Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə11/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   7   8   9   10   11   12   13   14   ...   58

33 
kompleksi, xeyirli fauna və floranın mövcud durumu və  tətbiq 
ediləcək pestisidlərin ona uyğun seçilməsi və  tətbiqi  İMT-nin ha-
zırlanmasında nəzərə alınması vacib olan faktorlardır. 
Azərbaycanda bitki mühafizəsində inteqrir mübarizə tədbirləri-
nin tətbiqi keçən  əsrin 70-ci illərindən başlayaraq tətbiq olunmağa 
başlayıb. Bu sahədə Azərbaycan Elmi Tədqiqat Bitki Mühafizə 
İnstitutunun və ona 1963-cü ildən rəhbərlik edən Akademik Siddiqə 
Məmmədovanın, Azərbaycanda aqrar elmin beşiyi sayılan Azərbay-
can Aqrar Universitetinin və bu sahədə uzun illər elmi tədqiqatlar 
aparmış professorlar B.B.Xəlilov, M.İsmayılov, Ü.A.Rəhimov, 
İ.H.Cəfərovun və başqa görkəmli alimlərin, Kənd Təsərrüfatı Nazir-
liyinin  Əkinçilik, Tərəvəzçilik, Üzümçülük, Pambıqçılıq, Meyvə-
çilik və Subtropik bitkilər Elmi Tədqiqat İnstitutlarında, AMEA-nın 
Genetik Ehtiyatlar, Botanika, Mikrobiologiya İnstitutlarında, 
ÜBMİ-nin Azərbaycan Bitkiləri Mühafizə Stansiyasında çalışmış 
alim və mütəxəsislər işləmişlər.   
 
 
 


34 
XÜSUSİ HİSSƏ 
 
TAXIL BİTKİLƏRİNİN XƏSTƏLİKLƏRİ 
 
 
Buğda, arpa və qarğıdalı taxıl bitkiləri arasında  əkin sahəsinə 
və istifadəsinə görə əsas yer tutur. Bu bitkilərin məhsullarından un, 
qənnadı  və makaron məmulatları, nişasta, pivə, spirt və başqa ye-
yinti məhsulları hazırlanır. Taxıl məhsulları heyvandarlıq və quşçu-
luğun əsas yem bazasıdır. Bununla bərabər, taxıl istehsalının strateji 
əhəmiyyəti daha böyükdür. Belə ki, ölkənin  ərzaq təhlükəsizliyi 
həm də onun milli təhlükəsizliyinin tərkib hissəsidir. Ölkənin 
müstəqilliyini təmin edən məsələlərdən biri də özünü taxıl məh-
sulları ilə təmin etməkdir. 
Həyata keçirilən aqrar islahatlar nəticəsində Azərbaycanda 
taxıl məhsulları istehsalı xeyli artıb. Hər il ölkədə orta hesabla 780 
min hektar sahədə taxıl bitkiləri əkilir. Onun 97,7%-i buğda, arpa və 
qarğıdalının payına düşür. Lakin təəssüf doğuran budur ki, ölkədə 
taxıl istehsalı üzrə heç də  həmişə istənilən nəticələr  əldə olunmur. 
Belə ki, təsərrüfatlarda hər il xəstəliklərin, zərərvericilərin və alaq 
otların taxıl bitkilərinə vurduğu ziyan onların məhsuldarlığının 30-
35%-nin itirilməsi ilə nəticələnir. Torpaq mülkiyyətçilərinin və taxıl 
istehsalçılarının daha səmərəli və müasir mübarizə vasitələri və 
üsulları haqqında məlumatları olmalıdır. Onları  xəstəlik törədi-
cilərinə, zərərvericilərə və alaq otlarına qarşı daha mütərəqqi müba-
rizə texnologiyası barədə biliklərlə məlumatlandırmaq həll edilməsi 
vacib olan aktual problemdir. 
 
       
 
 


35 
BUĞDA 
 
Buğda dənli bitkilər (Gramineae Juss.) fəsiləsinin  Triticum 
(Triticum L.) cinsinə aiddir. Əsasən, iki: yumşaq (Triticum aestivum 
L.) və bərk (Triticum durum Desf.) buğda növləri geniş yayılmışdır. 
Azərbaycanda torpaq-iqlim şəraiti hər iki növün becərilməsi üçün 
əlverişlidir. Yumşaq və bərk buğdaların növ müxtəliflikləri olduqca 
çoxdur. Yabanı  və  mədəni buğdanın 25 növünün 14-ü Azərbay-
canda mövcuddur. Yumşaq buğdalar plastik olub respublikanın eko-
loji iqlim zonalarında  əkilir. Bərk buğdalar isə daha çox mülayim 
iqlim şəraitində (aşağı düzən əkin sahələri) becərilir. Buğda dəninin 
tərkibində 16-17%-ə  qədər zülal, 76-78%-ə  qədər karbohidratlar
1,2-1,5%-ə  qədər yağ, kalium, fosfor, dəmir və bir çox vitaminlər 
vardır. Payızlıq buğdaların kütləvi cücərməsi və normal inkişafı 
üçün 12-15ºC temperatur və torpaq nəmliyinin 70-75% olması 
yetərlidir. Yumşaq və bərk buğdalar bir-birindən morfoloji əlamət-
lərinə, kimyəvi tərkibinə, texnoloji keyfiyyətlərinə və istifadə edil-
məsinə görə fərqlənir.  
Bərk buğda sortlarında zülalın miqdarı yumşaq sortlara nisbə-
tən yüksək olur. Lakin elastikiyi bir qədər möhkəm olduğu və kley-
kovinası (özlülüyü) zəif olduğu üçün onun unundan makaron, 
vermişel və  qənnadı  məmulatlarının istehsalında daha çox istifadə 
olunur. Yumşaq buğdalardan isə  ən çox çörək bişirmədə istifadə 
edilir.  
Azərbaycanda yüksək məhsuldar “Mirbəşir-50”, “Bərəkətli-
95”, “Vüqar”, “Əlincə”, “Tərtər”, “Qaraqılçıq-2” bərk buğda
“Əzəmətli-95”, “Əkinçi-84”, “Nurlu-99”, “Qobustan”, “Azəri”, 
“Ruzi” kimi yumşaq buğda sortları çörək bişirmə texnologiyalarının 
tələblərinə cavab verir və respublikamızda geniş sahələrdə becərilir. 
 
Sürmə xəstəlikləri 
 
Dənli-taxıl bitkilərində sürmə  xəstəlikləri adından göründüyü 
kimi, bazidili göbələklərin Ustilaginales sırasına aid patogen növlə-


36 
rinin yaratdığı qara rəngli sürməyə oxşar örtük və ya dənin üzərində 
qara tozşəkilli daşlar əmələ gətirdiyindən bu xəstəliklər belə adlan-
dırılmışdır. Buğda bitkisi bərk, tozlu, cırtdan, gövdə  və hind 
sürməsi ilə yoluxur.  Azərbaycan şəraitində sürmənin ancaq bərk və 
tozlu növləri mövcuddur, bəzən gövdə sürməsinə də təsadüf olunur. 
Sürmə  xəstəliyi taxıl fəsiləsinə  mənsub olan bütün bitki növləri 
üzərində yayılır, amma yumşaq buğda sortları sürmə xəstəliklərinə 
daha çox tutulur.  
 
Bərk sürmə 
 
Törədicisi Tilletia caries Tul.və Tilletia foetida Liro. göbələk-
ləridir. Təsnifata görə  Tilletia caries, Basidiomycota şöbəsinin
Exobasidiomycetes  sinifinin, Tilletiales sırasının, Tilletiaceae 
fəsiləsinin, Tilletia cinsinin nümayindəsidir. Bərk sürməyə tutulan 
sünbüllər bəzən sağlamlarla eyni səviyyədə, lakin əksər hallarda 
boyca kiçik və  qılçıqları yanlara əyilmiş  şəkildə olur. Xəstə sün-
büllərdə olan dənlərin rəngi bozumtul-qara, qabığı kövrək olub adi 
halda öz formasını saxlayır. Bunu sahədə adi gözlə görmək müm-
kündür. Bərk sürmə külək, həşəratlar, mexaniki toxunma, əsasən isə 
toxumla yayılır. Xəstəlik törədicilərinin (teliosporların) sahə  şə-
raitində sünbüldən sünbülə keçməsi ehtimalı çox azdır. Lakin biçin 
zamanı kombaynın ayrı-ayrı hissələrindən keçən xəstə sünbüllərin 
dənləri partlayıb dağılır və teliosporlar sağlam dənlər üzərinə 
düşərək onları yoluxdurur. Səpin zamanı toxumla birlikdə torpağa 
düşən törədicilər cücərib bazidilər verirlər. Bazidilər üzərində 
tumurcuğa bənzər bazidisporlar inkişaf etməyə başlayır. Onların 
torpaqda kapulyasiya etdikdən sonra əmələ gətirdikləri diploid mi-
tsellər bitki cücərtilərinin divarlarını deşərək daxilə keçir və cücər-
tilərlə birlikdə öz inkişafını  dənin  əmələ  gəlməsi və formalaşması 
mərhələsinə qədər davam etdirir. Dənin yetişməsi zamanı onun en-
dospermini tamamilə parçalayaraq, sünbüldə qara rəngli teliospor 
yığımı əmələ gətirir. Bu cür sünbüllər döyüm zamanı sağlam dənləri 
də sirayətləndirir. Bərk sürmə ilə sirayətlənmiş buğda dənləri çürü-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə