Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə18/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   14   15   16   17   18   19   20   21   ...   58

55 
 
Virus xəstəlikləri 
 
Virus xəstəlikləri bitkilərin ayrı-ayrı orqanlarının rənglərinin 
dəyişməsi (xlorz, mozaika, albəzəklilik), hədsiz kollanma, gövdənin 
cırtdan boyluluğu (qısa qalması), mayasızlıq və, dənin tam yetiş-
məməsi şəklində özünü göstərir. 
   
Yarpaq saralması 
 
Törədicisi  Triticum virus 8 Zazurilo et Sitnicova virusu 
sistematika üzrə IV qrup (+) ssRNT qrupuklosterovirus  cinsinə 
aiddir. Rus mozaikasına taxılçılıqla məşğul olan bütün regionlarda 
təsadüf olunur. Xəstəliyin  əlamətləri payızda bitkinin yarpaqları 
boyunca açıq-yaşıl və ya sarımtıl (limon rəngində) zolaqlı şırımlar 
və xətlər (cizgilər) olmasıdır (Şəkil 11). 
Virusla sirayətlənmiş bitkilər güclü kollanır, gövdələri boyunca 
qısa və solğun olur, məhsuldar gövdələrin  əmələ  gəlməsi prosesi 
pozulur, sünbüllərdə mayalanma getmir. Xəstəlik bitkilərin çiçək-
lənməsi dövründə zolaqlı və altınöqtəli cırcıramalar vasitəsilə yayı-
lır. Rus mozaikası buğdadan başqa vələmir, darı, çovdar, arpa 
qıllıca və s. bitkiləri də xəstələndirir. Virus qışlamanı taxıl fəsiləsinə 
aid olan bitkilər üzərində keçirir.  
Rus mozaikasına Azərbaycanda çox az-az hallarda lokal 
şəkildə təsadüf olunur. 
 
Zolaqlı mozaika 
 
Törədicisi  Wheat streak mozaik virusdur. Təsnifata görə bu 
virus IV ((+)ssRNT) qrupunun, Potyviridae fəsiləsinin, Tritimovirus 
cinsinin   nümayindəsidir. Zolaqlı mozaika virusu buğda, arpa, 
vələmir, çovdar, qarğıdalı, düyü, darı, sorqo və yabanı otların bir 
çoxunu sirayətləndirir. Ancaq payızda buğda bitkisi bu virusa daha 
çox həssaslıq göstərir. 


56 
Xəstəliyin  əlaməti yarpaqların damarlarına paralel surətdə dü-
zülmüş açıq-yaşıl rəngli, qırıq-qırıq cizgi və  xətlər  əmələ  gəlməsi-
dir. Xəstəlik inkişaf etdikcə ləkələr böyüyərək yarpaqların getdikcə 
saralmasına və quruyub tökülməsinə səbəb olur. Xəstəliyin kütləvi 
yayılması zamanı bitkilər boyca geri qalır və məhsuldar gövdələrin 
əmələ  gəlmə prosesi pozulur. Bəzi hallarda gövdə  və sünbüllərin 
əmələ  gəlməsinə baxmayaraq, dən tam formalaşa bilmir və  çəkisi 
olduqca yüngül olur (Şəkil 12). 
Buğdanın zolaqlı mozaika xəstəliyi bitkilərin bir-birinə toxun-
ması yolu ilə və Aceria cinsindən olan gənələr vasitəsilə yayılır. Gə-
nələr taxıl mənənələrinin bədənində parazitlik edir və öz hərəkətləri 
zamanı virusları özü ilə daşıyıb yayır. Viruslar gənənin qoyduğu yu-
murtalarda öz həyat qabiliyyətlərini saxlayaraq payızda taxıl əkinlə-
rini yenidən sirayətləndirir və qışı keçirici sahiblə (gənə ilə) birlikdə 
bu əkinlər üzərində keçirir.  
Yazda və yayda gənələr artıb çoxalır, özləri ilə virusları da həm 
payızlıq və yazlıq taxıllara, həm də biçindən sonra kövşən qalıqları-
na keçirir. Zolaqlı mozaika virus xəstəliyi torpaq və toxum 
vasitəsilə yayılmır. Xəstəliyin vurduğu ziyan onun kütləvi  şəkildə 
yayılması ilə  əlaqədardır. Azərbaycanda bu xəstəliyə çox az 
hallarda təsadüf olunur və rayonlaşdırılımış buğda sortları “Əkinçi-
84”, “Əzəmətli-95”, “Nurlu-99”, “Əlincə”, “Bərəkətli-95” xəstəliyə 
qarşı davamlıdır. 
Mübarizə  tədbirləri. Aqrotexniki mübarizə  məqsədi ilə 
xəstəliklərin törədicisi ilə sirayətlənmiş    əkin sahəsinə 2-3 il taxıl 
əkilməsinə yol verilməməlidir. Yoluxmuş  əkin sahələrində taxıl 
mövsümün axırında biçilməlidir. Cari ildə  səpin aparılacaq  əkin 
sahələri keçən il viruslarla güclü yoluxmuş taxıl sahələrindən ən azı 
500 metr aralıda olmalı, viruslara davamlı sələflər seçilməlidir. 
Məhsul yığıldıqdan sonra bitki qalıqlarının sahədən təmizlən-
məli, dərin  şum aparılmalıdır, kalium və fosfor tərkibli mineral 
gübrələr səpinqabağı şum altına verilməlidir. 
Kimyəvi mübarizə  məqsədilə vegetasiya dövründə virusları 
keçirən sorucu zərərvericilərdən mənənələr, tripslər və  gənələrə 


57 
qarşı Bi-58 Noviy (1-1,5 l/ha), 5%-li Hekplan (0,5kq/ha), 2,5%-li 
Desisdən (0,30 l/ha), toxumu dərmanlamaq üçün isə Raksil 
preparatından (1,5-2 kq/ton) istifadə edilməliir. 
 
 
 


58 
ARPA 
 
Arpa taxıllar (Gramineae L.) fəsiləsinin  Hordeum  (Hordeum 
L.) növünə  mənsubdur. Arpa dəni, zülal, nişasta və amin turşuları 
ilə  zəngindir. Qüvvəli yemlərin hazırlanmasında  əsas komponent-
lərdən biridir. Azərbaycanda istehsal olunan arpa daha çox heyvan-
darlıq və quşçuluqda yem, pivə istehsalında xammal kimi istifadə 
olunur.  
Arpa payızlıq dənli bitkilər arasında ən tez yetişəndir. Kütləvi 
cücərməsi üçün 17-20°C, yetişməsi üçün 23-25°C temperatur opti-
mal hesab olunur. Buğda və çovdara nisbətən soyuğa davamsız, 
quraqlıq və istiyə davamlıdır. Azərbaycanda çoxcərgəli “Şirvan də-
ni”, “Naxçıvan dəni”, “Pallidum-596”; ikicərgəli “Qarabağ-7”, 
Qarabağ-23”, Cəlilabad-19” arpa sortları əkilib becərilir.  
 
Tozlu sürmə 
 
Xəstəliyin törədicisi  Ustilago nuda Kelf. Et Swinq-dir. 
Təsnifata görə  Basidiomycota  şöbəsinin,  Ustilaginomycetes sinifi-
nin,  Ustilaginales  sırasının,  Ustilaginaceae  fəsiləsinin,  Ustilago 
cinsinin nümayindəsidir. Arpanın becərildiyi bütün regionlarda 
yayılmışdır. Xəstəliyin təsiri nəticəsində sünbülün bütün hissələri 
(sünbül oxundan başqa) qara rəngli teliosporlar kütləsi ilə örtülür. 
Bitkilərin xəstəlik törədiciləri ilə sirayətlənməsi onun çiçəklənmə 
dövrünə düşür. Xəstəlik törədiciləri-teliosporlar çiçəkləmə zamanı 
dişiciyin ağzına düşərək mitsellər verir və yumurtalığa daxil olub 
dənin formalaşması zamanı, onun rüşeym və endospermində diffuz 
şəklində yayılır. Göbələyin mitselləri ilə sirayətlənmiş xəstə dənlər 
heç bir əlamətlə sağlamlardan fərqlənmir.  Səpin zamanı isə dəndə 
olan mitsellər toxumla bərabər cücərərək onun inkişaf nöqtəsinə 
daxil olur, burada sünbülləmə mərhələsinə qədər inkişaf edir. Sonra 
onu parçalayaraq qara rəngli teliospor kütləsi  əmələ  gətirir. 
Teliosporlar külək və həşəratlar vasitəsilə yayılaraq yenidən sağlam 
sünbülləri xəstələndirir. 23-30ºC temperatur teliosporların cücər-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə