Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə36/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   32   33   34   35   36   37   38   39   ...   58

112 
Kaliumun əhəmiyyətli xüsusiyyətlərindən biri də hüceyrə pro-
toplazmasının su saxlama qabiliyyətini yüksəltməsidir. Hüceyrənin 
su saxlama qabiliyyətinin yüksək olması quraqlığa davamlılığı  və 
ümumilikdə bitkinin davamlılığını artırır.  
Kaliumla yaxşı təmin olumuş hüceyrənin osmos təzyiqi yüksə-
lir, su və mineral maddələrdən səmərəli istifadəni təmin edir. Belə-
liklə, transpirasiya əmsalı  aşağı düşür və turqor vəziyyəti davamlı 
olur. 
Kalium bitkidə karbon qazının assimilyasiyasını gücləndirir, 
xloroplastlarda onun üzvi birləşmələrə (nişastaya) çevrilməsi prose-
sini yaxşılaşdırır. Mitoxondrilərdə  tənəffüs elementlərinin hərək-
ətinə şərait yaradır, yarpaqlardan üzvi maddələrin generativ orqan-
larına paylanmasında iştirak edir. Kalium çatışmazlığı olduqda, bit-
kinin tənəffüs prosesi sürətlənir, fotosintez  zəifləyir.  
Kök sisteminin güclü inkişaf etməsində kaliumun böyük 
əhəmiyyəti var. Əsasən, ilk 7-10-cu nəsildə yarpaq əmələ  gəlməsi 
dövründə SSAB növlərinin kaliuma daha çox ehtiyacı olduğundan, 
örtülü sahə üçün istehsal edilən əksəriyyət qida yemləndiricilərində 
və substratlarda bu xüsusiyyət nəzərə alınmalıdır. Belə ki, kökün 
torpaqda olan qida maddələrinin mənimsənilməsində və kök struk-
turunun genişlənməsində kalium böyük rola malikdir. 
Kalium çatışmazlığı bitkidə toksiki aminlərin (lutpessin və ar-
matin) əmələ gəlməsinə səbəb olur, amilaza və saxaraza fermentlə-
rinin aktivliyi artır. Hüceyrə turqoru itirir, yarpaqlar uzanır, başları 
aşağı  əyilir, kənarlarında açıq-yaşıl ləkələr  əmələ  gəlir. Sonradan 
kalium qıtlığı davam etdikdə bu hissələr qonur-şabalıdı rəng alır və 
nekrozlaşırlar. 
Bitki hüceyrəsində kaliumun normal konsentrasiyada olması 
toxumaların  şaxtalardan zədələnməsinin qarşısını alır, meyvələrin 
saxlanma və daşınma qabiliyyəti,  ətri və  rəng çalarları yaxşılığa 
doğru yüksəlir.        
Kaliumla bitkinin normal təminatı  xəstəliklərə qarşı davam-
lılığı artırır, göbələk, bakteriya və b. infeksiyaların yayılması  və 
inkişafını məhdudlaşdırır və onların toxumaya daxil olmasını çətin-


113 
ləşdirir.  Şəkər və amin birləşmələrinin yığılması az olduğu üçün 
göbələklərin toxumaya daxil olması çətinləşir. 
Kalium çatışmazlığı başlıca olaraq Ca və Mg elementlərinin 
torpaqda çox olduğu zaman müşahidə edilir.          
Kalium çatışmazlığı olduqda pomidor kolları tez quruyur, yar-
paqları qırışlı olur, damarlar arasında kənarlara tərəf şabalıdı ləkələr 
əmələ  gəlir, buğumarası çox qısa olur. Cavan yarpaqların qıvrıl-
ması, kənarlarının yanığı  əlamətləri ilə özünü göstərir. Pomidor 
meyvələrində yetişmə  ləngiyir, piqmentasiya pozulur və qeyri-
bərabər rəng alır.  
Torpaqda kalium çatışmazlığını aradan qaldırmaq üçün K
2
SO
4

KNO
3
, KCl gübrələrindən istifadə edilə bilər. Kalium-sulfatın 
(K
2
SO
4
) tərkibində 45-50% K var. 200 ml-lik stəkana 260 qram 
K
2
SO
4
  yerləşir. 1 qramın həcmi 0,7 sm-dır. Hiqroskopik deyil, ağ 
tozdur, bəzən bozumtul rəngdə olur. Yaxşı səpələnir, tərkibində ka-
liumdan başqa torpaq üçün vacib olan kükürd (S) elementi (20%-ə 
qədər) var. Örtülü sahədə  şitillər sahəyə köçürülməmişdən qabaq 
verildikdə  səmərəli olur. Ümumi qəbul olunmuş norması 12-15 
qr/m-dır. Ayrı-ayrı torpaq nümunələrində normanın dəqiq təyin 
edilməsi üçün torpağın tərkibində kaliumun miqdarı  təyin 
edilməlidir. K
2
SO
4
 torpağın altına tez verilməlidir. Açıq sahədə onu 
çox saxlamaq olmaz. Vegetasiya dövründə kalium çatışmazlığını 
aradan qaldırmaq üçün Favor (10:10:40) gübrəsinin 0,15%-li kon-
sentrasiyası ilə çiləmə aparılarsa, K qıtlığı aradan qalxar.  
Məlumdur ki, kalium çatışmazlığı bitkidə ümumi zəifliyə, 
stress və termiki təsirlərə davamsızlığa, fizioloji aktiv maddələrin 
(askorbin turşusu, indolil sirkə  və b.) əmələ  gəlməsinin sürətinin 
azalmasına, meyvə yetişkənliyinin ləngiməsinə, karotinin miqdarı-
nın azalmasına səbəb olur. Bundan başqa, pomidor bitkisində ka-
lium çatışmadıqda, sorucu və ötürücü sistemdə hüceyrələrin mem-
bran potensialı azalır, su və mineral maddələrin sorulma və ötü-
rülməsi zəifləyir. Kalium çatışmazlığı zamanı bitki hüceyrəsi su 
saxlama qabiliyyətini itirir və qismən quru və isti havada bitkinin 
yarpaqları  və bütövlükdə pomidor kolu turqoru itirir, istiyə da-


114 
vamlılığı azalır.  
Kalium karbon qazının mənimsənilməsini yüksəldir, xloroplas-
tlarda onun üzvi maddələrə çevrilməsini (nişasta istehsalını) sürət-
ləndirir. Mitoxondrilərdə  tənəffüs elementlərinin hərəkətinə  şərait 
yaradır, yarpaqlardan üzvi maddələrin generativ orqanlara nəqlini 
yaxşılaşdırır və sürətləndirir. Nəticədə pomidorda karotinin kartofda 
nişastanın, bibərdə askorbin turşusunun miqdarının normal səviy-
yədə olmasına, quru maddənin miqdarının artmasına, dad və keyfiy-
yətin yaxşılaşmasına səbəb olur. 
2011-ci ildə Abşeronda örtülü sahədə becərilən pomidorun 
Franko indeterminant sortuna mənsub olan əkinlərdə kalium çatış-
mazlığının aradan qaldırılması  məqsədi ilə Favor (10:10:40) qatı 
yarpaq gübrəsi tətbiq edilmiş  və bu qeyri-infeksion xəstəliyin 
aradan qaldırılmasına təsirinin səmərəliliyi öyrənilmişdir. 
Tətbiq olunmuş Favor preparatı vegetasiya dövründə çiləmə 
şəklində tətbiq edildiyi üçün bu dövrdə pomidorda kalium çatışmaz-
lığı əlamətləri qeydə alındıqda, tətbiqinin səmərəli olduğu üçün ak-
tuallığı daha da yüksəlir. Kaliumun böyük əhəmiyyətini nəzərə ala-
raq vegetasiya dövründə əlavə yemləmə şəklində onun çatışmazlığı-
nın aradan qaldırılması istehsalçılar üçün səmərəlidir. Odur ki, 
Favor preparatının 0,1%; 0,15% və 0,2%-li məhlulları ilə örtülü sa-
hədə pomidor bitkisinin kalium çatışmazlığının aradan qaldırılması 
və infeksion xəstəliklərə qarşı sonradan qazanılan immunitetin yük-
səlməsində səmərəli olmuşdur. Belə ki, Favorun 0,15% və 0,2%-li 
məhlulları ilə 2 dəfə (10-15 gün) intervalla çilənməsi müvafiq 
olaraq 20 gün sonra 54,2% və 66,8%, 20 gün sonra 67,2% və 
84,5%, 30 gün sonra 85% və 90% texniki səmərəliliklə  nəticələn-
mişdir. Etalon variantda şitillərin  əkindən 1 ay qabaq torpağa  şum 
altına Urojay (30:30:30) makro gübrəsinin 50 qr/m
2
 hesabı ilə 
verilmişdir. Təcrübə altında olan pomidor məhsulu ilə etalonda olan 
məhsul müqayisə edildikdə məlum oldu ki, Franko sortuna aid eyni 
pomidor meyvəsi təcrübə variantında (0,2%-li Favor çilənmiş) olan 
pomidorlar həm ölçülərinə  və  çəkisinə görə, həm dad və tamına 
görə, həm də daşınma üçün təzyiqə davamlılığı baxımından daha 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə