Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   19   20   21   22   23   24   25   26   ...   58

72 
məhsullarını yox, eyni zamanda yaşıl  kütləsinin kəmiyyət və key-
fiyyətini də aşağı salır. 
Qonur ləkə  xəstəliyinin  əmələ  gəlməsində digər göbələklər: 
Drechslera maydis Subram və D.carbonum Ulstrup da iştirak edir. 
Mübarizə  tədbirləri.  Səpin hər bir bölgə üçün optimal müd-
dətdə keçirilməli, toxumun basdırılma dərinliyinə, səpin normasına 
xüsusi diqqət yetirilməlidir (bax: qovuqlu sürməyə aid mübarizə 
tədbirləri). Qarğıdalının vegetasiyası dövründə  xəstəliyin yayıldığı 
sahələrin 50%-li Benlat (0,5-0,6 kq/ha), 25%-li Bayleton (0,5 kq/ha) 
preparatları ilə çilənməsi və mineral gübrələrin kompleks tətbiqi (N,  
P,  K) bitkilərin qonur ləkəyə davamlılığını artırır. Qarğıdalı yığıl-
dıqdan və bitki qalıqları təmizlənib kənarda yandırıldıqdan sonra sa-
hədə dərin dondurma şumu aparılmalıdır. Toxumun dərmanlanması 
qovuqlu sürmədə olduğu kimidir. 
 
Kök və gövdə çürüməsi 
 
Xəstəliklər, əsasən, qarğıdalının vegetasiyasının 2-ci yarısında 
müşahidə edilir. Gövdə və kök çürümələri yarımsaprofit göbələklər 
və bakteriyalar tərəfindən törədilir. Xəstəlikləri əmələ gətirən pato-
genlərin xarakterindən və növündən asılı olaraq bir neçə tipə: fuza-
rioz, kömür, ağ və bakterial çürümələrə ayrılır (Şəkil 22). 
 
Fuzarioz kök çürüməsi 
 
Xəstəliyin törədicisi göbələklərin  Fusarium Link. cinsinə 
aiddir. Qarğıdalının becərildiyi bütün regionlarda təsadüf olunur. 
Adətən, qarğıdalının aşağı 2-3 buğum və buğumaralarında müxtəlif 
formalı qonur və ya küləş  rəngli ləkələr  şəklində müşahidə edilir. 
Rütubətli havada bu ləkələr açıq-qırmızı və ya sarı-çəhrayı rəng alır. 
Xəstəlik nəticəsində bitkilərin yeraltı buğumaraları qızarır və özəyi 
tamamilə parçalanır (Şəkil 23). Göbələyin konidiləri oraqvarı 
formada olub, 4-5 arakəsməyə malikdir. Xəstəliyin ehtiyatı torpaqda 
və toxumda qalır, sonradan yayılır. 
 


73 
Qara çürümə 
 
Xəstəliyin törədicisi Sclerotium bataticola Taub. təsnifata görə 
Ascomycota şöbəsinin, Dothideomycetes sinifinin, Botryospaeriales 
sırasının Botryosphaeriaceae fəsiləsinin, Sclerotinia cinsinin nüma-
yindəsi olub,  gövdənin aşağı hissəsinin və köklərin qaralması ilə 
müşahidə olunur. Gövdənin epidermis təbəqəsi altında göbələyin 
dağınıq halda, qara nöqtələr  şəklində külli miqdarda sklerosiləri 
əmələ gəlir. Gövdənin kök ətrafı və aşağı buğumaları tamamilə qara 
rəng aldığı üçün xəstəlik kömür çürümə adlanır (Şəkil 24). 
Göbələyin təsiri nəticəsində gövdənin özək hissəsi-parenximası 
tamamilə parçalanır. Gövdə yavaş-yavaş quruyaraq kövrəkləşir və 
asanlıqla qırılır. 
Həm fuzarioz, həm də kömür çürümə  xəstəliklərinin törə-
diciləri yarımsaprofit göbələklər olduqları üçün zəif bitkiləri daha 
güclü xəstələndirir. 
 
Ağ çürümə 
 
 Törədicisi  Sclerotinia sclerotiorum de By. təsnifata görə 
Ascomycota şöbəsinin, Leotiomycetes sinifinin, Helotiales sırasının 
Sclerotiniaceae  fəsiləsinin, Sclerotinia cinsinin nümayindəsidir. 
Gövdənin aşağı hissələrində böyük ölçüdə    ağ, yumşaq, pambığa-
bənzər ləkələrin və müxtəlif forma və böyüklükdə sklerotsilərin 
əmələ gəlməsi ilə xarakterizə olunur (Şəkil 25). 
 
Bakterial gövdə çürüməsi 
 
Xəstəliyi  Bacteria aləminin,  Proteobacteria  şöbəsinin, 
Gammaproteobacteria sinfinin, Pseudomonadales  sırasının, 
Pseudomonadaceae 
fəsiləsinin, 
Pseudomonas cinsinin 
Pseudomonas holci Kendrick və  Enterobacteriales  sırasının, 
Enterobacteriaceae  fəsiləsinin Erwinia cinsinin nümayindəsi 
Erwinia carotovora Holland və  Erwinia dissolvens Burkh. bak-


74 
teriyaları törədir.  
Xəstəliklər, adətən, qarğıdalının süpürgə buraxma dövründə 
gövdənin yuxarı hissələrində, ətrafları tünd çəhrayı və ya bənövşəyi 
rənglə haşiyələnmiş qeyri-müəyyən ölçülərə malik (3-10 sm uzunlu-
ğunda) açıq-sarı rəngli ləkələr əmələ gətirir. Xəstəlik getdikcə inki-
şaf edərək bitkilərin yuxarı hissələrinin-gövdə və yarpaqların qırılıb 
tökülməsinə səbəb olur. Sonra orta yarus yarpaqlar kənarlardan içə-
riyə doğru qatlanaraq quruyur (Şəkil 26). 
Qarğıdalının gövdə  və yarpaqlarında toplanmış selikli bakte-
riya kütləsi pis iy verir ki, bu da onun bakterial xəstəliklərinin əsas 
əlamətlərindən biridir. 
Nisbi rütubət və temperaturun yüksək (25-30°C) olması bakte-
rial xəstəliklərin kütləvi yayılmasına əlverişli şərait yaradır. Xəstə-
liklərin ilkin mənbəyi, çürüməmiş bitki qalıqları və xəstəliyə məruz 
qalmış alaq otlarıdır. 
Gövdə  və kök çürüməsi xəstəliklərinin yayılmasında torpaqda 
yaşayan nematodların böyük rolu var. 
Bu xəstəliklərin təsiri ilə  əkinlər seyrəkləşir, xəstə bitkilərin 
məhsuldarlığı olduqca aşağı düşür, bu sahələrdə maşınla yığım 
mümkün olmadığına görə yığım xərci artır və məhsuldarlıq azalır. 
Yuxarıda qeyd edilən xəstəliklər Azərbaycanda yayılmışdır. 
Təbii iqlim amillərinin tez-tez dəyişməsi və aqrotexniki qulluq işlə-
rinin yarıtmaz yerinə yetirilməsi xəstəliklərin kütləvi yayılması 
üçün münbit şərait yaradır. 
Mübarizə  tədbirləri.  Xəstəliklərlə yoluxmuş sahələrdə  təkrar 
qarğıdalı  əkininə yol verilməməlidir.  İnfeksiya mənbəyinin ləğv 
edilməsi üçün qarğıdalı yığımı qısa müddətdə keyfiyyətlə başa çat-
dırılmalı, bütün bitki qalıqları sahədən çıxarılmalı və dərin dondur-
ma  şumu aparılmalıdır. Səpinin optimal müddətdə keçirilməsi, to-
xumların normal dərinliyə (6-8 sm) basdırılması sahədə tam çıxış 
alınmasını  və cücərtilərin normal inkişafını  təmin edir. Mineral və 
üzvi gübrələrin düzgün balansda və  məsariflə verilməsi bitkilərin 
xəstəliklərə qarşı müqavimətini və  məhsuldarlığını artırır. Suvar-
malar optimal müddətdə aparılmalıdır, çünki onun gecikdirilməsi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə