Microsoft Word kitab son variant 1 1681. docx



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/58
tarix23.01.2018
ölçüsü5,01 Kb.
#22078
1   ...   47   48   49   50   51   52   53   54   ...   58

157 
Meyvələrdə yumşaq çürümə 
Törədicisi  Rhizopus sp. Oomycota şöbəsi,  Mucoromycotina 
sinfinin, Mucorales sırasının, Rhizopus Ehreneb. cinsinin nümayən-
dəsidir. Xəstəlik yetişməkdə olan meyvələrdə rast gəlinir. Yolux-
muş hissələr bərabər bölünmə nəticəsində böyüyür və meyvələr ey-
bəcərləşir,  əmtəəlik keyfiyyəti aşağı düşür.  Şişmiş hissələr ağ 
örtüklə (patogenin mitsel və meyvəbədəni) örtülür. Aşağı hissədən 
başlayaraq, qara və qonur rəngli nöqtələrlə müşayiət olunan sporan-
gilərin miqdarı bir neçə gün ərzində bütün çürümüş hissəni bürüyür. 
5-7 gün müddətində pomidor meyvəsi yumşalır və çürüyür. Çü-
rümüş hissədən spesifik qıcqırma iyi gəlir. Kütləvi yayılma illərində 
əmtəəlik məhsulun 32-40%-ə çatır. Qismən yoluxma məhsulu da-
şınma və saxlanma üçün yararsız hala gətirir. Pomidorun yayıldığı 
sahədə sağlam qalan məhsulu xilas etmək üçün məhsulun yığılması 
zamanı çeşidləmə aparılmalı  və meyvələrin zədələnməsinin qarşısı 
alınmalıdır. Qabığı  bərk olan sortlardan istifadə edilməsi xəstəliyə 
qarşı mübarizədə səmərəlidir (Şəkil 94). 
 
Meyvələrdə xətvari çürümə 
 
Törədicisi  Geotrichum candidum Link Ascomycota  şöbəsi, 
Saccharomycetes sinfi, Endomycetales fəsiləsinin, Geotrichum cin-
sinin nümayəndəsidir. Xəstəlik meyvələrin yetişkənlik mərhələsində 
yayılır. Meyələr saplaq hissədən çürüməyə başlayır. Saplaq hissə-
dən meyvə üzərində  aşağıya doğru  şırımlar  əmələ  gəlir və meyvə 
yetişdikcə bu dərinləşir. Dərinləşmiş hissələrdə göbələyin ağımtıl-
boz örtüyü müşahidə edilir. Açıq və örtülü sahədə pomidor növ-
bəsiz  əkildikdə, aqrotexniki tədbirlər fonuna əməl olunmadıqda 
xəstəliklə rastlaşma tezliyi artır. 
 
 
 


158 
BADIMCAN BİTKİSİNİN (Solanum melongena L.) 
XƏSTƏLİKLƏRİ 
 
Badımcan bitkisi Azərbaycanda əksər bölgələrdə becərilir. Bu 
bitkinin süfrə  və texniki sahədə istifadə edilməsi üçün müxtəlif 
məhsuldar sortları var. Hazırda Almaz, Zəhra və Gəncə sortları daha 
geniş  ərazilərdə rayonlaşdırılıb. Son dövrlərdə badımcan pastası, 
ikrası və başqa formalarda konservləşdirilən məhsullar geniş ticarət 
şəbəkələrindən dietik qida elementi kimi həvəslə alınır. Badımcan 
becərilməsi zamanı müxtəlif mənşəli xəstəliklərlə yoluxur. Azər-
baycanın Abşeron, Lənkaran-Astara, Quba-Xaçmaz və Aran bölgə-
lərində açıq və örtülü sahədə 2000-2014-cü illərdə aparılan mü-
şahidələr zamanı badımcan bitkisi üzərində  aşağıdakı  xəstəliklər 
qeydə alınmışdır. 
 
Bakterial ləkəlik 
 
Törədicisi  Pseudomonas sp. Badımcan bitkisinin 2-3 əsil yar-
paq fazasından başlayaraq vegetasiyanın axırına qədər müşahidə 
olunur. BL yarpaqlar üzərində  əvvəlcə kiçik, qeyri-konsentrik sər-
həddi ilə seçilən ləkəliklər yaradır. Sonradan bu ləkələr böyüyərək 
yarpağın lətli hissələrində  kənarlardan qonur xətli haşiyə ilə  əhatə 
olunur. Tədricən ləkələr olan hissələrdə yarpağın rəngi bozumtul-
yaşıl və yaxud sarımtıl-yaşıl rəng alır və quruyur. Xəstəlik meyvə-
lərə də keçir. Meyvələr üzərində qonur rəngli ləkələr yaranır, nisbi 
rütubət yüksək olan yerlərdə meyvələrin bir hissəsi çürüyür və 
əmtəəlik keyfiyyəti aşağı düşür. Xəstəliyin törədicisi PB-ni sirayət-
ləndirən  Pseudomonas syringae pv.tomato Van Hall bakteriyasına 
oxşardır. Ola bilər ki, Pseudomonas sp. bu bakteriyanın badımcan 
üzərində ixtisaslaşmış bazasıdır. Obyektin ətraflı öyrənilməsinə 
ehtiyac var (Şəkil 95). 
 
Qonur meyvə çürüməsi 
 
Törədicisi Phytophthora capsici, Ph.nicotianae Breda de Haan. 
Xəstəlik torpaqla təmasda olan meyvələrdə daha çox müşahidə olu-


159 
nur. Patogen meyvə üzərində əvvəlcə açıq-qonur ləkələrlə müşahidə 
olunur. Sonradan daxilə nüfuz edərək badımcanı tamamilə çürüdür. 
QMÇ texniki sortlarda daha çox müşahidə edilir. Birtərəfli azot 
gübrəsi ilə yemləmə  xəstəliyin geniş yayılmasını stimullaşdırır.  
Xəstəlik yarpaq, budaq, çiçək və meyvələri yoluxdurur. 
 
Badımcan şitillərində kök çürüməsi 
 
Törədicisi  Pythium debaryanum Hessedir. Humusla zəngin 
yüngül torpaqlarda şitillərin həddən artıq suvarılması ilə torpaqda 
olan patogenlər mədəni bitki üzərinə keçir, kök və kökboğazında 
qaralma ilə müşahidə olunan çürümə yaradır. Xəstəlik Lənkəran-
Astara, Cəlilabad ərazilərində daimi şitil yerlərində rast gəlinir. Yo-
luxmuş torpaq substrat patogenlərin ehtiyatının toplanmasına səbəb 
olur (Şəkil 96). 
 
Antroknoz 
 
Törədicisi  Colletotrichum sp. Xəstəlik yerüstü orqanları  zədə-
ləyir. Patogen üçün yüksək rütubət 80-95% və 24-27°C temperatur 
əlverişlidir. Bu şərait açıq sahədə  məhsul yetişkənliyi dövrünə uy-
ğun olduğu üçün əsasən meyvələr üzərində  qırışlı, deformasiyaya 
uğramış yaralar kimi təzahür edir. Lənkəran-Astara bölgəsində sel-
ləmə suvarma və süni yağışla becərilmə şəraitində daha çox yayılıb 
(Şəkil 97). 
 
Alternarioz 
 
Törədicisi  Alternaria soloni Soruer. Yarpaq və budaqlarda 
müxtəlif ölçülü bozumtul-qonur ləkəliklər şəklində əlamətlər verir. 
Bu ləkələr böyüyür və yarpaqların vaxtından qabaq qocalması və tö-
külməsinə  səbəb olur. Xəstəlik meyvələrin üzərinə keçir, çürümə 
yaradır. Yarpaq və meyvələrdən götürülmüş nümunələr mikrosko-
pik analizə cəlb edilmiş və Alternaria cinsinə aid olduğu müəyyən-
ləşmişdir (Şəkil 98). 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə