atandı.  Havayı  yerə  sizə  eşşək  nəsli 

demirlər.  Ömür  boyu  bir  dəfə  yazı  taxtasının  qabağına  çıxıb  dərs  danışmısan?!  Bu 

camaatın evini yıxan sənsən!» 

Əmoğlunu  itələyib  çölə  çıxartdılar.  Direktorun  rəngi  avazımışdı.  O,  qarşısındakı 

sənəd-sünədi yığışdıra-yığışdıra alçaq səslə dedi:  

«Heç  bir  dərs  bölgüsü  olmayacaq.  Gedirəm  təhsil  şöbəsinə,  məktəbi 

bağlatdıracam». 

Müavinin  boyu  daha  da  qısaldı,  başı  arıq  çiyinlərinin  arasına  çəkildi.  Amma 

sifətindəki məchul təbəssüm hələ də silinib getməmişdi.  

Müəllimlər  bir-bir,  iki-bir  dağılışdılar.  Mən  mamoğlu  ilə  çıxdım.  Mehribancasına 

qoluma girdi. Pişik gözləri parıldayırdı yenə: 

«Sən  fikir  vermə,  hər  il  belə  olur.  Əmin  oğlu  o  söyüşlərnən  demək  istədi  ki,  2 

saatın  başından  keçdim.  Lətifəsi  səndən  uzaq,  itaparan  olsun!  Direktor  da  məktəbi 

bağlayıram  deməklə  razılaşdı  və  hamıya  bildirdi  ki,  hərə  2  saatından  imtina  etməlidir. 

Görmədin müavin necə irişirdi. Sən belə şeyləri bilməzsən, dayoğlu». 

«Bəs sən hardan bilirsən» - maraq məni bürüdü. 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə