Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə33/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

69 


maqnitofon,  tok  çaydanı,  bir  çarpayı,  bir  tumbuçka.  Hərdən,  gecələr  arvadı  özünü 

təpirdi  Balabəyin  yanına.  Təkcə  bu  fakt  kifayət  idi  ki,  kişinin  əməlli-başlı 

«düzəldiyinə» əmin olasan.  

Balabəy  yataqxananın  birinci  mərtəbəsindəki  foyeni  çayxanaya  çevirdi.  Nərdli,  

daminolu çayxanaya... Özü almışdı  hamısını.  Bütün  xidmətlər kimi çay da pulsuz  idi 

burada.  Hətta,  azyaşlı  uşaqları  belə  çaysız  yola  salmırdı  Balabəy.  Bir  yandan  da 

musiqi  xidməti…  Sazdan,  estradadan  tutmuş  “Bulaq”  verilişinəcən.  Nüşabə 

Əsgərlinin  pərəstişkarı  idi.  Balaca  otağının  uçuq-sökük  yerlərini  onun  şəkilləri  ilə 

örtmüşdü. Nüşabə barədə xüsusi parnoqənaətləri vardı Balabəyin:  «Bu cür arvadlarda 

nə bilim nə necə olur. Xi-xi-xi-xi…» 

Ardınca da: 

«Öxxxö, öxxö! Səsim dalımnan çıxır, iştahıma bax! Xi-xi-xi!»  

Qaçqın  şəhərciyinin  nərd  üzrə  çempionuna  dalbadal  bir-neçə  mars  verəndən 

sonra,  Balabəyin  həyatının  yeni,  ekzotik  səhifələri  açıldı  bizimçün.  Sən  demə, 

möhkəm  nərd  atırmış.  İndiyənəcən  Bakıda  oynamağa  layiq  bircə  nəfər  tapa  bilib. 

Onun  da  aşının  suyunu  verdi.  Özü  də  məzələnə,  məzələnə:  «Dümbüşünü  oyna  ə…», 

«Duduşdar»,  yaxud,  «Dürtüşdür»,  yəni,  dubarələr,  «Şoqqulu»  -  şeş  qoşa,  «Çıxart 

dürt»- çahar du, «Çıxart sər» - çahar sə, «Pencək» - pənc yek, «Yıx sürü» - yığdılar və 

s.  və  i  a.    Ən  maraqlı  və  mürəkkəb  təyinat  isə  «Boz  qurd»  idi.  «Boz  qurd»!  Dörd 

çahara belə deyirdi. Nə biləsən  niyə?  Bunu çox sonralar öyrənə bildik.  Dörd cahara 

cayıllar  adətən  «Canavar»  deyir.  Balabəy  daha  avanqard  yozum  verib  dördlərə: 

canavar  –  qurd  eyni  şeydi.  Qurdun  da  ən  güclüsü  boz  qurddu.  Bununla  təkcə 

bozqurdçulara  rəğbətini  numayiş  etdirmir,  həm  də  oyunu  hökmən  qələbə  ilə  başa 

çatdıracağına  işarə  vururdu.  Dörd  çaharı  rəqib  atanda  heç  vaxt  «Boz  qurd»  ifadəsini 

işlətmirdi. Sadəcə deyirdi: «Dördəmlə görək!»  

Nərdi harda öyrənsə yaxşıdı? Türmədə. 

«Mən  ölüm,  nə  üstə  yatmısan,  Balabəy!»  –  keçəl  Siyatelin  oğlu  zarafatlaşmaq 

istədi bir dəfə.  

«Ə, bir arvada sataşmışdım dana! Hayasız elə şivən qopartdı elə bil ömründə kişi 

görmüyüf.»  

«Bir şey eləyə bildin, mən ölüm?»  

Zəri ovcunda qarışdıra-qarışdıra yanpörtü keçəl Siyatelin oğluna baxdı: 

«Elədim» 

«Deynən sən öl!»  

«Mameyin başı haqqı, elədim» 

Hamı  güldü.  Balabəy  də  bir  anlıq  «Qobustan  qayaları»nın  «füsunkarlığını» 

nümayiş  etdirib  ağzını  yumdu.  Tütün  qoxusu  bir  az  azaldı  və  o  hülqumlu  boğazını 

uzadıb atdığı zərə baxdı: 

«Genə də duduşdar…»  

 

*** 



Deyirsən, tanımazsan,  lovğalıq olmasın, Balabəy də məni tanıyır. Soruşsan bəlkə 

xatırlayar. Bir dəfə məni «prikol»a da tutub: 

«Şair, bu qədər yazırsız, bir dolanışıx-zad var yanı?»  



 

70 


«Var».  

«İnanmıram,  əmə  höjət  də  eləmirəm.  Mənim  oxumaxnan-yazmaxnan  aram 

olmuyuf heç vax. Bir il birə, iki il ikiyə, üç il üçə getmişəm. Hərəsinə də, ildə cəmi bir 

dəfə.  Hər  dəfə  də  eyni  həftədə,  bəlkə,  eyni  gündə.  Ona  görə,  dərsimiz  eyni  şey  olub: 

«Qıratın tərifi» 

Çənlibeldən səni deyif gəlmişəm 

Nə bilim nə, Qırat gəl… 

Elə  bil  arvad-zaddı  Qırat.  Xı-xı-xı-xı-xı…  Öxxxxxö…  Ööööxxxx…  xxxtfu!»  – 

başını stolun altına əydi. Əlindəki damino daşlarını rahatlayıb kiməsə (bəlkə də mənə) 

qışqırdı: 

«Aha! Tayını gəldim». 

Altının qoşasını stola çırpıb yerinə dolayladı və  üzünü yenə mənə çevirdi: 

«Hə,  şair,  bu  üç-dörd  ildə,  axır  ki,  əzbərlədim  «Qıratın  tərifi»ni.  Ömrü  boyu 

kitablardan  öyrəndiyim  bircə  budu.  Ama  yaman  şeirdi,  hə?  Kopooğlu  Qıratı  elə 

tərifliyir, elə bil ballistik raketdi.»  

*** 


Balabəy arağı tərgidəndən, urufu mənə keçdi elə bil. İçib saat üçdə, dörddə qapını 

döyürdüm. Gözlərini ovuşdura-ovuşdura tumançaq çıxırdı otaqdan: «Kimdi?» 

Hər dəfə üzr istəyib içəri keçirdim. 

Bir  belə,  iki  belə,  beş  belə,  iyirmi  beş  belə…  Day  «kimsən»  demir,  qapını  açıb 

dinməzcə hücrəsinə çəkilirdi.  

Bir dəfə məni adsız barmağının işarəsi ilə çağırdı: 

«Ey, sluşi, ayağını bəri qoy».  

Yaxınlaşdım.  Çöldən,  dəmir  qapının  çərçivəsinə  vurulmuş  zəng  düyməsini 

göstərdi: 

«Bu, bilirsən də nədi?» 

«Bilirəm». 

«İndən  belə,  nə  qapını  döyürsən,  nə  də  qorxa-qorxa  «ay  Balabəy  dayı»  deyib 

kefini pozursan, eləcə barmağını bura toxundurursan, vəssalam! Bax belə…» 

Düyməni basdı, ördək balasının ritmik səsi eşidildi: 

«Gördün?!» 

«Eşitdim».  

«Malades! Di get, əmə, axşam çalış az içəsən».  

***  


Bir  gecə  otaq  yoldaşımla  dalaşmışdım,  küsüb  gedirdim.  Saat  hardasa  üç-dörd 

olardı,  kefli  idim.  Birinci  mərtəbəyə  düşəndə  otaq  yoldaşım  məni  arxadan  qucaqladı. 

Qulağının dibinə bir şillə! Səndələdi. Qapıya tərəf cumdum. Qışqırdı: 

«Balabəy!»   

Balabəy  hövlank  qalxıb  otağından  çıxdı.  Yenə  də  tumançaq  və  ayaqyalın  idi. 

Otaq yoldaşım haray saldı:  

«Qoyma getsin, piyandı, maşının altında qalacaq. Qoyma…»  

Mən Balabəyi də basdalayıb keçmək istədim.  

«Olmaz» – dedi – «get yat, sabah hara istəsən gedərsən.» 



 

71 


İrəli  cumdum.  Balabəy  əlinin  arxası  ilə  sifətimə  qapaz  qarışıq  bir  şillə  ilişdirdi. 

Etiraf edim ki, əli çox ağır idi. Arxaya iki addım atıb dayandım. Balabəy əlavə etdi: 

«Nəsil-nəcabətini  söydürmə  mənə.  Komendantdan  tutmuş  keçəl  Siyateləcən  o 

kəsin var-yoxunu beləliyərəm ki, mənim qabağımda lotuluq eləsin. Eşitdin?» 

Dinmədim,  əsəbi  halda  xeyli  mənə  baxdı,  «Qobustan  qayaları»nı  biri-birinə  sıxdı. 

Gicgahlarındakı  əzələlər  oynadı.  Az  keçməmiş  yumşaldı,  boynumu  qucaqlayıb,  məni 

sinəsinə sıxdı və yumşaq səslə dedi: «Get yat, sabah danışarıq.» 

Sabah  heç  nə  danışmadıq,  təbii…  Ama  maraqlı  o  oldu  ki,  otaq  yoldaşımı  çağırıb 

əməlli-başlı hədələmişdi: «Bir də onun xətrinə dəysən, səni iti qovan kimi qovaram.»  

*** 


Tezdən  harasa  gedirdim,  gördüm  otağından  saz  səsi  gəlir.  Kimsə  radioda  qaytaqlı 

səslə oxuyurdu: 

«Dünya sənin cəlalında başa varan görmədim…»  

Azca  aralanmış  qapıdan  içəri  baxdım,  əllərini  başının  altında  çarpazlayıb 

mürgüləyirdi… 

Sən  də  deyirsən  tanımırsan  Balabəyi!  Özü  də  mübahisə  eləyirsən.  Nə?    Bu  o 

adam deyil? Məzələnmə… Məzələnmə dedim! Dəqiq bilirsən? Nə təhər o adam deyil. 

Bəs bu o adam deyilsə, hansı Balabəydi?     

 

 

Mənim 16 saatım 



 

Universiteti bitirən kimi təyinatımı qış yataqlarına verdilər. Kəndimizin Ağcabədi-

Zərdab  yolundan  on-on  beş  kilometr  şərqdə  yerləşən  qarğı-palçıq  şəhristanına… 

Təyinatımı verdilər! Elə də deyirəm guya halva yemək olub.  

Ali  məktəbi fərqlənmə diplomu ilə bitirdiyimdən rayon təhsil şöbəsində bəh-bəhlə 

qarşılanacağımı düşünürdüm. Necə bəyəm, camaatın bu çətin günündə savadlı kadrlara 

ehtiyac yoxdumu? Nə qədər gülməli görünsə də, özümü savadlı sayırdım. 

«Niyə  gecikmisən?!»  –  rayonumuzun  təhsil  şöbəsinin  müdiri  burnunun  ucunda 

saxladığı eynəyin arxasında noxud boyda görünən gözlərini uzun-uzadı təyinat kağızına 

dikib uca səslə soruşdu. 

«Bir həftədir sizi gözləyirəm, rayonda yox idiniz» – səsim gərləşmişdi nədənsə.  

Başını aşağı əyib eynəyin üstündən təəccüblə mənə baxdı. 

«Nə demək istəyirsən? İşə gəlmirik dəəə... deməli». 

«Əstəğfrüllah! Mən elə demək istəmədim». 

«Sən molla məktəbini qurtarmısan, yoxsa “api”ni? Əstəğfrüllah nədi?» 

Tutuldum. 

«Yerim yoxdu, get yanvarda gələrsən!».  

«Onda  təyinatıma  yazın  ki,  işlə  təmin  edə  bilmədik.  Axı  göndərildiyim  yerdə  ən 

azı bir il işləməliyəm». 

Bu dəfə enynəyini çıxarıb masanın üstünə qoydu: 

«Kimlərdənsən ə? Dünənki cücə, mənə cip-cip öyrədirsən?!»  

Sənədlərimi qapıya tərəf tolazladı: 

«Çıx get. Mən sənin kimi avaralarnan işləyə bilmərəm!».  



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə