Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə34/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   29   30   31   32   33   34   35   36   37

 

72 


Bayıra  çıxanda  pörtmüşdüm.  Tərs  kimi  vətən  haqqında  yazdığım  lirik  şeirlər 

yadıma düşdü, qəhərləndim. 

*** 

«Ə  kişi,  gəl  bəri,  məllim  dostumuzdu,  bu  saat  həll  edəcəm  getsin»  –  qəflətən 



rastıma  çıxan  mamoğlunun  belə  arxayın  danışmasına  təəccübləndim.  Doğrudur,  o, 

vəzifə  sahibi  idi  –  kəndimizin  kolxozuna  rəhbərlik  edirdi,  amma  şöbə  müdirində  ki  o 

sifəti  görmüşdüm,  işim  çətin  düzələrdi.  Ən  azından  bu  gün,  bu  saat  düzəlməyəcəkdi. 

Sənədi  qapıya  tərəf  tolazlamaq  hara,  üstündən  iyirmi  dəqiqə  keçməmiş  qol  atıb  möhür 

vurmaq hara. 

«Gəl,  gəl»  –  mamoğlu  israrla  məni  şöbə  müdirinin  otağına  tərəf  dartdı,  qapını 

döymədən içəri girdi, mehribanca görüşdülər. Mamoğlu: 

«Məllim,  niyə  bir  dəfə  ayağını  biz  tərəflərə  qoymursan,  bir  qulluq  eləyək 

qardaşımıza…» 

«Sağlıq olsun» – şöbə müdiri ayağa durmuşdu.  

«Dayım  oğludu,  savadlı  uşaqdı.  Bağışlıyın,  sizi  yaxşı  tanımır.  İndi  nəsil  cırlaşıb, 

özün bilirsən. Amma düzələr, qanan uşaqdı».  

«Dayın oğlu sənə oxşamayıb» – şöbə müdiri bu dəfə təbəssümlə məni süzdü. Mən 

yarı içəridə, yarı çöldə boynumu büküb durmuşdum. Mamoğlu sənədləri şöbə müdirinin 

stolunun üstünə qoydu:  

«Düzələr inşallah».  

Şöbə  müdiri  yerində  əyləşib  stolun  siyirməsini  çəkdi.  Dairəvi  möhürü,  möhürün 

yastığını  çıxardı.  Sonra  stolun  sağ  güncündəki  qələm  qabına  sancılmış  qələmi  götürüb 

eynəyini  gözünə  taxdı.  Qaşlarını  qaldırıb  imza  yerini  axtardı.  İmza  atandan  sonra 

möhürü açıb ağzına yaxınlaşdırdı: 

«Huuuuuuu….» 

Tap!  Bu  da  müəllimliyimin  təsdiqi.  Mamoğlu  da  boş  dayanmadı,  əlini  cibinə  atıb 

dörd dənə şax əlliminlik çıxardı və stolun üstü ilə yavaşca sənədlərin altına sürüşdürdü. 

Çölə çıxanda qoluma girib sakit səslə dedi: 

«İyirmi şirvan verdim haaa… Qaytararsan. Di get, səni təbrik edirəm».  

Əlimi  sıxdı,  xırda,  yaşıl  gözləri  qıyılmış  kirpiklərinin  arasından  pişik  gözü  kimi 

parıldadı.  

***          

Mən  yataqdakı  məktəbin  ağ  şirmayidən  quraşdırılmış  müəllimlər  otağına  girəndə 

beş-altı  həmkarım  krossvord  doldururdu.  Məktəbin  tədris  işləri  üzrə  müavini  başda 

əyləşmişdi. Arxasındakı şkafın qapısına iri təqvim vurulmuşdu, üstündə türk müğənnisi 

Sibel  Canın  şəkli...  Direktor  müavininə  yaxınlaşdım,  salam  verdim,  «xoş  gəlmisən»  - 

dedi və yarıçürük dişlərini göstərdi. Əynində sarı rəngli palto varıdı. Eynən müəllimlər 

otağındakı  stolların  və  şkafın  rəngində.  O,  sanki  bu  görkəmi  ilə  otaqdakı  əşyalara 

hopmuş,  onların  ayrılmaz  tərkib  hissəsinə  çevrilmişdi.  Gözümü  açandan  onu  müavin 

kürsüsündə  görmüşdüm.  Kəndimiz  yerində  olanda  da  elə  beləcə  sarı  rəngli  palto 

geyinirdi.  Bəlkə  də  həmin  palto  idi  əynindəki.  Bəlkə  heç  yatanda  da  soyunmurdu  o 

paltonu.  Bir  anlıq  mənə  elə  gəldi  ki,  onu  bu  vəzifədə  əbədi  bərqərar  eləyən  bu  sarı 

rəngli  paltonun  sehridir.  Neçə  məktəb  direktorunu  yola  salmışdı  və  yola  salmaqda  idi. 

Elə  beləcə…  Gülə-gülə…  Əsəbləşdiyini,  kiminləsə  höccətləşdiyini  görən  olmamışdı 




 

73 


hələ.  Bir  dəfə  kənddə  ağsaqqal  müəllimlərdən  biri  ona  deyib  ki,  sən  Allah  bu  məktəbi 

nə vaxt alt-üst edəcəksən, aç denən, qaçıb altından sağ-salamat çıxaq heç olmasa. O da 

gülmüşdü və bu gülüşdən sonra təkcə məktəbimiz yox, bütün kəndimiz, rayonumuz alt-

üst olmuşdu.  

«Xoş gününüz olsun» – başqa söz tapmadım.   

Sonra  krossvordun  başına  toplaşan  müəllimlərlə  görüşdüm.  Əlində  qələm  qəzetin 

«sükanı arxasına» əyləşən ədəbiyyat  müəllimi, o,  mənim  müəllimim olmuşdu,  maraqla 

mənə baxdı: 

«Möhkəm oğlan. Beş hərf, axırıncısı «d».  

Fikirləşdim və… tapdım: 

«Polad». 

«Malades!»  

Sözü  elə  həvəslə  yazdı  ki,  sanki  qara  taleyimizə  ağ  hərflərlə  «biz  qayıdırıq» 

kəlməsini yazırdı. 

Başını qaldırdı: 

«Sən də bura gəldin? Heyif. Gərək bir yerdə ilişib qalaydın».  

Dinmədim. Qoltuğumdakı qovluğu eşələyib təyinat kağızını çıxardım və müavinin 

qarşısına  qoydum.  O,  rayon  təhsil  şöbəsinin  müdirinin  eynəyindən  daha  iri  olan 

eynəyini  geyinib  sarı  stolun  arxasına  oturdu.  Sənədi  başayaq  gözdən  keçirəndən  sonra 

dedi: 


«Gəl-get,  müəllimlər  hamısı  yığışandan  sonra  dərs  bölgüsü  başlayacaq.  Onacan 

direktorumuz da gəlib çıxar». 

Hardasa noyabrın əvvəlləri idi… 

***     


Müəllimlər  otağından  qoyun  iyi  gəlirdi.  Dərs  bölgüsünə  toplaşan  müəllimlərin 

demək  olar  ki,  hamısının  heyvan  saxladığını  bilirdim.  Onu  da  bilirdim  ki,  bu 

müəllimlərin  çoxu  məktəbə  gələndə  tövlə  paltarını  dəyişmir.  Üstü  peyinli  “girzovoy 

sapok”lar, çatıdan-sicimdən qaralmış ovuclar, düyməsinə at tükü ilişmiş paltolar, kərmə 

tüstüsü hopmuş sırıqlılar...  

Məktəbin  direktoru  da  burda  idi.  Bir  azdan  mamoğlu  da  gəlib  çıxdı.  Nə  qədər 

olmasa  kəndin  rəhbəri  sayılırdı.  Hörmət-izzətlə  başdan  yer  verdilər.  Müəllimlər 

otağındakı  iy-qoxuya  elə  bu  iy  qoxunu  mənəvi  mənada  tamamlayan  söz-söhbətlər 

qarışdı. Siyasətdən tutmuş qoyun nobatına, örüşün vəziyyətinə qədər. Arada şad-şalayın 

zarafatlar  da  eşidilirdi.  Hamı  mehribandı.  Düzü  bu  doğma  sifətlərin  arasında 

darıxmayacağımı  düşündüm.  Əksinə,  kefim  açılmışdı.  Amma…  Amma  dərs  bölgüsü 

başlananda  sifətlərin  ifadəsi  dəyişdi,  bayaqkı  iy-qoxudan,  çöhrələrdəki  doğmalıqdan 

əsər-əlamət  qalmadı.  Problem  nə  idi?  Təzə  gələn  müəllimlərə  azı  12  saat  dərs 

düzəltmək  lazımdır.  Saat  da  ki,  göydən  tökülmür,  gərək  kimlərdənsə  iki  saat,  üç  saat 

kəsib gələnləri yola verəsən. Ədəbiyyat müəllimim ayağa durdu və əlini mənə uzatdı: 

«Mən öz dərs yükümdən 6 saat – yarım aklad kəsib bax bu cavan oğlana verirəm. 6 

saatını  da  siz  düzəldin»  –  məni  çox  istəyirdi.  Kənddə  ikən  sərbəst  mövzuda  yazdığım 

inşaya əbədiyyatdan «5» yazmışdı. Bu, rayonda xeyli səs-küyə səbəb oldu. Bir dəfə də 

Süleyman  Rüstəmin  «Qafurun  ürəyi»  poemasını  əzbər  söylədim.  Başdan  ayağacan. 

Heyrətləndi, səni bağrıma basıb öpmək istəyirəm dedi.  




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə