Redaktor: Əsəd Cahangir



Yüklə 0,88 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix25.08.2018
ölçüsü0,88 Mb.
#64111
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 

43 


öyrəndiyi və qılmağa başladığı namaz onu bir çox əski adətləri kimi tualetə getmək 

sərbəstliyindən də məhrum etmişdi. Növbə tutdu.  

Tualetdəkiləri  hövsələ  ilə  gözdən  keçirə-keçirə  düşündü:  «Tamaşaçı  teatrların 

qarderobunda və tualetində daha çox  və canlı  görünür. Tualetin bir üstünlüyü odu 

ki, burda qadın yoxdu. Yoxsa, vay... vay... Kanalizasiya və siqaret iyinə ətir-pudra 

qoxusu qarışa bilər. Hələ növbədəki narahatlıqlar, cinsəl əziyyətlər...  

Teatr Avropanın zibilidi. Hamı kimi Şərq də bu zibilə düşüb. Hətta İran təki qapalı 

ölkə  də  tamaşalar  göstərir,  ancaq  zalda  qadınlarla  kişilər  ayrı  otururlar.  Tualetləri 

də  ayrıdı.  Avropanın  da  qadın  tualetləri  ayrıdı.  Baxmayaraq  ki,  tamaşa  zalında 

nəinki  kişi  qadının  yanında  otura,  hətta  işıqlar  sönəndən  sonra  yüz  oyundan  çıxa 

bilər.  Burdakı  ədalət  prinsipində  yarımçıqlıq  var:  Avropa  demokratiyası  tualetlərə 

qədər işləyə bilməyib. Tualet intim yerdi. İnsan tualetdəki qədər heç yerdə səmimi 

ola bilmir. Tualetdəki yazılarla millətin səviyyəsini bilmək, xarakterini öyrənəmək 

olar». 


Növbə getdikcə azalırdı. Daha doğrusu o, qapıya yaxınlaşırdı. Arxasında hələ xeyli 

adam  vardı. Beş dəqiqə, on dəqiqə... İçəri  girənlər elə bil  yatırdılar orda. Bu  iyin-

qoxununi  içində  nə  vardı  axı!  Girdin,  işini  gör,  rədd  ol  dəəə!  Arada  istədi  çıxıb 

getsin.  Şəhərin  tanıdığı  yerlərində  ən  yaxın  tualeti  düşündü.  Azı  yarım  saat  lazım 

idi. Sakitləşdi. Qarşısında üç nəfər qalmışdı...  

Şəriət  kitablarından  öyrəndiyi  qaydaları  xatırladı.  Gərək  paltarına  bir  damcı  da 

sidik  dəyməsin.  Əgər  dəyibsə  və  sən  onu  bilirsənsə,  qıldığın  namaz  batildi.  

Təmizliyinə  əmin  deyilsənsə,  yenə  etdiyin  ibadətin  legitimliyi  şübhə  altındadı. 

Təmizlənməlisən.  

Kitablarda  yüz  cür  savab  və  xeyirxah  işlər,  yaxşı  və  faydalı  əməllərdən  yazılıb. 

Bunların  hamısından  daha  yaxşı  tualetə  getmək  qaydalarını  öyrənmişdi  nədənsə. 

Əsil  müsəlman  ayaq  üstə  sidik  ifraz  etməməlidir.  Çünki  insan  ayaq  üstə  durduğu 

zaman  oturacağından  gələn  sidik  kanalı  yarımçevrə  vəziyyətində  olur  və  bu 

yarımçevrədə  sidik  qalır.  Gün  ərzində  hərəkət  edəndə,  oturub  duranda  kanal 

vəziyyətini  dəyişir,  sidik  ifraz  olunur.  Yalnız  çömbəltmə  oturanda  sidik  kanalı 

dümdüz olur və bədəndə artıq heç nə qalmır. Bundan sonra qalır cinsiyyət orqanını 

sığamaq və yuyub pak etmək. Vəssəlam!    

Amma  indiki  tualetlərdə  çömbəltmə  oturmaq  asan  başa  gəlmir.  Təsəvvür  et  ki, 

tualetə  girmisən,  unitaz  hündürdədi.  Sən  əvvəlcə  unitazın  bədəninə  dəyə  biləcək 

hissələrini  su  ilə  təmizləməlisən.  Çünki  ölkə  əhalisinin  əksəriyyəti  müsəlman  olsa 

da namaz qılanların sayı o qədər də çox deyil və deməli kişilərin əksəriyyəti şifahi 

işini  ayaq  üstə  görür.  Bu  zaman  unitazın  ətrafına  sidik  sıçrayır.  Ən  yaxşısı 

ayaqlarını  untiazın  kənarlarına  qoyub  üstünə  qalxmaq,  sonra  çömbəlməkdir. 

Bununçün  isə,  kəndirbaz  olmaq  gərək.  O,  əvvəllər  bu  üsuldan  istifadə  edirdi.  Bir 

dəfə  ayağı  sürüşüb  unitazın  deşiyinə  necə  pərçimləndisə,  az  qaldı  topuqdan  aşağı 

üzülsün. Neçə gün taytıya-taytıya gəzdi...  

Getdiyi tualetlərdə  unitazın  yerdə olduğunu  görəndə sevinir, onu tikən  ustaya, pul 

xərcləyən xozeynə ürəyində dua edirdi. 




 

44 


Yenə  də  unitaz  barədə  düşündü:  «Şərqə  qarşı  ən  böyük  səlib  yürüşünü  elə  bu 

unitazlar  həyata  keçirir.  Bu  unitazların  hesabına  neçə  abdəst  pozulur,  neçə  namaz 

qəzzaya düşür, neçə ibadət batil olur...»  

Tualetin ağ  rəng  vurulmuş çirkli qapısı açıldı  və açılmağı  ilə düşüncələrini alt-üst 

etdi.  Qapı  ilə  arasında  bir  nəfər  qalmışdı.  Üstəlik  kanalizasiya  qoxusunun 

şiddətlənməsi  «vüsala»  yaxın  olduğuna  işarə  idi.  Bu  arada  qapıya  baxıb 

düşünməyə  imkan  tapdı:  «Bambılı  uşağı  bambılı,  guya  çox  səliqəlidirlər,  hələ  bir 

qapıya  ağ  rəng  də  vurublar...  İyinə-quxusuna  bax  buranın.  Adamın  başı  çattıyır. 

Vallahi,  bu  iy-qoxunu  Tanrının  sapsağlam  bəxş  etdiyi  iç-içalata  doldurmağın 

babalını min rükət namaz da yuya bilməz».  

Qapı  yenə açıldı, bu  vaxt çiyninə bir əl dəydi. Çevrildi. Yaşlı bir  millət  vəkili  idi. 

Tanıyırdı.  İnstitutların  birində  professordu  gərək  ki...  Parlamentin  vicdan  azadlığı 

komissiyasının  üzvüydü:  «Bala,  icazə  verərsən?...»  «Buyur»  –  dedi.  Ardınca 

ürəyində: «Onsuz da yeyəndə qabağa düşmüsən...» 

*** 

Tale üzünə güldü axır ki. Bu da tualet! Unitazı da yerdən. Əlini qıpqırmızı kauçuk 



aftafaya  atdı,  boş  idi.  Küncdəki  krantı  qurdaladı.  Pas  tutmuşdu...  İndicə  bağladığı 

cəftəni açanda gözü əllə yazılıb içəridən qapıya yapışdırılmış elana sataşdı: «Xayiş 

edirik,  taletin  qaydalarına  düzgün  rayət  edin».  Başını  bulaya-bulaya  gülümsədi. 

Əlində  aftafa  tualetdən  çıxıb  əl-üz  yuyulan  krantlara  yaxınlaşdı,  aftafanı  doldurub 

təkrar növbəyə dayandı. Qarşısında azı on nəfər vardı. 

***           

Adamlar  yenə  də  tələsə-tələsə  pisuara  yanaşır,  işini  görür,  şalvarının  qabağını 

bağlaya-bağlaya  çıxıb  gedirdilər.  Ah  çəkdi.  Onun  da  belə  azad  vaxtları  var  idi. 

Xüsusən  içki  içəndə...  Harda  gəldi  burax  getsin:  pışşşş!  Sonra  da  ağzı  sulana-

sulana  boynunu  bur,  bas  içəri,  «bızıd»  zamoku  çək,  çıx  get.  Lap  şalvar  islansın, 

qəm  yemə.  Allah  versin  Bakı  küləyinə,  əlin  cibində  üzü  xəzriyə  on  addım  atsan 

quruyacaq.  

Hiss  etdi  ki,  hamı  ona  baxır.  Əlində  qıpqırmızı  kauçuk  aftafa,  lüləyi  dik  və  uzun, 

sanki  bu  dəqiqə  kiminsə  arxasına  keçirəcək.  Utandı.  Aftafanı  özündən  bir  addım 

kənara  qoyub  seyrəlməkdə  olan  növbəni  gözdən  keçirdi.  Qarşısında  iki  nəfər 

qalmışdı.  Birinci  adam  növbəsi  çatan  kimi  çevrilib  aftafaya  baxdı,  sonra  cəld 

hərəkətlə onu götürüb özünü içəri təpdi. 

***  


İçəri girəndə afatafanı aşmış vəziyyətdə gördü: 

“Ə,  bunların...  söyüş  söymək  olmaz”  –  pıçıldadı.  Aftafanı  təzədən  götürüb  əl-üz 

krantlarına  yaxınlaşdı.  Geri  qayıdanda  növbədə  adam  qalmamışdı.  Boşalan 

kabinələrdən birinə girdi, unitaz hündürdə idi. 

 

 

Mən bir zeytun ağacıyam 



 

Əslində,  Nazim  Hikməti  bəyənmirdi.  Bu  cür  çoxsəsli  şeirlər,  real  və  miqyaslı 

ifadə  tərzi  onun  başını  boş  qazan  kimi  danqıldadırdı.  Amma  Nazim 



Yüklə 0,88 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə