Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə42/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   38   39   40   41   42   43   44   45   ...   58

130 
his gossipi). Stolbur xəstəliyinin Azərbaycanda ayrı-ayrı illərdə küt-
ləvi yayıldığı zamanlarda PB-nın yuxarı yarus yarpaqlarının patoloji 
qıvrılması nəticəsində inkişafdan qalması və məhsuldarlığının azal-
ması ilə nəticələnir. Xəstəliyin kosmopolit yayılma səviyyəsi onun 
hər yerdə ziyan vurması ilə  nəticələnir. Stolbur xəstəliyi digər ba-
dımcançiçəklilərdən, açıq sahədə becərilən badımcan və bibər üzə-
rində  də  tərəfimizdən qeydə alınmışdır. Xəstəliyin açıq və örtülü 
sahədə yayılmasında başlıca vasitə aralıq keçiricilərin miqrasiyası  
və bitki qalıqlarının nəzarətsiz qalmasıdır (Şəkil 71). 
 
Pomidor bitkisinin bakterial xəstəlikləri 
 
PB açıq və örtülü sahədə müxtəlif bakterial xəstəliklərlə sira-
yətlənir. Azərbaycan  şəraitində bakterial mənşəli xəstəliklər çox 
geniş yayılmasa da ayrı-ayrı illərdə yüksək nisbi rütubət şəraitində 
Lənkəran-Astara və Quba-Xaçmaz bölgələrində  aşağıda qeyd olu-
nan xəstəliklər qeydə alınmışdır. 
Qara ləkəlik xəstəliyi. Törədicisi  Pseudomonas syringae pv. 
tomato  Van Hall, Proteobacteria  şöbəsi,  Gammaproteobacteria 
sinifi,  Pseudomonadales  sırası,  Pseudomonadaceae  fəsiləsi, 
Pseudomonas cinsinə aid Qram-mənfi bakteriyalara daxildir. 
Qara ləkəlik xəstəliyi açıq və örtülü şəraitdə becərilən pomidor 
bitkisinin yarpaq, saplaq, gövdə  və meyvələri üzərində müşahidə 
edilmişdir. Yarpaqlar üzərində qara nöqtəli və nöqtə ətrafında aydın 
seçilən sərhədə malik dairəvi nekrozlaşmış sahə müşahidə olunur. 
Qara ləkələr kol və yetişmiş meyvələr üzərində də müşahidə olunur. 
Bu ləkələr getdikcə batır, dərinləşir və yara şəklini alır. Pomidor 
meyvəsi üzərində 1 yara onun çıxdaş olmasına səbəb olur. Odur ki, 
xəstəliyin kütləvi yayıldığı illərdə məhsul itkisi yüksəlir. 
Qara ləkəlik xəstəliyi havanın temperaturunun 14-26°C nisbi 
rütubət yüksək olduqda (75-95%) və ya yağmurlu havada, süni ya-
ğışla suvarma şəraitində daha geniş yayılır. Xəstəlik quru iqlimə 
malik olan Abşeron bölgəsində də qeydə alınır. Açıq şəraitdə axşam 
temperaturu ilə günorta vaxtının arasında kəskin fərqlər olduğu 


131 
vaxt, dumanlı  və  şehli havalarda qara ləkəlik xəstəliyinin inkişafı 
daha  da intensivləşir. Xəstəliyin inkişafında və yayılmasında torpa-
ğın strukturu və tərkibinin də müəyyən rolu var. Rütubət saxlamaq 
qabiliyyəti olan hiqroskopik torpaqlarda süni yağışla suvarma 
zamanı patogenin inkişafı sürətlənir. Xəstə orqanların müayinəsi və 
analizi göstərir ki, Ps.siringae kartof, pomidor, bibər, badımcanın 
kök və kök ətrafı rizosferada, yarpaqlarda və bitki qalıqlarında 
toplanır və yaşayır. Qram mənfi bakteriya olmaqla jelatini yum-
şaldaraq durulaşdırır, nitratları reduksiya edir. Təmiz mühitdə kolo-
niyanın rəngi ağımtıl, nisbətən açıq-bənövşəyiyə çalan rəng  əmələ 
gətirir. Mikroskopik analizə əsasən, patogenin ölçüləri 1,2-1,9 mkm 
uzunluğunda, 0,5-0,7 m enindədir. Koloniyada bakteriyalar zəncir-
vari struktur əmələ  gətirir. Xəstəlik yarpaq, saplaq, gövdə  və kök 
sistemini zədələyir, mövsümün sonunda bitki qalıqları kökü ilə 
birlikdə  kənarlaşdırılmadıqda bitki qalıqları infeksiya mənbəyinə 
çevrilir. Növbəti ildə eyni sahəyə pomidor bitkisi əkildikdə xəstəlik 
kütləvi yayılır. Dumanlı  və yağışlı havada Ps.syringae yayılması 
üçün  əlverişli  şərait yaranır. Avropa və Rusiya ərazisində geniş 
yayılmaqla yüksək məhsul itkisi yaratması haqda məlumat verilir. 
Xəstəliyə qarşı mübarizədə toxumların səpinqabağı kalium per-
manqanatın (KMnO
4
) 0,2-li məhlulunda, otaq temperaturunda  
1 saat ekspozisiyada saxlanmaqla səthi dezinfeksiya edilməlidir.  
Məhluldan çıxarılmış toxumlar 10%-li NaCl (xörək duzu) məh-
lulunda yarım saat saxlandıqdan sonra təmiz suda bir neçə  dəfə 
yuyulur və rüşeymin  şişməsi üçün 1-2 gün təmiz suda saxlanır. 
Sonra pikirovka qutularındakı torfa səpilir. Vegetasiya dövründə 
xəstəlik müşahidə olunduqda şitilliklərdə  və ya məhsuldar sahədə 
dəmir kuporosunun (FeSO
4
×7H
2
O) 0,1-0,2%-li məhlulu ilə kök 
ətrafı torpağa və bitkilərə çilənir. Xəstəliyin qarşısının alınmasında 
Bordo məhlulundan istifadə etmək olar. Yerüstü hissəyə çilənmiş 
məhlul  əlavə yayılmanın qarşısını alır.  Ps.syringae yüksək 
rütubətdə, yağmur və dumanda daha yaxşı yayıldığından yağmur və 
dumandan sonra çiləmələrin dərhal yerinə yetirilməsi səmərəli olur.  
Bitki qalıqları sahədən kökü qarışıq tamamilə kənarlaşdırılmalı 


132 
və yandırılmalıdır. Fitosanitar normalara əməl olunmalıdır. Belə ki, 
əkin sahəsində  zərərvericilərə  və  xəstəliklərə qarşı vaxtlı-vaxtında 
mübarizə aparılmalı, sahə və sahə ətrafı alaq otlarından təmizlənmə-
lidir. Xəstəliyin ilk mənbəyi həm də quşüzümü fəsiləsinə aid yabanı 
otlarında və enliyarpaq alaqlarda ehtiyat halında toplanır. 
Torpağın becərilməsi aqrofona uyğun aparılmalıdır. Pomidor 
şitillərinin dibinin doldurulması 2-3 dəfə aparılmalı, suvarma nor-
masına əməl olunmalı, süni yağışdan imtina edilərək damcılama və 
ya  şırımla sulama aparılmalıdır. Torpağın tərkibi analiz olunmalı 
mikroklimat və elementlərin tərkibi məlum olmalıdır. Makroele-
mentlərdən kalium və fosforu normada saxlamaqla torpaqda çat-
mayan mikroelementlərlə  əlavə yemləmə aparıla bilər. Birtərəfli 
nitrat azotu ilə ifrat yemləmə  xəstəliyin inkişafını  şiddətləndirir, 
bitkinin xəstəliyə davamlılığı azalır. Pomidor bitkisi pH 6, 7 arasın-
da olan torpaqlarda daha yaxşı inkişaf etdiyindən torpağın və suvar-
ma suyunun reaksiyasının  əhəmiyyətli olduğu nəzərə alınmalı  və 
normadan kənara çıxarılmamalıdır. Nisbətən qələvi reaksiyalı tor-
paqlarda bakteriozlar, nisbətən turş reaksiyalı mühitdə göbələklər 
sürətlə inkişaf edir. pH metrlə müntəzəm, ayda 1 dəfə suyun və tor-
pağın reaksiyası ölçülməlidir.  Əgər turşuluq yüksəkdirsə, CaNO
3

K
2
SO
4
-dən istifadə edilməklə qələvilik artırsa, H
3
PO
4
-ün 0,2-0,3%-
li məhlullarından istifadə edərək nizamlanmalıdır (Şəkil 72). 
Bakterial xərçəng.  Törədicisi  Clavibacter michiganensis 
subsp. michiganensis (Smith 1910, Davis et al.1984) Actinobacteria 
şöbəsi, Actinomycetales sırası, Microbacteriaceae fəsiləsinin Clavi-
bacter cinsinə mənsub olub, Qram-mənfi bakteriyalardır. 
Bakterial xərçəng geniş yayılmış  və  təhlükəli xəstəlikdir. Bir 
neçə il öncə xəstəlik xarici karantin siyahısına daxil edilsə də, hazır-
da respublikanın Abşeron, Quba-Xaçmaz və  Lənkəran-Astara böl-
gələrində yayılması qeydə alınmışdır. Aerob bakteriyalar olub, 
qismən hərəkətli çöpvari quruluşdadır. Ölçüləri 0,3-0,4 × 0,7-1,1 m-
dir. Kartoflu aqar mühitdə normal inkişaf edir. Mühitin rəngi 
tədricən sarımtıl-boz rəngə  qədər dəyişir. Optimal inkişafı üçün 
tələb olunan temperatur 23-27°C-dir. 45°C-dən inkişaf dayanır, 50-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə