Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə17/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   13   14   15   16   17   18   19   20   ...   37

 

36 


Hətta  lapatkə  vurduğumuz  yerin  üç  addımlığında  basdırdığı  daşı  da  göstərdi. 

Dədəm uzun sükutdan sonra ərkyana bir təbəssümlə dedi: 

«Sənin  oğlannarın  hələ  balacadı.  Onnar  böyüyənə  kimi  bundan  da  yaxşı  yerlər 

tutarsan. Bizim imkanımız yoxdu, qabaqdan qış gəlir, bir daxma yerindən ötəri kənddən 

çıxmayacam ki!» 

Sonyanın atası sərtləşdi: 

«Məni  maraqlandırmır.  Nə  çox  yer  var,  gərək  gəlib  mənim  qapımın  ağzında 

tikiləsən». 

Dədəm mümkün qədər yumşaq davranmağa çalışdı: 

«Qapının ağzında niyə? Sənin evin gör hardadı». 

Sonyanın atası lapatkəni dartıb dədəmin əlindən aldı və kanala tərəf tolazladı. 

«A kişi, çıx get mənim yerimdən. Sən nə təhər adamsan». 

Dədəm onun üstünə çəmkindi: 

«Sən kimsən ki, mənim lapatkəmi kanala atırsan. Sən öləsən, canın çıxsa da gedən 

döyüləm. İki dünya bir olsa da, mən daxalımı burda tikəcəm». 

Səsə-küyə  Sonyanın  əmiləri,  əmisi  oğlanları  gəldi.  Başladılar  dədəmlə  mübahisə 

eləməyə.  Bir  azdan  qonum-qonşu  da  yığışdı.  Hamı  Sonyanın  atasının  sözünü  deyirdi. 

Dədəm  isə  bir  addım  belə  geri  çəkilmir,  bütün  gücünü  səfərbər  edib  haqlı  olduğunu 

sübuta yetirmək istəyirdi. Axır ki, Sonyanın atası özünü saxlaya bilməyib qışqırdı: 

«Kişiliyin çatır get Kərimin cavabını ver. Sənə yazığımız gəlir, a bədbəxt, özümüz 

xətrinə dəymirik». 

Dədəm tutuldu, traktordan yenicə düşürdüyü kərənin üstündə oturub fikrə getdi. 

*** 

Axşam  kişi  nə  çay  içdi,  nə  də  bir  loxma  çörək  yedi.  Qapqara  qaralmışdı.  Məni 



çağırdı, yanında otuzdurub üzümə baxmadan soruşdu: 

«Kərimi döyə bilərsən?» 

Çaşdım. 

«Sən  onu  döyməsən,  bu  kənddə  qala  bilməyəcəyik.  Hamı  üstümüzə  ayaq  alacaq, 

bizi  götübarmaqlı  edəcəklər.  İcazə  verirəm,  onu  tut,  ustaddan  gəlmə  elə!  Heç  kimdən 

qorxma, bu da olsun üç-dörd qoyun, polisə verib canımızı qurtararıq». 

*** 

Kəndin  üstündən  qapqara  buludlar  axışırdı.  Buludlar  çox  alçaqdan  və  sürətlə 



gedirdi. Ya kənd göyün altından qaçır, ya göy bu kəndin üstündən sürüşüb harasa gedir, 

ya da buludlar kəndi yerli-dibli – tarlalı, evli, ağaclı, insanlı, heyvanlı süpürüb naməlum 

bir məkana aparırdı. Dünyanın sonu idi deyəsən – eynən müqəddəs kitablarda deyildiyi 

kimi… Yerlə-göy biri-birinə qovuşmuş, hər şey başı üstünə çevrilmişdi… Kəsilib səliqə 

ilə  arıtlanmış  ərər  ağacları  havada  fırlana-fırlana  uçuşur,  daxallar  ehmalca  çökür,  xan 

çinarları  nəriltiylə  aşır,  başı  görünməyən  göydələnlər  altından  boğanaq  qalxa-qalxa 

yerin  təkinə  gömülürdü.  Havada  şütüyən  qırıcılar  ürkmüş  sərçələrə  bənzəyirdi.  Axan 

buludların, sürüşən göyün uğultusuna ildırım gurultusu da qarışdı. Hər gurultudan əvvəl 

şimşək gecənin köksünü bədheybət bir qüvvə ilə qamçılayır, hər qamçı işıq parıltısı ilə 

gecənin  vahiməsini  bir  anlıq  gözə  soxur,  təzədən  geri  alırdı.  Qamçının  çıxardığı  hər 

işıqla  bir  tanış  mənzərə  görünürdü:  Kərimin  qəzəbli  sifəti,  dədəmin  kepqası,  baltası, 

sovet  sədrinin  tüksüz  başı,  sahə  müvəkkilinin  paqonları,  qoyunlarımız,  pambıq  tarlası, 




 

37 


Teylurun arvadının hədələri, hətta Teylura atılan güllənin səsi, Sənəm arvadın danışığı, 

qardaşımın  hönkürtüsü,  mağazanın  qarşısındakı  mərəkə,  sifətimə  dəyən  yumruqlar, 

Sonya,  anam,  Kərimin  anasının  səsi,  atasının  titrəyən  dodaqları,  Şofir  Zülfüqarın 

fısıltısı,  kolxoz  sədrinin  bozarmış  gözü…  Mağazanın  qarşısındakı  mərəkəyə  öz 

kəndimizin  adamları,  başqa  millətlər,  hətta  ermənilər,  qulağı  sırğalı  zəncilər  də 

qatılmışdı.  Kimin  kimlə  savaşdığı  bəlli  deyildi.  Qamçının  parlatdığı  işıqda  Sonyanın, 

bacımın,  qardaşımın  və  anamın  sifəti  daha  çox  görünməyə  başladı.  Basabasda  imkan 

tapıb  Sonyanın  üzündən  öpdüm.  Sonya  çevrilib  bacım  oldu.  Bacım  əvvəl  Sonya  kimi, 

sonra  özü  kimi  danışdı,  amma  danışan  Sonya  idi.  Kərimin  anası  anamın  sifəti,  öz  səsi 

ilə  dədəmə  söydü.  Ardınca  səsi  də  dəyişdi,  ancaq  o  yenə  anam  idi.  Kərim  qardaşımın 

sifətində  öz  yumruqları  ilə  vurdu  məni.  Tutmaq  istədim,  əlim  qalxmadı.  Kərim 

qardaşımın  sifəti  ilə  ağlayır,  öz  yumruqları  ilə  döyür,  dədəmin  səsi  ilə  danışırdı. 

Getdikcə  sifəti  də,  səsi  də  özünün  oldu  -  əlim-ayağım  işə  düşdü.  Saçlarından  yapışıb 

qarnını  yumruqlamağa  başladım.  İki  qatlandı.  Sonra  dizimlə  ağzına…  Başını  qaldırdı. 

Sifəti  qanın  içində  idi.  Ancaq  qan  görünmürdü.  Uğultu  ilə  axan  buludlar,  kəndin 

üstündən  sürüşən  göy  Kərimi  əlimdən  alıb  aparmaq  istədi,  yaxasını  buraxmadım. 

Kərimlə  birlikdə  mən  də  buludlarla  axır,  kəndlə  birlikdə  göyün  altından  sürüşürdüm. 

Təkrar-təkrar  Kərimin  ağzına  yumruqlar  vurmağa  başladım.  Kərim  arxası  üstə  yıxılır, 

torpaq  olmadığından  yıxıla  bilmir,  mən  isə  döyməkdən  yorulurdum.  Kərimi  bir  də 

yaxalayıb vurmaq istədim - o, qardaşım idi. Ancaq sifəti də səsi də özününküydü. Hətta 

səsini açıqca eşidirdim də: «Dur, dur, dur». Bilmirdim mənə deyir, yoxsa sürüşən göyə, 

axan  buluda.  Kərim  «dur»  kəlməsini  təkrarladıqca  səsi  dədəmin  səsinə  çevrildi:  «Dur! 

Dur! Dur!» 

«…Dur, a bala! Məhəlləyə gedirik». 

Dədəmin səsi oyatdı məni… 

*** 


Saman-palçıq yoğurmağa başladıq. Təzə qonşulardan heç kim görünmürdü. Yalnız 

Sonyanın  atası  kanalın  tilinə  qalxıb  xəbərdarlıq  elədi:  «A  kişi,  havayı  əziyyət  çəkmə, 

onsuz da o yeri sənə verməyəcəm». 

Dədəm dinmədi. 

*** 

Günortadan  sonra  mən  əlimə  ağac  alıb  qardaşımın  yanına  –  örüşə  yollandım. 



Kənddən  xeyli  aralananda  gördüm  ki,  böyük  kanalın  kənarındakı  torpaq  topalarının 

üstündə kimsə oturub balıq tutur. Siqaret yandırmaq üçün yaxınlaşdım: 

«Salam əleyküm». 

Çevrildi… Kərim idi. 

*** 

Kərim  məni  görən  kimi  ayağa  durdu,  burun-buruna  dayandıq.  İkimiz  də  çaşıb 



qalmışdıq. O da udqundu, mən də. Boğazımdan xırçıltı səsi gəldi. Açığı ehtiyat edirdim 

Kərimdən.  Onun  boyu  məndən  qısa  olsa  da,  işləməkdən  bərkiyib  yoğunlamış  qolları, 

güclü  pəncəsi,  sərt  baxışları,  ciddi  sifəti  vardı.  Kərim  mənimlə  dalaşmaq  istəməzdi 

təbii…  Çünki  o,  «öz  işini»  artıqlaması  ilə  «görmüş»,  kim  olduğunu  bizə  «sübut 

eləmişdi». Qalırdı bizim cavabımız. Həyəcanlıydım: birdən davanı başlayaram, o  məni 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə