Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə53/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   50   51   52   53   54   55   56   57   58

163 
lərdə müşahidə olunursa artıq onunla mübarizə aparmaq çətinləşir. 
Mis sulfatla çiləmə  xəstəliyin inkişafını  ləngidə bilər. Bakterial 
ləkəliliyin  əmələ  gətirdiyi məhsul itkisini azaltmaq məqsədi ilə 
torpaqla işləyən avadanlıqarın dəqiq təmizlənməsini aparmaq, yar-
paqlar nəm olduğu zaman sahəyə çıxmamaq və məhsul yığımından 
dərhal sonra bitki qalıqlarını torpağa bastırmaq lazımdır. Xəstəliyin 
əlamətləri  əmələ  gəldiyi zaman damcı üsulu suvarmadan istifadə 
edilməlidir.  
 
Bakterial soluxma 
 
Xəstəliyin patogeni: Ralstonia solanacearum (sinonimi: 
Burkholderia solanacearum, Pseudomonas solanacearum) bakte-
riyaları. 
Yayılması: Tropik, subtropik və  bəzən mülayim iqlim şəraiti 
olan yerlərdə. 
Əlamətləri:  Tropik və subtropik iqlim şəraitində yoluxmuş 
bitkilər yoluxmadan bir neçə gün sonra solaraq məhv olur. Bitkinin 
məhvindən öncə onun yarpaqları sağlam ya da bir qədər saralmış 
görünə bilər. Mülayim iqlim şəraitində isə, yoluxmuş bitkilərdə 
yavaş, tədricən soluxma müşahidə olunur ki, bunun da nəticəsində 
yarpaqlar təmamilə saralırlar. Yoluxmuş bitkilərin gövdələrinin aşa-
ğı hissəsindəki qabığa və özəyə gedən damarlarda qaralma müşa-
hidə olunur. Sirayətlənmiş bitkilərin gövdələri kəsilərək suya yer-
ləşdirildiyi zaman kəsiyin yerində südə bənzər  ağ rəngli bakteriya 
axıntısı nəzərə çarpır  (Şəkil 106). 
Xəstəliyin inkişaf  şərtləri:  Ralstonia  növündən olan bakte-
riyalar torpaq vasitəsilə ötürülərək, torpaqdakı köklərdə  və bitki 
qalıqlarında uzun müddət öz həyat qabiliyyətlərini qoruya bilir. 
Bakteriya köklərə nematodların qidalanması nəticəsində və şitillərin 
torpağa köçürülməsi zamanı əmələ gələn zədələr vasitəsilə yoluxur. 
Yüksək temperatur və rütubətlilik xəstəliyin torpaqda inkişafına kö-
məklik göstərir. Bakteriyalar suvarma suyu, yoluxmuş  şitillər və 
torpaqda işləyən avadanlıq və maşınlardakı torpaq qalıqları vasi-


164 
təsilə yayılırlar.   
Mübarizə tədbirləri: Ilk öncə bakteriyalar olan torpaqda əkin 
işləri aparmaqdan mümkün qədər qaçmaq lazımdır. Bibər və badım-
canın bakterial soluxmaya davamlı kamersiya məqsədi ilə yetiş-
dirilən növləri mövcuddur. Torpaqdakı pH dərəcəsinin 5,5 ilə 7,0 
arasında saxlanılması və onun yaxşı drenajı xəstəliyin inkişaf inten-
sivliyini və onun zərərliliyini aşağı salmağa içazə verir. Torpaqda 
bakteriya papulasiyasının sayını azaltmaq məqsədi ilə torpaqda bu 
patogenin sahibi olmayan məhsul dövriyyəsindən istifadə olunur.  
 
Fitoftoroz (fitoftoroz çürümə) 
 
Xəstəliyin patogeni: Phytophthora capsici fitopatogen göbə-
ləyi. 
Yayılması: Pomidor becərilən rayonların hər yerində  
Əlamətləri: Phytophthora capsici fitopatogen göbələyi bitkinin 
bütün orqanlarını yoluxdura bilər. Köklərin yoluxması bitkinin 
tezliklə  xəstələnməsinə  səbəb olur. Sirayətlənmiş köklər tünd–
qəhvəyi rəng alır və kökün xarici qabığı asanlıqla qatlara ayrılaraq 
düşür. Kök boğazının yoluxmasının  əlamətləri ilk öncə tünd–yaşıl 
sulu sirayətlənmiş  ləkələr  şəklində meydana çıxır. Belə  ləkələr 
böyüdükcə tünd–qəhvəyi rəng alır. Sirayətlənmiş kök boğazının 
eninə  kəsiyi kök qabığı boyunca səpələnmiş tünd–qəhvəyi rəngi 
ortaya çıxarır. Yarpaqlarda əlamətlər qeyri düzgün formalı kiçik 
sulu zədələr  şəklində  əmələ  gəlməyə başlayır. Yoluxmuş toxuma 
ölçücə böyüdükcə sirayətlənmiş hissə quruyaraq sarıtəhər–qəhvəyi 
rəng alır. Göbələyin böyüməsi üçün əlverişli şərait olduqda yolux-
muş yarpaqların səthində göbəıləyin spordaşıyanlarını müşahidə 
etmək olar. Sirayətlənmiş gövdələr halqalanaraq məhv olurlar. 
Meyvələrdə yoluxma ilk öncə tünd–yaşıl sulu ləkələrlə özünü 
büruzə verir. İnfeksiya yayıldıqca meyvələr büzüşür, amma məhsul 
dəriminə  qədər adətən tökülmür. Meyvələrin səthində göbələyin 
spor və mitselilərini görmək olar (Şəkil 107). 
Xəstəliyin inkişaf  şərtləri:  Yağış, rütubətli torpaq və torpaq 


165 
drenajının yaxşı aparılmaması  xəstəliyin yayılmarına və inkişafına 
müsbət təsir göstərir. Suvarma tələb edən iqlim şəraiti sahələrindəki 
nəmli torpaq üzərində fitoftoroz kök və kök boğazı çürüməsin təsir 
göstərir. Xəstəliyin yayılması adətən, su səthinin hərəkəti istiqamə-
tində yönəlmiş olur. Yağıntılar çox olan rayonlarda yarpaq solux-
ması ilə yanaşı kök boğazının çürüməsi də müşahidə olunur. Yağış 
suyunun damçıları  və külək xəstəliyin bir bitkidən digərinə 
keçməsini təmin edir. Infeksiya həm də  kənd təsərrüfatı avadan-
lıqları vasitəsilə  də yayıla bilər.  Phytophthora capsici fitopatogen 
göbələyi tropik, subtropik və mülayim iqlim şəraitində torpaqdakı 
bitki qalıqlarında illərlə öz həyat qabiliyyətlərini qoruyub saxlaya 
bilir.   
Mübarizə tədbirləri: Xəstəliyi nəzarət altında saxlamaq məq-
sədi ilə aqrotexniki tədbirlər kompleksi ilə yanaşı düzgün su-
varmaya və  əkin dövriyyəsinə  əməl etmək, funqisidlərlə çiləmək 
lazımdır. 
 
Unlu şeh 
 
Xəstəliyin patogeni: Bibər və badımcan bitkiləri üzərində olan 
Leveillula taurica fitopatogen göbələyi. 
YayilmasıL taurica–becərilən regionlarda. 
Əlamətləri:  Leveillula taurica: Yoluxmanın ilkin mərhələ-
sində yarpaqların üst səthində açıq sarıdan tünd sarıya qədər axımlı 
əlamətli dəyişən rəngli ləkələr müşahidə olunur. Sonradan,  sirayət-
lənmiş sahələr nekrozlaşır. Yoluxmuş yapaqların kənarları yuxarıya 
doğru qıvrılır və yarpağın alt hissəsində  ağ  rəngli unlu örtük mü-
şahidə olunur. Yoluxmuş hissələrin miqdarı artdıqca onlar birləşə-
rək yarpaqların ümumi xlarozuna və tökümünə səbəb olur. Xəstəlik 
adətən yaşlı yarpaqlardan cavanlara doğru inkişaf edir. Yoluxmuş 
bitkilərin meyvələri birbaşa günəş şüalarının təsirinə məruz qaldığı 
üçün onlarda günəş yanığının əlamətləri olur.  
Xəstəliyin inkişaf şərtləri: L taurica Solanales sırasının əksər 
növləri və digər fəsilələrə aid bitkilər üzərində geniş yayılır. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə