Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə22/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

69 
Tozlu sürmə 
 
Xəstəliyin törədicisi  Sorosporium reilianum f. zeae Geschele 
təsnifata görə bazidili göbələklərin Basidiomycota  şöbəsinin, 
Microbotryomycetes sinifinin, Microbotryales  sırasının Micro-
botryaceae  fəsiləsinin, Sphacelotheca cinsinin nümayindəsidir. 
Xəstəliyə qarğıdalının ancaq süpürgə və qıçaları tutulur. Göbələyin 
törədiciləri ilə sirayətlənmiş süpürgələr tamamilə qara rəngli toz 
kütləsinə çevrilir. Sirayətlənmiş bitkilərdə  qıça  əvəzinə xaricdən 
qısa yarpaqlarla örtülmüş, içərisində  dəyirmi konusabənzər, üzəri 
tutqun rəngli spor kütləsi ilə dolu şişkinlik  əmələ  gəlir.  Şişkinliyi 
üstdən örtən qıça yarpaqları  əvvəlcə yaşıl rəngdə olur, qıçaların 
yetişməsinə yaxın saralıb quruyur və  qıçaların ağızı açılır. Burada 
olan spor kütləsinin bir hissəsi yavaş-yavaş tozlanaraq ətraf bitkilərə 
yayılır, bir hissəsi isə  qıçanın saçaqları arasında ilişib qalır. Xəstə 
bitkilər boyca geri qalır, qıçalar formalaşa bilmir, bitki tələf olur 
(Şəkil 19). 
Teliosporlar qıçaların saçaqburaxma dövründə yetişib  ətrafa 
yayılaraq, bir hissəsi torpağa çökür, bir hissəsi isə yığım zamanı və 
ya da yığımdan əvvəl dənin üzərində qalır. Bitkilərin xəstəliklə sira-
yətlənməsi, adətən, toxumun cücərmə  mərhələsindən başlayaraq, 
cücərtilərin torpaq səthinə çıxmasına, bəzən də 2-3 yarpaq açanadək 
davam edir. Teliosporlar torpağa düşərkən cücərərək fraqmobazidi 
və bazidisporlalar əmələ gətirir ki, bunlar da bütün sürmə göbələk-
lərində olduğu kimi, cücərtilərin divarını deşib onun daxilinə keçir 
və gövdə boyu inkişaf edərək, qıçalama və çiçəkləmə  mərhələsinə 
qədər inkişaf edir. 
Göbələyin teliosporları 28-30°C temperatur və 50-55% nisbi 
rütubətdə daha intensiv inkişaf edir. Toxumun cücərməsi zamanı 
torpaqda rütubətin çox olması bitkilərin patogenlə sirayətlənməsinə 
təsir göstərmir. Qovuqlu sürmədən fərqli olaraq, toz sürmənin törə-
diciləri vegetasiya dövründə bitkinin bütün vegetativ və generativ 
hüceyrələrini sirayətləndirir. Xəstəliyin vurduğu ziyan yalnız qıça-
ların tələf olması ilə bitmir, özünü həm də bitkilərin boyunun kiçik 


70 
qalması, qıçaların tam yetişməməsi və seyrək bitiş alınmasında 
göstərir. Kütləvi yayılma zamanı məhsul itkisi 10-15%-ə çata bilər. 
Azərbaycanda xəstəliyin kütləvi yayılması müşahidə edilir. 
Mübarizə  tədbirləri qovuqlu sürmədə olduğu kimidir. Toxum 
materialı səpinə 1,5-2 ay qalmış uyğun vasitə və üsullarla dərman-
lanmalıdır. 
 
Pas xəstəliyi 
 
Xəstəliyin törədicisi  Puccinia sorghi Schw. təsnifata görə 
bazidili göbələklərin Basidiomycota  şöbəsinin,  Urediniomycetes 
sinifinin,  Uredinales  sırasının Pucciniaceae fəsiləsinin, Puccinia 
cinsinin nümayindəsidir. Xəstəlik vegetasiyanın 2-ci yarısında yar-
paqlarda və  bəzən də gövdə üzərində müşahidə olunur. Əvvəlcə 
yarpaqlar üzərində  əmələ  gəlmiş  xırda, nizamsız  şəkildə  səpilmiş 
açıq-sarı  rəngli ləkələr, yarpağın epidermisi altında böyüyərək,  
1 mm uzunluğunda qonur rəngli pustullara çevrilir (Şəkil 20). 
Epidermisin partlaması  nəticəsində pustulların üstü açılır və spor 
kütləsi uredosporlar ətrafa yayılaraq yenidən sağlam bitkiləri 
sirayətləndirir. Bir vegetasiya dövründə inkişafın 3 generasiyası 
müşahidə edilir.Vegetasiyanın sonuna yaxın göbələyin qara rəngli 
iri teliopustulları  qışlama sporları  əmələ  gəlir. Yığım zamanı 
uredosporlar qıçalar üzərinə düşərək toxumla yayılır.Qarğıdalı 
pasını  əmələ  gətirən göbələklər ikievlidir. Onun spermaqoni və 
etsidi stadiyası alaq otu olan dovşan kələmi bitkisi üzərində əmələ 
gəlir və  xəstəliyin yayılmasında böyük rol oynayır. Ancaq 
göbələyin uredosporları mülayim qış aylarını bitki qalıqları üzərin-
də yaxşı keçirib sağ qalır. Göbələyin uredosporları 4-32°C tempera-
turda cücərir, ancaq qarğıdalını yalnız 17-18°C-də sirayətləndirir. 
Teliosporlar yazda cücərib bazidi və bazidisporlar əmələ gətirir. 
Xəstəliyin vurduğu ziyan yarpaqların quruması, qıçaların inki-
şafdan qalması nəticəsində dənlərin cılız və yüngül olması ilə xarak-
terizə olunur. Dişli qarğıdalı sortları xəstəliyə qarşı davamlı, şəkərli 
sortlar isə həssasdır. Azərbaycanda bu xəstəliyin lokal yayılmasına 


71 
təsadüf olunur. 
Mübarizə  tədbirləri. Bitki qalıqları sahədən çıxarılmalı  və 
dərin dondurma şumu aparılmalıdır. Toxum materialının dərmanla-
madan kənara çıxarılması qadağan edilməli, vegetasiya dövründə 
buğdanın pas xəstəliklərinə qarşı  işlədilən preparatlardan istifadə 
olunmalıdır. 
 
Qonur ləkəlik 
Xəstəliyin törədicisi  Drechslera turcica Subra. təsnifata görə 
Ascomycota  şöbəsinin,  Dothideomycetes sinifinin, Pleosporales 
sırasının Pleosporaceae fəsiləsinin, Drechslera cinsinin nümayində-
sidir. Xəstəlik,  əsasən,  Şəki-Zaqatala bölgəsində yayılır. Nisbi 
rütubətin və temperaturun yüksək olması xəstəliyin kütləvi yayılma-
sında  əsas faktorlardan hesab edilir. Xəstəliyin ilkin əlaməti yar-
paqlar üzərində  əvvəlcə kiçik ağımtıl və getdikcə bozumtul rəngə 
çalan, kənarları qırmızımtıl rənglə haşiyələnən uzuznsov ləkələrdən 
ibarətdir. Bu ləkələr getdikcə birləşərək bütün yarpaq səthini əhatə 
edir, nəticədə yarpağın solmasına və quruyub tökülməsinə  səbəb 
olur. Xəstəlik aşağı yarpaqlardan başlayaraq tədricən yuxarı yar-
paqlara keçir. Ləkələrin böyüklüyü bəzən 20-25 sm-ə çatır. Göbələk 
bitkinin yeraltı, yerüstü buğumalarını da sirayətləndirir (Şəkil 21). 
Yarpaqlarda olan ləkələr üzərində göbələyin konidi mərhələsi 
əmələ  gəlir. Konidilər bir damla rütubətdə 7-38°C-də cücərir və 
xəstəliyin yayılmasında əsas mənbə olur. Konidilərin əmələ gəlməsi 
üçün nisbi rütubət 100% olmalıdır, şeh damlasının yoxluğu və hava-
da nisbi rütubətin 80%-dən aşağı qalması konidilərin əmələ gəlmə-
sinə mənfi təsir göstərir. Konidilər aşağı və yuxarı temperatura çox 
davamlıdır, uzunsov, uclardan küt, 6-7 arakəsməyə malikdirlər. 
Göbələyin mitselləri torpağın 10 sm dərinliyində bitki qalıqla-
rında qışlayır, yazda cücərir və yeni konidi nəsli əmələ gətirir. Tor-
pağın 20 sm dərinliyinə düşən mitselləri tələf olur. Gec səpinlərdə 
xəstəliyin intensivliyi yüksəlir. 
Qonur ləkə qarğıdalının ən ziyanlı xəstəliyidir, onun yalnız dən 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə