Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə20/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   16   17   18   19   20   21   22   23   ...   58

62 
bitki qalıqları üzərində öz həyatını davam etdirir, gecikdirilmiş 
səpində daha güclü yayılır (Şəkil 16). 
Rinxosporioz Azərbaycanın dağətəyi bölgələrində Şəki-Zaqata-
la zonasında, Şamaxı, Cəlilabad rayonlarında geniş yayılır. Xəstəli-
yin vurduğu ziyan bitkilərin yarpağının tez quruyub tökülməsi, ge-
nerativ reproduktiv orqanların inkişafdan qalması, dənin formalaş-
ması prosesinin pozulması nəticəsində yüngül çəkili dənlərin və boş 
sünbüllərin  əmələ  gəlməsindən ibarətdir. Rinxosporiozun kütləvi 
şəkildə yayılması zamanı məhsuldarlığa dəyən ziyan bəzən 5-12%-ə 
çata bilər. 
Mübarizə  tədbirləri.  Xəstəliyə qarşı davamlı sortlardan 
istifadə olunmalıdır. Biçin qurtardıqdan sonra sahə bitki qa-
lıqlarından təmizlənib kənarda yandırılmalı və dərin yay şumu apa-
rılmalıdır. Xəstəliyə güclü sirayətlənmiş arpa sahələrində təkrar sə-
pin aparılmasına yol verilməməlidir. Toxum materialı  xəstəlik yo-
luxmayan sahələrdən götürülməli və xüsusi diqqətlə dərmanlanma-
lıdır. Vegetasiya dövründə  xəstəliyə qarşı funqisidlərdən istifadə 
oluna bilər (Buğdanın pas xəstəliklərində olduğu kimi). 
 
Kök çürümələri 
 
Arpanın kök çürümə xəstəlikləri yapaq səthində qonur, zolaqlı 
və torvarı  ləkə yaradır. Qonur ləkə buğda, arpa, çovdar və taxıl 
fəsiləsinə aid olan bir çox digər ot bitkilərini və alaqları 
sirayətləndirir. Buğdanın qonur ləkə (helmintosporioz kök 
çürüməsi) xəstəliyi haqda yuxarıda məlumat verilir. Zolaqlı və torlu 
ləkə isə arpanın tipik xəstəlikləri hesab olunur. Qeyd etmək lazımdır 
ki, arpanın torlu ləkə  xəstəliyinə Azərbaycanda çox az hallarda 
təsadüf edilir.  
 
Zolaqlı ləkəlik 
 
Törədicisi  Drechslera graminea İ. göbələyidir. Təsnifata görə 
bu göbələk Ascomycota  şöbəsinin,  Dothideomycetes sinifinin, 


63 
Pleosporales  sırasının, Pieosporaceae  fəsiləsinin,  Drechslera    cin-
sinin nümayindəsidir. Arpanın cücərməsindən başlayaraq yetişmə 
mərhələsinə  qədər davam edən bu xəstəliyin inkişafı çiçəkləmə  və 
dənin dolması dövründə daha da intensivləşir (Şəkil 17). 
Zolaqlı  ləkə  xəstəliyinin törədiciləri  əvvəlcə cücərtilərin yar-
paqları üzərində tutqun-sarı rəngli ləkələr əmələ gətirir. Sonra bu lə-
kələr yarpağın mərkəzi damarı ətrafında uzanan açıq-qonur rəngdə 
lentvarı  ləkələrlə  əvəz olunur. Xəstəlik inkişaf etdikcə, arpanın çi-
çəkləmə mərhələsindən başlayaraq bu zolaqlar yarpaq uzunu parça-
lanaraq onu 2-3 hissəyə bölür. Yarpaqlar getdikcə quruyub tökülür. 
Belə sünbüllərdə dən əmələ gəlmir, bitki qaralıb tamamilə quruyur. 
Zolaqlı ləkə xəstəliyinə davamsız arpa sortlarının dəni çox arıq və 
yüngül, rüşeymi qaralmış olur, xəstəliyə davamlı arpa sortlarında 
isə bu əlamətlər müşahidə edilmir. Xəstəliyə davamsız sortlarda 
bitki toxumasının yumşaq olması göbələk mitsellərinin daxildəki 
qida aparıcı damarlara girməsini asanlaşdırır və bitkilərin tez tələf 
olmasına səbəb olur. Dənin rüşeymində yayılmış mitsel kütləsi isə 
səpindən sonra cücərtilərdəki rüşeym köklərini məhv edir. Odur ki, 
xəstəliyə davamsız sortların toxumunun dərmanlanması onu xəs-
təlik törədicilərindən tam azad olunmasını  təmin edə bilmir. Xəs-
təliyə davamlı sortlarda isə toxumların göbələklə sirayətlənməsi 
səthi olduğu üçün səpinqabağı dərmanlama səmərəlidir. 
Yığımdan sonra göbələyin mitseli və konidiləri bitki qalıqların-
da öz həyat qabiliyyətini saxlayaraq erkən yazda xəstəliyin yenidən 
yayılmasını təmin edir. 
Qışı kövşən qalıqlarında keçirən göbələklər erkən yazda bəzi 
hallarda kisə və kisə sporlarına malik yalançı peritesilər əmələ gəti-
rir ki,  bu da xəstəliyin yayılmasında əlavə infeksiya mənbəyi hesab 
edilir. Göbələyin kisə  mərhələsi  Pyrenophora graminea L. to et 
Kuri. adlanır. 
Arpanın çiçəkləmə mərhələsində nisbi rütubət və temperaturun 
yüksək olması xəstəliyin inkişafını daha da artırır. 
Mübarizə tədbirləri. Arpa sahələrində fosfor və kalium gübrə-
ləri ilə manqan və mis mikroelementlərinin qarışıq şəkildə verilməsi 


64 
bitkilərin xəstəliyə qarşı müqavimətini artırır. Toxum materialı daha 
az sirayətlənmiş sahələrdən götürülməli, bitki qalıqlarından və arıq 
dənlərdən yaxşı  təmizlənməli, kalibrovka olunmalıdır. Xəstəliyə 
sirayətlənmiş  əkin sahələrindən kövşən qalıqlarını  çıxarıb kənarda 
yandırmalı və dərin yay şumu aparılmalıdır. Səpin hər bir bölgənin 
təbii iqlim şəraitinə uyğun şəkildə gələn optimal müddətdə keçiril-
məli, alaq bitkilərinə qarşı mübarizə tədbirləri vaxtında yerinə yeti-
rilməlidir. 
Kimyəvi mübarizə  məqsədilə buğdanın sürmə  xəstəliklərində 
işlədilən preparatlardan istifadə olunur. 
 
 
 
 


65 
QARĞIDALI  
 
Qarğıdalı  (Zea mays L.) taxıllar fəsiləsinə  (Gramineae L.) 
aiddir. Kütləvi cücərməsi üçün 10-12°C, sonrakı inkişafı  və yetiş-
məsi üçün isə 23-28°C temperatur tələb olunur. Qarğıdalı quraqlığa 
nisbətən dözümlüdür, bir sentner quru kütlə almaq üçün arpa və 
vələmirdən az su tələb edir. Bununla belə, qarğıdalı suya çox tələb-
kardır. Ondan yüksək məhsul (40-50 s/ha) götürmək üçün suya olan 
tələbatı tam ödənilməlidir. Azərbaycanda “Zaqatala-514”, “Zaqatal-
68”, “Azərbaycan-3”, Krasnodar-236” və yaxşılaşdırılmış “Zaqa-
tala” rayonlaşdırılmışdır. Qarğıdalı heyvandarlıq və quşçuluq üçün 
qiymətli yem bitkisidir. Bu bitkinin yaşıl kütləsindən alınan silos 
heyvandarlıqda istifadə olunan yemdir. Qarğıdalı unundan qənnadı 
məmulatlarının istehsalında istifadə olunur. Dənindən yarma və 
konserv (şəkəli qarğıdalı) hazırlanır. Sənayedə ondan etil spirti, 
nişasta, bal, yağ, E vitamini, askorbin və qlütamin turşuları alınır. 
Ən çox Şəki-Zaqatala, Muğan, Mil-Qarabağ bölgələrində  və  Cəli-
labadda becərilir. Torpaq-iqlim şəraitindən asılı olaraq qarğıdalı 
bitkisi müxtəlif xəstəliklərlə yoluxur. Azərbaycan  şəraitində qarğı-
dalı becərən istehsalçılar aşağıdakı  xəstəliklər haqda məlumatlı 
olmalıdır ki, bu xəstəliklərlə vaxtında və səmərəli mübarizədə apara 
bilsinlər. 
 
Qovuqlu sürmə 
 
Xəstəliyin törədicisi  Ustilago zeae Under göbələyi olub
təsnifata görə Basidiomycota şöbəsinin, Ustilaginomycetes sinifinin, 
Ustilaginales sırasının, Ustilago cinsinin nümayindəsidir. Qarğıda-
lının becərildiyi bütün regionlarda yayılır. Xəstəlik nəticəsində 
bitkinin bütün yerüstü orqanlarında – gövdəsi, qıçası, yarpaqları, 
süpürgəsi və hava köklərində müxtəlif  böyüklükdə qovuqlar əmələ 
gəlir. Əvvəlcə xırda şişkin ləkələr şəklində olan bu qovuqlar inkişaf 
edərək getdikcə böyüyür və irihəcmli (15 sm diametrdə  və daha 
çox) qovuqlara çevrilir. Onlar əvvəlcə  ağ, sonra bozumtul çəhrayı 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə