Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə22/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   18   19   20   21   22   23   24   25   ...   37

 
64
da  nəzərdən  qaçırmaq  olmaz.  Əgər  Azərbaycanın  pay  neftini  xam  şəkildə  deyil 
hazır  məhsul  formasında  ixracını  istəyiriksə,  onda  emal  zavodlarının  tam  və  ya 
qismən  özəlləşdirilməsi  strategiyasına  üstünlük  verməliyik.  Məhz  belə  istiqamət 
ölkədə mövcud neft biznesi mühitinin yaxşılaşdırılmasına kömək edər. 
Bakı şəhərində neft emalı müəssisələri ilə yanaşı, qaz emalını həyata keçirən 
müvafıq  zavodlar  da  mövcuddur.  Bu  zavodlar  işərisində  1961-ci  ildən  fəaliyyət 
göstərən,  2002-ci  ildə  isə  özəlləşdirməyə  açıq  elan  olunmuş  Bakı  Qaz  Emalı 
Zavodu mühüm yer tutur. Zavodda başlıca olaraq maye qaz, propan-butan-pentan 
fraksiyası, qaz-benzin, yerli kimya sənayesi üçün müxtəlif məhsullar istehsal edilir. 
Burada  köhnə  dəniz  yataqlarından  çıxarılan  təbii  qaz  emal  və  təmizlənmə 
prosesindən keçir. Lakin zavodun istehsal gücü ölkədə hasil edilən qaz potensialına 
müvaflq  deyildir.  Məlumdur  ki,  «Əsrin  kontraktı»  çərçivəsində  hasil  edilən  səmt 
qazı  Azərbaycana  pulsuz  verilir.  Bu  baxımdan  neft  strategiyası  tələb  edir  ki, 
kontraktlar  zonasında  hasil  edilən  səmt  qazının  həm  təbii  və  həm  də  sıxılmış  şə-
kildə  məişətdə  istifadəsi  və ixraca  yönəldilməsi  səmərəli  həllinə qovuşsun.  Digər 
tərəfdən,  Şahdəniz  layihəsinin  gerçəkləşmə  perspektivi  bu  strateji  əhəmiyyətli 
istiqamətin reallaşmasında mühüm amilə çevriləcəkdir. Ona görə də, gələcəkdə tə-
bii qaz hasilatının artırılmasına istinadən ölkədə müvafıq strukturların yaradılması 
prosesi  indidən  həllini  tapmalıdır.  Azərbaycanda  qaz  hasilatının  artacağı  təqdirdə 
zavodun istehsal gücünün artırılmasına və yaxud tələblərə uyğun müvafıq tipli və 
ölçülü  zavodların  tikilməsinə  ehtiyac  yaranacaqdır.  Dünya  enerji  balansında  təbii 
qazın artmasına istinadən respublikamız da qazla bağlı biznesin inkişaf etdirilməsi 
problemi ilə kəskin üz-üzə qalacaqdır. Bununla belə ölkədə artan təbii qaz hasilatı 
özü də milli neft strategiyasına uyğun kəmərlərsiz istehlak olunan maye və sıxılmış 
qazın  istehsalının  da  genişlənınəsini  şərtləndirir.  Azərbaycanda  qismən  də  olsa 
daxili bazara əsaslanan maye qaz istehsal edən özəl kommersiya müəssisələri möv-
cuddur.  Artan  qaz perspektivi  isə  bu  sahədə  də  texnoloji  nailiyyətləri  əks  etdirən 
yeni istehsal sahələrinin açılmasını tələb edir. Maye və sıxılmış qaza nəinki ölkədə, 
hətta yaxın xaricdə də tələbat var və o daim artmaqdadır [14, 57]. 


 
65
Qaz  sənayesinin  və  təchizatının  inkişaf  etdirilməsi  bir  sıra  digər  kompleks 
tədbirlərin də həyata keçirilməsini şərtləndirir. Təbii qazın saxlanılması Bakı şəhəri 
yaxınlığında  mövcud  «Qaradağ»  və  «Qalmaz»  yeraltı  qaz  anbarları  vasitəsi  ilə 
reallaşır.  Bu  anbarların  ümumi  aktiv  həcmi  3  milyard  kub.m-dir.  Elmi  əsaslan-
dırma və praktikaya görə iri təchizat obyektlərində bu yanacaq növünə olan tələ-
batın  10  faizi  miqdarında  anbar  ehtiyatının  olması  zəruridir.  Bu  baxımdan  Azər-
baycan  Respublikasını  fasiləsiz  təbii  qazla  təmin  etmək  üçün  müvafiq  anbarların 
gücü  10  milyard  kub.m-ə  çatdırılmalı,  yeni  qazholderlərin  inşası  reallaşmalıdır. 
Həllini  gözləyən  bu vacib  işin  həyata  keçməsində  neft  kontraktları  üzrə  tərəfdaş-
ların iştirakı məqsədəmüvafiq sayılır.  
Azərbaycan neft strategiyası ənənəvi neft maşınqayırma sənayesinin yenidən 
qurulmasını nəzərdə tutur. Məlum olduğu kimi, neftin beşiyi sayılan Azərbaycanda 
son  bir  əsrdə  yetərli  geniş  neft  maşınqayırma  kompleksi  formalaşmışdır.  Bu 
kompleks uzun  bir  tarixi  dövr  ərzində  SSR -nin neft  sənayesi  müəssisələrini neft 
maşınqayırması avadanlıqları ilə fasiləsiz təmin etmiş və bu məhsulların bir hissəsi 
xaricə də göndərilmişdir. SSR  dağıldıqdan sonra əsasən ittifaq nazirliklərinə tabe 
olan  bu  müəssisələr  bir  müddət  sərbəst  şəkildə  fəaliyyət  göstərmiş,  sonradan 
onların  əsas  hissəsi  yeni  yaradılmış  «Azərneftkimyamaş»  təşkilatnın,  digər  bir 
hissəsi isə ARDNŞ-in sərəcamına verilmişdir. Bu istehsal kompleksinin respublika 
neft sənayesinin təchizatında payı müasir məqamda 20 faiz həddində tərəddüd edir. 
Müvafıq  göstərici  10-15  il  öncə  tam  100  faiz  həddində  olmuşdur.  ttifaqın 
dağılması,  ənənəvi  bazarların  itirilməsi,  istehsal  gücündə  tam  işləməmə  neft 
maşınqayırma zavodlarının texnoloji yeniləşməsinə mənfı təsir göstərmiş, onların 
daxili  bazardakı  payının  kəskin  azalması  ilə  müşaiyət  olunmuşdur.  Hazırda 
ARDNŞ-ə tələb olunan neft maşınqayırması avadanlıqları və hissələrinin 80 faizə 
qədəri idxal hesabına təmin olunur. Neft kontraktları çərçivəsində də ölkənin neft 
maşınqayırması  kompleksinin  imkanlarından  zəif  istifadə  edilir.  Belə  vəziyyətin 
mövcudluğu səbəbsiz deyildir. 
Apardığımız  araşdırmalar  göstərir  ki,  Azərbaycan  neft  strategiyası  çərçivə-
sində  biznes  cəlbediciliyinin  artırılmasının  ən  məhsuldar  obyektlərindən  biri  olan 


 
66
neft  maşınqayırma  kompleksi  müasir  texnoloji  tələblilik  baxımından  resesiyaya 
uğramışdır.  Buradakı  investisiya  qoyuluşların  zəifliyi  onları  neft  kontraktları 
sferasına  inteqrasiyasını  məhdudlaşdırmışdır.  Aydın  reallıqdır  ki,  möhtəşəm  neft 
layihələri  həyata  keçirilən  respublikada  neft  maşınqayırma  kompleksinin  geniş 
bərpa işi sürətləndirilməli, bu nəhəng miqyaslı ənənəvi sənaye sahəsi kommersial 
əsasda  yenidən  qurulmalıdır.  Mövcud  zavodların  müvafiq  universal  standartlara 
uyğun modernizasiyası, onların dünya institutlarının standartlarına uyğun müvafıq 
icazəsi  ilə  məhsul  istehsal  etmək  səlahiyyəti  verilən  reytinq  sənədi  –  beynəlxalq 
monoqramlar alması prosesi sürətləndirilməli və bu işin biznes mühiti yaxşılaşdı-
rılması üçün hökumət orqanları güzəştli şərtlərlə çıxış etməlidirlər. Monoqramların 
alınması  zovodlara  istehsal  məhsulunun  birbaşa  beynəlxalq  bazara  çıxışında 
əhəmiyyət  kəsb  edən  sertifikat  təminatı  verir.  Azərbaycanda  hələlik  yalnız  bir, 
Bakı  maşınqayırma  zavodu  2001-ci  ildə Amerika  Neft  nstitutunun  monoqramını 
almışdır. Xəzərdə beynəlxalq neft kontrakları bağlanılmasında monoqram məsələsi 
də əksini tapmışdır. Bakı neftmaşınqayırına zavodlarının bir qisminin də tam gücü 
ilə  işləməməsi  və  müvafıq  kontraktlara  xidmət  etməməsi  də  həmin  müqavilə 
şərtlərindən irəli gəlmişdir. 
Modernizasiya işlərinin investisiya təminatlılığında neft kontraktlarından isti-
fadə imkanları da genişləndirilməlidir. Milli neft maşınqayırma kompleksinin dir-
çəldilməsi həm də MDB  məkanında itirilmiş ənənəvi bazardan yenidən faydalan-
maq imkanı yarada bilər. 
Məlumdur ki, karbohidrogen resursları neft-kimyası sənayesi üçün də əvəzsiz 
xammal  mənbəyidir.  Bu  səbəblərdən  də  Azərbaycanda  neft-kimyası  sənayesinin 
əsaslı çəkildə yenidən qurulmasına ehtiyac vardır. Neft kontrakları çərçivəsində bu 
sahədə  hazırda  geniş  əməkdaşlıq  əlaqələri  olmasa  da,  perspektivdə  müvafıq 
əməkdaşlığın  inkişafı  qaçılmazdır.  Gələcəkdə  ölkənin  iqtisadi  dirçəlişində  neft-
kimya kompleksinin rolu daha da artacaqdır. Şübhəsiz ki, daxili iqtisadi problemlər 
həllini tapdıqca hazır məhsul strategiyasına geniş keçid təmin olunacaqdır. Belə bir 
fakt  mövcuddur  ki,  neft-kimyası  məhsulunun  effektivliyi  neft  və  təbii  qazın  xam 
formalı satış dəyərindən 7-8 dəfə üstündür. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə