Microsoft Word kitab son variant 1 1681. docx


Kartof yumrularının qonur ləkəliyi



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə27/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   23   24   25   26   27   28   29   30   ...   58

85 
Kartof yumrularının qonur ləkəliyi 
 
Xəstəlik başlıca olaraq turş reaksiyalı torpaqlarda uzun müddət 
mineral gübrələrin istifadəsindən yaranır. Toxumluq kartof sahələ-
rində, gec əkinlərində məhsul yığımı dövründə yumrularda narıncı-
qonur ləkələr müşahidə olunarsa, deməli, xəstəlik mövcuddur. Əgər 
ləkələr yumrunun 50%-dən çox səthini əhatə etmişdirsə, belə məh-
sulun saxlanması və toxumluq kimi istifadəsi yararsız hesab olunur. 
Ona görə ki, tezliklə belə kartoflar çürüyür. Ləkəliklər kiçik ölçülü 
və 25-50%-dən azdırsa, belə kartoflar tezliklə istifadə olunmalıdır. 
Mövcud ləkələr saxlama yerlərində qonurlaşır sonradan tamamilə 
qaralaraq dərinləşir. Dərinləşmiş yerlərdə quru çürümə  xəstəliyi 
əmələ gəlir və məhsulun zay olmasına səbəb olur. 
Yumruların qonur-narıncı ləkəliyi həm də torpağın həddən çox 
rütubətli olduğu sahələrdə rast gəlinir. Suvarmanın və becərmənin 
düzgün aparılmadığı sahələrdə, torpağın reaksiyasının turşulaşma 
istiqamətində dəyişdiyi yerlərdə xəstəliyin qarşısının alınması üçün 
torpaq  əhənglənir (Şəkil 40). 
 
Kartof yumrularının boğulması 
 
Xəstəliyin başlıca  əlaməti yumruların özəyinin qaralmasıdır. 
Torpaqda yumruların yetişkənliyi dövründə havalanmanın zəif ol-
ması, həddən artıq nəmlənmiş torpağın üzünün qaysaqlaması nəticə-
sində kartof yumrularının oksigenlə  təminatı  zəifləyir və ilkin bo-
ğulma baş verir. Belə  şəraitə qeyri-hiqroskopik, gillicəlli torpaq-
larda daha çox təsadüf olunur. Əksər hallarda xəstəlik saxlama 
yerlərində  və uzaq məsafələrə uzun müddətdə (10 gündən artıq) 
daşınma zamanı normal havalanma şəraitinin olmamasından əmələ 
gəlir. Temperaturun yüksəlməsi və  tənəffüsün pozulması sağlam 
yumrularda özəyin qaralması ilə müşayiət olunur. Boğulmuş kartof 
tez bir zamanda (4-5 günə) çürüyərək sıradan çıxır. 
Xəstəliyin qarşısını  almaq üçün yumruların  şişmə dövründə 
torpağın həddən çox suvarılmasına (suyun gölməçələr şəklində qal-
ması) yol verilməməlidir. Kartofun saxlama yerlərində  və daşıyıcı 


86 
nəqliyyat vasitələrində saxlama və daşınma qaydalarına əməl olun-
malıdır. Kameralarda havalandırma sistemi standartlara uyğun ol-
madıqda, saxlama və daşınma zamanı temperatur həddi normada ol-
madıqda məhsul itkisi daha çox olur (Şəkil 41). 
 
İnfeksion xəstəliklər 
 
Kartof müxtəlif törədicilər (virus, mikoplazma, aktinomiset, 
göbələk) tərəfindən 60-dan artıq xəstəliyə  məruz qalır. Bu xəstə-
liklərin növ tərkibi ildən-ilə çoxalır və patogenlərin yeni-yeni 
rasalarının hücumuna məruz qalır. Qeyd olunan xəstəlik törədici-
lərinin Azərbaycanda yayılan və iqtisadi-təsərrüfatçılıq baxımından 
ziyan gətirən növləri aşağıdakılardır. 
 
Virus xəstəlikləri 
 
Təbiətdə ən çox virus xəstəliklərinə məruz qalan bitkilərdən bi-
ri kartofdur. Kartof üzərində qeyd olunan virus xəstəliklərinin sayı 
42-dən artıqdır. Bəzi aqressiv növlərin təsirindən kartof 10%-dən 
40%-ə  qədər məhsul itkisinə  məruz qalır. Virusların kartof bitki-
sində  əksər  əlamətləri eybəcərlik yaratmaqla təzahür edir. Xəstə 
bitkilərdə yarpaq, gövdə  və yumrularında deformasiyalar, qırışlan-
ma, inkişafdan qalma, nekrozluq (rəngsizləşmə), alabəzəklik, kol-
lanma və eybəcərlik əlamətləri müşahidə olunur. 
Azərbaycanda kartofda qeydə alınmış  və müxtəlif bölgələrdə 
yayılan başlıca virus xəstəlikləri aşağıdakılardır: 
1. Qırışlı mozaika - Potato virus A.;  
2. Zolaqlı mozaika - Potato virus Y.; 
3. Yarpaq qıvrılması - Potato leafroll virus
Qırışlı mozaika yaradan Potato virus A (PVA) 4-cü qrup 
müsbət ribonuklein molekullu (RNT) virusların, Potyviridae fəsilə-
sinin,  Potyvirus cinsinə aiddir. Bütün kartof becərilən bölgələrdə 
yayılmışdır. Ən geniş yayılan virus xəstəliyidir. 1998-2014-cü illər-
də Azəbaycanda Quba-Xaçmaz, Abşeron, Cəlilabad, Muğan bölgə-


87 
lərində aparılmış müşahidələr zamanı  xəstəliyin yayılması öyrənil-
mişdir. İqlimi isti keçən Kür-Araz ovalığı və Cəlilabad bölgələrində 
xəstəlik daha şiddətlə (38-72%) yayılır. Yüksək yayılma müşahidə 
olunan əkin sahələrində kartofun məhsuldarlığı 35-68% azalır.  
Xəstəlik  əvvəlcə kartof kollarında təpə hissələrdə yarpaqların 
qırışlanması, damarlar ətrafında olan parenximanın yarpaq üzərinə 
doğru eybəcər formada qabarması  və deformasiyası  şəklində mey-
dana çıxır. Bu hissələrdə yarpaq və budaqlar inkişafdan qalır. Quru 
və isti hava şəraitində yoluxmuş yarpaqlarda qırışlı hissələrin dama-
rları və ətraf hissələr nekrozlaşır. Əvvəlcə açıq-yaşıl, sonradan açıq 
sarımtıl-yaşıl, nəhayət tamamilə saralma, quruma ilə müşayiət olu-
nur. Kartofda vaxtından əvvəl zəif yumrular əmələ gəlir, çiçəkləmə 
zəif olur və ya tamamilə çiçək açmır. Yaşıl kütlə öz inkişafını tez 
başa vurur və yumrular kiçik ölçülü, eybəcər formada və tam forma-
laşmamış olur. 
Xəstəlik badımcançiçəklilərin başqa növlərindən badımcan, ya-
banı quşüzümü bitkilərində müşahidə edilir. Pomidor bitkisinə daha 
çox ziyan vurur. Örtülü və açıq  şəraitdə becərilən pomidor bitki-
sində məhsul itkisi 25-62%-ə qədər olur. 
Xəstəliyin aralıq keçiriciləri və yayılmasını sürətləndirən soru-
cu ağız aparatına malik olan zərərvericilər istixana ağqanadlısı, 
müxtəlif yastıcalar və mənənələrdir. Qırışlı mozaika xəstəliyinin to-
xumla yayılması aşkar edilməmişdir (Şəkil 42). 
Zolaqlı mozaika yaradan Potato virus Y (PVY) 4-cü qrup 
müsbət RNT viruslarının, Potyviridae fəsiləsinin, Potyvirus cinsinə 
aiddir. Zolaqlı mozaika şiddətli xəstəlik olmaqla, kartofun və pomi-
dorun məhsuldarlığının kəskin azalmasına səbəb olur. Azərbaycanın 
Abşeron, Muğan və Cəlilabad bölgəsi üçün spesifik xəstəliklərdən-
dir. Çiçəkləməyə az qalmış və çiçəkləmədən sonra yarpaq saplaqla-
rında və budaqlarında qonur rəngli kiçik xətlər əmələ gəlir. Bu xətt-
lər az keçməmiş (5-10 günə) daha da uzanaraq bütün kolu və budaq-
ları bürüyür, orta və aşağı yarus yarpaqları soluxur və quruyur. Yu-
xarı yarusun təpə yarpaqları isə qırışlı, zəif inkişaf etməklə inkişaf-
dan qalır. Virus, mənənələr (Myzus persicae,  Aphis fabae, 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə