Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə15/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   11   12   13   14   15   16   17   18   ...   58

46 
Unlu  şehin vurduğu ziyan yarpağın assimilyasiya səthinin ke-
çilməsi, bitkidə xlorofil və digər piqmentlərin parçalanması ilə xa-
rakterizə olunur. Bitkilərin unlu şehlə güclü sirayətlənməsi məhsul-
dar gövdələrin azalmasına, sünbülləmənin gecikməsinə və yetişmə-
nin tezləşməsinə  səbəb olur. Qeyd olunan amillərin təsiri məhsul-
darlığı 8-10%, bəzən də daha çox 12-15% aşağı salır. 
Yaz aylarında havaların rütubətli keçməsi unlu şehin kütləvi 
şəkildə yayılmasına kömək edir. Azərbaycanda unlu şehin epifito-
tiyası (kütləvi yayılması) çox az hallarda müşahidə edilir. 
Mübarizə tədbirləri. Xəstəliyə qarşı davamlı sortların tətbiqi-
nə xüsusi  diqqət yetirilməli, payızda taxıl yerində bitmiş cücərtilər 
xəstəliyin infeksiya mənbəyi olduğu üçün biçindən sonra sahədə 
qalmış kövşən qalıqları  məhv edilməli, cücərtilərin  əmələ  gəlməsi 
üçün üzləmə  və sonra dərin yay şumu aparılmalıdır. Çox erkən 
səpinlər  xəstəliyə daha çox məruz qalır, buna görə də səpin hər bir 
region üçün müəyyən edilmiş optimal müddətlərdə aparılmalıdır. 
Taxıl sahələri nisbi rütubətin toplanmasına və bununla da unlu şehin 
kütləvi yayılmasına səbəb olan alaq otlarından təmizlənməlidir. 
Fosfor və kalium gübrələrinin tətbiqinə üstünlük verilməli, lazım 
gələrsə,  onları payızda və yazda azotla birlikdə qarışdırıb yemləmə 
şəklində vermək olar. Buğdanın vegetasiyası dövründə unlu şeh 
xəstəliyi kütləvi şəkildə yayılarsa, tətbiq edilən preparatlar aşağıda-
kılardır: 70%-li Topsin M (1-1,2 kq/ha), 25%-li Bayleton (0,5 d/ha), 
50%-li Benlat (0,5-0,6 kq/ha). Çiləmə bu preparatlardan birinin bir 
hektarlıq normasını 250-300 litr su ilə yaxşı-yaxşı qarışdırdıqdan 
sonra aparılır. 
 
Septorioz  
 
Xəstəliyin törədicisi  Septoria nodorum  təsnifata görə  Asco-
mycota şöbəsinin, Dothideomycetes sinifinin, Capnodiales sırasının, 
Mycosphaerellaceae  fəsiləsinin, Septoria cinsinin nümayəndəsidir. 
Berk göbələklərin Sphaeropsidales sırasına aiddir. Xəstəlik bitkinin 
bütün yürüstü orqanlarında: yarpaq, gövdə  və sünbülündə özünü 


47 
göstərir. Yarpaq və gövdə üzərində  əvvəlcə sarımtıl qonur rəngdə 
xırda ləkələr müşahidə edilir və bu ləkələr getdikcə böyüyərək qara 
nöqtəyə  bənzər, adi gözlə  də görünən piknidi (göbələyin meyvə 
bədəni) əmələ gətirir. Xəstəliyin təsiri nəticəsində  bitkinin gövdəsi 
büzüşüb qaralır və  əyilməyə başlayır. Özü və sünbül pulcuqları 
üzərində çoxlu piknidlər əmələ gətirir və gendən alabəzək şəklində 
görünür. Belə sünbüllərdə olan dənlər olduqca yüngül olur. Sep-
torioz bəzən sünbüldə mayalanmanın pozulmasına da səbəb olur 
(Şəkil 6). 
Göbələyin mitselləri bitki toxumasının hüceyrələri arasında 
yerləşir. Yarpaq və gövdənin epidermis təbəqəsi altında yetişən pik-
nidlər və onun daxilində olan piknosporlar yetişdikcə epidermisi da-
ğıdaraq bayıra tökülür, yağış damlası və hava cərəyanı ilə 50-100 m 
məsafədə yayıla bilir. Onlar adi şeh damlalarında, 9-28°C tempera-
turda cücərir. Göbələyin inkubasiya dövrü 6-9 gündür. Taxılın bir 
vegetasiyası dövründə bir neçə nəsil verir. Havanın yağmurlu keç-
məsi göbələyin kütləvi şəkildə yayılmasını təmin edir. 
Yüksək temperatur və quru hava şəraitində piknosporlar öz hə-
yat qabiliyyətini 3 ay müddətində saxlaya bilir. 
Piknidlər torpaq səthində olan kövşən qalıqları üzərində qışla-
yır. Göbələklə sirayətlənmiş toxumlar da infeksiya mənbəyi ola 
bilər. 
Göbələyin vurduğu ziyan yarpaq və gövdənin assimilyasiya 
səthinin kiçilməsi, sünbüllərin xəstəliyin təsiri ilə tez yetişməsi nəti-
cəsində əmələ gəlir. Azərbaycan şəraitində çox az hallarda lokal şə-
kildə dağətəyi və dağlıq  əkin sahələrində  təsadüf olunur, amma 
kütləvi yayılması qeydə alınmamışdır. 
Mübarizə tədbirləri. Aqrotexniki mübarizə tədbirləri unlu şeh 
xəstəliyində olduğu kimidir. Kimyəvi mübarizə  məqsədilə vegeta-
siya dövründə unlu şeh xəstəliyində işlədilən preparatlardan istifadə 
olunur. 
 
 


48 
Kök çürümələri 
 
Xəstəliyin yayılması. Kök çürümə xəstəliyi taxılçılıqla məşğul 
olan bütün regionlarda mövcuddur. Xəstəlik rütubətlə  təmin olun-
muş, illik yağıntının miqdarı çox olan təbii iqlim bölgələrində daha 
sürətlə inkişaf edir və yayılır. Azərbaycanda ən çox Şəki-Zaqatala, 
qismən də Quba-Xaçmaz və Kiçik Qafqazın dağətəyi  bölgələrində 
daha çox təsadüf olunur. Şəki-Zaqatala respublikamızın taxılçılıqla 
məşğul olan ən böyük bölgələrindən (150 min hektara yaxın) biri-
dir. Bölgənin torpaq-iqlim  şəraiti, zəngin bitki örtüyü və  təbii su 
ehtiyatı bir çox kənd təsərrüfatı bitkilərinin becərilməsinə imkan 
verir. Burada Alazan-Həftəran vadisi boyunca düşən atmosfer çö-
küntülərinin illik miqdarı 700, yuxarı dağətəyi hissələrdə 1200, 
Şəkidə 701, Zaqatalada 901 mm-ə çatır. Yağıntılar ən çox yaz (235 
mm) və payız (217 mm) aylarında düşür. Göründüyü kimi, Şəki-
Zaqatala bölgəsinin təbii iqlim şəraiti burada bir çox xəstəliklərin, 
xüsusilə  də, kökçürümənin inkişafı üçün olduqca əlverişlidir. Onu 
da qeyd etmək lazımdır ki, kökçürüməsi yağıntısı illərlə aşağı düzən 
rayonlarda da yayılır. 2002-2003-cü illərdə yaz ayları respublika-
mızın bütün ərazilərində yağıntılı keçdiyi üçün kök çürümə bütün 
taxılçılıq bölgələrində müşahidə edildi. 
Kök çürümənin növləri. Azərbaycanda kök çürüməsi xəstə-
liklərinin  əmələ  gəlməsində bir çox torpaq göbələkləri:  Fusarium, 
Helminthosporium, Ophiobolus, Pithium, Rhizoctonia, Alternaria 
və s. iştirak edir. Bu göbələklər saprofit və ya yarımparazit həyatı 
keçirərək, ən çox zəif bitkiləri xəstələndirir. Kök çürümə törədiciləri 
taxıllar fəsiləsinə aid olan bütün bitkiləri sirayətləndirir. Bir çox 
alaq otları da kök çürüməyə tutulur. Bitkilərin göbələklərlə sirayət-
lənməsi bütün vegetasiya boyu – cücərmədən başlayaraq sünbüllə-
məyədək davam edir. 
Aqrotexniki şəraitdən və kök çürümə törədicilərinin növ tərki-
bindən asılı olaraq, taxılın vegetasiyası dövründə qeyd edilən göbə-
ləklərin bu və ya digər növü daha sürətlə inkişaf edib artır və öz əla-
mətləri ilə seçilir. Kök çürümənin Azərbaycanda  geniş yayılan və 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə