Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə20/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   16   17   18   19   20   21   22   23   ...   37

 
58
edir.  Belə  ki,  neft  sənayesinin  mövcud  strukturunun  təkmilləşdirilməsi  prosesi 
müvafiq biznes mühitinin yaxşılaşdırılmasında pozitiv funksionallığı ifa edəcəkdir.  
Dövlət müstəqilliyini bərpa etdikdən sonra ölkənin neft sənayesi kəşfıyyatdan 
son  istehlakçıya  qədər  istehsal  tsiklini  əhatə  edən  şaqulu  inteqrasiyalı  holdinq 
təyinatlı struktur – Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (ARDNŞ) adlı 
vahid  qurumda  təşkilatlanmışdır.  Beynəlxalq  aləmdə  fəaliyyət  göstərən  analoji 
qurumlardan  fərqli  olaraq  ARDNŞ-də  bazar  prinsiplərinə  və  korporativ 
menecmentə müvafıq tam şəbəkəli səhmləşmə prosesi aparılmamışdır. Səhmləşmə 
isə  onun  təsisçisi  olduğu  müştərək  qurumlarda  mövcuddur.  Belə  reallıq  isə 
təşkilata daha çox qeyri-bazar strukturlu təyinat görüntüsü verir. Elə buna görə də 
mövcud təşkilati struktur əsas fondları 5 milyard dollar həcmində olan, 70 mindən 
çox əməkdaşı əhatə edən şirkətdə daxili investisiya prosesi məhdudlaşır. 
ARDNŞ-nın  holdinq  təşkilat  kimi  fəaliyyəti  bu  tip  şirkət  formasına  diqqət 
yetirməyi şərtləndirir. Belə ki, təcrübəyə istinadən holdinq şirkəti dövlət və ya özəl 
quruluşdan  asılı  olmayaraq  təşkilati  nöqteyi-nəzərdən  zəif  forma  hesab  edilir. 
Burada kadr seçimində, menecer təyinatında mövqe, siyasi məqsədlər, professiona-
lizmin  arxaya  çəkilməsi,  müəssisənin  mülkiyyətçisi  ilə  menecer  arasında  yeni 
bürokratik mühitin qaynaqlandırılması da istisna deyildir. Lakin holdinq şirkətləri 
biznesin təşkilinin effektiv formasıdır. 
ARDNŞ biznes sferasında müəyyən istisnalarla yalnız iri yataqların işlənməsi 
prosesində  fəaliyyətini  nümayiş  etdirir.  Nəzərdən  keçirilən  reallıqlar  fonunda 
Azərbaycanda formalaşan neft biznesi də əsasən iri miqyaslı yataqların işlənməsi 
prosesində  yaranmışdır.  Bu  neft  kontraktları  çevrəsində  həyata  keçirilmiş  və  bir 
sıra  infrastuktur  obyektlərində  də  kiçik  miqyasda  servis  cevrəsində  təzahür 
etmişdir.  Respublikada  təşəkkül  tapan  müasir  neft  biznesinə  formaca  aşağıdakı 
kimi təsnifat vermək olar: 
– ofoşor neft biznesi – HPB; 
– risk-servis biznesi. 
Müasir  neft  biznesinin  sahəvi  strukturuna  isə  aşağıdakı  tip  müəssisələr 
silsiləsi daxildir:  


 
59
– konsorsium; 
– xarici kapitallı müştərək müəssisələr; 
– ARDNŞ-də aparılan özəlləşmə prosesində yaranan kiçik podratçı qurumlar. 
Bu  strateji  prioritetlərin  optimal  reallaşması  üçün  neft  strategiyası  aşağıdakı 
vəzifələrin yerinə yetirilməsini şərtləndirir:  
–  ölkədə  həyata  keçirilən  sosial-iqtisadi  islahatların  hüquqi  bazasının 
mütəmadi təkmilləşdirilməsi; 
–  iqtisadiyyatın  yeni  sistemə  keçidi  və  adaptasiyası  prosesinin  maksimal 
olaraq qısa müddətlərdə reallaşdırılması; 
– idarəetmənin şəffaflığı və səmərəliliyinin təyinatı;  
–  qarşılıqlı  əlverişli  inteqrasiyanın  dərinləşməsi  üçün  yeni  əməkdaşlıq 
formalarının işlənməsi və təyinatı; 
– Elmi-texniki tərəqqinin sürətləndirilməsi, innovasiyon fəaliyyətin genişlən-
dirilməsi; 
– təkmil büdcə sisteminin formalaşdırılması; 
–  vergi-uçot  sisteminin  beynəlxalq  standartlara  transformasiyasının  təminatı, 
kommersiya banklarının fəaliyyətinin aktivləşdirilməsi; 
– rəqabətədavamlı istehsalın və servisin təşkili;  
–  inteqrir  biznesin  mühüm  sahələri  üzrə  uzunmüddətli  müqavilələrin  bağ-
lanması; 
– ictimai rifahın yüksəlişi, təhsil, elm, mədəniyyət və səhiyyə sferasında uni-
versal yüksəlişlərə və ekoloji situasiyanın nəzarətə götürülməsinə nail olunması. 
ARDNŞ-da  əsas  neft  və  qaz  ənənəvi  olaraq  köhnə  yataqlardan  hasil  olunur. 
Artıq  bir  neçə  ildir  ki,  bu  yataqlardan  stabil  olaraq  8-9  milyon  ton  neft  çıxarılır. 
Neftin  6-7  milyon  tonu  dənizdə,  qalan  hissəsi  isə  qurudan  hasil  edilir.  Hazırda 
dənizdə  və  quruda  olmaqla  Azərbaycanda  kəşf  olunmuş,  işləməyə  verilmiş  və 
perspektivdə  olan  231  struktur  mövcuddur.  Bu  strukturların  38,1  faizi  dənizdə, 
61,9  faizi  isə  quruda  yerləşir.  Respublikada  69  neft  yatağı  aşkarlanmışdır  ki, 
onların  42-si  qurunun,  27-si  dənizin  payına  düşür.  Bütün  fəalliyyəti  ərzində 
Azərbaycana  məxsus  yataqlardan  1,8  milyard  tondan  çox  karbohidrogen  resursu 


 
60
çıxarılmışdır. Hasilat pikləri: neft üzrə 1941-ci ildə 23,4 milyon ton neft, 1981-ci 
ildə 15 milyard m
3
 təbii qaz [13, 19]. 
Azərbaycanın  neft  sənayesinin  perspektivləri  dəniz  şelfi  ilə  bağlıdır.  Burada 
neftli strukturlar başlıca olaraq Abşeron arxipelaqında (82%) cəmləşmişdir. Burada 
hasilatın əsas hissəsini Günəşli (70%) yatağı təmin edir. 
Azərbaycanın neft-qaz kompleksində neft kontraktlarının əhatə etdiyi istismar 
obyektləri mühüm yer tutur. Burada bağlanan müqavilənin 18 dəniz şelfini, 6-sı isə 
quru  ərazilərini  əhatə  etmişdir.  Bağlanınış  müqavilə  br  üzrə  15  əməliyyat  şirkəti 
yaradılmışdır ki, bunlardan da hazırda yalnız 13 fəaliyyət göstərir. Bir sıra əməliy-
yat  şirkətləri  layihədə  istismar  obyektlərində  nəzərdə  tutulan  həcmdə  karbohid-
rogen resursunun olmaması ilə fəaliyyətlərini dayandırmışlar. Fəaliyyətləri dayan-
mış yataqlara xeyli 500$ milyon həcmində investisiyalar qoyulmuşdur. Belə vəziy-
yət  heç  də  məyusedici  hal  kimi  nəzərdən  keçirilməməlidir.  Xəzərin  Azərbaycan 
sektoruna  sərmayə  yatırmış  şirkətlər  respublikanın  müvafiq  geoloji  bankını  yeni 
informasiyalarla təmin etmiş, müvafiq sahələrdə təməl işləri əsasında infrastruktur-
lar qurmuşlar. Bu vəziyyət Azərbaycana həmin strukturlardan texnoloji rentabellik 
həllini  tapacağı  təqdirdə  istismarın  həyata  keçirilməsi  və  yenə  də  həmin  yataq-
lardan sərbət istifadə hüquqları vermişdir [12, 87]. 
Ümumiyyətlə, Azərbaycanın təsdiqlənmiş neft potensialı 7 milyard barel he-
sablanır. Əgər bu sürətlə istismar gedərsə həmin ehtiyatlar ölkəyə 61 ilə bəs edər. 
Bu göstərici qlobal miqyasda hazırda 41 ilə bərabərdir. Bu potensial isə respublika-
mızı yeni əsrdə inkişaf etmiş dövlətlər müstəvisinə düşməsinə geniş imkanlar yara-
dır. Azərbaycanda adambaşına neft resurslarının həcmi Kanadada, Misirdə,  ndo-
neziyada,  Nigeriyada  olduğundan  çoxdur.  Lakin  bu  üstünlük  həmin  dövlətlərdə 
ÜDM-ın adambaşına bölgüsü ilə müvafıq paralellik aparmağa imkan vermir. 
Neft strategiyası çərçivəsində bağlanmış kontraktlar üzrə potensial ehtiyatlar 
cədvəl 3-də verilmişdir. 
 
 
 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə