Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə49/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   45   46   47   48   49   50   51   52   ...   58

151 
zamanı bitkilərin tam ölümünə səbəb olur. Şitillərdə xəstəlik kökbo-
ğazının saralması  və sağlam  şitillərlə müqayisədə  zəif olması ilə 
fərqlənir. Məhsuldar, yaşlı bitkilərdə xəstəliklə sirayətlənmə zamanı 
yaşlı yarpaqların bir tərəfdən saralaraq, quruduğunu və gövdədən 
asılı qaldığını görürük. Belə bitkinin gövdəsinin eninə kəsiyində su 
borularının rəngi açıq-narıncı, sarımtıl-boz rənglərdə zolaqlarla 
müşayiət olunur. Xroniki soluxmada patogen sahib bitki üzərində 
uzun müddət qidalandığından onun ifraz etdiyi toksinlər ksilema 
sistemini tamamilə yararsız hala salır. Bitkinin qidasına  şərik ol-
duğu və ifraz etdiyi fermentlərlə su aparıcı hüceyrələrin membran 
təbəqəsini dağıtdığına görə bitki tədricən soluxur və tamamilə 
quruyur. Qurumuş bitki qalıqları torpağa düşür və patogen uzun 
müddət (3-4 il) torpaqda  qalaraq öz həyatilik qabiliyyətini saxlayır.  
Fusarium solani Mart. PB-də kök və kökboğazının qonur çürü-
məsini yaradır. Xəstəlik yerüstü orqanlarda yarpaqların damarlara-
rası toxumalarında nekroz və xloroz əlamətləri ilə müşahidə olunur. 
Güclü yoluxmada yarpaqlar açıq qonur rəng alır və quruyur. Xəstə-
lik törədicisinin mikroskopiyası göstərdi ki, makrosporlar üstünlük 
təşkil edir. Sonda bitki tamamilə soluxur. Torpaqda patogen ehtiyatı 
çox olduqda xəstəlik erkən və sürətli soluxma yaradır. Torpaqda fır 
nematodları və kökyeyən zərərvericilərin populyasiya sıxlığı yüksək 
olduqda bu hallar tez-tez müşahidə edilir (Şəkil 85). 
 
Gövdə çürüməsi 
 
Törədicisi Didymella lycopersici Kleb. (1921), Dothideomyce-
tes  sinfi, Pleosporales sırası,  İncertae SEDİS  fəsiləsi, Didymella 
cinsinə aiddir. Pomidor şitillərinin kök və kökboğazında, məhsuldar 
bitkilərin gövdəsində, budaqlarda yarpaq saplağının bünövrəsində, 
qara və qonur rəngli çürümə yaradır. Xəstəliklə yoluxmuş bitkilərin 
yarpaqları saralır, soluxur və əlverişli şərait olarsa, bitkini bütünlük-
lə    sıradan çıxarır. Qonur ləkələr olan sahədə qara rəngli nöqtələr 
adi lupa ilə aydın görünür. Bu patogenin piknidləridir. Piknidlər 
xəstəliyin yayılmasında  əsas mənbədir. Piknidlərdən çıxan pik-


152 
nisporlar hava-damcı yolu ilə geniş sahələrə yayılır. Gövdə çürü-
məsi xəstəliyi adlandırılmasına baxmayaraqD.lycopersici kök, yar-
paq və meyvələri də sirayətləndirir. Meyvələr saplaq hissədən qara, 
konsentrik həlqələrdən ibarət ləkələrlə  əhatə olur və qara ləkəyə 
çevrilərək meyvəni çürüdür.  
Törədici torpaqda olan xəstə bitkilərin qalıqlarında, torpağın 
üst qatlarında, toxumda, yabanı  solanales  sırası bitkilərdə qalır və 
sonrakı illərdə əlverişli şərait yarandıqda  yayılır. Törədicinin yayıl-
masında damcı və 19-22°C temperatur rejimi optimaldır. Bitki qo-
caldıqca xəstəliklə sirayətlənmə səviyyəsi yüksəlir, beləliklə məhsul 
yığımı dövründə daha çox müşahidə edilir. Torpaqda makroele-
mentlərin (N, P, K)  qıtlığı  xəstəliyin yayımasını stimullaşdırır 
(Şəkil 86). 
 
Qonur ləkəlik (Alternarioz)  
 
Törədicisi Alternaria solani Sorauer Ascomycota şöbəsi, Do-thi-
deomycetes sinfi, Pleosporaceae fəsiləsi, Alternaria cinsinə aiddir.  
A.solani kartof, pomidor, badımcan, bibər, tütün, yabanı quş-
üzümü və bir çox başqa növləri yoluxdurur. PB-nın yaşlı  yarpaqları 
üzərində əvvəlcə kiçik ölçülü (5-8 mm) sarımtıl-qonur rəngli ləkələr 
formasında müşahidə edilir. Sonradan bu ləkələrin ölçüləri və sayı 
artır, yarpaq səthini  əhatə edir. Qonur ləkələr gövdə  və meyvələr 
üzərində konsentrik, dairəvi olmaqla üzəri qara və ya tünd-qonur 
sürməşəkilli örtüklə müşayiət olunur. Bu örtük A.solani göbələyinin 
konidi və konididaşıyanlarıdır. 
A.alternata f.sp. licopersici Alternarioz xərçəng xəstəliyi yara-
dır. A.alternata kosmopolitdir və torpaq mənşəli saprotrof həyat tər-
zi keçirir. Əlverişli şərait yarandıqda Solanaceae fəsiləsi bitkilərin-
də, həmçinin digər mədəni bitkilər üzərində yayılaraq onları zədələ-
yir. Bitki üzərinə keçdikdən sonra A.alternata sürətlə yayılır. 
Burada qeyri-cinsi yolla külli miqdarda yaranan konidilər hava və 
su yolu ilə ətrafa yayılır və yeni-yeni bitkiləri sirayətləndirir. Xəstə-
lik pomidor, badımcan, bibər və kartof bitkiləri üzərində yayılmaqla 


153 
yüksək məhsul itkisi yaradır. Bitki qalıqlarında torpaqda qışlayır və 
növbəti ildə monokulturalı  əkin sahələrində daha şiddətlə yayılır. 
Bir sıra müəlliflərə görə PB Alternaria cinsinə aid olan başqa növ-
lərlə  də yoluxur. Bunlar arasında  A.consortiale (Thüem.) Hughes, 
A.tenuissima (Fr.) Wiltshire, Ellis A. capsici-annui savul. et Sandu-
Ville növlərini göstərmək olar (Şəkil 87). 
 
Vertisillioz soluxma (vilt) 
 
Törədicisi Verticillium lycopersici Pitschard et. Porte., Verticil-
lium albo-atrum Reinke et Berth.; Smith Ascomycota şöbəsi, İncer-
tae sedis sinfi,  Plectosphaerellaceae  fəsiləsi,  Verticillium cinsinin 
nümayəndələridir. Törədici 200-ə qədər bitkini yoluxdurur. Müxtə-
lif bitkilər üzərində ixtisaslaşmış rasaları üzrə  zərərvurma dərəcəsi 
dəyişir. Torpaq mənşəlidir. Sklerosiya halında 3 ilə qədər həyatilik 
qabiliyyətini saxlayır. Xəstəlik əvvəlcə aşağı yarus yarpaqlarda, yar-
paq ayasının kənarlarından sarımtıl rəng alır və eyni zamanda qıvrıl-
mağa başlayır. Sonradan bu hissədə olan bütün mürəkkəb yarpaq 
qıvrılır, qonurlaşır və soluxur. Xəstəlik yayılmış sahədə ocaqşəkilli 
soluxma kənardan diqqəti cəlb edir. Xəstə bitkilər boy və inkişafdan 
qalır, məhsuldarlıq azalır. Xəstəliyin kütləvi yayıldığı illərdə  məh-
sul itkisi 38-55% olur. Xəstə kollarda gövdənin aşağı hissəsinin 
eninə kəsiyi zamanı ksilemanın  sarımtıl-qonur rəngdə olması pato-
genin sorucu sistemdə yayıldığı  və toksinlərinin dağıdıcı  təsirinin 
göstəricisidir. PB üzərində 5 növün yayıldığı qeyd olunur. 
Azərbaycanda V.albo atrum  Reinke et Berth., V.dahliae Kleban, V. 
lycopersici  Pitchart et Porte növləri yayılaraq ziyan verir (Şəkil 88). 
 
Boz və qonur ləkəlik 
 
Törədicisi Stemphylium solani G.F.Weber, Stemphylium sp., St. 
Botryosum f.sp. lycopersici. Wallr, Neegard. Ascomycota şöbəsi, 
Dothideomycetes  sinfi, Pleosporales sırası, Stemphylium cinsinin 
nümayəndələridir. Azərbaycanın Abşeron, Lənkəran-Astara və 
Quba-Xaçmaz bölgələrində yayılmışdır.  S.solani polietilen örtüklü 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə