61
Cədvəl 3.
MÜQAV LƏLƏR ÜZRƏ PROQNOZLAŞDIRILAN EHT YATLAR
S/
№
№
№
№
Müqavilələr
Neft
(mln.ton)
Təbii qaz
(mlrd.m3)
Kondensat
(mln.ton)
1
Azəri, Çıraq, Çünəşli
730
96
6
2
Qarabağ
8
3
Şahdəniz
-
700
200
4
Dan Ulduzu/Əşrəfi
11,9
5
Lənkəran/Talış dəniz
-
6
Oğuz
70
53
3
7
Abşeron
120
3000
27
8
Naxçıvan
66
172
12
9
Yalama - D-222
50
10 Kürsəngi-Qarabağlı
17
11 Zəfər-Məşəl
140
12
nam
50
100
100
13 Yanan Tava, Muğan-Dəniz, Atəşgah
75-90
14 Muradxanlı
60
15 Kürdaşı
90-100
16 Araz, Alov, Şərq
500 mln. tona ekvivalent
17 Cənub-Qərbi Qobustan
15-20
25
18 Savalan, Dalğa, Cənub, Lerik-Dəniz
100
19 Padar-Xarəmi
30
20 Kəlamətdin-Mişovdağ
9,9
21 Hövsan-Zığ
18-25
22 Pirsaat
7
23 Qaraçuxur
13,5
9
24 Binəqədi
12,8
8
Kontrakt zonasında ehtiyat parametrliliyi və investisiya həcmliliyi baxımın-
dan ən tutumlu neft müqaviləsi «Əsrin kontraktı»dır. Bu kontrakt üzrə hasilat
1997-ci ildən başlayaraq təmin olunur. ndiyədək «Əsrin kontraktı» çərçivəsində
«Çıraq» platformasından ümumilikdə 50 milyon tondan çox neft çıxarılmış və
xarici bazarlara göndərilmişdir. Müqavilənin reallaşması üçün unsorsium tərəf-
62
daşları Böyük Britaniyanın BP şirkətinin operatorluğu ilə Azərbaycan Beynəlxalq
Əməliyyat Şirkətinin (ABƏŞ) qurumunu təsis etmişlər. Müəssisə tipi kimi, ABƏŞ
məhdud məsulliyyətli profilə malikdir və Qalman adalarında konsorsium tərəfdaş-
larının səhm paketi proporsiyasında offoşor şirkət kimi qeydiyyatdan keşmişdir.
Gəlirsiz və büdcəsində kəsiri olmayan, komplektləşdirilmiş ştat sayına malik və
Azərbaycan hökuməti qarşısında yerli işçilərin işə götürülməsi ilə bağlı öhdəlikli
bir əməliyyat şirkəti kimi ABƏŞ-in fəaliyyət proqramı hər il Azərbaycan höku-
məti, ARDNŞ və xarici neft şirkətləri nümayəndələrindən ibarət Rəhbər Komitə
tərəfındən təsdiq olunur.
Milli neft strategiyasında Xəzər neftinin Avropa bazarlarına nəqli prosesində
üç kəmərin şərtliliyi ilə sürülmüşdür. Bunlardan ikisi – Bakı-Supsa və Bakı-
Novorossiyisk kəmərləri artıq fəaliyyət göstərməkdədirlər. Supsa kəməri 6 milyon
ton buraxılışa malikdir. Modifıkasiyada onun buraxlış həcmini 10 milyon tona
yüksəltmək mümkündür. Bakı-Novorossiysk kəmərinin müasir buraxlış gücü də,
təxminən Bakı-Supsa ilə eyniyyət təşkil edir. Lakin kəmərin genişləndirməsi
imkanları 15 milyon ton hesablanır. Bu kəmərlərdə tariflər də müxtəlifdir. Bakı-
Novorossiysk kəmərinin tarifləri 15,6 dollar olduğu halda, Bakı-Supsada bu tariflər
5-6 dəfə aşağı – 2,7 dollara bərabərdir. Belə vəziyyətin mövcudluğu hər milyon
tonda 13 milyon dollar itki deməkdir. Kəmərlərdən AGÇ-dan hasil edilən ilkin
neftlə yanaşı, köhnə yataqlardan çıxarılan neft də nəql olunur. Böyük neftin
hasilatını isə Azərbaycanı qlobal enerji mərkəzinə çevirəcək Heydər Əliyev adına
Bakı-Tbilisi-Ceyhan neft boru xətti təmin edir.
Azərbaycanın Xəzər Sektorunda fəaliyyət nəticəliyi təmin edilən ikinci
mühüm neft kontraklı, neft strategiyasının ən mühüm struktur prioriteti «Şahdəniz»
müqaviləsidir. Son 20 ildə dünya neft tarixində ikinci belə unikal təbii qaz yatağı
aşkarlanmamışdır. «Şahdəniz» Azərbaycanın Xəzər sektorunda hasil ediləcək nef-
tin miqdarnın 50 milyon tona yüksəlməsinə də yardımçı olacaqdır. Buradan çıxa-
rılan qazın Avropa bazarlarına çıxışını isə Bakı-Ərzurum kəməri təmin edəcəkdir.
Neft biznesinin təşkilinin təminatında emal obyektlərinin mövcudluğunun
əhəmiyyəti qeyd olunmuşdur. Azərbaycan karbohidrogen resurslarını emal edən
63
sənaye yaratma baxımından da daim irəlidə olmuşdur. Hazırda respublikada iki
neft emalı zavodu «Azərneftyağ» və «Azərneftyanacaq» fəaliyyət göstərir.
Zavodların birgə layihə gücü 25 milyon ton neftə hesablanmışdır. SSR zamanında
inşa edilən bu zavodların tam gücü ilə işləməsi üçün ittifaqın digər regionlarından
neft daşınırdı. Gətirilən xammal hesabına burada 1975-ci ildə rekord miqdarda –
23,43 milyon ton neft emal olunmuşdur. stehsal tsikli və texnoloji forması son
dərəcə müasir olmayan bu zavodlar hazırda yalnız yerli xammal hesabına fəaliyyət
göstərir və hər il istehsal gücündən 3 dəfə az neft emal edirlər [2].
Neft biznesini daha da inkişaf etdirmək üçün bu zavodların qabaqcıl texnolo-
giyalara əsaslanan modernizasiyası və emal diversikasiyası zəruridir. Xatırladaq ki,
dünya təcrübəsində belə nəhəng zavodların inşasına üstünlük verilmir. Lakin buna
baxmayaraq bir sıra ölkələr, xüsüsən də Çexiya, Polşa, Macarıstan, Qazaxıstan,
Özbəkistan və Türkmənistan milli energetik strategiyalarına müvafıq olaraq bu tip
zavodların inşaası və modernizasiyasını reallaşdırırlar. Buna görə də həmin zavod-
larda neft kontraktları çərçivəsində əlavə emal proseslərinin gerçəkləşdirilməsi
plan və proqramları hazırlanmalıdır. Bu proses ilk növbədə mazut, dizel yanacağı
və kerosin istehsalında reallaşdırıla bilər. Belə ki, kontrakt tərəfdaşları dəmir yolu
nəqliyyatı vasitəsi ilə bu məhsulların Avropa bazarlarına çıxışını təmin edə bilərlər.
Bakı zavodlarında emal tarifləri də yüksək deyildir. Proses kommersiya şərtlərinə
uyğun olaraq həm ödənişli və həm də tollinq prossedurunda reallaşdırıla bilər.
Yəni emal xərcləri xammalın hesabına kompensasiya oluna bilər. Eyni zamanda
qeyd etmək lazımdır ki, neft xam şəkildə son istehlak məhsulu sayılmadığından o,
emal edilməyə məhkumdur. Azərbaycan nefti də Avropa bazarlarına çatdırıldıqdan
sonra həmin ölkələrdə emal prosesindən keçir. Avropada, xüsüsən taliya və
Fransada keyfıyyətli və müasir standartlı emal və neft məhsulları istehsal edilən am
industrial komplekslər fəaliyyət göstərirlər. Azərbaycanın konsorsium tərəfdaşları
da bu emalın ölkə xaricində olmasına üstünlük verirlər. Lakin bu kontraktlarda
payçı kimi iştirak edən ARDNŞ heç şübhəsiz ki, milli neft strategiyasına uyğun
olaraq öz sərəncamında qalan artıq neftin Bakının emal zavodlarına göndərişini və
bu sırada zavodların səmərəli fəaliyyəti bir daha əmin edilmiş olar. Burada bir faktı
Dostları ilə paylaş: |