Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə21/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   17   18   19   20   21   22   23   24   ...   58

66 
rəngdə olub, yetişdikcə qaralır və getdikcə tozlanan spor kütləsinə 
çevrilir (Şəkil 18).  
Qovuqlu sürmə əvvəlcə bitkinin aşağı hissələrində, cavan yar-
paqlarında, yarpaq qınında, bəzən də bitkinin üzərində olan hava 
köklərində əmələ gəlir və getdikcə bitkinin daha yuxarı hissələrində, 
buğum, buğumaraları, qıça və süpürgələrində yayılır. Xəstəliyin 
gövdə forması daha qorxulu hesab edilir. Bu formada güclü sirayət-
lənmiş gövdələr əyilir, bəzən də qırılır. Zədələnmiş gövdənin yuxarı 
hissəsində maddələr mübadiləsi pozulur, böyük həcmdə fırlar əmələ 
gəlir və bitki get-gedə quruyub tələf olur. Göbələyin teliosporları 
23-25°C temperaturda yaxşı cücərir, 15-18°C-də  zəifləməyə baş-
layır, 12°C-də isə sporların cücərməsi dayanır. 
Xəstəliyin inkişaf şəkili aşağıdakı qaydada gedir. Bitki üzərinə 
düşmüş teliosporlar cücərdikdən 15-20 saat sonra göbələyin meyvə 
bədəni-bazidi və onun üzərində 3×1,2 mkm böyüklükdə uzunsov 
bazidisporlar əmələ gəlir. Bazidispolar yenidən tumurcuqlama yolu 
ilə çoxalaraq külli miqdarda sporidilər - ikincidərəcəli konidilər ve-
rir. Bitki üzərinə düşmüş sporidi və bazidisporlar, bəzən də bazidi-
nin özü cücərərək toxuma daxilinə yoğun hiflər-zoğlar buraxır və 
20-24 gün sonra göbələyin daxil olduğu ayrı-ayrı orqanlarda şişkin-
liklər və qovuqlar əmələ  gəlir. Beləliklə, yuxarıda qeyd etdiyimiz 
əlamətlər təkrarlanır.  
Qovuqlu sürmənin törədiciləri bitki daxilində diffuz şəklində 
yayıla bilmir, onlar ancaq bitkiyə daxil olduğu yerdə olan vegetativ 
hüceyrələri sirayətləndirir. Göbələk qıçada olan dənlərin ancaq qa-
bığını  zədələyir, onların rüşeym və endosperminə daxil olmur. 
Yəni, bitkinin göbələklə sirayətlənməsi yerli xarakterdə olur. Qo-
vuqlu sürmə Azərbaycanda qarğıdalının  əsas xəstəliklərindən biri-
dir, Şəki-Zaqatala və Quba-Xaçmaz bölgələrində geniş yayılır. 
Qovuqlu sürmənin teliosporları quru halda 4 ilə qədər öz həyat 
qabiliyyətini saxlaya bilir. Təbii şəraitdə onlar yağıntı və şeh damla-
larının təsiri ilə tez cücərib məhv olur. Ancaq qovuqların içərisində 
qaldıqda mühafizə olunub qışdan sağ  çıxırlar. Törədicinin inkişafı 
torpaq nəmliyi ilə sıx bağlıdır. Torpaqda 60% nəmliyin olması gö-


67 
bələyin inkişafı üçün optimal hesab edilir. 40%-dən aşağı, və 80%-
dən yuxarı nəmlikdə patogenin inkişafı zəifləyir.  
Qovuqlu sürmənin məhsuldarlığa vurduğu ziyan bitkilərin er-
kən fazada xəstəliyə tutulmasından və bir gövdə üzərində əmələ gə-
lən qovuqların sayı və böyüklüyündən asılıdır. Xəstəliyin bitki inki-
şafının erkən fazasında başlaması mayalanmanın əksər hallarda po-
zulmasına və qıçaların dənsiz qalmasına, son nəticədə məhsuldarlı-
ğın 10-50% azalmasına səbəb olur.  
Qovuqlu sürmənin substrata toksin ifraz etməsi yayıldığı bitki-
lərin tərkibində zəhərləyici madələrin yaranması ilə nəticələnir. Bir 
çox müəlliflərin fikrincə becərilən qarğıdalının bu xəstəliklə sirayət-
lənmiş olması hələ bitkinin tam zəhərlənməsi demək deyil. Zəhərlə-
yici toksinlərin kəsafətinin artması göbələyin tam inkişafı-teliospor-
ların  əmələ  gəlməsi mərhələsi zamanı müşahidə olunur. Ona görə 
də  xəstəliklə sirayətlənmiş qarğıdalı biçindən qabaq toksiki cəhət-
dən qiymətləndirilməlidir. Əks halda qovuqlu sürmə ilə sirayətlən-
miş qarğıdalı bitkisinin nə təzə, nə də siloslaşdırılmış halda heyvana 
verməkolmaz. 
Mübarizə tədbirləri. Qarğıdalının xəstəliklərdən qorunub mü-
hafizə olunmasında aparılacaq bütün tədbirlər xəstəlik mənbələrinin 
ləğv edilməsinə və bitkilərin xəstəliklərə qarşı davamlılığının artırıl-
masına yönəldilməlidir. Əlbəttə, bu tədbirlər eyni zamanda növbəli 
əkin sistemlərinin tətbiqi ilə birlikdə daha səmərəlidir.  
Qarğıdalının eyni sahədə fasiləsiz becərilməsi torpaqda bir çox 
xəstəlik törədicilərinin həddən artıq çoxalıb artmasının təbii səbəbi  
olur və bu halda aparılan mübarizə  tədbirləri də istənilən nəticəni 
vermir. Odur ki, torpağın xəstəlik törədicilərindən bioloji təmizlən-
məsi üçün qarğıdalının 2-3 il eyni sahədə  əkilməsinə yol verilmə-
məlidir. Tozlu sürmə, kökçürüməsi, diplodioz və s. xəstəliklərlə 
güclü sirayələnmiş sahələrdə isə  hətta 4-5 il müddətinə qarğıdalı 
əkilməsi tövsiyə olunmur. 
Qarğıdalı  əkiləcək sahələrin bitki qalıqlarından təmizlənməsi
dərin dondurma şumu (20-25 sm) aparılması, alaqların məhv edil-
məsi kimi aqrotexniki tədbirlərin torpaqda sürmə ehtiyatının mini-


68 
muma endirilməsində  və yüksək məhsul alınmasında mühüm əhə-
miyyəti vardır. 
Səpinqabağı şum altına fosfor və kalium gübrələri, erkən yazda 
isə yemləmə  şəklində azotla birlikdə (qarışıq) mikroelementlər 
(manqan, sink, mis, bor və s.) verilməsi bitkilərin qovuqlu sürməyə 
davamlılığını artırır. 
Hər bir bölgənin torpaq-iqlim şəraitinə uyğun səpin müddəti və 
normasına, həmçinin toxumun optimal dərinliyə basdırılmasına 
düzgün əməl olunması sahədə sağlam və normal sayda cücərti alın-
masını  təmin edir. Yerli şəraitdə erkən yazda torpağın temperatu-
runun 12-13°C-ə çatdığı dövr qarğıdalı üçün optimal səpin vaxtı 
hesab olunur və bu zaman torpağa düşmüş toxumlar kütləvi şəkildə 
cücərir. Toxumlar bundan tez aparılmış  səpinlərdə kif göbələkləri 
ilə, gec səpinlərdə isə qovuqlu və tozlu sürmə ilə güclü sirayətlən-
dikləri üçün bitiş seyrək, cücərtilər isə xəstə olur.  
Qovuqlu sürmə sıx səpinlərə daha çox ziyan vurur.  Qarğıdalı 
toxumunun basdırılma dərinliyi gilli torpaqlarda 4-5 sm, yüngül tor-
paqlarda isə 6-8 sm-dən çox olmamalıdır. Dərinə düşmüş toxumlar 
kif göbələkləri ilə sirayətlənir və onların cücərtilərinin çoxu 
torpağın səthinə çıxa bilmir. 
Vegetasiya dövründə xəstə bitkilər və ya onların xəstə orqanla-
rı, teliosporlar yetişib yayılanadək mexaniki yolla-əllə yığılıb kənar-
da basdırılımalı və məhsul yığımı çox qısa vaxtda başa çatdırılmalı-
dır. Səpin üçün sağlam toxumlardan istifadə olunmalıdır. Toxumluq 
sahələr  əvvəlki il əkilmiş qarğıdalı sahələrindən 500-1000 m aralı 
yerləşməli, xəstəliyə davamlı, yaxşılaşdırılmış “Zaqatala”, “Ağ 
dişvarı”, ”Zaqatala-68”, ”Zaqatala-515” sortlarından istifadə olun-
malıdır.  
Toxumların səpinqabağı 75%-li Vitavaks 200 (2 kq/t), 2,5%-li 
Premis (1,2 kq/t) preparatları ilə  dərmanlanması  səmərəlidir və 
hazırda təsərrüfatlarda istifadə olunur. 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə