Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə46/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   42   43   44   45   46   47   48   49   ...   58

142 
məyən və ya temperatur, işıqlanma rejimi primitiv olan, şitillər tor-
paqda becərilən istixanalarda xəstəlik daha çox müşahidə edilir. 
Əlverişli şərait yarandıqda və ilkin infeksiya mənbəyi varsa, şitillik-
lərdə  də  cənub fitoftorozu kütləvi hal ala bilər. Xəstəliyin başlıca 
əlaməti ilkin çiçəkləmə dövründə  əsas budağın yuxarı yarusa tərəf 
hissəsinin  əvvəlcə sarımtıl-qonur rəngli ləkə ilə  əhatə olunması, 
sonradan bu nahiyənin yumşalması  və  əyilməsidir. Güclü sirayət-
lənmədə sahənin ayrı-ayrı hissələrində bitkinin təpə hissəsinin 
əyilərək düşməsi, budağın üst yarusu saxlaya bilməməsi nəticəsində 
üzülməsi müşahidə edilir. Şitillərin kök sistemi və kökboğazı daha 
şiddətlə  xəstəliyə yoluxur. Əvvəlki köhnə (sələf)  əkində  xəstəlik 
olubsa, cənub fitoftorozunun kütləvi hal alması labüddür. Şitillərin 
kök sistemində qara-qonur ləkələr və qismən dərinləşmə müşahidə 
olunur. Sonradan bu sahələr çürüyür və bitkinin yerüstü hissəsində 
aşağı yarusdan başlayaraq soluxma və quruma ilə nəticələnir. Əgər 
xəstəlik sonradan gəlmişdirsə, bu zaman ən çox 1-3-cü çiçək topa-
larında əmələ gəlmiş meyvələrin üzərində gümüşü ziyilli örtüklərlə 
müşahidə olunan ləkələr  əmələ  gəlir. Sonradan bu hissələrdə 
meyvənin  şirəsi durulaşır, meyvə özü isə yumşalaraq çürüyür və 
tökülür. Açıq sahədə xəstəliyin digər törədiciləri Ph.capsici Leonian 
Sarej., s (1922), Ph.drechslera Tucker (1931) daha geniş yayılmış 
və təhlükəlidir. 
Ph.capsici və Ph.drechslera göbələkləri torpaqda, bitki qalıqla-
rında qışlayaraq növbəti pomidor əkinlərində şiddətlə yayılaraq bü-
tün yerüstü hissəni və kök sistemini zədələyir. Güclü yayılma zama-
nı məhsuldar sahədən götürülmüş köklü materialı analiz etdikdə gö-
rünür ki, kökün eninə  kəsiyində sarımtıl-qonur rəngə çalan, bəzən 
yaralar şəklində görünən zədələnmələr diqqəti cəlb edir. 
Ph.parasiticadan  fərqli olaraq bu patogenlər daha aqressivdir. 
Kök, kökboğazı, gövdə, yarpaq, çiçək və meyvələri şiddətli şəkildə 
zədələyə bilir (Şəkil 77). 
Kök çürüməsi  yaradan  Phytophthora sp. Pomidor bitkisini 
şitilliklərdə  və  məhsuldar sahədə  zədələyir. Kök sistemində qaral-
malarla müşahidə olunan çürümə yaradır. Pomidor badımcançiçək-


143 
lilərdən sonra əkildikdə daha geniş yayılma müşahidə edilir. Bu sa-
hələrdə şitil becərdikdə xəstəlik daha şiddətlə yayılır. Xaçmaz, Cəli-
labad, Abşeron bölgələrində açıq və örtülü şəraitdə becərilən pomi-
doru sirayətləndirir. Məhsuldar sahədə kökboğazı, saplaq boynu, 
gövdə və meyvələr üzərində müşahidə edilir. Toxumlarda və yaxud 
torpaqda patogen ehtiyatı çox olduğu zaman ilk rüşeym cücərtilərini 
və kökcükləri çürüdərək məhv edir. Mikroskopik analizlər göstər-
mişdir ki, oosporlarla zəngin sporangidaşıyanlar xəstə nahiyədə 
külli miqdardadır. Onlar oval, ellipsşəkilli olub, 19-25 m diametrin-
dədir. Membranları çox qalın olduğundan bəzən ölçüləri 30-35 
mkm  qədər ölçülərdə olan oosporlarla rast gəlmək olur (Şəkil 78). 
 
Şitillərdə qonur çürümə xəstəliyi 
 
Törədicisi Phytophthora sp.Şitillərin rüşeym köklərində, əmici 
tellərdə, kökboğazında, həmçinin rüşeym yarpaqları və əsil yarpaq-
larda qonur çürümə yaradır.  İxtisaslaşmış  şitilliklərdə, qara və çü-
rüntülərlə zəngin torpaqlarda becərilən pomidor şitillərində rast gə-
linir. İsidilməyən şitilliklərdə, toxumların torpağa səpilən sahələrin-
də müşahidə edilir. Mikroskopik analizlər göstərir ki, oosporlar qa-
lın membranla əhatələnmişdir. Membranın qalınlığı 2,5×4 mm zoo-
sporangilərin ölçüləri 22×39 mm sarımtıl-boz rənglidir. Hiflərin 
rəngi bulanıq və bozumtul-ağ rəngdə olub, 6×9 mm diametrindədir. 
Zoosporangidaşıyanlar sadə, birhüceyrəli və budaqlanandır. Zoos-
porangilər koloniya şəklində və oval, ellipsvari və yumurtavari for-
madadır. Nadir hallarda rast gəlindiyindən istehsalçılara böyük zi-
yan vurmur. Lənkəranda faraş əkinlərin şitillərində qeydə alınmışdır 
(Şəkil 79). 
 
Şitillərin kök çürüməsi və ya qaraayaq xəstəliyi 
 
Törədicisi  Pythium debaryanum Hesse.  Heterokontophyta  şö-
bəsi, Oomycota sinfi, Pythiales sırası, Pythiaceae fəsiləsi, Pythium 
cinsinə aiddir. 
Azərbaycanın bütün bölgələrində,  əsasən,  şitilxanalarda rast 


144 
gəlinir. Azərbaycan  şəraitində  bərkiməyə meyilli, rütubətli topraq-
larda bir neçə il dalbadal eyni yerdə şitil becərildikdə kütləvi halda 
müşahidə olunur. Qeyd olunan patogen torpaqda toplanır, bitki qa-
lıqlarında qışlayır və növbəti ildə torpağa düşən toxumu sirayətlən-
dirir. Bəzən toxumların cücərtiləri hələ torpaq səthinə  çıxmamış 
məhv olur. Polietilen örtüklü şitilliklərdə daha çox müşahidə olunur. 
Havalanması zəif, nisbi rütubəti yüksək olan yerlərdə xəstəliyin in-
kişafı  şiddətlənir. Xəstəliyin ilkin əlaməti yerüstü hissədə firqə  və 
əsil yarpaqların turqoru itirməsi ilə başlayır. Soluxmuş bitkinin kök 
və kökboğazı qonur-qara ləkə ilə əhatə olunur, bu hissə tez bir za-
manda (8-20 saat) yumşalır, nazilir və çürüyür. Şitillər yerə yataraq 
1-2 gün ərzində quruyur (Şəkil 80). 
 
Göbələklər (Fungi) aləminə aid olan xəstəliklər 
 
Pomidor və digər badımcançiçəklilər fəsiləsinə aid kənd təsrrü-
fatı bitkilərinə ziyan vuran mikroorqanizmlər sırasında göbələklər 
aləminə məxsus olan növlər sayına və növ müxtəlifliyinə görə geniş 
tərkibə malikdir. Belə ki, qeyd olunan bitkilərdə  həm yaşıl kütlə, 
həm də meyvələr göbələklərin artıb-çoxalması üçün daha əlverişli 
mühitə malikdir. Hüceyrə  şirəsinin reaksiyası (pH) tərkibi və bio-
ekoloji xüsusiyyətləri patogen göbələklərin bu mühitdə inkişafı 
üçün əlverişlidir. 
Fungi aləminə aid minlərlə növ bitkilər üzərində patogenlik 
edir. Bu qrupa daxil olan xəstəliklər miqdarına görə daha genişdir. 
Pomidor bitkisinin lətli meyvələri, yarpaqları, bütövlükdə bütün or-
qanları göbələklərin inkişafı və qidalanması üçün əlverişli olduğun-
dan zaman keçdikcə bu qəbildən olan xəstəliklərin növ tərkibi artır 
və  dəyişir. Yeni ixtisaslaşmış yarımnövlər, mutantlar və ya rasalar 
meydana çıxır. Beləliklə, patogenlər qida mühitinə uyğunlaşmaqla 
öz arealını genişləndirir. Azərbaycanda son illərdə PB üzərində  ya-
yılmış göbələk xəstəlikləri aşağıdakılardır. 
 
 
 
 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə