Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə16/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   12   13   14   15   16   17   18   19   ...   58

49 
taxılın məhsuldarlığına ciddi ziyan vuran 3 növü vardır. 
Fuzarium kök çürüməsi.  Fusarium graminearum Schw; F. 
Aveaceum Sacc. göbələyi təsnifata görə Ascomycota şöbəsinin, Sor-
dariomycetes  sinifinin, Hypocreales sırasının, Nectriaceae fəsilə-
sinin, Fusarium cinsinin nümayindəsidir. Bu göbələk bitkininin, de-
mək olar ki, bütün orqanlarında (kök, gövdə, sünbül, dən) müşahidə 
edilir. Xəstəliklə sirayətlənmiş taxıl cücərtiləri bəzən torpaq səthinə 
çıxmadan tələf olur. Xəstəliyə məruz qalmış cücərtilərin birinci və 
ikinci dərəcəli köklərində, kökboğazında qaralma müşahidə olunur
yarpaqları saralır, gövdəsi nazilir və inkişafca geri qalır. Belə bitki-
lər qışı pis keçirdikləri üçün tez tələf olur. Vegetasiyanın sonrakı 
mərhələlərində fuzarioz güclü yayılarsa, məhsuldar gövdələrin bir 
çoxu tələf olur, sünbüllər boş qalaraq çəhrayı  rəng alır,  əmələ 
gəlmiş dənlər isə olduqca yüngül və cılız olur. Belə sünbüllər boyca 
kiçik qalmaları, sahədə  cılız, arıq görünmələri və dik vəziyyətdə 
durmaları ilə fərqlənir. Xəstəliyin bu mərhələsi sünbülün fuzariozu 
adlanır. Sünbülün fuzariozu əsasən süd-mum yetişməsi dövtündə 
70-75% nisbi rütubətdə çox intensiv inkişaf edir. Fuzarimla si-
rayətlənmiş  dənlərin çəkisi olduqca yüngül, rəngi ağ, cücərmə qa-
biliyyəti zəif olur, onlar xəstəliyin bir ildən o biri ilə keçməsinin 
əsas mənbəyidir. 
Göbələyin konidiləri oraqvarı  şəkildə, 3-5 arakəsməli və  
41-80×4-6 mkm böyüklükdədir. 
Göbələyin kisə  mərhələsi  Gibberella saubinetti (Mont) Sacc. 
Payızda kövşən qalıqları və alaq otları üzərində geniş yayılır. Fuza-
riumla güclü sirayətlənmiş taxıl sahələrindən əldə edilmiş toxumlar-
dan səpin materialı kimi istifadə edilməsinə yol verilməməlidir. 
Ofiobolus kök çürüməsi. Xəstəliyin törədicisi  Ophiobolus 
graminis  təsnifata görə  kisəli göbələklərin  Ascomycota  şöbəsinin
Dothideomycetes  sinifinin, Pleosporales sırasının, Leptosphae-
riaceae  fəsiləsinin, Ophiobolus cinsinin nümayindəsidir. Göbələk 
taxıl cücərtiləri payızda  sirayətləndirir və  qışı    xəstə toxumalarda 
keçirdikdən sonra erkən yazdan bitkilərin kökboğazında və kök-
lərində yenidən inkişafa başlayır. Bitkilərin qışdan zəif çıxması 


50 
xəstəliyin kütləvi  şəkildə yayılmasına kömək edir. Xəstəliklə 
sirayətlənmiş gövdələrin kökləri, kökboğazı  və birinci gövdə bu-
ğumları tamamilə qaralır və kövrəkləşir. Saralmış  və çürümüş 
birinci buğum yarpaqlarının altında göbələyin qara rəngli meyvə 
bədəni-peritesisi və kisə sporları toplanır. Peritesi qabaqvarı, uc 
hissədə bir qədər nazik, 600-800 mkm diametrdə üzəri keçəyəbən-
zər nazik mitsellərlə  əhatə olunmuşdur. Onun içərisində yerləşmiş 
hissələrin hər birində 8 ədəd kisə sporu yerləşir. Kisə sporları 
qamçıvarı uzunsovdur, 5-7 ədəd arakəsməyə malikdir. Ofiobolus 
göbələyi ilə yoluxmuş bitkilərdə əksər hallarda sünbülləmə getmir, 
məhsuldar gövdələr tələf olur, gövdənin ağlığı  və sünbüllərin 
dənsizliyi müşahidə edilir. 
Xəstəlik bitki qalıqları və torpaq vasitəsilə yayılır. Toxum xəs-
təliyin yayılmasında rol oynamır. Göbələk həyat fəaliyyətini torpaq 
və bitki qalıqları üzərində 10-15 il davam etdirə bilir (Şəkil 7). 
Helminthosporium kök çürüməsi.  Drechslera sorokiniana 
Subram. Təsnifata görə  bu göbələk  Ascomycota  şöbəsinin, Dothi-
deomycetes  sinifinin, Pleosporales sırasının, Pleosporaceae fəsilə-
sinin, Drechslera cinsinin nümayindəsidir. Bu göbələk  əvvəlki-
lərdən fərqli olaraq, daha çox yarpaqları sirayətləndirir. Xəstəliyin 
inkişafı aprel, may aylarında temperaturun (20-28ºC) və nisbi 
rütubətin (70-80%) yüksəlməsi ilə eyni vaxtda başlayır. Yarpaqlar 
üzərində əmələ gələn kiçik ölçülü bozumtul ləkələr sonra bir-biri ilə 
birləşib bütün yarpaq səthini tutur. Bitkinin tənəffüs prosesinin 
pozur, onda fotosintezin intensivliyi zəifləyir və yarpaqları quruyub 
tökülür (Şəkil 8). 
Təcrübələr təsdiqləyir ki, buğdanın helmintosporiozu Azərbay-
canda yalnız yarpaq formasında yayılır, bitkilərin digər orqanlarında 
isə çox az hallarda müşahidə edilir. Göbələyin konidiləri uzunsov, 
ucları küt, bir qədər  əyilmiş, 3-12 arakəsməli, böyüklüyü 60-17 
mkm-dir. Qeyd etmək lazımdır ki, helmintosporioz xəstəliyi Şəkidə, 
fuzarioz isə Zaqatala ərazisində daha geniş yayılır. 
Kökçürüməni  əmələ  gətirən göbələklər yarımparazit mikroor-
qanizmlər olduqları üçün inkişafca zəif olan bitkiləri daha çox si-


51 
rayətləndirir. Təbii iqlim amilləri, xüsusən, yağıntılı hava şəraitinin 
çox çəkməsi, bitkilərin uzun müddət su altında qalması, onların kök 
sistemində havalanmanın zəifləməsi göbələklərin inkişafı üçün əl-
verişli şərait əmələ gətirir. 
Kökçürümə  nəticəsində sahədə bitkinin sıxlığı, dənin çəkisi, 
sayı və cücərmə qabiliyyəti azalır, çörək bişirmə keyfiyyəti pisləşir. 
Şəki-Zaqatala bölgəsində apardığımız uzun müddətli tədqiqat işləri-
nin nəticəsinə görə, xəstəliyin kütləvi yayılma zamanı  məhsul-
darlığa vurduğu ziyan 35-50%-ə çatır. 
Kök çürüməsi xəstəliklərinə qarşı mübarizə tədbirləri. Bit-
kilərin kökçürümə  xəstəliklərinə qarşı davamlılığını artırmaq məq-
sədilə  şum altına səpin qabağı (hər bir zona üçün torpaqda qida 
maddələrinin miqdarına müvafiq) fosfor-kalium, çıxışdan sonra isə 
zəif yerlərə azot gübrəsinin verilməsi bitkinin qışlamanı yaxşı keçir-
məsini təmin etmək üçün səmərəlidir. Erkən yazda yemləmə 
şəklində azot gübrəsinin verilməsi isə bitkinin yaxşı kollanması və 
inkişafı üçün şərait yaradır. 
Taxılın hər il eyni sahəyə  əkilməsi, səpin müddətinin pozul-
ması torpaqda kökçürümə törədiciləri ehtiyatını ilbəil artırır. Növ-
bəli əkinlər və sələf bitkilərinin tətbiqi torpaqda olan bu törədicilə-
rin dəf edilməsində və bitkilərin normal inkişaf etməsində əvəzedil-
məz rol oynayır. Şəki-Zaqatalada becərilən bir çox kənd təsərrüfatı 
bitkiləri – qarğıdalı, tütün, yonca, tərəvəz və paxlalı bitkilər, qara 
herik və s. taxılların kökçürüməsindən mühafizə olunmasında  ən 
yaxşı  sələflər hesab edilir. Qeyd etmək lazımdır ki, qarğıdalı  və 
paxlalı bitki sələflərindən sonra  torpaqda kökçürümə törədicilərinin 
antoqonisti olan mikroorqanizmlərin miqdarı olduqca artır və 
xəstəliyin qarşısının alınmasında aktiv iştirak edirlər. Bu xüsusiy-
yətlər digər sələf bitkilərində  də vardır. Odur ki, kökçürümənin 
güclü yayıldığı əkin sahələrində taxılın yerinə təkrar əkilməsinə yol 
verməməli, bu tədbir fasilə ilə 2-3 ildən bir həyata keçirilməlidir. 
Biçindən sonra sahənin bitki qalıqlarından təmizlənməsi və də-
rin şum (20-25 sm) aparılması torpaqda olan kökçürümə törədicilə-
rinin məhdudlaşmasına və  ləğv edilməsinə kömək edir. Əks halda 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə