Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə38/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   34   35   36   37   38   39   40   41   ...   58

118 
lən dövründə pomidorun qidalanmaya tələbatı yüksəlir. Bu dövrdə 
Mg(NO
3
)
2
-un verilməsi Mg
2+
 və NO
3
 ionlarının müsbət təsiri özünü 
göstərmişdir. Belə ki, təcrübə sahəsində olan variantlarda nəzarət 
sahəsindəki bitkilərlə müqayisədə boy və inkişafında kəskin fərq 
qeydə alınmışdır. Meyvələrin normal inkişafı, rəng çalarlarının sor-
tun standartına uyğunluğu Maqnezium nitrat tətbiq olunmuş vari-
antlarda daha yüksək olmuşdur. Mg-nitratın 2 qr/m
2
 normada tətbiqi 
ilə 1-ci yarus meyvələrində 10 meyvənin orta çəkisi nəzarətlə müqa-
yisədə 13,6 qram, 3 qr/m
2
 normada, 16 qram, 5 qr/m
2
 normada 17,4 
qram artıq olmuşdur. Mg-nitratın tətbiqi bu elementin çatışmazlı-
ğından yaranan əlamətlərin aradan qalxması ilə məhsulun keyfiyyət 
göstəriciləri də yüksəlmişdir. Mg-nitratın başqa üstünlüyü onun ve-
getasiyanın bütün dövrlərində tətbiq edilə bilməsidir. Bu isə bitkilə-
rin torpaqda mənimsənilə bilən Mg
2+
 elementi ilə təmin edilməsində 
mühüm əhəmiyyətə malikdir (Şəkil 60). 
 
Dəmir çatışmazlığı 
 
Dəmir (Fe) bitki orqanizmində maddələr mübadiləsi proses-
lərində aktiv iştirak edir. Xlorofilin əmələ  gəlməsinə müsbət təsir 
edir, tənəffüs prosesini aktivləşdirir. Oksidləşmə-bərpa reaksiyala-
rında iştirak edən fermentlərdən peroksidaza və katalazanın tərki-
bində mühüm elementdir. Fe fotosintez prosesində, ATF-nin yaran-
masında daha yaxından iştirak edir.                    
Fe çatışmazlığında meyvə  və giləmeyvələr boy və inkişafdan 
qalır, cavan yarpaqlar və zoğların uc hissələri sarımtıl-yaşıl rəngə 
çalır, sonradan rəngsizləşir. Yarpaqlar tam və ya hissə-hissə saralır. 
Damarlı hissələr yaşıl qalır. Xəstəliyin əmələ gəlmə səbəbi torpaqda 
Fe-nin həll olan duzlarının az olması və əhəngin miqdarının artıqlı-
ğıdır. Fe çatışmazlığında bitkilər pis çiçəkləyir, meyvələrin məh-
suldarlığı, keyfiyyəti pisləşir, rəngləri solğun olur. Yarpaqlar vax-
tından qabaq tökülür, budaqlar hissə-hissə quruyur. Bəzən xəstə-
liyin təsirindən bitki tam quruya bilir. 
 Abşeron şəraitində Fe çatışmazlığı daha çox yayılmışdır. Örtü-


119 
lü sahədə pomidor yarpaqlarında dəmirin çatmaması xlorozla müşa-
hidə edilir. Yarpaqların parenximası saralır və rəngini itirir. Xəstəli-
yin aradan qaldırılması üçün müraciət edən yerli istehsalçılara tərə-
fimizdən Fe kuporosunun 0.5-1%-li məhlulunun torpağa verilməsi 
tədbirinin tətbiqi səmərəli olmuşdur. Bu məqsədlə İMS 2,5-5 litr/m
2
  
və tədbirin 2 dəfə 7 gün intervalla tətbiqi daha səmərəli olmuşdur. 
Torpağa paralel olaraq bitki mənşəli çürüntü verilməsi tədbirlərini 
22% artırmışdır. Təbii elementlər qarışıqlarından Fe tərkibli xelatla-
rın istifadəsi xəstəliyə qarşı müsbət nəticə verən tədbirdir (Şəkil 61). 
 
Mis çatışmazlığı 
 
 
Mis (Cu) fotosintez və  tənəffüsün intensivliyini artıran 
fermentlərin tərkibinə daxildir. Zülal və karbohidratların mübadilə-
sinə müsbət təsir edir. Bitkilərin həyatında Cu-nın başlıca vəzifəsi 
oksidləşmə-bərpa fermentlərinin (polifenoloksidaza, askorbinoksi-
daza, lakkaza və b.) əmələ gəlməsində iştirak etməkdir. Biokimyəvi 
proseslərin aktivləşdiricisi kimi zülalların metallarla reaksiyasında 
katalizator rolu oynayır. Mis azot mübadiləsinə  təsir etməklə 
zülalların yaranmasına kömək edir, karbohidrogenlərin sintezini sti-
mullaşdırır, azotun və maqneziumun bitkiyə daxil olmasını yaxşı-
laşdırır, auksin və nuklein mübadiləsində iştirak edir. Taxıl bitkiləri 
misə daha çox həssasdır. Mis qıtlığı sünbülün eybəcərləşməsinə, 
yarpaqların uc hissəsinin ağarmasına və  qıvrılmasına, sonda quru-
masına səbəb olur. Meyvə bitkilərində budaqlar quruyur, yarpaq-
ların kənarlardan bozarması, quruması və tökülməsi müşahidə edi-
lir. Bitkilərin çiçəkləmə  və meyvə  əmələgəlmə dövrü gecikir, yar-
paqların kənarları soluxur və quruyur, aşağıya tərəf qatlanır. 
Pomidor bitkisində mis çatışmazlığı kök sisteminin zəif inkişa-
fına, yarpaqların qıvrılmasına və tünd göyümsov-yaşıla çalan rəng-
də olmasına səbəb olur. Bu bitkilərdə çiçək topaları  zəif olur, 
yarpaq ayalarının ölçüləri kiçilir və yarpaq  saplağı deformasiyaya 
uğrayır. Mis qıtlığı  ən çoxu ağır metalların (Mn, Fe, Zn) torpağın 
tərkibində çox olmasından əmələ gəlir. Cu ilə ağır metal ionlarının 


120 
antoqonistliyi birincinin miqdarının kəskin azalması ilə nəticələnir. 
Mis qıtlığı ilə mübarizə məqsədi ilə mis kuporosu (CuSO
4
 × 5H
2
O) 
istifadə edilir. Tərkibində 23-25% Cu var. Bir neçə ildə (3-4 il) bir 
dəfə olmaqla 1-1,5 qr/m
2
 normada torpağa verilir. Mis kuporosu, 
əsasən, xəstəlik törədicilərinə qarşı profilaktik və mübarizə məqsədi 
ilə  qış çiləmələrində 3%-li, vegetasiya dövründə 0,5-1%-li Bordo 
məhlulu (əhənglə göydaşın 1:1 nisbətində qarışığından) kimi isti-
fadə olunur. Bu halda bitkilərə  tələb olunan Cu
+
  və Cu
2+
 ionlarını 
Bordo məhlulunun tərkibindən qəbul edə bilər. 0,2%-li mis kupo-
rosu məhlulunu suvarma suyu ilə bitkilərə verməklə torpaqda olan 
mis çatışmazlığını aradan qaldırmaq olar. Hazırda  əlavə yemləmə 
üçün mislə  zəngin müxtəlif preparatlar istehsal edilir. Misin bitki 
tərəfindən mənimsənilməsi, boy və inkişafın ilk dövrlərində baş ve-
rir. Çiçəkləmənin ilk başlanğıcına qədər bitki öz mis ehtiyatını top-
layır. Misin əhəmiyyətli hissəsi xloroplastlarda toplanır və fotosin-
tez prosesində  iştirak edir. Bitkilərin misə  tələbatı iqlim amillə-
rindən çox asılıdır. Suyun hüceyrədə  davamlı saxlanmasında başlı-
ca rol oynayan hidrofil kolloidlərin bitkidə toplanmasında mis bila-
vasitə iştirak edir. Belə olduğu halda, isti və quru iqlimi ilə seçilən 
Azərbaycanın Abşeron yarımadası və aran rayonlarında mislə əlavə 
yemləmənin verilməsi mədəni əkinlərdə bitkilərin quraqlığa davam-
lılığının artırılmasına kömək edir (Şəkil 62). 
 
Bor çatışmazlığı 
 
Əksər bitkilərdə bütün vegetasiya boyu müşahidə olunur. Bitki-
lərdə boy və inkişafı tənzimləyən meristem toxumaların fəaliyyətin-
də Bor stimulyator rolunu oynayır. Bor çatışmazlığının xarakterik 
əlaməti təpə tumurcuqlarının quruması və ya inkişafdan qalmasıdır. 
Torpaqda borun çatışmazlığı ötürücü sistemin patologiyasına gətirib 
çıxarır ki, nəticədə bitkilərin ayrı-ayrı hissələri quruyur, buğumarası 
qısalır. Paxlalılarda nitrifikasiya prosesini aktivləşdirən bakteriyalar 
fəaliyyətdən qalır və onlar saprotrof və ya parazit həyat tərzinə ke-
çir. Bununla əlaqədar xəstəlik törədicilərinə qarşı kök sisteminin da-
yanıqlılığı azalır və bitkilər xəstəliklərlə sirayətlənir. Bor maddələr 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə