Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə13/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   9   10   11   12   13   14   15   16   ...   58

40 
hesab olunur. Bərk sürməyə qarşı istifadə edilən kimyəvi preparatlar 
toz sürmə xəstəliyinə qarşı da işlədilə bilər.  
 
Pas xəstəlikləri 
 
Pas xəstəlikləri bazidili göbələklərin Uredinales sırasına daxil-
dir. Buğda bitkisində sarı pas, qonur pas və gövdə pası, arpada isə 
cırtdan pas xəstəlikləri yayılır. Öyrənilən sortların bioloji xüsusiy-
yətlərindən və  təbii iqlim şəraitindən asılı olaraq, vegetasiyanın 
əvvəlində payızda və erkən yazda sarı pas, süd yetişmə  mərhə-
ləsində qonur,  mum yetişmə mərhələsində isə gövdə pası inkişafa 
başlayır. Azərbaycanda sarı pas və qonur pas xəstəlikləri daha geniş 
yayılır və taxıla ciddi ziyan vurmaları ilə səciyyələnir. Gövdə pası, 
1972/73-cü illərə  qədər güclü yayılmasına baxmayaraq, sonralar 
depressiyaya uğradı.  İndiyədək çox nadir hallarda lokal şəkildə 
təsadüf olunsa da, kütləvi halda yayılması qeydə alınmamışdır. 
Sarı pas  xəstəliyinin törədicisi  Puccinia striiformis West. 
göbələyidir. Təsnifata görə  Basidiomycota  şöbəsinin, Uredinio-
mycetes  sinifinin, Urediinales sırasının, Pucciniastraceae fəsilə-
sinin, Puccinia cinsinin nümayindəsidir.  
Xəstəliyin səciyyəvi  əlaməti bitkinin yarpaqlarının üst his-
səsində yarpaq uzunu sarı rəngdə 1-2 sm uzunluğunda, 0,5-1,0 mm 
enində nazik xətvari sarı  rəngli ləkələrin-pustulların  əmələ  gəlmə-
sidir (Şəkil 3). Həmin ləkələr xəstəlik inkişaf etdikcə böyüyür və 
yarpağın epidermisi altında olan pustullar dağılaraq, açıq-sarı rəngli 
spor kütləsi-konidlər xaricə tökülür. Uredosporlar deyilən bu konid-
lər toz şəklində yayılaraq, yenidən  ətrafda olan sağlam bitkilərə 
sirayət olunur. Yarpaqlarla bərabər bitkinin digər orqanları-gövdəsi, 
sünbülü və  qılçıqları da xəstəliyə tutulur. Bitkilərin yetişmə  mər-
hələsinə yaxın, bəzən də bundan xeyli əvvəl yarpağın alt hissəsində 
və digər oraqanlarda göbələyin yağlı qara ləkələrdən ibarət qış 
sporları-teleytosporlar əmələ gəlir.  
Morfoloji cəhətdən uredosporlar sarı rəngdə dəyirmi və ya el-
leps  şəklində 28-34 mkm uzunluqda və 1,0-1,5 mkm enində olur, 


41 
üzərində  xırda dişicikləri yerləşmiş  rəngsiz pərdə ilə örtülür. 
Teleytosporlar isə tutqun qəhvəyi rəngdə sancaqvari şəkildə,  
30-43x16-23 mkm böyüklükdə olub, qısa ayaqcıqlara malikdir. Sarı 
pasın morfoloji cəhətdən oxşar quruluşa malik olan, lakin fizioloji 
cəhətdən fərqlənən bir çox ras və biotipləri vardır. Bərk və yumşaq 
buğda sortları tritikale sarı pas xəstəliyinə daha çox tutulur.  
Taxıl bitkiləri fəsiləsinə mənsub olan bir çox yabanı ot bitkiləri 
– çayır, eqilops, ceyran arpası və s. pasın yayılmasında əsas mənbə-
lərdən biri hesab olunur. Sarı pasın aralıq sahibi məlum deyildir. 
Göbələyin törədiciləri qışı  əsasən çoxillik taxıl və payızlıq buğda 
cücərtiləri üzərində uredospor və uredomitseli halında keçirir. Son 
məlumatlara görə, teleytosporların göbələyin inkişaf səklində rolu 
müəyyən deyildir. 
Xəstəliyin ilkin əlamətləri erkən yazda bitkilərin kollanma və 
boruyaçıxma mərhələsində üzə çıxır. Qışın mülayim keçməsi bəzən 
göbələyin bütün vegetasiya boyu inkişaf etməsinə  şərait yaradır. 
1998-1999-cu vegetasiya ilində sarı pas Abşeron və Cənubi Muğan 
bölgələrində bütün qış uzunu inkişafda olmuşdur.  Xəstəliyin toxum 
ilə yayılması faktı məlum deyil. Sarı pas törədiciləri – uredosporlar 
külək axını və həşəratlar vasitəsilə geniş ərazilərə yayıla bilir. Sarı 
pasın törədicisinin böyümə və inkişafı üçün 10-13°C temperatur op-
timal hesab olunur. Uredosporlar 0°C temperaturda belə cücərə 
bilir. 20°C-dən yuxarı temperaturda göbələyin inkişafı  zəifləyir. 
Qeyd etmək lazımdır ki, Azərbaycanda aprel və may aylarında, 
temperaturun gündüzlər 20-25°C olmasına baxmayaraq, gecələr 
15°C-yə, yaxud ondan da aşağı düşməsi göbələyin inkişafını 
zəiflədə bilmir. Respublikamızın təbii iqlim şəraiti sarı pasın erkən 
yazdan, hətta payızdan inkişaf etməsi üşün əlverişli hesab olunur.  
Son illərə qədər sarı pas xəstəliyi 3-4 ildən bir respublikamızın 
ayrı-ayrı bölgələrində, xüsusilə dağətəyi və dağlıq əkin sahələrində 
lokal  şəkildə  təsadüf edilən və taxıl bitkilərinin məhsuldarlığına o 
qədər də ciddi təsir göstərə bilməyən bir xəstəlik kimi qeydə alın-
mışdır. Azərbaycan Elmi Tədqiqat Əkinçilik İnstitutunda bu xəstəli-
yə qarşı yüksək davamlılığa malik bir çox məhsuldar yumşaq buğda 


42 
sortları (“Tərəqqi”, “Azəri”, “Mirbəşir-128”, “Əkinçi-84” və s.) ya-
radılmışdır.   
Lakin bir çox iş adamlarının xarici ölkələrdən (İran, Türkiyə, 
Avropa ölkələri və Rusiyadan) gətirdikləri, mənşəi məlum olmayan 
və sınaqdan keçirilməmiş yumşaq buğda sortlarının respublikamızın 
bütün bölgələrində becərilməsi sarı pasın 1996-cı ildən başlayaraq 
kütləvi şəkildə yayılmasına və yaradılmış yerli yumşaq buğda sort-
larına sirayət etməsinə səbəb oldu. Ehtimal ki, bu proses, gətirilmə 
sortların vasitəsilə sarı pasın yeni aqressiv pas və biotiplərinin ya-
yılması  nəticəsində baş verdi. Artıq bu xəstəlik son 8-9 ildə  hər il 
bütün taxılçılıq bölgələrində, hətta aşağı düzənlik rayonlarında 
kütləvi şəkildə yayılır və ciddi məhsul itkisi törədir. Sarı pas xəstə-
liyi buğdanın vegetasiysının əvvəlində, yəni erkən yazda, nadir hal-
larda isə payızda  əmələ  gəldiyi üçün onun məhsuldarlığa vurduğu 
ziyan daha çoxdur. Xəstəlik nəticəsində yarpaqların assimilyasiya 
səthi kiçilir, tənəffüs prosesi güclənir, buxarlanma artır və yarpaqlar 
vaxtından tez quruyub tökülməyə başlayır. Nəticədə dənin dolması 
prosesi tam getmir, əmələ gəlmiş dənlər cılızlaşdığı üçün çəkisi də 
aşağı düşür. Sarı pas xəstəliyinə müxtəlif səviyyədə (zəif, orta, 
güclü) tutulmuş sortlar üzərində aparılmış  təcrübələr göstərir ki, 
onun məhsuldarlığa vurduğu ziyan xəstəliyin intensivliyindən asılı 
olaraq, 17-35% arasında dəyişir.  
Mübarizə  tədbirləri.  Təsərrüfatlar vaxtaşırı olaraq xəstəliyə 
davamlı sortlardan istifadə etməlidirlər. Sarı pasa davamlı olan 
“Əzəmətli-95”,  Əkinçi-84”, ”Nurlu-99”, ”Ruzi”, ”Qobustan” kimi 
yumşaq buğda sortları hazırda respublikanın taxılçılıqla məşğul 
olan bütün regionlarında becərilir.  
Xəstəliyin infeksiya mənbəyini məhv etmək üçün biçin qur-
tardıqdan dərhal sonra sahələr kövşəndən təmizlənməli, dərin  şum 
aparılmalı, payızda taxıl cücərtilərinin əmələ gəlməsinə yol verilmə-
məlidir. Növbəli  əkinlərin və  sələf bitkilərinin tətbiqi, bitkilərin 
xəstəliyə qarşı müqavimətinin artmasında müstəsna əhəmiyyətə ma-
likdir. Payızda taxıl  əkiləcək sahələrin  şum altına fosfor-kalium, 
erkən yazda isə yemləmə şəklində azot gübrəsi verilməlidir. Azotun 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə