Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə25/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   21   22   23   24   25   26   27   28   ...   58

78 
diplodioz, niqrosporioz xəstəliklərinə  də tutulur. Bunlar haqqında 
artıq əvvəlki fəsillərdə məlumat verilmişdir. 
 
Fuzarioz 
 
Xəstəliyin törədicisi  Fusarium moniliforme Sheldon göbələyi 
təsnifata görə  Ascomycota  şöbəsinin, Sordariomycetes sinfinin, 
Hypocreales  sırasının,  Nectriaceae  fəsiləsinin,  Fusarium cinsinin 
nümayindəsidir. Xəstəlik sahədə qıçaların süd yetişmə  mərhələsin-
dən başlayaraq yığıma qədər, hətta saxlama zamanı temperatur və 
nisbi rütubətin yüksək olduğu hallarda da inkişaf edib yayılır. 
Göbələyin mitselləri qıçalar üzərində hörümçək toruna bənzər 
solğun-çəhrayı rəngli sıx örtük əmələ gətirir (Şəkil 30). 
Göbələk həm mikro, həm də makro konidilərlə yayılır. Konidi-
ləri oraqvarı şəkildə olub 5-7 arakəsməyə malikdir. Mitsellər üzərin-
də  bəzən 190-300 mkm böyüklükdə tutqun-yaşıl rəngli dəyirmi 
peritesilər əmələ gəlir. 
Xəstəliklə güclü yoluxmuş dənlərin cücərmə qabiliyyəti olduq-
ca aşağı olur. Xəstəliyin əsas infeksiya mənbəyi  sahədə qalmış qıça 
qalıqları və dəndir. Azərbaycanda yayılmış xəstəlikdir.  
Fusariozla xəstələnmiç qıçalar zəhərli olmadığı üçünhey-
vanlara vermək olar. 
 
Qırmızı çürümə 
 
Törədicisi Fusarium graminearum Schwabe göbələyi təsnifata 
görə  Ascomycota  şöbəsinin, Sordariomycetes sinfinin, Hypocreales 
sırasının,  Nectriaceae  fəsiləsinin,  Fusarium cinsinin nümayində-
sidir. Xəstəlik yüksək rütubətli regionlarda güclü yayılır. Adətən, 
süd və mum yetişmə zamanı  qıçaların uc hissəsində açıq-çəhrayı 
rəngli örtük əmələ  gətirir. Xəstəlik nəticəsində  qıçanın qabığı 
gövdəyə möhkəm yapışır və qırmızı kərpici rəng alır (Şəkil 31). 
Qıçalarda olan dənlər də bu rəngdə olur. Göbələk mikrokonidi-
lər vasitəsilə yayılır, makrokonidiləri yoluxdurur. Meyvə bədəni-pe-


79 
ritesi əmələ gətirir. 
Xəstəliyin törədicisi 100% nisbi rütubət və 30-35°C tempera-
turda yaxşı inkişaf edir. Buna görədə  saxlama zamanı qıçaları xəs-
tələndirə bilmir və toxum vasitəsilə yayılmır, qışı sahədəki bitki qa-
lıqları üzərində keçirir.  
Bitkilərin erkən fazada xəstəliyə tutulması zamanı  qıça və dən-
lər tam formalaşa bilmir, saxlama zamanı tez kiflənir və cücərmə 
qabiliyyəti aşağı düşür. 
Bu xəstəliyə Azərbaycanda az təsadüf edilir. 
 
Boz çürümə 
 
Xəstəliyin törədicisi Rhizopus maydis Bruderl ibtidai göbələyi 
təsnifata görə  Zygomycota  şöbəsinin,  Mucormycotina sinfinin, 
Mucorales  sırasının,  Mucoraceae  fəsiləsinin,  Rhizopus cinsinin 
nümayindəsidir.  Göbələk dənin süd yetişmə mərhələsinin əvvəlində 
qıçada, dənlərin cərgə aralarında bozumtul-qonur rəngli sıx örtük 
əmələ gətirir. Göbələk ancaq dənləri sirayətləndir. Əvvəlcə qıçanın 
uc hissəsində, inkişaf etdikcə  aşağı hissəsinə doğru yığılır (Şəkil 
32). 
Xəstəliyə tutulmuş digər dənlər getdikcə qonurlaşır,quruyur və 
asanlıqla ovulub tökülür. Yüksək nisbi rütubət və 30-35°C tempe-
ratur göbələyin inkişafı üçün optimal interval hesab olunur. Qıça-
ların saxlanması zamanı göbələk yayılmır, bitki qalıqları üzərində 
qışlayır. İnfeksya mənbəyi kimi xəstəliyin yayılmasında dənin rolu 
böyükdür. 
 
Qıça və dənin kiflənməsi 
 
Boz kiflənmənin törədiciləri Penicillium, Aspergillus, Botrytis,  
Mucor  cinsinə aid göbələklərdir. Bunlar 8°C temperaturda yaxşı 
inkişaf edir. Penicillium  göbələyi hətta 2-5°C-də cücərir. Qağıda-
lının bu xəstəliyi yüksək nisbi rütubətdə yığım və dənin saxlanması 
zamanı boz, tutqun və  çəhrayı kiflənmə formalarında müşahidə 


80 
olunur. 
Tutqun kiflənmənin törədiciləri  Cladosporium və Alternaria 
cinsinə aid göbələklərdir. Qıça və dənlər üzərində tutqun və ya qara 
rəngli təbəqə əmələ gətirir.  12-30°C temperaturda inkişaf edir. 
Çəhrayı kifləmənin törədiciləri  Trichothecium, Cephalospo-
rium və Sporotrichum cinsinə aid göbələkləridir. Onlar 12-20°C 
temperatur və 65-80% nisbi rütubətdə normal inkişaf edir. 
Aspergillus göbələk növləri ilə sirayətlənmiş  xəstə  qıça və  dəni 
heyvanlara vermək olmaz, qida kimi insanların istifadə etməsi 
eşitmə və tənffüs orqanlarında xəstəlik əmələ gətirir (Şəkil 33). 
Qıçanın bakteriozu. Törədicisi Bacillus mesentericus var. vul-
garius Flugge. təsnifata görə  Bacteria  aləminin, Firmicutes  şöbə-
sinin,  Bacilli sinfinin, Bacillles  sırasının,  Bacillaceae  fəsiləsinin, 
Bacillus cinsinin nümayindəsidir. Qarğıdalı əkilən bütün rayonlarda 
yayılır. Qarğıdalının süd yetişmə  mərhələsində  dənin qabığında 
içəriyə doğru batıq halında 2-3 mm diametrdə bozumtul solğun 
rəngli ləkələr əmələ gətirir. Xəstəlik güclü inkişaf etdikdə ləkələrin 
rəngi qonurlaşıb saralır, dənin qabığı büzüşür və ya yaraya oxşar 
formaya düşür (Şəkil 34). Xəstəlik qıçanın uc hissəsində topa 
halında bir yerdə bir neçə dənin üzərində əmələ gəlir. Patogenbakte-
riyalar toxunma ilə və zədə yerlərindən yoluxur, həşaratlar tərəfin-
dən yayılır.  
Xəstəliyin vurduğu ziyan xəstə qıçaların kif göbələkləri ilə tez 
sirayətlənməsi, 1000 dənin çəkisinin, keyfiyyətinin və cücərmə qa-
biliyyətinin aşağı düşməsi ilə xarakterizə olunur.   
Mübarizə  tədbirləri. Xəstəliyin qarşısını almaq və infeksiya 
ehtiyatını minimum səviyyəyə endirmək üçün profilaktika tədbiri 
olaraq, məhsul yığımından sonra bitki qalıqları sahədən çıxarılıb 
yandırılmalı, dərin dondurma şumu aparılmalı, xəstəliyin keçirici 
sahibləri olan həşəratlar məhv edilməlidir. 
Toxum vədən üçün yalnız sağlam qıçalar seçilməlidir. Saxla-
nan qıçalarda rütubət 16%-dan az, dəndə isə 13%-dən çox olmama-
lıdır. Saxlama anbarları havalanmalıdır. Xəstə qıçaların sağlamlarla 
bir yerdə saxlanması  xəstəliklərin geniş yayılması üçün əlverişli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə