Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə47/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   43   44   45   46   47   48   49   50   ...   58

145 
Unlu şeh xəstəliyi 
 
Törədicisi  Oidium lycopersicum Cooke et Mass. Ascomycota 
şöbəsi, Ascomycetes sinfi,  Erysiphales  sırasının Oidium cinsinin 
nümayəndəsidir. 
Pomidor bitkisi üzərində Unlu şeh xəstəliyi Azərbaycanın 
Abşeron yarımadası bölgəsində daha çox rast gəlinir. Xəstəlik açıq 
və örtülü sahədə becərilən bitkilərdə əvvəlcə aşağı yarus yarpaqları 
üzərində ağımtıl-boz rəngdə, kiçik dairəvi örtüklər şəklində təzahür 
edir.  Əlverişli  şərait olduqca, O.lycopersicum bütün yarpaq səthini 
əhatə edir. Xəstəlik Abşeron yarımadasında  polietilen örtüklü əksər 
istixanalarda yayılmışdır. Pomidor yarpaqları üzərində ilk müşahidə 
olunduğu vaxtdan başlayaraq vegetasiyanın sonuna qədər model 
bitkilər üzərində xəsətəliyin inkişaf dinamikası öyrənilmişdir. Pato-
gen vegetasiyanın axırına qədər öz inkişafını davam etdirir. 20-
30°C temperatur və 55-95% nisbi rütubət  O. lycopersicumun inki-
şafı üçün əlverişlidir. Göründüyü kimi belə  şərait bütün istixana-
larda mövcuddur.  
Əgər patogenin ehtiyatı varsa, onun yayılması labüddür. Öz in-
kişafı dövründə Unlu şeh xəstəliyini yaradaraq yarpaqların tədricən 
saralması, yarpaqlar qocaldıqca onların parenximasının sarımtıl-qo-
nur rəngə düşməsi, bəzən rütubət çox olduqda yarpaqların deforma-
siyası, turqorun itməsi və vaxtından qabaq tökülməsi baş verir. Xəs-
təliyin meyvələri sirayətləndirməsi müşahidə olunmur. Buna bax-
mayaraq çiçək saplağı, kasa və kasa yarpaqları xəstəliklə yoluxur.  
Abşeronda açıq  şəraitdə becərilən pomidor bitkisi üzərində 
Unlu şeh xəstəliyi müşahidə olunur, lakin iqtisadi baxımdan böyük 
əhəmiyyət daşımır. Belə ki, yayda havada şehlə nəticələnən duman 
və çiskin çox olduğu dövrlərdə xəstəliyin yayıldığı müşahidə edilir. 
Əkin sahəsində havalanma zəif olduqda, aqrotexniki qaydalara əməl 
olunmadıqda xəstəliyin aşağı yarpaqlarını  məhv etdiyi müşahidə 
edilir.  Əlverişli  şərait olduqda orta yarus yarpaqları üzərində  xəs-
təlik daha şiddətlə yayılır və defolyasiyaya səbəb olur.  Oidium 
lycopersicum pomidor bitkisindən başqa  şirin və acı bibər bitki-


146 
lərini, yabanı quşüzümü və başqa bir çox alaq otları üzərində pato-
genlik edir. 
Pomidor bitkisi üzərində Unlu şeh xəstəliyi yaradan növlərdən 
biri Leotiomycetes sinfi, Erysiphales sırasının, Leveillula cinsinə aid 
olan Leveillula taurica (G.Arnaud) göbəliyidir. 
L.taurica ilk olaraq yarpaqların üst hissəsində açıq-yaşıl və sarı 
ləkələrlə müşahidə edilir. Əlverişli şərait olduqda yarpaqların hər iki 
tərəfində unlu örtük şəklində inkişaf edərək bütün yarpaq ayasını 
əhatə edir. Ağımtıl-boz örtük göbələyin konidi və mitselləridir. Ko-
nidilər külək, yağış damcıları, suvarma suyunun damcıları, dumanla 
intensiv yayıla bilir. Kütləvi yayılma illərində pomidorun yarpaqları 
tökülür, meyvələr kiçik olur və günəşin intensiv şüalanmasından 
meyvələrdə yanıqlar müşahidə edilir. 
Duman və küləklə konidilər uzaq məsafələrə miqrasiya edə bi-
lər. Yayılma qabiliyyətinə, geniş diapozonlu iqlim şəraitində malik-
dir. 10-32°C temperaturda 50-85% nisbi rütubət diapozonunda in-
tensiv inkişaf edir.  
Oidium lycopersicum  və ya Leveillula taurica göbələklərinin 
yaratdığı xəstəliklərə qarşı mübarizə tədbirlərinin təşkili zamanı əv-
vəlcə törədici təyin olunmuşdur. Patogen məlum olduqdan sonra 
ona qarşı  təbii antoqonistindən alınmış bioloji preparatlardan isti-
fadə edilmişdir.  Oidium lycopersicuma qarşı Planriz preparatının 
tətbiqi səmərəli olmuşdur. Preparat tətbiq edildikdə titr 2×109 
vahid/qram olmuş, xəstəliyin kütləvi yayıldığı illərdə kvadris, SK 
(Azoksistrobin) 0,4-0,6 l/ha, Strobi (krezoksim-metil) preparatının 
0,3-0,5 kq/ha tətbiqi səmərəlidir. Qeyd olunan preparatlar olma-
dıqda Topaz (Penkonazol), Bayleton (Triadimefon) preparatlarından 
istifadə edilə bilər.  
Unlu şeh xəstəliyinin qarşısının alınmasında ekoloji factorların 
rolu böyükdür. Əkin sxeminə düzgün əməl olunmadıqda, bitki arası 
və  cərgəarası yaxın olduqda havalanma-aerasiya balansı pozulur, 
rütubətli hava bitkilərin sıx hissələrində davamlı qaldığından törədi-
cilərin inkişafına şərait yaranır. Temperatur rütubət balansı normaya 
uyğun olmalıdır. Axşamların sərin, şehli və dumanlı keçməsi, örtülü 


147 
sahədə isə axşam suvarmasından sonra yaranmış kondision nisbi rü-
tubətin yüksəlməsi xəstəliyi yaradan başlıca  şəraitlərdən biridir. 
Odur ki, suvarmalar səhər vaxtları yerinə yetirilməlidir. Torpaqla tə-
masda olan və aşağı yarus yarpaqların vaxtında təmizlənməsi ilə ha-
valanma-aerasiya şəraiti yaxşılaşır. Qida mühitinin və torpaqda olan 
makro və mikroelementlərin normada olmasına nəzarət olunmalıdır. 
Hər  əkindən qabaq torpaq analiz olunmalı  və çatmayan qida ele-
mentləri normal səviyyəyə çatdırılmalıdır. Suvarma suyunun tərki-
binin də böyük əhəmiyyəti var. Suvarmada turş  və ya qələvi 
reaksiyalı cod sulardan istifadə olunduqda pomidor bitkisinin 
maddələr mübadiləsi pozulur və ümumi davamlılıq azalır, bitki 
zəifləyir. Zəif bitkilər isə Unlu şehlə daha tez sirayətlənir (Şəkil 81). 
 
Qonur ləkəlik 
 
Törədicisi Cladosporium fulvum Cooke (Passalora fulva (Co-
oke) U.Braun & Crous) Ascomycota şöbəsinin, Capnodiales sırası-
nın, Mycosphaerella fəsiləsinin, Passalora cinsinin nümayəndəsidir 
(sin. Fulvia fulva Zirə istixanası, 2012).  
Kladosporioz açıq və örtülü sahədə pomidor bitkisinin yarpaq
yarpaq saplağı, gövdə, kasa, kasa yarpaqları və meyvələrini sirayət-
ləndirir. İlk əlamətlər aşağı yarus yarpaqlarının əvvəlcə üst hissəsin-
də açıq-yaşıl sonradan sarımtıl rəngdə  ləkələrlə müşahidə olunur. 
Sonradan bu ləkələr üzərində alt hissədə qonur rəngli nöqtələr şək-
lində göbələyin konididaşıyanları və konidiləri formalaşır. Xəstəli-
yin yayılmasında başlıca rol oynayan da budur. 
Damcı, su və ya küləklə tez bir zamanda yayılması mümkün-
dür. Bunun üçün havanın nisbi rütubəti 85-95% olmalıdır. Axşam 
və  səhərin dumanlı havası  xəstəliyin yayılması üçün ən  əlverişli 
şərait  sayılır. Örtülü sahədə rütubət yüksək olduğundan xəstəlik po-
lietilen örtüklü istixanalarda daha geniş yayılmışdır. Azərbaycanda 
bölgələrdə kladosporioz geniş yayılmışdır. Aparılmış  tədqiqatlarla 
məlum olmuşdur ki, patogen inkişafı dövründə mutasiya edərək 
müxtəlif rasalar və yarımnövlər yaradır. Bu da onun torpaq mənşəli 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə