Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə19/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   15   16   17   18   19   20   21   22   ...   37

 
55
2007-ci illərdən başlayaraq yaxın 20 il ərzində Azərbaycan Respublikası təqribən 
100 milyard dollara qədər mənfəət əldə edəcəkdir. 
Ölkədə reallaşdırılan neft strategiyası əsasında Bakı-Supsa, Bakı-Novorasiysk 
neft kəmərləri işə salınmış, Səngəçal və Dübəndi terminallarının yenidənqurulması 
və  inşası  başa  çatdırılmış,  Azərbaycan  neft  sənayesinin  ən  iri  müəssisələrindən 
olan  «Şelflayihətikinti»  zavodunun  fəaliyyəti  bərpa  edilmiş,  çoxsaylı  üzən  dərin 
qazma  qurğuları  modifıkasiya  olunaraq  « stiqlal»,  «Dədə  Qorqud»,  «Qurtuluş» 
adları  ilə  səmərəli  istehsala  qaytarılmışdır.  Bu  sırada  Xəzərin  1000  metrdən  çox 
dərinliklərini  fəth  edən  «Heydər  Əliyev»  adlı  ən  modern  qazma  qurğusu  da  inşa 
edilmişdir.  Milli  neft  strategiyası  çərçivəsində  «Çıraq-1»  platformasından  hasil 
edilən neftin illik miqdarı 15 milyon ton həcminə yüksəlmiş, «Azəri» yatağından 
neftin hasilatına başlanılmışdır. Bu strategiyanın əsas prinsipal layihələrindən olan 
Heydər  Əliyev  adına  Bakı-Tbilisi-Ceyhan  neft  kəmərinin  inşaası  gerçəkləşmiş, 
Xəzərin  bənzərsiz  qaz  və  qaz  Kondensat  yatağı  olan  «Şahdəniz»dən  təbii  qazın 
sahilə gətirilməsi və oradan Avropa bazarlarına çıxarılan Bakı-Tbilisi-Ərzurum qaz 
kəmərinin tikintisinə başlanılmışdır. 
Neft  strategiyasının  əhatə  dairəsində  olan  digər  neft  kontraktları  üzrə  də 
kəşfıyyat, qazma və istismar işləri geniş vüsət almış, sahəvi infrastrukturun modifı-
kasiyası  prosesi  yeni  mərhələyə  qədəm  qoymuşdur.  Neft-qaz  resurslarının  işlən-
məsinə  yönələn  güclü  kapital  axını  köhnə  yataqlar  zonasını  da  əhatə  etdirmişdir. 
Neft-qaz  potensialından  səmərəli  istifadədə  daha  bir  mütərəqqi  təsisat  «Neft 
Fondu» yaradılmışdır. 
Neft strategiyasının uğurla reallaşması istiqamətində respublikanın icra struk-
turlarında  da  institusional  dəyişikliklər  aparılmışdır.  ARDNŞ-də  yeni  idarəetmə 
strukturu formalaşdırılmış, bütün energetik kompleksi və habelə bütövlükdə səna-
ye  sistemini  koordinasiya  edərək  buradakı  dövlət  siyasətini  həyata  keçirən  Azər-
baycan Respublikasının Energetika və Sənaye Nazirliyi yaradılmışdır. Daim tərəq-
qi edən, təkmilləşən milli neft strategiyasının əhatə dairəsi genişlənərək qeyri-neft 
sektorunda  da  möhkəmlənmiş,  ölkənin  sosial  infrastrukturunun  daha  mobil  şəbə-
kədə  təkmilləşməsinə  səfərbər  olunmuşdur.  Bununla  belə  ölkənin  neft  strategiya-


 
56
sının reallaşması istiqamətində görüləcək işlərin miqyası əldə edilmiş nəticələrdən 
daha genişdir. 
Yaxın  gələcəkdə  Azərbaycan  neft  strategiyası  fövqündə  dayanan  prioritetlər 
triadasını isə aşağıdakılar əhatə edir:  
–  kontraktlar  sahəsində  karbohidrogen  resurslarının  hasilatı,  dominat  olaraq 
aşağıdakı yataqlarda: 
–  neft  –  «Azəri-Çıraq-Günəşli»  (ehityatlar:  730  milyon  ton  neft,  96  milyard 
m
3
qaz, 6 milyon ton kondensat
); 
– qazkondensat – «Şahdəniz» (ehityatlar: 700 milyard m
3
 qaz, 200 milyon ton 
kondensat). 
–  iki  tərəfli  enerji  dəhlizi  yaratmaqla  dünya  bazarlarına  layihələr  üzrə 
neft və qaz resurslarını ixrac etmək: 
– neft üzrə – Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan kəməri; 
– qaz üzrə – Bakı-Ərzurum kəməri. 
–  əhalinin  həyat  səviyyəsinin  yüksəldilməsi,  milli  və  iqtisadi  təhlükə-
sizliyin  möhkəmləndirməsi  üçün  neft-qaz  resurslarının  hasilatından  əldə 
edilən gəlirilərin aktiv olaraq təkrar istehsala istiqamətləndirilməsi: 
– qeyri-neft sektoruna; 
– gələcək nəsillərin pay fonduna. 
Vurğulamaq lazımdır ki, milli neft strategiyası ideoloji aspekt və keyifıyyətə 
də  malikdir.  Azərbaycanın  tarixən  neft  ölkəsi  kimi  məşhurluğu  keçmişdə  olduğu 
kimi  indinin  özündə  də  ənənəvi  olaraq  xalqın  milli-mental  həyatında,  sosial 
düşüncəsində,  təsərrüfatçılıqda  əhəmiyyətli  rol  oynayır,  ictimai  iftixar  və  qürur 
hissləri  yaradır.  Hazırkı  mərhələdə  neft  sərvətləri  iqtisadi  islahatların  effektli 
stimulyatoru və xarici investisiyaların qarantı rolunda çıxış edir. Məhz buna görə 
də  həyata  keçirilən  milli  neft  strategiyası  respublikada  baş  verən  bütün  sosial  və 
iqtisadi yaranışların lokomativi olaraq irəliləyişlərə təminat verir [11]. 
Neft  strategiyasının  uğurlu  reallaşmasına  liberal  iqtisadiyyata  tez  və  tam 
keçidin  generasiya  mənəbəyi  kimi  də  baxılır.  Qeyd  etməliyik  ki,  milli  neft 
strategiyası  heç  də  tamılıqla  lokal  tapşırıqların  reallaşması  problemlərini  hədəf 


 
57
seçməmişdir. Onun vəzifələri həm də geniş dairədə qlobal və regional layihələrin 
gerçəkləşməsinə  hesablanmışdır.  Hazırkı  geosiyasi  və  geoiqtisadi  situasiya  daya-
naqlı olaraq Azərbaycanı qarşılıqlı mənfəətli və məhsuldar inteqrasiyaya, planetin 
mineral-xammal  bazasının  möhkəmləndirilməsi  istiqamətində  öz  karbohidrogen 
resurslarnın  səmərəli  paylaşmasına  kökləyir.  Belə  ki,  yaxın  iki  onillik  ərzində 
Azərbaycan  dünya  bazarlarına  hər  il  davamlı  olaraq  45-50  milyon  ton  neft,  8-10 
milyard  kub.m  həcmində  təbii  qaz  çıxaracaqdır.  Bu  reallıq  Heydər  Əliyev  adına 
Bakı-Tbilisi-Ceyhan  neft,  Bakı-Ərzurum  qaz  kəmərlərinin  strateji  əhəmiyyətini 
həm  də,  yalnız  Azərbaycan  üçün  deyil,  bütövlükdə  Xəzər  regionu  dövlətlərinin 
iqtisadi və energetik təhlükəsizliklərinin təminatçısına çevirəcəkdir. Müvafiq stra-
teji  enerji dəhlizləri  Böyük  pək  Yolunun  da  tam  miqyaslı  işə  düşməsi  sahəsində 
Azərbaycanın iqtisadi müsətəqilliyini daha da möhkəmləndirəcəkdir [3, 13]. 
Milli neft strategiyasının ictimai-siyasi əhəmiyyətini, sosial-iqtisadi effektiv-
liyini  şərh  edərkən  onun  kommersial  mahiyyətə  malik  olduğunu  unutmaq  olmaz. 
Məhz kommersiya  faktoru  investisiya  axınını,  inteqrasiyalı  iş  birliyini  və bundan 
irəli gələn sosial-iqtisadi səmərəni vəhdət halına salır. Əslində neft  strategiyası da 
bütün  möhtəşəm  layihə  və  konsepsiyalarda  olduğu  kimi  iki  qütblüdür.  Qütblərin 
bir  tərəfində  sosial-iqtisadi  keyfiyyətlər  dayanırsa,  digər  tərəfə  kommersial 
maraqlar hakim kəsilir. Bu baxımdan milli neft strategiyasının biznes mahiyyətinin 
açılışını  genişləndirərək  qeyd  etməliyik  ki,  Azərbaycan  tərəfi  üçün  bu  strategiya 
ictimai-siyasi, sosial-iqtisadi  keyfiyyəti,  qarşı  tərəflər üçün  isə  biznes  maraqlarını 
ifadə  edir.  Bununla  belə  bu  strategiyanın  Azərbaycan  üçün  də  iqtisadi  aspektdə 
yetərli biznes təməlçiliyi vardır. Hətta bu fundamentallıq heç də xarici investorun 
kommersiya  maraqlarından  geridə  qalmır.  Fərq  bir  qədər  ondadır  ki,  Azərbaycan 
hissəsində kommersiya maraqlarını dövlət, müqabil hissədə isə əksərən müsətəqil 
şirkətlər təcəssüm etdirir [12, 20]. 
Neft strategiyasının səmərəli reallaşdırılması yetərli dərəcədə ölkədə mövcud 
biznes  mühitinin  özünün  yaxşılaşdırılmasından  asılıdır.  Biznes  mühitinin  yaxlaş-
dırılması imkanlarının müəyyən edilməsi isə Azərbaycan neft sənayesinin təşəkkül 
tapmış  müasir  struktur  və  infrastrukturuna  bir  daha  nəzər  yetirilməsini  qaçılmaz 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə