49
Cədvəldən göründüyü kimi 11 neft müqaviləsi üzrə 5 kontrakt zonasında işlər
rentabellik mülahizələri ilə tamamilə dayanmışdır. Fikrimizcə, bu strukturlarda
fəaliyyəti bərpa etmək istiqamətində Azərbaycanın özünün neft strukturları ilə
müştərək iş birliyində yerli biznesmenlərin bacarıq və kapitalından istifadə imkan-
ları nəzərdən keçirilməli və hətta praktik olaraq pilot qaydasında sınanmalıdır. Bu
strukturlarda 200 milyon tondan çox neft ehtiyatı vardır. Ləğv olunmuş neft
kontraktları zonasındakı strukturların ehtiyat potensialı aşağıdakı qrafikdə
verilmişdir.
Diaqram 1.
Belə potensialı bütöv «Azneft» B-nin resurs bazası ilə müqayisə etmək olar.
Burada artıq 500 milyon dollar sərmayə qoyuluşu reallaşmış, işlərin görülməsi
üçün ilk infrastrukturlar təşkil edilmiş və hətta məhsuldar olan quyular da
qazılmışdır. Həmin strukturlarda təkrar fəaliyyət üçün sadəcə olaraq yeni bir
biznes-plan tərtib olunmalıdır.
Məlumdur ki, Azərbaycanın quru ərazisində yerləşən «Binəqədi» yatağının
sonrakı istismarı ilə əlaqədar sayca 24-cü olan neft kontraktı imzalanmışdır. Bu
kontrakta ilk dəfə tərəfdaş kimi Azərbaycanın «Azpetrol» şirkəti iştirak edir. Yeni
güc yığımında olan şirkət artıq öz sərmayə qoyuluşlarını ölkə hüdudlarından da
kənarda geniş tətbiq etməyə başlamışdır. Belə ki, 2005-ci ildən başlayraq
«Azpetrol» şirkəti Moldova Respublikasında bütöv bir yanacaq-doldurma şəbəkəsi
□ QARABAQ
■ DAN-ULDUZU/ƏŞRƏF
□ KÜRDAŞI
□ MURADXANLI
■ ZIĞ-HÖVSAN
50
yaratmışdır. Bütün bunlar isə «Azpetrol» şirkətinin biznes səriştəliyi və investisiya
imkanları dəlalət edir.
Dünya təcrübəsi göstərir ki, bazar iqtisadiyyatı şəraitində dövlət yanacaq-
enerji kompleksində elmi-texniki siyasətin hazırlanınası, onun normativ-hüquqi
baza ilə təminatı, özəl sektorun bu sahəyə cəlb edilməsi, YEK-in texniki
səviyyəsinin yüksəldilməsi və digər strateji məsələləri həll edir. Neft biznesinin
inkişafı da dövlətin apardığı institusional siyasətdən asılıdır. Bu baxımdan dövlət
hər vəchlə milli sahibkarlığın neft biznesində genişliklə təmsil olunmasına kömək
etməli, sahədə səmərəli biznes fəaliyyəti üçün optimal şərait yaratmalıdır. Lakin
milli sahibkarların neft biznesində uğurlu nəticələr qazanması mütərəqqi idarəçilik
sisteminin öyrənilməsindən də asılı olacaqdır. Məlumdur ki, bazar mühitində
qarşıya çıxan yeni məsələlərin həlli səmərəli menecment əsasında formalaşır. Neft
sektorunda idarəetmənin bazar prinsiplərinə keçidi istehsal münasibətlərində dərin
kök salmış ətalətli inzibati amirlik metodlarının iqtisadi yanaşma ilə əvəzlən-
məsini, ictimai psixoloji mühitin, sosial durumun yaxşılaşmasını diktə edir [3].
Fikrimizcə neft sektorunda vençur biznesinin inkişafına daha çox səy
göstərmək lazımdır. Vençur biznesindən yeni texnologiyaların, innovasiyaların
ölkəmizə gətirilməsinə, mühüm layihələrin reallaşmasına kömək edəcəkdir. Daha
doğrusu, vençur biznesi məhz ləğv olunmuş kontraktlar zonasında daha çox səmərə
verə bilər. Vençur kapitalından bu sahədə geniş istifadə olunması mövcud qanun-
vericilik bazasının təkmilləşdirilməsindən bilavasitə asılıdır. Hər hansı bir müvəq-
qəti məhdudiyyətin olmasına baxmayaraq neft sektorunda vençur biznesi inkişaf
aspektində mühüm amillərdən olaraq innovasiyaların yaradıcısı və daşıyıcısına
çevriləcəkdir.
Neft biznesinin inkişaf etdirilməsində məqsəd pul təyinatlı sadə investisiyalar
yönəlişi ilə əhatə olunmamalıdır. Burada qabaqcıl texnologiyaları, innovasiya
nailiyyətlərini təmin edən investisiyalara meydan verilməlidir. qtisadiyyatın digər
sahələrində olduğu kimi, neft-qaz kompleksində də innovasiya fəaliyyətə elmi-
texniki, intellektual potensialı səfərbər edərək səmərəliliyi artıran tədbirlər sistemi
51
kimi baxılır. Məhsuldar və prosesli olmaqla texnoloji innovasiya hər iki istiqa-
mətdə neft-qaz kompleksində mühüm əhəmiyyətə malikdir.
nnovasiyon fəaliyyətin inkişaf etdirilməsi onun elmi-texniki potensialının
durumu, keyfiyyət və kəmiyyət parametrləri ilə əlaqədardır. Neft sənayesində
innovasiya layihələr müəssisədə törənən, «portfel problemlər» əsasında yaradıl-
malıdır. nnovasiyanın kommersiyalanması onun bazarda əmtəə kimi çıxış etməsi
ilə reallaşır. Əsaslı innovasiya menecmentinin bu sırada aparılması mühüm hesab
edilir. nnovasiya neftqazçıxarmada material və enerji məsrəfınə, əmək haqqına,
maya dəyərinə, mənfəətə, fondveriminə, rentabelliyə, bir sözlə, bütün göstəricilər
təsir edir.
Neft sektorunda innovasiya prosesisini genişləndirməklə, elmi axtarışları
maliyyələşdirməklə mühüm elmi-texniki nailiyyətlər əldə edə bilərik. Bu poten-
sialdan dolğun istifadə etməklə neft sektorunu texnoloji yeniləşməsinə, sahəvi
elmin inkişafına nail olmaq mümkündür.
Biznes fəaliyyətinin mühüm tərkib hissəsini kommersiya fəaliyyəti təşkil edir.
Kommersiya fəaliyyətinə əmtəələrin alqı-satqısı ilə yanaşı, həm də onların
istehsalı, eləcə də bank, nəqliyyat, kənd təsərrüfatı, sığorta və sair sahələrlə bağlı
fəaliyyət formaları da daxil edilir. Bundan başqa kommersiya fəaliyyəti ticarət
fəaliyyətinin müxtəlif növ icarə, informasiya, konsaltinq, injinirinq, lizinq, marke-
tinq və sair xarakterləri də özündə birləşdirir. Məhz səmərəli təşkil edilən kommer-
siya fəaliyyəti biznes strategiyasının müvvəfəqiyyətinə zəmin yaradır. Müvaflq
sırada biznesmenin özünün işgüzarlığı da az əhəmiyyət daşımır. Burada işgüzarlığı
yüksəldən məqamlarla yanaşı ona təsir edən mənfi aspektlər də özünü göstərir. Bu
isə daha çox risk amili ilə bağlılıqda özünü biruzə verir. Uğuru əldən vermək, çətin
vəziyyətlə rastlaşmaq, mənfəət əvəzinə zərər çəkmək riski səciyyələndirən cəhət-
lərdəndir.
Neft biznesində multiplikativ effekt yüksəkdir. Yatağın mənimsənilməsində
multiplikatorun miqdarı iki kəmiyyət ətrafında dövr edir. Hasilat layihəsinə
investisiya qoyuluşu bir manatlıq xərcdə orta hesabla təxmini iki manatlıq gəlir
götürür [69]. Bu gerçək reallıq isə neft sektorunda biznes fəaliyyətinin daha da
Dostları ilə paylaş: |