Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə16/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   12   13   14   15   16   17   18   19   ...   37

 
46
–  Maliyyə  işlərimizi  sərmayədaşlarımız  üçün  maksimum  effektiv  şəkildə 
idarə etmək. 
Şirkət qeyd edir ki, bu öhdəliklər siyasətə dair bir sıra müfəssəl standartlarla 
əlaqədar  olaraq  səmərə  vermişdir  (məsələn  BP  qrupunun  heç  vaxt  rüşvət  vermə-
mək və almamaq siyasəti, açıq və konstruktiv məlumatların əməkdaşlara çatdırıl-
ması, rəhbər işçilərin texniki təhlükəsizliyə görə məsuliyyət daşıması, işlərin icrası 
ilə  bağlı  aydın  planların  müəyyənləşdirilməməsi və  fəaliyyət  göstərdiyimiz  icma-
larda vəziyyətin mümkün qədər yaxşılaşdırılması istiqamətində iş görülməsi). 
BP  şirkəti  Azərbaycanda  biznes  işinin  təşkili  və  mövcud  biznes  mühiti  ilə 
bağlı  fərqli  fikirlərlə  də  çıxış  edir.  «Azərbaycan  iqtisadi  liberallaşma,  sabitlik  və 
özəlləşmə  istiqamətində  bir  sıra  mühüm  addımlar  atmışdır.  Xeyli  müəssisənin 
özəlləşdirilməsini və yenidənqurulmasını həyata keçirmiş, infrastruktur və maliyyə 
islahatları  aparmışdır.  Ancaq  korrupsiyanı  aradan  qaldırmaq,  yaxşı  idarəçiliyi 
stimullaşdırmaq  və  iqtisadi  bazanı  rəngarəng  hala  gətirmək  üçün  hüquqi  və 
institusional  qabiliyyətin  inkişaf  etdirilməsi  kimi  çoxlu  problemlər  hələ  də 
qalmaqdadır. Azərbaycan siyasi baxımdan keçid dövrünə daxil olur. Elə bir dövrə 
ki,  orada  fikir  müxtəlifliyi,  şəffaflıq  və  məsuliyyətin  artması  üçün  potensial  var. 
Bizim  kimi  sahibkarlar  üçün  mövcud  gerçəkliklər  olduqca  mürəkkəb  iş  mühiti 
yaradır. Bu gerçəkliklər həmçinin müsbət işlərin həcmi və potensial mənfəətinə də 
işıq  salır»  [86,  91].  Bütün  bu  problemlərə  baxmayaraq  BP  şirkəti  Azərbaycanın 
neft sektorunda biznes fəaliyyətinin genişləndirilməsi üçün ardıcıl olaraq səmərəli 
fəaliyyətini genişləndirir. O, bir sıra tədbirləri Bakı şəhərində tərəfdaşları ilə birgə 
yaratdıqları  biznes  mərkəzi  vasitəsi  ilə  reallaşdırır.  Bu  mərkəzdə  yerli  hüquqi  və 
fiziki  şəxslərin  peşəkarlıqlarını  artırmaq  üçün  treninqlər  təşkil  edir,  kiçik  və  orta 
müəssisələr  üçün  təlim  kursları  yaradır,  Azərbaycan  Bankının  təlim  mərkəzinə 
dəstək  verir.  BP  şirkəti  həmçinin  Azərbaycan  Sahibkarlar  Şurasının  maliyyə  və 
sərmayə qrupuna da həmsədrlik edir [83, 86]. 
Azərbaycanda  fəaliyyət  göstərən  digər  biznes  qurumları  da  öz  imkanları 
çərçivəsində  biznes  işinin  inkişaf  etdirilməsinə  tövhələrini  verir,  sosial-iqtisadi 
inkişafda  fəallıq  nümayiş  etdirirlər.  Əlbəttə  kiçik  qurumların  böyük  proseslərdə 


 
47
iştirak  imkanlığı  məhduddur.  Lakin  buna  baxmayaraq  həmin  qurumlar  üçün  də 
neft  sektorunda  biznes  fəaliyyətini  genişləndirmək  üçün  imkanlar  mövcuddur. 
Kiçik  biznes  qurumlarının  bu  imkanlardan  geniş  istifadə  etməsinə  çox  saylı 
spesifik  biznes  mühiti  və  bazar  problemləri  mane  olur.  Məlumdur  ki,  neft 
hasilatının  səmərəliliyi  daha  çox  xarici  bazara  çıxışla  bağlıdır.  Bu  işdə  isə  neftin 
dünya bazarındakı qiymət məsələsi mühüm determinir amil olaraq fərqlənir. Buna 
görə də Azərbaycan dövləti kiçik neft biznesinin inkişaf etdirilməsi istiqamətində 
ixracat kvotaını maksimallaşdıran siyasətə üstünlük verməlidir. 
Neft  biznesinin  dinamik  inkişaf  meyli  sanasiya  gözləyən  müəssisələrdən 
başlanğıc  almalıdır.  Borcda  olan  belə  müəssisələr  ilk  növbədə  kommersiya 
müstəvisinə keçid etməlidirlər. Belə müəssisələrin maliyyə vəziyyətinin sağlamlaş-
dırılması üzrə tədbirləri həyata keçirərkən onların yenidən qurulmasına, yəni tək-
milləşdirilərək  bazar  iqtisadiyyatı  subyektlərinə  çevrilməsinə  xüsusi  diqqət  veril-
məlidir. Çünki bazar iqtisadiyyatının təsərrüfat subyektləri sosialist sənaye  müəs-
sisələrindən köklü surətdə fərqlənirlər. Ona görə də köhnə quruluşlu sənaye müəs-
sisələrini  təkmilləşdirilərək  bazar  iqtisadiyyatı  subyektlərinə  çevrilməsi  sürətlən-
dirilməlidir.  Bu  proses  nə  qədər  tez  və  səmərəli  keçərsə,  bazar  iqtisadiyyatı  sub-
yektlərinin maddi əsası bir o qədər tez yaradılar.  
Mövcud  müəssisələrin  modernləşdirərək  bazar  iqtisadiyyatına  uyğunlaşdırıl-
masının  müxtəlif  yolları  və  xarakterik  cəhətləri  var.  Birinci  xarakterik  cəhət 
müəssisələrin dövlətsizbşdirilməsi ilə bağlıdır.  kinci cəhət müasir bazar iqtisadiy-
yatnın mühüm komponenti sayılan xüsusi sahibkarlığı sürətlə inkişaf etdirməkdən 
ibarətdir. Üçüncü cəhət isə müəssisələrin fəaliyyətinin planlaşdırılmasında və idarə 
edilməsində mərkəzləşdirilmiş sistemdən bazar iqtisadi sistemə keçirilməsi sayılır. 
Dördüncü cəhət müəssisələrin istehsal-təsərrüfat fəaliyyətinə dövlətin müdaxiləsini 
azaltmaqdan  ibarətdir.  Beşinci  cəhət  qismində  sənaye  müəssisələrinin  mərkəzləş-
dirilmiş fondlaşdırmadan və istehlakçıların malgöndərənlərə təhkim etməkdən qəti 
əl  çəkmək,  müqavilə  qiymətlərini  geniş  tətbiq  etmək,  işgüzar  partnyor  seçmək 
məsələləri dayanır. Altıncı cəhət « qtisadi insan» amilinin rolunu gücləndirməkdən 
ibarətdir.  Yeddinci  cəhət  isə  yeni  texnika  və  texnologiyanın  geniş  tətbiq  edilmə-


 
48
sindən  və  innovasiyaya  daha  çox  üstünlük  verilməsi  təşkil  edir.  Səkkizinci  cəhət 
işçilərin  peşə  hazırlığının  yüksəldilməsindən  və  yeni  peşələrin  mənimsənilməsini 
sürətləndirməkdən  ibarətdir.  Doqquzuncu  cəhət  isə  müəssisələrin  xarici  ölkələrlə 
əlaqəsinin gücləndirilməsindən ibarətdir [13,62]. 
Neft  biznesinin  inkişafı  kontraktlar  zonasının  işləmə  prosesi  dayanmış  ob-
yektlərdə davam etdirilməlidir. Məlumdur ki, bir sıra neft kontraktlarında nəzərdə 
tutulan  işlər  tam  həllinə  qovuşmamışdır.  Bir  neçə  kontrakt  sahəsi  üzrə  fəaliyyət 
dayanmışdır.  Fəaliyyəti  dayanmış  neft  kontraktlarının  siyahısı  və  bu  fəaliyyətsiz-
liyin səbəbləri cədvəl 2-də verilmişdir.  
Cədvəl 2. 
AZƏRBAYCANIN NEFT SEKTORUNDA FƏAL YYƏT  DAYANMIŞ 
MÜQAV LƏLƏR ÜZRƏ VƏZ YYƏT N XARAKTER ST KASI 
S/



№ 
 
 
 
MÜQAV LƏLƏR N ADI 
NVEST S YALARIN 
HƏCM , mln.dollar 
ICRAAT NƏT CƏLƏR  
Proqnoz 
Faktiki 
1. 
QARABAĞ 
1700 
100 
Tərəfdaşların razılığına əsasən 
layihə bağlanıb 
2. 
DAN-ULDUZU/ƏŞRƏF  
1500 
60 
Tərəfdaşların razılığına əsasən 
layihə bağlanıb 
3. 
LƏNKƏRAN-DƏNIZ/  
TALIŞ-DƏN Z 
1500 
50 
Ümidverici nəticələəldə 
edilməyib 
4. 
OĞUZ 
2000 
50 
Nəticələr ümidverici deyil 
5. 
KÜRDAŞI 
2300 
120 
Layihə rəsmən bağlanıb 
6. 
MURADXANLI 
1200 
70 
Layihə rəsmən bağlanıb 
7. 
ARAZ/ALOV/ŞƏRQ 
9000 
110 
Iranın hərbi təzyiqi nəticəsində 
işlər dondurulub 
8. 
SAVALAN/DALĞA/  
LER K-DƏN Z/CƏNUB 
4500 

Xəzərin statusu ilə əlaqədar 
ratifikasiya üçün təqdim 
edilməyib 
9. 
ZƏFƏR-MƏŞƏL 
2000 
90 
Sərbəst qazma qurğusu olma-
ğına görə kəşfiyyat müddə-
tində hər hansı əhəmiyyətli bir 
iş görülməyib 
10. 
PADAR-XARƏM  
500 
40 
Strukturda iş aparılmayıb 
11.  
ZIĞ-HÖVSAN 
250 

Ləğv olunub 
CƏM  
26450 
690 

 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə