Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə54/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   50   51   52   53   54   55   56   57   58

166 
Göbələyin kanidiləri bitki qalıqları  və alaq otları üzərində yaşayır. 
Sonradan bu bitkilər üzərindən mədəni  əkinlərə keçir. Alaq otları 
üzərində yaranan kanidilər külək vasitəsilə uzaq məsafələrə yayılır. 
Yoluxma üçün yüksək rütubətliliyə ehtiyac yoxdur. Xəstəliyin 
inkişafına yüksək temperatur və zəif içıqlanma müsbət təsir göstərir.  
 
Fusarioz soluxma 
 
Xəstəliyin patogeni: Fusarium oxysporum f. sp. capsici 
Yayılması:  Becərilən rayonların hər yerində. 
Əlamətləri:  Xəstəliyin  əlamətləri ilk öncə özünü yarpaqların 
cüzi miqdarda saralmasında və yuxarı yarpaqların solmasında 
büruzə verir. Soluxma inkişaf etdikcə yarpaqlar bulanlıq-yaşıl 
rəngdən qəhvəyiyə qədər rəngini dəyişib bitki üzərində qala bilirlər. 
Kök və gövdənin diaqonal kəsiyindəki ötürücü toxumalarda 
qırmızılı-qəhvəyi zolaqlar müşahidə olunur. 
Xəstəliyin inkişaf şərtləri: Bu fitopatogen göbələklər torpaqda 
öz həyat qabiliyyətlərini bir neçə il ərzində saxlaya bilib, kənd 
təsərrüfatı avadanlıqları, yoluxmuş bitki qalıqları və suvarılma suyu 
vasitəsilə yayılırlar. Torpağın yüksək temperaturu (33
0
C) və 
rütubətliliyi xəstəliyin sürətli inkişafına səbəb olur. 
Mübarizə  tədbirləri:  Avadanlıqları yoluxmuş sahədən təmiz 
sahəyə köçürdüyünüz zaman onları diqqətlə dezinfeksiya etmək 
lazımdır.  
 
Boz çürümə 
 
Xəstəliyin patogeni: Botrytis cinerea fitopatogen göbələk. 
Yayılması:  Becərilən rayonların hər yerində.  
Əlamətləri: Botrytis cinerea fitopatogen göbələyi yeni əkilmiş 
bitkilərin tumurcuq başlarının qurumasına səbəb olur. Lakin, o 
istənilən yerüstü orqanı  zədəli olan böyük bitkiləri də yoluxdura 
bilər. Gövdələrdə infeksiyanın ilkin əlaməti ellipsvari sulu ləkələr 
formasında özünü büruzə verər. Sonradan bu ləkələrin ölçüləri bö-
yüyür və onlar bitkini həlqəyə salaraq onun soluxmasına və  məh-


167 
vinə səbəb olur. Yarpaqların yoluxması, adətən zədəli yerlərdə V–
şəkilli sirayətlənmiş sahələr  əmələ  gətirməklə baş verir. Yüksək 
rütubətlilik  şəraitində gövdə  və yarpaqlardakı  zədələr spordaşıyan 
boz mitselilərlə örtülə bilər. Meyvələrin yoluxması sulu ləkələrin 
əmələ gəlməsi ilə başlayır.  Onlar da öz növbəsində ölçülərində tez 
böyüyərək, boz–qəhvəyi örtüklü göbələk spordaşıyanlarına malik 
zədələr əmələ gətirirlər (Şəkil 108). 
Xəstəliyin inkişaf  şərtləri:  Botrytis cinerea fitopatogen göbə-
ləyi geniş yayılmışdır. O, effektli saprofit olduğu üçün, torpaqda və 
yoluxmuş bitki qalıqlarında sklerasiya şəklində uzun müddət öz 
həyat qabiliyyətini saxlaya bilir. Botrytis  zəif parazit hesab olunur 
və adətən bitki toxumalarını  zədələr vasitəsi ilə yoluxdurur. 
Xəstəliyin inkişafı üçün çiskinli, sərin və rütubətli hava lazımdır. 
Belə  şəraitdə külək vasitəsi ilə asanlıqla yayıla bilən boz kütləli 
göbələk spordaşıyıcıları  əmələ  gəlir. Istixanalardakı pis havalan-
dırma boz çürümənin güclü inkişafına səbəb olur ki, bu da öz 
növbəsində yüksək məhsul itkisinə gətirib çıxarır. 
Mübarizə tədbirləri: Bitkilərin kəsimi həyata keçirilməlidir ki, 
onların havalandırılması bərpa olunsun. Bu xəstəliyin vurmuş oldu-
ğu zərəri azaltmaq məqsədi ilə  həmin kəsiklər funqisidlərlə  işlən-
məlidir. Uzun müddətli yüksək rütubətliliyi aradan qaldırmaq üçün 
dəqiq suvarma cədvəli qurulub, düzgün hava dövriyyəsini 
təminetmək lazımdır.  
 
Yarpaqların Serkosporioz ləkəliliyi 
 
Xəstəliyin törədicisi: Cercospora capsici G. f. sp. Melongenae 
fitopatogen göbələk. 
Yayılması:  Həryerdə.  
Əlamətləri:  Xəstəlik bibər və badımcan bitkilərinin yarpaq
saplaq, gövdə və şitillərini yoluxdurur. İlk zamanlar əlamətlər dairə-
vi şəkildən uzunsov şəkilə qədər dəyişən kiçik xloratik zədələr şək-
lində özünü büruzə verir. Sonradan sirayətlənmiş hissələr kənarlar-
dan tünd-qəhvəyi rəngli çərçivələrlə əhatələnir. Mərkəzdən isə acıq-


168 
boz rəngli spordaşıyanları ilə birlikdə nekrozlaşırlar. Ayrılıqda sira-
yətlənmiş hissələrin ölçüləri böyüdükcə konsentrik halqaların əmələ 
gəlməsi müşahidə oluna bilər. Bu yoluxmuş hissələr  şəklinə görə 
qurbağa gözünə oxşadığı üçün ona xalq arasında “frogeye” (ingilis 
dilindən tərcümədə “qurbağa gözü” deməkdir) adı verilmişdir. Sira-
yətlənmiş hissələrin qurumasından asılı olaraq mərkəzlər çatlayaraq, 
tökülür. Xəstəliyin güclü inkişafı zamanı yarpaqların tökülməsi 
(xəzan) və meyvələrin ölçülərinin kiçilməsi müşahidə olunur. 
Xəstəliyin inkişaf  şərtləri:  Cercospora capsici patogen göbə-
ləyi öz həyat qabiliyyətini ən azından bir ilə qədər yoluxmuş bitki 
qalıqlarında saxlaya bilir. Isti rütubətli hava xəstəliyin inkişafına 
müsbət təsir göstərir. Fitopatogen göbələklərin sporları külək, yağış 
damcıları və suvarma suyu ilə ya da mexaniki olaraq–torpaq işləyən 
və başqa kənd təsərrüfatı avadanlıqları və insan vasitəsilə də yayıla 
bilər.  
Mübarizə tədbirləri: Növbəli əkinlə birlikdə, aqrotexniki me-
todlar və funqisidlərlə planlı şəkildə çiləmə məhsul itkisinin qarşı-
sını ala bilər. Sahələrdəki bütün bitki qalıqlarının məhv edilməsi və 
bu patogenin sahibi olmayan mühitlərin istifadəsi torpaqdakı infek-
sion başlanğıcın miqdarını azalda bilər. Damcılı suvarmadan 
istifadə etməklə su vasitəsi ilə patogenin ətrafa səpələnməsinin qar-
şısını almaq olar.   
SSAB-nin başlıca xəstəliklərinin törədiciləri patogenliyi baxı-
mından kartof, pomidor, badımcan və bibəri yoluxdurur. Odur ki, 
SSAB üzərində qeydə alınmış patogenlərin bioekoloji xüsusiyyət-
lərinin öyrənilməsi üzrə tədqiqatlar aparılmışdır. 
 
 
 
 
 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə