Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə52/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   48   49   50   51   52   53   54   55   ...   58

160 
Septorioz 
 
Törədicisi Septoria spp. Badımcan yarpaqlarında əvvəlcə açıq-
yaşıl, sonradan bozumtul-qonur rəngli kiçik ölçülü (2-8 mm) ləkələr 
müşahidə olunur. Bu ləkələr getdikcə quruyur və qopur. Nəticədə
yarpaq üzərində müxtəlif forma və ölçülü yaralar əmələ gəlir. Xəstə 
orqanların mikroskopiyasından alınmış nəticələr əsasında göbələyin 
Septoria cinsinə aid olduğu müəyyənləşdi. Xəstəlik yüksək iqtisadi 
ziyanlı  həddə malik deyil. Törədicinin ehtiyatı bitki qalıqları ilə 
ildən-ilə keçir (Şəkil 99). 
 
Serkosporoz 
 
Törədicisi Cercospora spp. əsasən, yarpaqlarda müşahidə edi-
lir. Üst hissədə sarımtıl-yaşıl ləkələr müşahidə edilsə  də, yarpağın 
alt hissəsində bozumtul-qonur, şehli havalarda isə qonur və qara 
örtüklü kiçik ləkələr aydın görünür. Materialın mikroskopiyasından 
məlum oldu ki, törədici Cercospora cinsinə aiddir. İsti və rütubətli 
havalarda daha sürətlə yayılır. Bitki qalıqlarında ehtiyat halında 
qalır. Yüksək məhsul itkisi yaratmır. Odur ki, digər geniş yayılan 
xəstəliklərlə mübarizədə tətbiq edilən sistem təsirli funqisidlər onun 
inkişafını məhdudlaşdırır (Şəkil 100). 
 
Fuzarioz soluxma 
 
Fusarium oxysporum f.sp.melongenae, F. solani Mart.,  
Vertisillioz soluxma-Verticillium spp.,  
Yarpaqlarda boz ləkəlik- Stemphylium spp. 
Ağ çürümə Sclerotinia sclerotiorum (Lib) de Bary.göbələkləri 
müşahidələr zamanı badımcan bitkisinin xəstə orqanlarının üzərin-
dən ayrılmış və təyin olunmuşdur. Qeydə alınmış xəstəlik törədici-
lərinin  əksəriyyəti pomidor və kartof bitkilərinin üzərində pato-
genlik edir və yuxarıdakı  fəsillərdə bir sıra xüsusiyyətləri öyrənil-
mişdir (Şəkil 101). 
 


161 
BİBƏR (Capsicum annuum L.) XƏSTƏLİKLƏRİ 
 
Bibər bitkisinin müxtəlif xəstəliklərlə yoluxması üzrə məlumat-
lar araşdırılmışdır. Azərbaycanın  əksər bölgələrində açıq və örtülü 
sahələrdə müxtəlif növ və sortları becərilir. Azərbaycanda geniş 
yayılan və rayonlaşdırılmış    şirin bibər sortlarından Murad, Şəfa, 
Yadigar (AzETTİ), Podorok Moldavii, acı bibər sortlarından 
Slonoviy Xobot 304, Göy-Gölü göstərmək olar. Bu sortlarla yanaşı 
rayonlaşdırılmamış bir çox sortlar (Red-set F1, İlanqa F1, Sampozi 
F1, Punto F1, Kandil F1, Stanley F1, Whitney F1, Nemezis F1, 
Sakira F1 və s.) respublikaya gətirilir, introduksiya olunur və yayı-
lır. Məhsul istehsalının artmasında yüksək-keyfiyyətli və  xəstəlik-
lərə davamlı sortların tətbiqi bibər üzərində  xəstəliklərin yayıl-
masının qarşısının alınmasında mühüm rol oynayır. Bəzi hallarda 
keyfiyyətsiz və xəstə sortların nəzarətdən kənar və qeydiyyatsız ya-
yılması xəstəlik törədicilərinin də növ tərkibinin dəyişməsinə və ye-
ni xəstəlik növlərinin yayılmasına səbəb olur. Son illərdə bu xəstə-
liklərin növ tərkibinin dəyişməsi yeni, ixtisaslaşmış növlərin yayıl-
ması bu sahənin öyrənilməsini və xəstəliklərin növ tərkibinin dəqiq-
ləşdirilməsini və onlara qarşı inteqrir mübarizə tədbirlərinin öyrənil-
məsini aktuallaşdırır.  
2000-2014-cü illərdə Azərbaycanın Abşeron, Quba-Xaçmaz və 
Lənkəran-Astara bölgələrində marşrut müşahidələri zamanı bibər 
bitkisinin xəstə orqanlarının mikroskopik analizi zamanı qeydə alın-
mış xəstəliklər və onların törədiciləri müəyyənləşdirilmişdir. Aşkar 
olunan xəstəliklər aşağıdakılardır: 
- Mozaika virus xəstəliyi törədən To.MV, Po.MV; (Şəkil 102). 
- qonur ləkəlik yaradan Cladosporium fulvum Cooke; (Şəkil 103). 
- Acı bibərdə qara çürümə yaradan  Alternaria sp. (Şəkil 104). 
 
Bakterial ləkəlilik 
 
Xəstəliyin patogeni: Xanthomonas campestris pv. Vesicatoria 
(sinonimi: X. axonopodis pv. vesicatoria) bakteriyası. 


162 
Yayılması:  Bibər becərilən rayonlarda hər yerdə.  
Əlamətləri:  Xəstəliyin  əlamətləri  şirin bibərin gövdə, yarpaq 
və meyvələrində müşahidə olunur. Acı bibərdə xəstəliyin əlamətləri 
bir o qədər də hiss olunmur. Xəstəliyin ilkin  əlamətləri kiçik, 
qeyri–düzgün formalı sulu ləkələr  şəklində yarpağın alt səthində 
meydana gəlir. Bir müddət keçdikdən sonra sirayətlənmiş toxuma 
sahələri böyüyərək yarımşəffaf sarı su ilə əhatə olunan rəngini tünd-
qəhvəyidən qara rəngə qədər dəyişən ləkələrə çevrilir. Bu ləkələrin 
mərkəzi isə solgun sarı–qəhvəyi rəngdə olur. Yarpaqların üst sət-
hindəki ləkələr yüngülcə basıq, alt səthindəkilər isə nisbətən qabarıq 
olur. Xəstəliyə güclü yoluxan yarpaqlar xlorotikləşir və didilmiş 
şəkil alır. Xəstəlik güclü inkişaf etdiyi zaman yarpaqlar vaxtından 
əvvəl məhv ola bilər. Gövdələr yoluxduğu zaman onların səthində 
məhdud sayda şəffaf–qəhvəyi, nisbətən qabarıq uzunsov yaraların 
əmələ  gəlməsi müşahidə olunur. Meyvələrdə isə ilk öncə sulu 
ləkələr əmələ gəlir.Sonradan bu sahələr nekrotikləşirlər. Bu ləkələr 
zolaqlı səthə malik olub, ölçüləri böyüdükcə partlayır (Şəkil 105). 
Xəstəliyin inkişaf  şərtləri:  Xanthomonas  cinsindən olan bak-
teriyalar toxumun xaricində və daxilində olmaq şərti ilə, toxumlarla 
ötürülür. Uzaq məsafələrə köçürülən yoluxmuş toxum və  şitillər 
ilkin infeksiya mənbəyi olaraq epidemiyanın inkişafında  əsas rol 
oynayırlar. Bu bakteriyalar yabanı bitkilərdə, pişikotu fəsiləsinin 
alaq otlarında və quru bitki qalıqlarında olurlar. Yüksək rütubətlilik 
və isti hava ilə birlikdə yarpaqların səthində külli miqdarda şehin 
olması bitkinin yoluxmasına və bakterial ləkəliliyin inkişafına gə-
tirib çıxarır. Bakteriyalar su damcıları ilə birlikdə yoluxmuş bitki-
lərdən ya da quru bitki qalıqlarından sağlam bitkilərə asanlıqla 
keçirlər. Meyvələrin yoluxması böyümə zamanı əmələ gələn çatlar, 
cızıqlar, qidalanma prosesində həşəratlar tərəfindən qoyulan dəliklər 
və s. vasitəsi ilə baş verir. Rütubətli hava şəraitində bakterial 
ləkəliliyin  əmələ  gətirdiyi zədələrin  ətrafında adətən meyvələrin 
ikincili çürüməsi baş verir. 
Mübarizə  tədbirləri: Yalnız yoxlanılmış və öncədən dərman-
lanmış toxumlardan istifadə edilməlidir.  Əgər xəstəlik artıq bitki-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə