Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə23/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   19   20   21   22   23   24   25   26   ...   37

 
67
Neft  kontrakları  üzrə  əlaqəli  sahələr  sistemində  yanacaq-enerji  kompleksi 
müəsissələri, xusüsən də, enerji istehsalı mühüm  yer tutur. Məlumdur ki, respub-
likada  enerji  istehsalının  80  faizi  stilik  Elektrik  Stansiyaları  / ES/  vasitəsi  ilə 
təmin edilir. Köhnə yataqlardan hasil olunan neftin hər il orta hesabla 4-4,5 milyon 
tonu  mazut  şəklində  və  təbii  qazın  2-2,5  milyard  kub.m-i  enerji  istehsal  edən 
komplekslərə yönəldilir. Son illər elektrik enerjisi ilə bağlı ölkədə məhdudiyyətlər 
mövcuddur. Bu hal elektrik enerjisindən səmərəli istifadənin və onun istehsalının 
artmasını şərtləndirir. Aydındır ki, respublikada istehsal edilən elektrik enerjisinin 
bir hissəsi də neft kontraktları çərçivəsində hasilatın təminatına məsrəf olunur. Be-
lə reallıq isə neft kontraktları tərəfdaşları ilə iqtisadi münasibətlərin qurulmasında 
yeni  şərtləri  formalaşdırır.  Buna  görə  də  neft  kontraktları  çərçivəsində  istehsal 
olunan  enerjinin  miqyası  baxımından  eyni  miqdarında  ES-lərə  müvafiq  resurslar 
ayrılmalıdır. Belə prosesi aralıq servis kommersiya qurumları asanlıqla reallaşdıra 
bilər  və  belə  fəaliyyət  respublikamızda  neft,  enerji  biznesinin  inkişafına  yeni  sti-
mullar gətirər [15]. 
Neft strategiyası yalnız neft sektoru ilə məhdudlaşmır. Onun ümdə ideyasının 
fövqündə  neft  sənayesinin  tərəqqisi  əsasında  əlverişli  biznes  mühiti  yaratmaqla 
iqtisadiyyatın  digər  sahələrinin  intensiv  inkişafı  dayanır.  Bir  faktı  da  vurğulamaq 
lazımdır  ki,  investisiya  prosesinin  qaynaq  elementi  kimi  neft-qaz  resursları  çıxış 
etsə də, ölkəmiz sərmayəçilər üçün hələ də riskli məkan olaraq qalır. Risklilik ami-
lini də bu günün reallıqları ilə təbii saymaq olar. Heç şübhəsiz ki, yeni demokratik 
və  institusional  dəyişmələr  investisiyon  riskin  mülayimləşməsində  də  əks  oluna-
caqdır. 2005-ci ilin əvvəlinə Azərbaycanda bağlanmış neft kontraktları üzrə inves-
tisiya qoyuluşları cədvəl 4-də verilmişdir. 
 
 
 
 
 
 


 
68
Cədvəl 4. 
 
AZƏRBAYCANDA BAĞLANMIŞ NEFT KONTRAKTLARI  
ÜZRƏ  NVEST S YALARIN HƏCM  
 
(milyard ABŞ dolları ilə
№ 
NEFT KONTRAKLARI 
CƏ 

AZƏR , ÇIRAQ, GÜNƏŞL  
7.5 

QARABAĞ 
0.2 

ŞAHDƏN Z 
1.2 

DAN ULDUZU/ ƏŞRƏF  
0.1 

 LƏNKƏRAN, TALIŞ DƏN Z 
0.1 

YALAMA - /D-222/ 
0.1 

OĞUZ 
0.1 

ABŞERON 
0.2 

NAXÇIVAN 
0.3 
10 
KÜRDAŞ  
0.2 
11 
QOBUSTAN 
0.1 
12 
NAM 
0.1 
13 
MURADXANLI 
0.1 
14 
ALOV, ARAZ, ŞƏRQ 
0.2 
15 
KÜRSƏNQ  
0.1 
16 
YANAN-TAYA 
0.2 
17 
ZƏFƏR-MƏŞƏL 
0.2 
18 
SAVALAN, DALĞA, LER K-DƏN Z, CƏNUB 

19 
PADAR- XARƏM  
0.1 
20 
KƏLAMƏTD N-MIŞOVDAĞ 
0.1 
21 
ZIX-HÖVSAN 

22 
P RSAAT 

23 
QARAÇIXUR 

24 
B NƏQƏD  

CƏM : 
11.2 
 
Respublikanın  neft  sektoruna  yönələn  investisiyaların  əsas  hissəsini  birbaşa 
sərmayələr təşkil edir. Bu sərmayələr ümumi investisiya qoyuluşlarının 80 faizinə 
bərabərdir.  Kontraklar  çərçivəsində  ARDNŞ-ə  mənsub  neft  də  xarici  bazarlara 
çıxarılır  və  əldə  edilən  «neft  dollarları»  ARDNF  də  akkumlyasiya  olunur.  Xarici 
neft şirkətlərilə birgə görülən işlər nəticəsində Azərbaycana gələn ümumi mənfəəti 
3 kateqoriyaya bölmək olar: 


 
69
1. nəğd pul şəklində; 
2. əmək haqqı, vergilər və sosial ödəmələr şəklində; 
3. yerli və birgə müəssisələrin göstərdikləri servis xidmətinə və icarə haqqla-
rına ödənilmiş pul şəklində. 
Gəlirlərin bölgüsündə də xüsusi forma nəzərdə tutulmuşdur. «dövlətlə inves-
tor  arasında  məhsulun  bölgüsü  konkret  yatağın  mənimsənilməsi  xərcləri  əsasında 
planlaşdırılır.  Belə  metodik  alətin  olması  dövlət  və  investorun  maraqlarını  kiçilt-
mədən bağlanmış kontraktlar şərtində daha obyektiv qərarların verilməsinə imkan 
yaradır» [24, s.572]. 
Apardığımız araşdırmalar göstərir ki, milli neft strategiyası çərçivəsində neft 
biznesinin inkişaf etdirilməsi, investisiya mühitinin əlverişliliyinin artırılması yeni 
kontrakt formalarının tətbiqini, qanunvericilik bazasının təkmilləşməsini vergiqoy-
manın  mülayimləşməsi  ilə  qarşılıqlı  bağlılıqdadır.  Belə  vəziyyətin  mövcudluğu 
xüsusi  olaraq  özünü  azrentabelli,  azdebitli  köhnə  yataqların  reabilitasiyası  prose-
sində daha qabarıq göstərir. Kiçik sahələrin daha çevik investisiyalaşdırılmasında 
lisenziya xüsusiyyətli kontrakt formalarının tətbiqi bu baxımdan daha münasibdir. 
Belə ki, neft sektorunda istehsal artımı üçün geniş həcmli vəsaitlər tələb edilməyən 
sahələr yetərincədir.  ri neft şirkətləri isə əsasən daha çox böyük yataqlara sərmayə 
qoyuluşunda  maraqlıdırlar.  Bu  baxımdan  tükənən  və  daha  çox  əmək  və  kapital 
tutumu tələb edən yataqlarda qalıq neftinin çıxarılması belə şirkətlərdə o qədər də 
kommersiya  marağına  səbəb  olmur.  Biznes  praktikasına  görə,  adətən,  ehtiyatları 
tükənmə  mərhələsinə  yetişən  yataqlar  kiçik  şirkətlər  və  yaxud  da  yerli  kapital 
hesabına investisiyalaşdırılır [33]. Müasir mərhələdə icarə, dövlət müəssisələrinin 
müqavilə əsasında fərdi layihələr üzrə idarəetməyə verilməsi istiqamətində müva-
fiq normativ-hüquqi aktlar və qanunlar qəbul edilərsə respublikada neft biznesinin 
inkişaf  etdirlməsi  həllini  tapacaqdır.  Neft  biznesinə  yerli  sahibkarların,  neftçi 
kollektivlərin  qoşulması  prosesi  sürətlənəcəkdir.  Ölkədə  neft  biznesinin  inkişaf 
etdirilməsi  üçün  ilk  növbədə  birbaşa  hasilatla  məşğul  olan  müəssisələrdə  iqtisadi 
münasibətlərin, xüsusən də mülkiyyət aspektində dəyişdirilməsi zəruridir. Burada 
təcrübəyə istinadən paritet əsaslara söykənən səhmləşmə daha çox əhəmiyyətli ola 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə