Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə41/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   37   38   39   40   41   42   43   44   ...   58

127 
xumluqda sərtləşmə, lətli hissədə isə tündləşmiş, bərkimiş toxuma-
lar olduğundan, məhsulun keyfiyyəti pisləşir və tez xarab olur. 
Adətən, yonca yerində  və yonca əkinlərinə yaxın  ərazilərdə olan 
pomidor əkinlərində daha çox ziyan vurur (Şəkil 66). 
Ləkəli mozaika.Törədicisi  Cucumber mosaic virusdur 
(CMV). Təsnifata görə 4-cü müsbət ss RNT qrupu viruslarının 
Unassigned  sırasının,  Bromoviridae  fəsiləsinin,  Cucumovirus cin-
sinin nümayəndəsidir. 
Xəstəliyi bir neçə virus ştammı törətdiyindən hər  ştamm özü-
nün spesifik əlamətləri ilə ortaya çıxır. Xiyar bitkisində ilk dəfə aş-
kar edildiyindən bu viruslar sahib bitkinin adı ilə adlandırılır. Buna 
baxmayaraq, CMV müxtəlif mutant ştammlar yaradaraq yoluxdur-
duğu bitkilərin növ tərkibini artırmaqda davam edir. Bu günə qədər 
800-dən artıq bitkini sirayətləndirməsi qeydə alınmışdır. Ştammlar-
dan asılı olaraq pomidor bitkisi üzərində yarpaq qıvrılması, mozai-
kası, sapşəkillilik, yarpaqların qırışması, kənarlarının yuxarı doğru 
qatlanması, budaq və saplaqlarda qonur ştrixlə müşahidə olunan 
mozaika əlamətləri yaradır (Şəkil 67). 
İkiqat strik. Törədicisi  Tomato mosaic virus (TomMV) və 
Potato virus X (PVX) eyni zamanda sirayətlənməsinin nəticəsidir. 
Xəstəliyin aqressivliyi bu virusların mutant yaradaraq yayılma area-
lını genişləndirə biləcəyini istisna etmir. İkiqat strik zamanı yarpaq-
larda kiçik tündləşmiş ləkələr müşahidə olunur.  
Bu ləkələr getdikcə böyüyür. Saplaq və budaqlarda, çiçək topa-
larında və çiçək yataqlarında tünd rəngli xəttlər meydana gəlir. Son-
radan bu xəttlər böyüyür və dərinləşir. Yarpaq aşağıya doğru bükü-
lür, meyvələrdə  dərinləşmiş qonur ləkələr çoxalaraq müxtəlif for-
malı deformasiyalar yaradır. Formasını itirmiş meyvələrdə bərkimə 
və  lətli hissənin süngərləşməsi müşahidə edilir. Xəstəlik,  əsasən, 
PYV-in aralıq keçiriciləri və mexaiki yolla yayılır.  İşçilərin  əmək 
alətləri, kiçik toxunuş, müxtəlif zərərvericilərin (sovka, gəmiricilər
ilbizlər və s.) zədələnməsindən asanlıqla bir bitkidən digərinə keçir. 
Ən çox bicvurma, yarpaq qoparılması, ucvurma kimi əməliyyatlar 
zamanı yayılır (Şəkil 68). 


128 
Ziyilli mozaika. Törədicisi Tütünün mozaika virusu Tobacco 
Etch. Virus-dur (TEV). 4-cü müsbət ss RNT qrupunun Potyviridae 
fəsiləsinin Potyvirus cinsinə aiddir. Tütün üzərində müxtəlif moza-
ikalarla müşayiət olunan və pomidoru da sirayətləndirən TEV, yar-
paqların deformasiyası, ziyilli olması və qıvrılması ilə ortaya çıxır. 
TEV müxtəlif cücülərlə (Myzus persicaeAphis gossypii) yayılır. 
Başlıca olaraq keçiricisi mənənələr olduğu üçün müxtəlif növ 
alaq otlarını da yoluxdurur. Mexaniki yolla da keçə bilir. Yarpaqla-
rın tükcüklərinin qırılması, bicvurma, yarpaqların qoparılmasından 
əmələ gələn mexaniki zədə yerlərindən bitkiyə daxil olur (Şəkil 69). 
Adi mozaika.Törədicisi  Tomato mosaic virusdur (ToMV).  
4-cü, müsbət ss RNT qrupunun Tobamovirus cinsinə aiddir. 
Başlıca xarakterik əlaməti yarpaqlarda ziyilli açıq-yaşıl rənglə-
rin damarlararası parenximdə görünməsidir. Yarpaqlarda damarlı 
hissələrdə isə tünd-yaşıl rənglə özünü göstərir. Yarpaqlar kənarlar-
dan yuxarıya doğru qıvrılaraq çalov şəkli alır. Örtülü sahədə xəstəli-
yin yayılmasında mexaniki işlər bicvurma, yarpaqların qoparılması 
iplərə çəkilmə zamanı mexaniki zədələnmələrdən virus dərhal bitki-
yə keçir. Pomidor virusu əvvəlki əkindən torpaqda qalmış köklərdə 
yaşaya bilir və növbəti əkində şitilin kökü ilə təmasda bitkiyə keçir. 
Pomidor bitkisinin açıq sahədə ToMV xəstəliyi ilə yoluxması daha 
şiddətli olur. Belə ki, isti, quru havalarda bitki inkişafdan qalır, bu-
daqlar və yarpaqlar elastikliyini tamamilə itirərək sərtləşir və qac 
olur. Məhsuldarlıq kəskin azalır. Çiçəklərin  əksəriyyəti tökülür, 
meyvələr  şirəsiz olur, ölçüləri və  çəkisi azalır, lətli hissə  bərkiyir, 
eninə  kəsiyində qabığa yaxın lətli hissədə qabıqla paralel və  lətli 
arakəsmələrdə bərkimiş ağımtıl-boz zolaqlar görünür. Kal meyvələr 
bitki üzərində çox qalır (20-28 gün) gec yetişir və dadsız olur. Belə 
məhsul əmtəəlik hesab edilə bilməz. Daha şiddətli yayılmada pomi-
dor meyvələri eybəcərləşir, toxumluqlarda qonurlaşma müşahidə 
edilir. Bu da virusların toxumu sirayətləndirməsini və onunla yayıl-
dığını göstərir. Odur ki, toxumluq seçilərkən xəstəliklərdən və 
zərərvericilərdən izolyasiya edilməlidir və sağlam olmalıdır. Buna 
baxmayaraq virus mənşəli xəstəliklərin zəif yoluxmada əlamətləri 


129 
nəzərə çarpmadığı üçün sahədə xəstəlik varsa, bu sahədə toxumluq 
saxlanması məsləhət görülmür. 
Xəstəliyin yayılma yolları müxtəlifdir. Toxumlarla, sorucu cü-
cülərlə, bicvurma, yarpaqların qoparılması və iş alətləri ilə daha çox 
yayıla bilir. Bir sözlə çalışmalı ki, ToMV pomidor əkilən sahəyə hər 
hansı yolla gəlməsin. Onun qarşısının alınması çox çətinlik yaradır 
və məhsuldarlığı 45-50%, bəzən şiddətli yayıldığı illərdə 90%-ə qə-
dər azaldır.  Əgər  əvvəlki illərdə ToMV örtülü və ya açıq sahədə 
olubsa, orada pomidor bitkisinin əkilməsi məsləhət görülmür. Əgər 
məcburiyyətdirsə, o zaman torpaq və ya substrat tamamilə termiki 
(60-110°C) dezinfeksiya edilməli və tam etibarlı mənbədən əldə et-
məlidir. Toxumlar səpinqabağı mütləq dezinfeksiya edilməlidir. Bu 
məqsədlə 1,5-1%-li KMnO-nun məhlulunda 30-60 dəqiqə saxlan-
dıqdan sonra steril su ilə yuyulmalı və 2-3 gün sonra səpilməlidir.  
Yaxşı olar ki, toxumlar steril substratlarda və kassetlərdə səpil-
sin. Şitil becərilən yer tamamilə ayrılmalı və buraya kənardan cücü-
lərin, müxtəlif heyvanların və kənar şəxslərin girməsinə yol vermək 
olmaz. Şitillərə və məhsuldar sahəyə qulluq edən şəxslər xüsusi ge-
yimlərlə, mühafizə vasitələri ilə, sterilizatorlarla təchiz edildikdən 
sonra işə başlamalıdır. İstixanalarda havalandırma pəncərələri kiçik 
ölçülü torlarla bağlanmalıdır ki, çöldən müxtəlif cücülər və aralıq 
keçirici sayılan orqanizmlər daxil olmasın. Alaq otlarının da aralıq  
keçirici olduğunu nəzərə alsaq, suvarma suyunun mənbəyinə, zibil-
lənmə səviyyəsinə və qeyd olunan aralıq keçiricilərlə bilavasitə tə-
masının qarşısı alınmalıdır. Bu məqsədlə suvarma suyunun  daxil 
olduğu borulara xüsusi filtrlər quraşdırılmalı, su hər növ kənar his-
sələrdən təmizlənməli və sahəyə  gəlməsinin qarşısı alınmalıdır 
(Şəkil 70). 
Mikoplazma mənşəli Stolbur xəstəliyi.  Törədicisi  Candi-
datus Phytoplasma solani 
Abşeronun polietilen örtüklü isidilən və isidilməyən sahələrin-
də becərilən pomidorun Durinta F1, Flinta F1, Caba F1, Eniqma F1 
hibridləri üzərində qış-yaz əkinlərində müşahidə edilmişdir. Xəstəli-
yin aralıq keçiricisi istixana ağqanadlısı və bostan mənənəsidir (Ap-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə