Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   44   45   46   47   48   49   50   51   ...   58

148 
saprotrof həyat tərzi keçirdiyi dövrdə baş verir. Bitki qalıqlarında 
torpağa düşən patogen tez bir zamanda saprotrof həyata uyğunlaşır. 
Əlverişli şərait olan zaman yenidən bitki üzərində inkişaf edərək ya-
yılma arealını genişləndirir. Belə xarakterik xüsusiyyətinə görə da-
vamlı sortların yaradılması və ya onlardan istifadə səmərə vermir.  
Kladosporiozun yayılmasında başlıca rol oynayan yarpağın alt 
hissəsində yaranmış sarımtıl ləkənin üzərindəki qonur rəngli örtük 
yaradan konidilərdir. Konidilər şaxələnmiş konididaşıyanlar üzərin-
də görünür. Dairəvi və ya yumurtaşəkilli formada olub, 1-5 hü-
ceyrəli olur. Konidilərin membranının rəngi açıq-qonur rəngli, 
hüceyrə daxili bozumtul-ağ  rənglidir. Ölçüləri birhüceyrəlilər 
4-7×6-9 mkm, ikihüceyrəlilər 5-8×10-14 mkm, üç-beş hüceyrəlilər 
6-10×13-29 mkm-dir (Şəkil 82). 
 
Boz çürümə 
 
Törədicisi  Botrytis cinerea Pers.  Ascomycota  şöbəsi,  Leotio-
mycetes sinfi, Helotiales sırası, Botrytis cinsinə aid torpaq mənşəli 
göbələkdir. Torpaqda və bitki qalıqlarında uzun müddət sklerotsiya 
halında yatmış vəziyyətdə yaşayır. Temperatur-rütubət rejiminin əl-
verişli olduğu şəraitdə mədəni bitkilərlə təmasda olmadıqda bitki və 
digər üzvi qalıqlarla qidalanır və saprotrof həyat keçirir. B.cinerea 
bitkiləri həm vegetasiya dövründə, həm də saxlama və daşınma za-
manı sirayətləndirir. Vegetasiya dövründə PB-nın bütün yerüstü or-
qanlarını  zədələyir. Patogen, əsasən, zədələnmiş hissələrdən daxil 
olur.  İlkin yoluxma zamanı  əlamətlər gövdələrdə ellipsvari, üzəri 
bozumtul örtüklə örtülmüş yaralar şəklində təzahür edir. Yüksək rü-
tubətdə  xəstəlik ikişaf edərək meyvə saplağından yetişməkdə olan 
meyvəyə keçir. Xəstəlik çiçəkləmədən qabaq yayıldıqda və patogen 
üçün  əlverişli  şərait varsa, qısa müddətdə bütün yerüstü hissəni 
məhv edə bilir. Pomidor meyvəsi  B.cinereanın inkişafı üçün ideal 
substratdır. Sahədə  xəstəlik yayılmışdırsa, meyvələr yığıldıqdan 
sonra  saxlama yerlərində yayılmanın miqyası daha da yüksəlir. Ko-
nidilərin hava-damcı yolu və  zədələnmə yerlərindən toxunma ilə 


149 
keçdiyi üçün qısa müddətdə bütün məhsulu yoluxdurur. Botrytis 
cinerea yoluxdurduğu bitklərin növ tərkibi genişdir. Sulu və  lətli 
meyvəsi olan bütün meyvə, bostan və tərəvəzləri, həmçinin konserv 
məmulatlarını və s. ərzaq məhsullarını çirkləndirir. Xəstəliyin yayıl-
masında başlıca amil havanın yüksək rütubəti, havalandırma siste-
minin zəif olması, hava şəraitinin dumanlı  və çiskinli olmasıdır. 
Örtülü sahədə polietilen örtüklü istixanalarda Boz çürümə xəstəliyi 
pomidorda ciddi məhsul itkisi yaradır. Havalandırmanın düzgün 
təşkili, köhnəlmiş yarpaqların vaxtında kəsilməsi, işıqlandırmanın 
proporsional yayılması, bitki qalıqlarının vaxtında sahədən kənar-
laşdırılması  və yandırılması, torpaqda və havada nisbi rütubətin 
normada (65-75%) saxlanması, dumanlı  və yağmurlu havalarda 
örtülü sahənin qorunması  tədbirləri xəstəliyin qarşısının alınma-
sında əhəmiyyətlidir (Şəkil 83). 
 
Septorioz 
 
Törədicisi  Septoria lycopersici Speg., Ascomycota  şöbəsi, 
Dothideales  sırası,  Dothideales  fəsiləsi, Septoria cinsinə (Hawks-
worth D.L. et al, 1995) aid olub, yayılması kosmopolitdir, həyat tər-
zi biotrof parazitlərə aiddir. PB-nın bütün vegetasiya dövründə 
yarpaq, saplaq və budaqlarını  zədələyir. Septorioz xəstəliyinin ilk 
əlamətləri  əvvəl bitkinin yaşlı yarpaqlarında kiçik olçülü (0,5-5 
mm), dairəvi və ya nisbətən ellipsvari formada, sarımtıl-yaşıl rəngli 
ləkələr yaradır. Sonradan bu ləkələr tündləşərək sarımtıl-qonur rəng 
alır və orta hissədə yaranan ağımtıl sahədə qara nöqtələr görünür. 
Bu göbələyin qonur rəngli piknidləridir. Yarpaqda olan ləkəli his-
sələr quruyaraq tökülür nəticədə deşiklər yaranır. Xəstəliyin ya-
yılma intensivliyi yüksək olduqda yarpaqda çoxlu sayda deşikli 
yaralar  əmələ  gəlir ki, bu yarpaq səthinin azalmasına və bitkinin 
zəifləyərək tamamilə məhv olmasına səbəb olur. Şitillər üzərində bu 
əlamətlər daha xarakterik olduğuna görə  şitil alan şəxslər buna 
diqqət etməlidir. Xəstəlik budaqlarda kənarlarının qeyri-konsentrik 
qara haşiyə ilə müşayiət olunan dairəvi, uzunsov yarpaqşəkilli, 


150 
ellipsvari formada olan ləkələr halında təzahür edir. Bu ləkələrin 
kənarları qara-qonur rəngli xətlərlə əhatə olunsa da, ortası bozumtul 
rəngdədir. Bu hissədə göbələyin piknidləri görünür. Məhsuldar 
sahədə  S. lycopersicigüclü yayıldığı illərdə bitkinin yarpaqlarını 
tamamilə  məhv edir. S. lycopersici üçün əlverişli  şərait (HNR 80-
95%, temperatur 19-25°C) yarandıqda piknidlərin ağzı açılır və pik-
nisporlar havaya atılır. Havaya atılan sporlar hava-damcı yolu ilə 
kütləvi şəkildə yayılır. Xəstəliyin yayılmasında süni yağış, örtük altı 
damcılar, işçilər və  iş alətləri, cücülər və  zərərverici orqanizmlər 
mühüm rol oynayır. 
S.lycopersici xəstə bitkilərin qalıqlarında, meyvələrində, torpaq-
da, xəstəliklə yoluxan Solanales sırasına mənsub olan yabanı bitkilər-
də və onların qalığında piknid daxilində piknispolar halında növbəti 
dövrlərə ilkin infeksiya ehtiyatı kimi qalır. Sistematik mikroskopiya 
analizləri göstərdi ki, patogenin piknidlərinin ölçüləri 95-172 mkm 
diametrində, açıq-qonur rəngdə, ellipsvari, yumurtaşəkilli formalarda 
olub, üzəri ziyillidir.Piknisporlar (konidilər) sapşəkilli, silindrik for-
madadır. Bir, iki və daha artıq arakəsməlidir. Arakəsmələr çox vaxt 
aydın seçilmir, 30-138×1,5-3,2 mkm ölçüsündədir.  S.lycopersicinin 
bitkini yoluxdurmasının inkubasiya dövrü temperatur-rütubət həd-
dindən asılı olaraq 7-15 gün arasında dəyişir (Şəkil 84). 
 
Fuzarioz soluxma 
 
Kökçürüməsi yaradan Fusarium oxysporum f.sp. lycopersici 
Shlecht. emend. Snyder & Hansen, Fusarium solani f. sp. radicis ly-
copersici Jarvis & Shoemaker (1979), Fusarium solani Mart. Göbə-
ləklər (Fungi) aləmi,  Ascomycota  şöbəsi, Sordariomycetes sinfi, 
Hypocreales sırası,  Nectriaceae fəsiləsi, Fusarium cinsinə aiddir.  
Fusarium cinsinə aid olan patogenlər PB-də,  əsasən, iki əla-
mətlə müşahidə edilən xəstəlik yaradır.  F.oxisporum f. sp. Lico-
persici PB-də xroniki soluxma yaradır. Bu xəstəlik zamanı bitkilər 
inkişafdan qalır, aşağı yarus yarpaqlarının yan və ətrafları quruyur, 
yarpaqlarda saralma və soluxma müşahidə edilir. Güclü yoluxma 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə