64
da nəzərdən qaçırmaq olmaz. Əgər Azərbaycanın pay neftini xam şəkildə deyil
hazır məhsul formasında ixracını istəyiriksə, onda emal zavodlarının tam və ya
qismən özəlləşdirilməsi strategiyasına üstünlük verməliyik. Məhz belə istiqamət
ölkədə mövcud neft biznesi mühitinin yaxşılaşdırılmasına kömək edər.
Bakı şəhərində neft emalı müəssisələri ilə yanaşı, qaz emalını həyata keçirən
müvafıq zavodlar da mövcuddur. Bu zavodlar işərisində 1961-ci ildən fəaliyyət
göstərən, 2002-ci ildə isə özəlləşdirməyə açıq elan olunmuş Bakı Qaz Emalı
Zavodu mühüm yer tutur. Zavodda başlıca olaraq maye qaz, propan-butan-pentan
fraksiyası, qaz-benzin, yerli kimya sənayesi üçün müxtəlif məhsullar istehsal edilir.
Burada köhnə dəniz yataqlarından çıxarılan təbii qaz emal və təmizlənmə
prosesindən keçir. Lakin zavodun istehsal gücü ölkədə hasil edilən qaz potensialına
müvaflq deyildir. Məlumdur ki, «Əsrin kontraktı» çərçivəsində hasil edilən səmt
qazı Azərbaycana pulsuz verilir. Bu baxımdan neft strategiyası tələb edir ki,
kontraktlar zonasında hasil edilən səmt qazının həm təbii və həm də sıxılmış şə-
kildə məişətdə istifadəsi və ixraca yönəldilməsi səmərəli həllinə qovuşsun. Digər
tərəfdən, Şahdəniz layihəsinin gerçəkləşmə perspektivi bu strateji əhəmiyyətli
istiqamətin reallaşmasında mühüm amilə çevriləcəkdir. Ona görə də, gələcəkdə tə-
bii qaz hasilatının artırılmasına istinadən ölkədə müvafıq strukturların yaradılması
prosesi indidən həllini tapmalıdır. Azərbaycanda qaz hasilatının artacağı təqdirdə
zavodun istehsal gücünün artırılmasına və yaxud tələblərə uyğun müvafıq tipli və
ölçülü zavodların tikilməsinə ehtiyac yaranacaqdır. Dünya enerji balansında təbii
qazın artmasına istinadən respublikamız da qazla bağlı biznesin inkişaf etdirilməsi
problemi ilə kəskin üz-üzə qalacaqdır. Bununla belə ölkədə artan təbii qaz hasilatı
özü də milli neft strategiyasına uyğun kəmərlərsiz istehlak olunan maye və sıxılmış
qazın istehsalının da genişlənınəsini şərtləndirir. Azərbaycanda qismən də olsa
daxili bazara əsaslanan maye qaz istehsal edən özəl kommersiya müəssisələri möv-
cuddur. Artan qaz perspektivi isə bu sahədə də texnoloji nailiyyətləri əks etdirən
yeni istehsal sahələrinin açılmasını tələb edir. Maye və sıxılmış qaza nəinki ölkədə,
hətta yaxın xaricdə də tələbat var və o daim artmaqdadır [14, 57].
65
Qaz sənayesinin və təchizatının inkişaf etdirilməsi bir sıra digər kompleks
tədbirlərin də həyata keçirilməsini şərtləndirir. Təbii qazın saxlanılması Bakı şəhəri
yaxınlığında mövcud «Qaradağ» və «Qalmaz» yeraltı qaz anbarları vasitəsi ilə
reallaşır. Bu anbarların ümumi aktiv həcmi 3 milyard kub.m-dir. Elmi əsaslan-
dırma və praktikaya görə iri təchizat obyektlərində bu yanacaq növünə olan tələ-
batın 10 faizi miqdarında anbar ehtiyatının olması zəruridir. Bu baxımdan Azər-
baycan Respublikasını fasiləsiz təbii qazla təmin etmək üçün müvafiq anbarların
gücü 10 milyard kub.m-ə çatdırılmalı, yeni qazholderlərin inşası reallaşmalıdır.
Həllini gözləyən bu vacib işin həyata keçməsində neft kontraktları üzrə tərəfdaş-
ların iştirakı məqsədəmüvafiq sayılır.
Azərbaycan neft strategiyası ənənəvi neft maşınqayırma sənayesinin yenidən
qurulmasını nəzərdə tutur. Məlum olduğu kimi, neftin beşiyi sayılan Azərbaycanda
son bir əsrdə yetərli geniş neft maşınqayırma kompleksi formalaşmışdır. Bu
kompleks uzun bir tarixi dövr ərzində SSR -nin neft sənayesi müəssisələrini neft
maşınqayırması avadanlıqları ilə fasiləsiz təmin etmiş və bu məhsulların bir hissəsi
xaricə də göndərilmişdir. SSR dağıldıqdan sonra əsasən ittifaq nazirliklərinə tabe
olan bu müəssisələr bir müddət sərbəst şəkildə fəaliyyət göstərmiş, sonradan
onların əsas hissəsi yeni yaradılmış «Azərneftkimyamaş» təşkilatnın, digər bir
hissəsi isə ARDNŞ-in sərəcamına verilmişdir. Bu istehsal kompleksinin respublika
neft sənayesinin təchizatında payı müasir məqamda 20 faiz həddində tərəddüd edir.
Müvafıq göstərici 10-15 il öncə tam 100 faiz həddində olmuşdur. ttifaqın
dağılması, ənənəvi bazarların itirilməsi, istehsal gücündə tam işləməmə neft
maşınqayırma zavodlarının texnoloji yeniləşməsinə mənfı təsir göstərmiş, onların
daxili bazardakı payının kəskin azalması ilə müşaiyət olunmuşdur. Hazırda
ARDNŞ-ə tələb olunan neft maşınqayırması avadanlıqları və hissələrinin 80 faizə
qədəri idxal hesabına təmin olunur. Neft kontraktları çərçivəsində də ölkənin neft
maşınqayırması kompleksinin imkanlarından zəif istifadə edilir. Belə vəziyyətin
mövcudluğu səbəbsiz deyildir.
Apardığımız araşdırmalar göstərir ki, Azərbaycan neft strategiyası çərçivə-
sində biznes cəlbediciliyinin artırılmasının ən məhsuldar obyektlərindən biri olan
66
neft maşınqayırma kompleksi müasir texnoloji tələblilik baxımından resesiyaya
uğramışdır. Buradakı investisiya qoyuluşların zəifliyi onları neft kontraktları
sferasına inteqrasiyasını məhdudlaşdırmışdır. Aydın reallıqdır ki, möhtəşəm neft
layihələri həyata keçirilən respublikada neft maşınqayırma kompleksinin geniş
bərpa işi sürətləndirilməli, bu nəhəng miqyaslı ənənəvi sənaye sahəsi kommersial
əsasda yenidən qurulmalıdır. Mövcud zavodların müvafiq universal standartlara
uyğun modernizasiyası, onların dünya institutlarının standartlarına uyğun müvafıq
icazəsi ilə məhsul istehsal etmək səlahiyyəti verilən reytinq sənədi – beynəlxalq
monoqramlar alması prosesi sürətləndirilməli və bu işin biznes mühiti yaxşılaşdı-
rılması üçün hökumət orqanları güzəştli şərtlərlə çıxış etməlidirlər. Monoqramların
alınması zovodlara istehsal məhsulunun birbaşa beynəlxalq bazara çıxışında
əhəmiyyət kəsb edən sertifikat təminatı verir. Azərbaycanda hələlik yalnız bir,
Bakı maşınqayırma zavodu 2001-ci ildə Amerika Neft nstitutunun monoqramını
almışdır. Xəzərdə beynəlxalq neft kontrakları bağlanılmasında monoqram məsələsi
də əksini tapmışdır. Bakı neftmaşınqayırına zavodlarının bir qisminin də tam gücü
ilə işləməməsi və müvafıq kontraktlara xidmət etməməsi də həmin müqavilə
şərtlərindən irəli gəlmişdir.
Modernizasiya işlərinin investisiya təminatlılığında neft kontraktlarından isti-
fadə imkanları da genişləndirilməlidir. Milli neft maşınqayırma kompleksinin dir-
çəldilməsi həm də MDB məkanında itirilmiş ənənəvi bazardan yenidən faydalan-
maq imkanı yarada bilər.
Məlumdur ki, karbohidrogen resursları neft-kimyası sənayesi üçün də əvəzsiz
xammal mənbəyidir. Bu səbəblərdən də Azərbaycanda neft-kimyası sənayesinin
əsaslı çəkildə yenidən qurulmasına ehtiyac vardır. Neft kontrakları çərçivəsində bu
sahədə hazırda geniş əməkdaşlıq əlaqələri olmasa da, perspektivdə müvafıq
əməkdaşlığın inkişafı qaçılmazdır. Gələcəkdə ölkənin iqtisadi dirçəlişində neft-
kimya kompleksinin rolu daha da artacaqdır. Şübhəsiz ki, daxili iqtisadi problemlər
həllini tapdıqca hazır məhsul strategiyasına geniş keçid təmin olunacaqdır. Belə bir
fakt mövcuddur ki, neft-kimyası məhsulunun effektivliyi neft və təbii qazın xam
formalı satış dəyərindən 7-8 dəfə üstündür.
Dostları ilə paylaş: |