Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   46   47   48   49   50   51   52   53   ...   58

154 
şitilxanalarda becərilən şitillərdə yarpaqlarda ləkəlik, kök, kökboğa-
zı  və gövdə üzərində qonur çürümə yaradır.  S.botryosum,  əsasən, 
yarpaqları nadir hallarda çiçək yatağı və kasa yarpaqlarına yoluxdu-
rur. Yarpaqlarda ilk əlamətlər kiçik ölçülü (2-5 mm) qonur ləkələr 
şəklində müşahidə olunur. Sonradan bu ləkələr böyüyür və yarpaq 
ayasının əksər hissəsini əhatə edir. Yoluxan yarpaqların damararası 
hissələrində nekrozlaşma  əmələ  gəlir, yarpaq zədələnmiş hissələr-
dən saralmağa və qurumağa başlayır. Sonda yarpaq tamamilə quru-
yur və tökülür. Patogen bitki qalıqlarında torpaq üzərində toplanır. 
Solanales  sırasına aid alaq otları üzərində inkişaf etdiyindən alaq 
otları aralıq keçirici və yaxud yayılmanın ilk ocağı rolunu oynayır 
(Şəkil 89). 
 
Ağ çürümə 
 
Törədicisi  Sclerotinia sclerotiorum, (Lib.) De Bary Asco-
mycota şöbəsi, Leotiomycetes sinfi, Helotiales sırasının, Sclerotinia 
cinsinin nümayəndəsidir. Abşeron və Lənkəran-Astara bölgələrində 
yayılmışdır. Xəstəliyin ilk əlaməti  əsas gövdənin aşağı yarusunda 
yağlı ləkəlik yaranması ilə müşahidə edilir. Sonradan bu ləkəliklərin 
dərinləşməsi və toxumanın yumşalması baş verir. Yumşalmış 
hissələr sarımtıl-qonur rəng alır. Yoluxmuş hissələrdə gövdənin 
özəyi borulaşır və bitki tez düşür. Sirayətlənmiş hissələrdə ağ örtük 
formalaşır ki, bu əlamətinə görə xəstəlik Ağ çürümə adlanır. Pato-
genin konidil forması qeydə alınmır. Apotesilər sklerotsilər üzərin-
də  əmələ  gəlir və çantalar yaradır. Çantalarda olan çantasporlar 
xəstəliyin yayılmasında başlıca rol oynayır. Uzaq məsafələrə damcı-
hava yolu ilə yayılır. Külək, duman, yağış vasitəsi ilə çantasporların 
düşdüyü torpaq artıq infeksiya mənbəyinə çevrilir. Sklerotsilər yu-
murtaşəkilli, kürəvari, ellipsvari formalarda olmaqla, 2-10×3-5 mm 
ölçüdə olur. Apotesilər açıq-qonur rəngli olub, qıfşəkilli, diskəoxşar 
formadadır, ağızcığının diametri bəzən 20 mm-ə çatır, sklerotsi-
lərdən çıxan hissənin ölçüləri 5-12 mm-dir. Çantalar 115-165 mkm 
uzunluqda, 8-14 mkm diametrində, çantasporları ellipsvari, yumur-


155 
tavari və  çəlləkvari formada olub, 6-12×3-5 mkm ölçüsündə olur. 
Törədicinin inkişafı üçün optimal temperatur həddi 15-20°C, 
maksimal temperatur həddi 35°C hesab edilir. S.sclerotiorum 
torpaqda və havada uzun-müddətli rütubət  şəraitində inkişaf edir. 
Açıq və örtülü şəraitdə PB üçün optimal iqlim şəraitinin qorunub 
saxlanması xəstəliyə qarşı ən səmərəli mübarizədir (Şəkil 90). 
 
Pomidor meyvələrdə antraknoz 
 
Törədicisi Colletotrichum coccodes (Wallr.) S.Hughes, Ascom-
ycota şöbəsi,  Sordariomycetes sinfi, Glomerella sırası, Colletotric-
hum cinsinin nümayəndəsidir. Xəstəlik ən çox meyvələrə ziyan vu-
rur. Yetişkənlik dövründə meyvələr üzərində müxtəlif ölçülü 
dairəvi, qabığın yumşalması ilə müşayiət olunan ləkələr müşahidə 
edilir. Meyvələr yetişdikcə ləkələr böyüyür, yumşalma dərinləşir və 
bütün meyvə sıradan çıxır. Xəstə bitkini bütünlüklə müayinə edər-
kən köklərin mantar qatının üzərində qara nöqtələr müşahidə edilir. 
Bunlar patogenin sklerotsilərdir. Konididaşıyanlar sıxlığı ilə diqqəti 
cəlb edir 18-36×3,5-5 mkm ölçülərindədir. Konidilər silindrik, bə-
zən qurtaracağı nazilmiş olur, 11-16×5-4 mkm ölçülərindədir. Pato-
gen torpaqda, bitki qalıqlarında və toxumda qalaraq yayılır. Meyvə-
lər rütubətli torpaqla təmasda olduqda daha tez yoluxur. Müasir be-
cərmə  şəraitində  xəstəliklə yoluxma halları az olur. Aqrotexniki 
qaydalara  əməl olunduqda, davamlı sortlardan istifadə edildikdə 
antraknoz xəstəliyinin qarşısını almaq olar (Şəkil 91). 
 
Kökboğazı və gövdənin çürüməsi xəstəliyi 
 
Törədicisi  Sclerotinia rolfsii (Athelia rolfsii (Curzi) C.C.Tu 
&Kimbr).  Basidiomycota  şöbəsi, Agaricomycetes sinfi, Atheliales 
sırası, Athelia cinsinin nümayəndəsidir. Torpaq mənşəli saprotrof 
həyat sürən göbələklər qrupunun nümayəndəsidir. Substratda rütu-
bət yüksək olduqda  şitillər, eləcə də  məhsuldar bitkilərin torpağa 
yaxın 2-14 sm sahəsində ağ kifə oxşar örtük şəklində təzahür edir. 


156 
İlk öncə gövdənin torpaqla təmasda olan sahəsində kiçik (0,1-0,2 
mm diametrində) ağımtıl-boz və ağ rəngli yumru, ellipsvari formalı 
yumurtalar müşahidə edilir. Sonradan bu nahiyədə ağ kiflər forma-
laşır. Ağ kiflə örtülü sahələrdə nazikləşmə  və sonradan çürümə 
müşahidə edilir. Xəstəlik  şitillərdə kök və kökboğazında soluxma, 
çürümə yaradır və bitki düşür. Pomidorun meyvələri xəstəliklə sira-
yətlənir və çürümə ilə müşahidə edilir. Polietilen örtüklü istixana-
larda temperatur və rütubət həddinin yüksək olduğu şəraitdə xəstə-
lik yüksək məhsul itkisinə səbəb olur (Şəkil 92). 
 
Pomidorun meyvə çürümələri 
 
Açıq və örtülü sahədə aparılan müşahidələr zamanı rast gəlinən 
meyvələrin çürümələrinin təhlili göstərdi ki, müxtəlif mənşəli göbə-
ləklərin yaratdığı çürümələrdən aşağıda qeyd olunan növlər daha 
çox yayılıb. 
 
Meyvələrin qara həlqəvi çürüməsi 
 
Törədicisi Rhizoctonia solani J.G.Kuhn. Basidiomycota şöbəsi, 
Agaricomycetes sinfi, Cantarella Les. sırası,  Rhizoctonia cinsinin 
nümayəndəsidir. Açıq sahədə becərilən pomidor əkinlərində tor-
paqla təmasda olan meyvələrdə daha çox rast gəlinir. Meyvələrin 
kal vaxtı torpağa dəyən hissədə  əvvəlcə  bərkimə müşahidə edilir, 
sonra meyvə yetişkənliyi dövründə bu hissə yumşalaraq tamamilə 
çürüyür və məhsul sıradan çıxır. Patogen torpaq mənşəli saprotrof-
dur və çürüntülü torpaqlarda daha çox yayılıb. Xəstəliyin qarşısının 
alınmasında torpağın temperatur-rütubət balansı qorunmalı, növbəli 
əkinə riayət olunmalıdır. Məhsuldar bitkilərin torpaqla təmasının 
qarşısının alınması üçün dibdoldurma əməliyyatı vaxtında aparılma-
lı, öz kökü üzərində duran sortlara üstünlük verilməlidir (Şəkil 93). 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə