Microsoft Word Kitab111 Восстановлен



Yüklə 2,64 Mb.
Pdf görüntüsü
səhifə138/144
tarix01.08.2018
ölçüsü2,64 Mb.
#60466
1   ...   134   135   136   137   138   139   140   141   ...   144

 

690 


 

Rövzeyi‐mütəhhər – pak məzar  

Rubəru – üzbəüz 

Rudi‐xun – qandan ibarət çay 

Rum – qədim Vizantiya 

Rusiyah – üzüqara 

Ruygərdan – üzü dönmüş 

Ruzi‐cəza – axirət günü 

Ruzi‐Ələst – Ələst günü. Yaradılışın ilk günündə Allah‐təala ilə insanlar 

arasında bağlanan əhd günü.   

Ruzigar – zəmanə, dövran, həyat 

Rübab(ə) – İmrəül‐qeys bin Ədinin qızı, İmam Hüseyn (ə)‐ın xanımı, Əli 

Əsğər və Səkinənin anası    

Rücu` – qayıtmaq 

Rüx – üz, sifət 

Rüxsar – üz, çöhrə 

Rüxsət – icazə, rüsxət 

 

 

Sahəti‐Mina  –  Mina  (Məkkə  yaxınlığında  hacıların  qurban  kəsdiyi  yer) 



fəzası, məkanı 

Sahibəza – yas sahibi 

Sahibi‐zəmanə  –  zəmanənin  sahibi.  Sonuncu  İmam  Mehdi  (ə.f)  nəzərdə 

tutulur. 

Sahibül‐əsr – Əsrin sahibi. İmam Mehdi (ə.f) nəzərdə tutulur  

Saqiyi‐Kövsər  –  cənnətdə  olan  Kövsər  bulağının  saqisi  (su  paylayanı) 

Həzrət Əli (ə) nəzərdə tutulur 

Sail – dilənçi 

Sal – il 

Salar – rəhbər, başçı 

Saleh  (ə)  –  Səmud  qövmünə  göndərilmiş  peyğəmbərdir.  Ərəb  olmasına 

baxmayaraq Tövratda adı çəkilmişdir. 

Sara – Həzrət İbrahim (ə)‐ın birinci zövcəsinin adı 

Sariban – dəvələri sürən 

Sayə – kölgə 

Sayəban – kölgə salmaq üçün örtü 

Satir – örtü 



 

691 


 

Seyd – ov 

Seydvəş – ov kimi 

Seyl – sel  

Seyyid – ağa, cənab  

Seyyidüş‐şühəda – şəhidlərin ağası. İmam Hüseyn (ə)‐ın ləqəbi 

Seyyümbarə – üçüncü dəfə 

Səba – yüngül və lətif meh 

Səbarə – üçüncü dəfə 

Səbt – yazıb qeyd etmə 

Səbz – yaşıl 

Səcdəgah – səcdə edilən yer  

Səd – yüz 

Sədparə – yüz parça, parça‐parça 

Sədri‐zin – yəhərin üstü 

Səfheyi‐rüxsar – üz, sifət 

Səf‐səf – dəstə‐dəstə 

Səfidru – üzü ağ 

Səfşikən – məc. qəhrəman, pəhləvan 

Səfdər – səfləri dağıdan. Həzrət Əli (ə) nəzərdə tutulur 

Səhl – asan 

Səhmü səlabət – mətinlik, cəsarət 

Səhi – qədd‐qamətli, düz 

Səhni‐çəmən – çəmənlik 

Səgi‐əbtər – quyruğu kəsilmiş it 

Səğir – kiçik, Əli Əsğərə işarədir 

Səqqa – saqi, suçu 

Səqər – cəhənnəm 

Səqt – uşaq salma 

Səlsəbil – cənnətdə olan çeşmələrdən birinin adı 

Səkinə – Həzrət İmam Hüseyn (ə)‐ın Rübabdan olan qızı 

Səmavat – səmalar, göylər 

Səməndər – əsatirə görə odda yaşayan və odu təcəssüm edən canlı 

Səmumi‐sitəm – səmum zülmü. Səmum səhralarda əsən çox şiddətli, isti 

və quru küləkdir  

Səndəl – stul, kürsü 

Sənəm – məc. gözəl, sevgili 

Səngi‐bəla – bəla daşı 




 

692 


 

Sər – baş 

Sərfəraz – başı uca 

Sərdar – komandan, başçı 

Sərəndib  –  Hindistanın  cənubunda  yerləşən  indiki  Seylon  adası. 

Rəvayətə görə Həzrət Adəm (ə)‐ın behiştdən gəlib düşdüyü ilk yerdir  

Səri‐dürah – iki yol ayrıcı 

Sərgərdan – avara 

Sərnigun – yıxılmış, məhv edilmiş 

Sərmənzil – mənzil başı 

Sərməst – sərxoş 

Sərsəri‐sitəm – zülm sərsəri. Sərsər çox bərk və soyuq küləyə deyilir 

Sərvər – başçı, rəis 

Sərvəri‐dövran – zəmanənin rəhbəri 

Sərzəniş – məzəmmət 

Sərzəmin – ölkə, yer 

Səyyad – ovçu  

Səyyarə – planet 

Səza – layiq, yaraşan 

Sibi‐behişt – behişt alması 

Sibti‐Peyəmbər – Peyğəmbər nəvəsi. İmam Hüseyn (ə) nəzərdə tutulur 

Sidq – doğruluq, səmimilik 

Sili – sillə 

Sinan – nizənin ucu 

Sinan – Sinan ibn Ənəs. Ömər ibn Sədin qoşununda vuruşan canilərdən 

biri. Deyilənlərə görə, İmam (ə)‐ın başını kəsib nizəyə taxmış və bu işinə 

görə ibn Ziyaddan mükafat istəmişdi.  

Sindi ibn Şahək – İmam Museyi‐Kazım (ə)‐ın qatili 

Sinəçak – məc. yaslı 

Sinn – adamın yaşı 

Sipər – qalxan 

Sir – tox, doymuş 

Sirab – sudan doymuş 

Siraət – yayılmaq 

Sirişk – göz yaşı  

Siyah – qara 

Siyəhkər – günahkar 

Siyəhru – üzüqara 




 

693 


 

Sitarə – ulduz 

Sitəm – zülm 

Sitəmkər – zülmkar, zalım 

Sövt – səs, səda 

Sultani‐məzluman – məzlumların sultanı, İmam Hüseynə (ə) işarədir 

Susən – zambaq   

Suzi‐ətəş – susuzluqdan yanmaq 

Suziş – yanğı, ağrı 

Süfuf – səflər 

Süleyman  (ə)  –  Bəni  İsrail  peyğəmbərlərindən  Davud  (ə)‐ın  oğludur. 

Qurani‐Kərimdə adı çəkilmişdir. 

Sükna – sakin olma 

Süruri‐qəlb – ürəyin şadlığı 

 

Ş 

 

Şafiyi‐ruzi‐məhşər  –  axirət  gününün  şəfaət  verəni.  Məhəmməd 



Peyğəmbər (s) və ya Əhli‐Beyt (ə)‐dan hər hansı biri nəzərdə tutulur. 

Şaha – ey Şah. Bur. İmam Hüseyn (ə) nəzərdə tutulur 

Şahanə – şah kimi, şaha layiq 

Şahi‐din – dinin şahı. Bur. İmam Hüseyn (ə) nəzərdə tutulur 

Şahi‐Hicaz – Hicazın şahı. İmam Hüseyn (ə)‐a işarədir 

Şahi‐məzluman – məzlumların şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur 

Şahi‐insü  can  –  bütün  canlıların  şahı,  bur.  İmam  Hüseyn  (ə)  nəzərdə 

tutulur  

Şahi‐Yəsrib – Mədinənin şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur  

Şahi‐Nəcəf – Nəcəfin şahı. İmam Əli (ə) nəzərdə tutulur 

Şahi‐şəhidan – şəhidlərin şahı. İmam Hüseyn (ə) nəzərdə tutulur 

Şahi‐Kərbəla – Kərbəlanın şahı. İmam Hüseyn (ə)‐a işarədir 

Şahi‐mərdan – mərdlərin şahı. Həzrət Əli (ə)‐a işarədir 

Şahi‐vala – məqamı ali olan Şah 

Şaki – şikayətçi 

Şam – Dəməşqin digər adı 

Şamiyan – şamlılar, dəməşqlilər 

Şami‐qəriban  –  lüğəti  mənası  “qəriblərin  gecəsi”  deməkdir.  İmam 

Hüseyn  (ə)‐ın  və  digər  şəhidlərin  şəhadətə  yetişmələrinin  ilk  gecəsi 

(məhərrəm  ayının  10‐dan  11‐nə  keçən  gecə).  Bu  gecədə  məscidlərdə  və 




Yüklə 2,64 Mb.

Dostları ilə paylaş:
1   ...   134   135   136   137   138   139   140   141   ...   144




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə