Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə15/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   11   12   13   14   15   16   17   18   ...   37

 

31 


müvəkkilinə, sahə müvəkkili gecə gəlib biz olan kəndə, heyvanları açıb buraxıb, amma 

kişinin boyununa bir toğlu qoyub. 

*** 

Mən evə girən kimi anam «uyyyy!!!» eləyib əlini üzünə atdı: «Səni kim vurdu?!». 



Dinmədim. 

«A  bala,  niyə  cavab  vermirsən?!  Kim  səni  bu  günə  salıb?  Bə  instuta  necə 

gedəssən? Vay, evi yıxılan canım!». 

«Nə olub e…» - mən dedim. 

«A  bala,  birisüyün  dərslər  başdıyır,  dayın  xəbər  göndərib  ki,  hazırlaşıb  rayona 

gəlsin… Səni kim vurdu belə?!» 

«Kərim!»  -  qardaşım  dedi  -  «Hamı  üstümüzə  tökülmüşdü,  dədəm  də  gəlib  məni 

vurdu». 


Sonra  əhvalatı  təfsilatı  ilə  danışdı.  Axırda  yenə  kövrəldi:  «Heç  kim  sözümüzü 

demədi, bizi döydülər» - ağladı. Anam onu sakitləşdirmək istədi:  «Ağlama bala, burda 

heç  kimimiz  yoxdu,  kim  üstümüzdən  gələcək  ki?  Dədənin  başı  batsın,  bizi  eldən-

obadan perik salıb bu qərib-qürbət yerə gətirdi». 

Bacım  da  qoşuldu  qardaşıma.  Bu  vaxt  qoyunların  hənirtisi  eşidildi,  çölə  qaçdıq, 

dədəm heyvanları gətirmişdi. 

*** 

«Səhər  gedəcəm  yatağa  (qohumlarımız  yataqda  olurdular)  qohum-əqrəbanı 



tökəcəm bura» - anam  dil boğaza qoymurdu – «Mənim  uşağım kimin anasına-bacısına 

sataşıb ki, onu bu günə salıblar». 

Dədəm: 

«Ay  arvad,  bir  sakit  ol,  dalaşıblar  da,  cavandılar.  İki  dalaşanın  biri  döyər,  biri 



döyülər». 

«Bizim  heç  kimimiz  yoxdu  bu  kənddə.  Sabah  qızın  böyüyəcək.  Yoxdu  sənin 

qeyrətin!  Uşaqlarımı  da  götürüb  çıxıb  gedəcəm  burdan.  Sən  qalarsan  Dəli  İlyazın 

yanında». 

Dədəm səsinə müdriklik verdi: 

«A rəhmətliyin qızı, iyirmi qoyunun var, un kisəsinin biri bir qoyun eləyir. Həftəyə 

də  bir  kisə  un  yeyirik.  Acınnan  ölmək  istiyirsən?!  Pambığa-alağa  getməsək,  çörək 

tapmarıq…» 

Bacım  mənə  yaxınlaşdı,  boynumu  qucaqlayıb  ağladı,  gözlərini  ovuşduranda 

əllərinə baxdım, xınası getməmişdi hələ. 

*** 

 

«Kənddə  bir  şofir  Zülfüqar  var,  deyillər  yaxşı  adamdı,  gedək  bəlkə  ucuz  qiymətə 



bağındakı  ağacların  birini  aldıq»  -  dədəm  yenə  də  baltanı  qoltuğuna  vurub  hazır 

dayanmışdı. 

Kəndin aralığından,  mərkəzdəki böyük dükanın qarşısından  keçəndə  Sonyanın bir 

dəstə qızla sudan gəldiyini gördüm. Dədəmin arxasında gizləndim ki, üzümü görməsin. 

Mümkün  olmadı,  göy  gözləri  bir  anlığa  şəklimi  çəkib  yaddaşına  köçürdü.  Dodaqları 

büzmələnib  içindən  vulkan  kimi  püskürən  gülüşü  boğmağa  müvəffəq  oldu.  Ardınca 




 

32 


dədəmin  iri  qaloşlarına,  köhnə  pencəyinə,  dizi  süzülmüş  şalvarına  baxanda  bu 

müvəffəqiyyət pıqqıltıya təslim oldu. Yanındakı qızlar da ona qoşuldular. 

*** 

«Vallah, ağsaqqal, həyətim sənə qurbandı, amma bu ağacları oğlum üçün əkmişəm 



ki, evinə material eləsin. Yenə çatmır, bilmirəm neyləyəcəm. İndi taxta çox bahadı, pul 

çatdırmaq olmur. Yoxsa bir ağac nəmənədi…» - Şofir Zülfüqar söylədi. 

Dədəm: «Əşi hörmətindən çıxarıq, borclu qalmarıq». 

«Bıy… Ayıb söhbət eliyirsən, vallah. Sənin pulun  mənim  nəyimə  gərəkdi. Prosdu 

ağacım yoxdu, yoxsa heç nəsiz verərdim» - Zülfüqar fısıldadı. 

*** 


Zülfüqargilin  kənarı  ilə  qalın  böyürtkən  kolları  əkilmiş  dar  yolağında  kədərlə 

addımlayan  dədəmin  əlacsız  görkəminə  baxa-baxa  qəflətən  ağlıma  gələn  fikirdən 

sevincək dilləndim:  

“Ay  dədə,  uzun  ağacı  neyləyirik  ki?!  İki  balaca  sallamanı  başbaşa  gətirib  altına 

haça qoyaq, qurtarsın getsin”. 

Dədəm addımlarını yeyinlədərək görünüşünə yaraşmayan qətiyyətli səslə dilləndi: 

“Tövlə  tikirsən,  yoxsa  ev?!  Ortasına  haça  qoyulan  daxmaya  ancaq  qoyun-quzu 

qatmaq olar”.  

Ardınca səbəbsiz yerə üstümə acıqlandı: 

“İnstuta  da  girdin,  amma  ağıllanmadın!  Yüz  dəfə  demişəm  ki,  qanmadığın  sözü 

danışma!” 

Rəngimin  alacalandığını  hiss  etdim,  ancaq  dar  yolaqda  bizdən  başqa  heç  kəs  yox 

idi deyə çox da alınmadım.  

***   


 

Kəndin ortasındakı  mağazanın qarşısı tünlük idi. Kərim cavanlarla əyləşib damino 

oynayırdı.  Mağazanın  beş  addımlığındakı  həyətdə  yükləyici  traktor  dayanmşdı. 

Yükləyicinin  çömçəsinin  qatlanan  yeri  darvaza  divarından  xeyli  hündürə  qalxır,  onu 

olduğundan  daha  əzəmətli  göstərirdi.  Dədəm  traktora  baxıb  dedi:  «Bəlkə,  gedək, 

yiyəsiynən danışaq». 

Darvazanı döydük, içəridən çıxan kişi Kərimin atası idi… 

Mən də özümü itirdim, o da! Dədəm Kərimin atasını tanımırdı: 

«Salam!» 

Kərimin atası qorxa-qorxa: 

«Salam!» 

«Kişi, bu traktor sənindi?» 

«Hə…» 

«Biz  bu  kəndə  qaşqın  gəlmişik,  özümüzə  daxma  tikmək  istiyirik,  bizə  puluynan 



palçıq qatarsan?». 

Kərimin atası sevindi: 

«Niyə eləmirəm, eliyərəm. Gözüm üstə, pul-zad da istəmirəm. Nə vaxt gəlim?». 

Dədəm təəccüblə mənə baxdı, sonra üzünü Kərimin atasına tutub dedi: 

«Günü sabah» 

«Gözüm üstə. Çayırlıqdadı yeriniz?» 




 

33 


Dözmədim: 

«Dədə, gəl gedək, bu mənnən dalaşan oğlanın atasıdı». 

«Nə!!!» - dədəmi ilan vurdu elə bil - «Sənnən dalaşan?!» 

Kərimin atası söhbəti yumşaltmaq istədi: 

«Əşşi elə-belə bir işdi, uşaqlar balaca savaşıblar». 

Dədəm əlini şişib göm-göy olmuş gözümə uzatdı: 

«Bu elə-belə işdi, ay Allah evinizi yıxsın!». 

Kərimin atası qışqırdı: 

«Əşşi çıx get burdan, üzümə qarğış niyə eliyirsən, yekə kişisən!». 

Dədəm  nəsə  deməyə  macal  tapmamış  Kərimin  anası  da  gəldi,  səs-küy  qopdu, 

mağazanın  qabağındakılar  durub  bizə  yanaşdılar.  Kərim  əlinə  bir  ağac  alıb  dədəmin 

üstünə süzdü: 

«Sənin var-yoxunu… Evimə hücum eləmisən, qaçqın koppayoğlu!». 

Dədəm baltanı başının üstündə fırladıb ona tərəf addımladı. 

Kərim  baltadan  qorxub  dayandı.  Mən  fürsət  tapıb  onu  vurmaq  istədim.  Ağacla 

özünü qorudu. Ağac əlimin üstünə dəyib «taqqq» elədi, göyüm-göyüm göynədim. 

Camaat tez araya girdi, Kərimi tutdular. Kərimin anasının səsi bütün səsləri batırdı: 

«Ə  bu  küçədə  qalmışdara  bax  e…  Necə  qudurublar  ee…  Dayımın  qapısında 

yallandılar-yallandılar, indi də qudurub üstümüzə cumullar!». 

Yaşlı  bir  kişi  ona  təpindi,  dədəmin  qoluna  girib,  kənara  çəkdi.  Hamının  eşidə 

biləcəyi səslə: 

«Ağsaqqal kişisən, baltanı əlinə alıb camaatın qapısına hücum eləyirsən…» 

Bu dəfə camaatın əlində balıq kimi partlayan Kərim qışqırdı: 

«O  ağsaqqaldı  ki,  Qiyas  dayı?!  Yalansa  onun  saqqalını!  Oğraşdı  o!  Sən  öl  sənin 

ağsaqqal ağzını….!» 

Kərimin anası: 

«Rədd  olun  bu  kənddən.  Qəhbə  törəməsi!  Allah  bilir  hansı  dərədən  qovublar  sizi. 

Namussuz köpəyoğlu,  sıçım sənin saqqalına!». 

Camaat çox idi. Ancaq nə Kərimi sakitləşdirmək olurdu, nə də anasını. Bircə atası 

sakit  idi.  Mübahisə  yerinə  təzə  gələn,  davanın  səbəbini  soruşan  adamlara  deyirdi:  «Nə 

bilim ə… Əlində balta evimə hücum eləyib». 

Bu  sözü  eşidən  cavan,  yaraşıqlı  bir  oğlan  (görünür  kəndin  say-seçmələrindən  idi) 

mənə yaxınlaşıb yavaş səslə dedi: 

«Belə  şeylərdən  ötrü  adamın  qulağını  kəsillər.  Get  qağanı  da  götür  rədd  olun 

burdan! Yoxsa, o biri gözünü də mən vurub tökəcəm!» 

Dinmədim.  Kərimin  atası  xısın-xısın  davam  eləyirdi:  «Kənddə  bir  başıpapaqlı 

yoxdu də… Hər yoldan ötən gəlib qapımızı kəsdirir». 

Dədəm bütün peyğəmbərləri, imamları kəndin ortasına töküb Qiyas kişini – kəndin 

ağsaqqalını  inandırmağa  çalışırdı  ki,  biz  davaya  gəlməmişik,  palçıq  qarışdırmaq  üçün 

traktor axtarırıq. 

Suya  gedən,  sudan  gələn  qızlar-qadınlar  ayaq  saxlayıb  kəndin  ortasında  qopan 

mərəkəyə  tamaşa  edirdilər.  Qızların  arasında  Sonya  da  gözümə  dəydi,  bu  dəfə 

gülmürdü nədənsə. 

*** 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə