Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 

34 


Dədəm  heyvanı  yerbəyer  edib  evə  gəldi,  söykəyini  atıb  çay  istədi.  Anam  kənddə 

baş  verənlərdən  qorxmuşdu  deyəsən.  Odu  ki,  kişinin  bütün  dediklərinə  anındaca  əməl 

edirdi.  Dədəm  çaydan  bir  qurtum  alıb  qaşlarını  oynatmağa  başladı.  Çay  soyuyub  buza 

döndü,  yemək  təkrar  isinib  süfrəyə  gəldi,  dədəmdən  cınqır  çıxmadı.  Qaşlar  eləcə 

«axtarış»ını  davam  etdirir,  bir  yerdə  qərar  tutmurdu.  Görünür  əmin  idi  ki,  beyninin 

hansı  küncündəsə  düşdüyümüz  vəziyyətdən  çıxış  yolu  var.  Sadəcə  bu  yolu  tapmaq, 

həyata keçirmək gərəkdir. 

Nəhayət qaşlar baş-başa gəldi və anındaca dədəmin səsi eşidildi: 

«Bala, get Sənəm arvadı çağır». 

 

*** 



Sənəm  arvad  tumanını  yığıb  sobanın  yaxınlığında  oturdu.  Anam  çay  süzdü. 

Dədəmlə Sənəm arvadın arasında belə bir söhbət oldu. 

«Ay Sənəm arvad, sən haqq adamısan, bu Kərimin atası nə təhər adamdı?» 

«Nə təhəri olacaq, adamdı da…» 

«Axı onlar niyə belə elədilər, bizim nə günahımız vardı?» 

«Qudurğandılar, a kişi!» 

«İlyaznan nə təhəri qouhumdular?» 

«Kərimin anası İlyazın ögey bacısının qızıdı». 

«Mehribandılar?» 

«Külü qoyum onnarın mehriban başına. İt-pişik kimidilər. O ili otuz kilo pambığın 

üstündə Kərimin anası İlyazı itdən alıb itə vermədimi?» 

«Bilirsən, Sənəm bacı, biz bu kənddə qəribik, heç kimi tanımırıq. Kəndin acı  var, 

gici  var,  alkaşı-avarası  var.  İndi  bu  adamları  tanımaq  üçün  gündə  yaxalaşmalıyıq? 

Kənddə bir ağsaqqal da yoxdu gedib dərdini deyəsən». 

«Əşşi onnar ağsaqqal-qarasaqqal sayan döyüllər, özünə əziyyət vermə». 

«İndi  mən  neyləyim,  bax  gör  uşağın  sifətini  nə  günə  salıblar?  Sabah  dərsləri 

başlayacaq,  dayısı  xəbər  göndərib,  necə  getsin  indi?  Durum  gedim  şikayət  eləyim, 

camahatnan  üz-göz  olum?  Böyün  o  qədər  adamın  içində  mən  yaşda  adama  dişinin 

dibindən  çıxanı  dedilər,  üstümə  dartındılar.  Biz  də  yiyəsiz  deyilik,  bizim  də 

adamlarımız, qohum-əqrəbamız var». 

«…» 

«Bəlkə kalxoz sədrinə şikayət eliyim». 



«Birin ağına!» 

«Birin ağı nədi?» 

«Görməmisən,  köpəyoğlunun  bir  gözünə  boz  gəlib,  kordu.  O,  adamdı  bəyəm, 

dərdini deyəsən? Pul alıb oğlunun qanını batıran adamnan nə gözdüyürsən?». 

«Oğlunu öldürüblər sədrin?» 

«Bıy!  Xəbəriniz  yoxdu?!  Sədrin  bacısı  oğlu  rayonnan  qız  istiyirdi,  vermirdilər. 

Elçi-elçi  üstündən  getdi,  xeyri  olmadı.  Onda  hələ  sədr  döyüldü  bu  oğraş.  Bacısına 

məsləhət  görür  ki,  uşaqlar  qızı  qaçırsın.  Bir  gün  qız  ata-anasıynan  bizim  kəndə  toya 

gəlir.  Bu  cavannar  da  –  sədrin  oğlu,  bacısı  oğlu,  iki  nəfər  də  dostları,  toyda  içib 

keflənillər. Bacısı oğlu sədrin maşınını götürür, çıxıllar yola. Gözləyillər, qızın atasının 

maşını  gələndə  yolu  kəsillər.  Kişi  yerə  düşəndə  görür  ki,  bunnardı!  Tez  əlindəki 



 

35 


knopkaynan  maşının  qapısını  bağlayıb  harasa  zəng  eləyir.  Uşaqlar  maşını  sındırmağa 

cürət  eləmillər,  uzaqlaşıllar.  Həmin  gecə,  yalan  olmasın,  bəlkə  iyirmi  qara  rəhli  maşın 

gəlib  vıyıldaya-vıyıldaya  kəndi  dörd  dolandı,  getdi.  Hamı  sədrin  bacısı  oğluna  dedi,  a 

bala, bunnar kimdisə güclü adamlardı, gəl bu söydadan vaz keç, uşaq dedi, keçmənəm. 

Arada bir dəfə də sədrin maşınıynan gedib rayonda qızgilin məhəlləsində fırlanıllar. Bu 

mament  o  qara  maşınnnılar  düşüllər  uşaqların  dalınca,  Bərdə  yolunda  maşını 

mühasirəyə  salıb  tutullar.  Uşaqların  biri  kanala  tullanıb  qaçır,  o  biri  özünü  pambıqlığa 

verir. Sədrin oğluynan bacısı oğlunu tutullar. Tərs kimi həmin gün qızı istiyən oğlannan 

sədrin oğlu qoftalarını dəyişifmişlər. Adamlar səhv salıb sədrin oğlunu öldürüllər, qanın 

baisini də  lüt soyundurub, otuzdurullar sədrin  maşınına, deyillər arxana baxmadan sür, 

cəhənnəm  ol.  Bu  da  qorxusundan  maşını  necə  sürürsə,  Hüsülüyə  çathaçatda  avaryaya 

düşür. 


Dedilər  sədrin  oğlu  avaryadan  ölüf.  Mən  özüm  meyidi  gözlərimnən  gördüm. 

Lomnanmı,  almaturnanmı  kürəyinə  o  qədər  çırpmışdılar  ki!  Sinəsini  də  üç  yerdən 

deşmişdilər. Necə avarya idi ki, bibisi oğlunun heç burnu da qanamamışdı. 

Dəfinnən  iki  gün  sonra  «Birin  ağı»  bacısı  oğlunu  urusetə  göndərdi,  kalan  pul  alıb 

oğlunun  qanını  uddu.  Hökuməti  də  pulnan  susdurdular.  Onnan  sonra  parıldadı  bu  kişi. 

Tükan  aşdı,  rayonda  ev  aldı,  kənddə  dvares  tikdirdi,  keçən  il  də  rüşvətini  verib  gəldi 

oturdu vəzifədə. İndi qılıncının dalı da kəsir, qabağı da!» 

«Mən də deyirdim daxal üçün bir-iki ağac istiyim onnan». 

«Vallah  nə  bilim,  özünüz  məsləhət  eliyin.  İstiyin,  bəlkə  də  verər.  Onun  əlində  bir 

daxal tikmək nədi ki!» 

«Bə bu Zülfüqar nə təhər adamdı». 

«Hansı Zülfüqar? Tıs- tısı deyirsən?» 

«Şofir…» 

«Hə…  Hə…  Odu,  odu.  Bir  dəfə  qazəllibiriynən  kəndə  gəlirmiş,  görür  ki,  yolnan 

bir təkər yumalanır. Deyir, nə yaxşı oldu. Tez maşını saxlayıb təkəri atır kuzasına. Evə 

çatanda arvadına deyir, büyün yaxşı bir qazanc eləmişəm: təkər tapmışam. Arvadı baxır 

ki, öz maşınının dal təkərlərindən biridi, yolda açılıb, yumalanıb, xəbəri olmuyub. 

Bir  dəfə  də  ova  gedifmiş.  Güllə  atmaq  istəyəndə  tüfəngi  pısıldayır.  Barıtı 

islanıfmış. Görür açılmadı, lüləni ovcuna tutur, qırmalar dığıltıynan əlinin içinə tökülür. 

O  gün  axşamacan  Zülfüqarın  ovu  belə  keçir.  Bütün  patronları  tısıldıyır,  bütün 

qırmalarını  ovcuna  töküb  cibinə  yığır.  O  vaxtdan  adı  «Tıs-tıs  Zülfüqar»  qalıb.  Amma 

pis adam döy». 

«Səndə söhbətlər varmış…» 

*** 


«Sədr  mənə  iki  ağac  verdi»  -  dədəm  sevindiyindən  az  qalırdı  qanad  açıb  uçsun. 

Cəld evdən balta, ip götürüb kalxozun parkına yollandıq. Qarovulçunun göstərdiyi ərər 

ağaclarını  kəsib  arıtladıq.  Dədəm  əvvəlcə  addımları  ilə,  sonra  metirlə  hər  şeyi  ölçüb-

biçdi,  kərənləri  lazımı  ölçüdə  kəsib  nizamladı,  sonra  traktor  tutub  məhəllə  yerinə 

apardıq.  Həmin  gün  məhəlləmizə  ilk  lapatkəni  vurduq.  İşmizin  üstünə  birinci  gəlib 

çıxan  Sonyanın  atası  oldu.  Onun  eynən  qızı  kimi  yaraşıqlı  çöhrəsi,  ağappaq,  arxaya 

daranmış saçları vardı. Dədəmlə görüşən kimi üz-gözünü tökdü: «Adam yer tutanda bir 

məsləhət eləməz? Mən buranı dörd ildi ki, behləmişəm. Sədr də bilir, camaat da». 




Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə