67
Neft kontrakları üzrə əlaqəli sahələr sistemində yanacaq-enerji kompleksi
müəsissələri, xusüsən də, enerji istehsalı mühüm yer tutur. Məlumdur ki, respub-
likada enerji istehsalının 80 faizi stilik Elektrik Stansiyaları / ES/ vasitəsi ilə
təmin edilir. Köhnə yataqlardan hasil olunan neftin hər il orta hesabla 4-4,5 milyon
tonu mazut şəklində və təbii qazın 2-2,5 milyard kub.m-i enerji istehsal edən
komplekslərə yönəldilir. Son illər elektrik enerjisi ilə bağlı ölkədə məhdudiyyətlər
mövcuddur. Bu hal elektrik enerjisindən səmərəli istifadənin və onun istehsalının
artmasını şərtləndirir. Aydındır ki, respublikada istehsal edilən elektrik enerjisinin
bir hissəsi də neft kontraktları çərçivəsində hasilatın təminatına məsrəf olunur. Be-
lə reallıq isə neft kontraktları tərəfdaşları ilə iqtisadi münasibətlərin qurulmasında
yeni şərtləri formalaşdırır. Buna görə də neft kontraktları çərçivəsində istehsal
olunan enerjinin miqyası baxımından eyni miqdarında ES-lərə müvafiq resurslar
ayrılmalıdır. Belə prosesi aralıq servis kommersiya qurumları asanlıqla reallaşdıra
bilər və belə fəaliyyət respublikamızda neft, enerji biznesinin inkişafına yeni sti-
mullar gətirər [15].
Neft strategiyası yalnız neft sektoru ilə məhdudlaşmır. Onun ümdə ideyasının
fövqündə neft sənayesinin tərəqqisi əsasında əlverişli biznes mühiti yaratmaqla
iqtisadiyyatın digər sahələrinin intensiv inkişafı dayanır. Bir faktı da vurğulamaq
lazımdır ki, investisiya prosesinin qaynaq elementi kimi neft-qaz resursları çıxış
etsə də, ölkəmiz sərmayəçilər üçün hələ də riskli məkan olaraq qalır. Risklilik ami-
lini də bu günün reallıqları ilə təbii saymaq olar. Heç şübhəsiz ki, yeni demokratik
və institusional dəyişmələr investisiyon riskin mülayimləşməsində də əks oluna-
caqdır. 2005-ci ilin əvvəlinə Azərbaycanda bağlanmış neft kontraktları üzrə inves-
tisiya qoyuluşları cədvəl 4-də verilmişdir.
68
Cədvəl 4.
AZƏRBAYCANDA BAĞLANMIŞ NEFT KONTRAKTLARI
ÜZRƏ NVEST S YALARIN HƏCM
(milyard ABŞ dolları ilə)
№
NEFT KONTRAKLARI
CƏM
1
AZƏR , ÇIRAQ, GÜNƏŞL
7.5
2
QARABAĞ
0.2
3
ŞAHDƏN Z
1.2
4
DAN ULDUZU/ ƏŞRƏF
0.1
5
LƏNKƏRAN, TALIŞ DƏN Z
0.1
6
YALAMA - /D-222/
0.1
7
OĞUZ
0.1
8
ABŞERON
0.2
9
NAXÇIVAN
0.3
10
KÜRDAŞ
0.2
11
QOBUSTAN
0.1
12
NAM
0.1
13
MURADXANLI
0.1
14
ALOV, ARAZ, ŞƏRQ
0.2
15
KÜRSƏNQ
0.1
16
YANAN-TAYA
0.2
17
ZƏFƏR-MƏŞƏL
0.2
18
SAVALAN, DALĞA, LER K-DƏN Z, CƏNUB
-
19
PADAR- XARƏM
0.1
20
KƏLAMƏTD N-MIŞOVDAĞ
0.1
21
ZIX-HÖVSAN
-
22
P RSAAT
-
23
QARAÇIXUR
-
24
B NƏQƏD
-
CƏM :
11.2
Respublikanın neft sektoruna yönələn investisiyaların əsas hissəsini birbaşa
sərmayələr təşkil edir. Bu sərmayələr ümumi investisiya qoyuluşlarının 80 faizinə
bərabərdir. Kontraklar çərçivəsində ARDNŞ-ə mənsub neft də xarici bazarlara
çıxarılır və əldə edilən «neft dollarları» ARDNF də akkumlyasiya olunur. Xarici
neft şirkətlərilə birgə görülən işlər nəticəsində Azərbaycana gələn ümumi mənfəəti
3 kateqoriyaya bölmək olar:
69
1. nəğd pul şəklində;
2. əmək haqqı, vergilər və sosial ödəmələr şəklində;
3. yerli və birgə müəssisələrin göstərdikləri servis xidmətinə və icarə haqqla-
rına ödənilmiş pul şəklində.
Gəlirlərin bölgüsündə də xüsusi forma nəzərdə tutulmuşdur. «dövlətlə inves-
tor arasında məhsulun bölgüsü konkret yatağın mənimsənilməsi xərcləri əsasında
planlaşdırılır. Belə metodik alətin olması dövlət və investorun maraqlarını kiçilt-
mədən bağlanmış kontraktlar şərtində daha obyektiv qərarların verilməsinə imkan
yaradır» [24, s.572].
Apardığımız araşdırmalar göstərir ki, milli neft strategiyası çərçivəsində neft
biznesinin inkişaf etdirilməsi, investisiya mühitinin əlverişliliyinin artırılması yeni
kontrakt formalarının tətbiqini, qanunvericilik bazasının təkmilləşməsini vergiqoy-
manın mülayimləşməsi ilə qarşılıqlı bağlılıqdadır. Belə vəziyyətin mövcudluğu
xüsusi olaraq özünü azrentabelli, azdebitli köhnə yataqların reabilitasiyası prose-
sində daha qabarıq göstərir. Kiçik sahələrin daha çevik investisiyalaşdırılmasında
lisenziya xüsusiyyətli kontrakt formalarının tətbiqi bu baxımdan daha münasibdir.
Belə ki, neft sektorunda istehsal artımı üçün geniş həcmli vəsaitlər tələb edilməyən
sahələr yetərincədir. ri neft şirkətləri isə əsasən daha çox böyük yataqlara sərmayə
qoyuluşunda maraqlıdırlar. Bu baxımdan tükənən və daha çox əmək və kapital
tutumu tələb edən yataqlarda qalıq neftinin çıxarılması belə şirkətlərdə o qədər də
kommersiya marağına səbəb olmur. Biznes praktikasına görə, adətən, ehtiyatları
tükənmə mərhələsinə yetişən yataqlar kiçik şirkətlər və yaxud da yerli kapital
hesabına investisiyalaşdırılır [33]. Müasir mərhələdə icarə, dövlət müəssisələrinin
müqavilə əsasında fərdi layihələr üzrə idarəetməyə verilməsi istiqamətində müva-
fiq normativ-hüquqi aktlar və qanunlar qəbul edilərsə respublikada neft biznesinin
inkişaf etdirlməsi həllini tapacaqdır. Neft biznesinə yerli sahibkarların, neftçi
kollektivlərin qoşulması prosesi sürətlənəcəkdir. Ölkədə neft biznesinin inkişaf
etdirilməsi üçün ilk növbədə birbaşa hasilatla məşğul olan müəssisələrdə iqtisadi
münasibətlərin, xüsusən də mülkiyyət aspektində dəyişdirilməsi zəruridir. Burada
təcrübəyə istinadən paritet əsaslara söykənən səhmləşmə daha çox əhəmiyyətli ola
Dostları ilə paylaş: |