Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə14/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   10   11   12   13   14   15   16   17   ...   37

 
40
Əslində burada konsorsium da yoldaşlıq təşkilatı, səhmdar cəmiyyət forması 
olaraq  hüquqi  şəxs  kimi  qeyddiyyatdan  keçir.  Belə  əməkdaşlıqda  milli  neft 
şirkətinin  iştirakı  mütləqdir.  Fərqlilik  isə  onun  struktur  düzümü  ilə  bağlıdır.  Bir 
qayda olaraq konsorsium iri miqyaslı layihələrin həyata keçirilməsi üçün yaradılır. 
Yanacaq-enerji  kompleksində  məşhur  analitik  şirkət  «Barrows  Company» 
neft  biznes  kontraktının  daha  bir  formasının  mövcudluğunu  diqqətə  gətirir.  Bu 
forma  milliləşdirilmiş  neft  biznesi  forması  kimi  təqdim  olunur.  Bu  təqdimatla  o, 
zaman  razılaşmaq  düzgün  olar  ki,  müvafiq  ölkədə  milliləşdirmə  geniş  hüqüqi 
çərçivədə təzahür etsin. 
Məlum  olduğu  kimi  karbohidrogen  təyinatlı  neft  təbii  qaz  və  kondensatla 
üçlük əmələ gətirir və onlar bir-biri ilə sinxron əlaqədədirlər. Aralıq məhsul olan 
kondensat ayrıca biznes predmetinə çevrilməsə də təbii qazın müvafıq kommersiya 
nüfuzu  yüksəkdir.  Bu  yüksəkliyi  şərtləndirən  mühüm  səbəblərdən  biri təbii qazın 
neftlə eyni quyudan çıxması ilə yanaşı onun geniş həcmdə qaz quyularından əldə 
olunması  ilə  əlaqədardır.  Neftlə  birgə  hasil  edilən  qaz  səmt  qazı,  yataqlarda 
mövcud qaz isə sadəcə təbii qaz adlanır. 
Neft  ayrıca  biznes  sahəsi  təşkil  etdiyi  kimi,  təbii  qaz  da  özünün  biznes 
mühitini yaradır. Nəzərə alsaq ki, təbii qaz hər il yeni kommunikasiya çevrəsi cızır, 
onda  bu  karbohidrogen  növünün  də  biznes  formasının  inkişafı  tam  əsaslı 
görünəcəkdir.  Əslində  təbii  qazın  neftdən  fərqli  xüsusi  biznes  qaydaları  çoxdan 
dövriyyəyə çıxmış və artıq öz qaydalarını təsis və təsbit etmişdir [52, 57]. 
Təbii qaz biznesinin səciyyəvi xüsüsiyyəti ondan ibarətdir ki, o mütləq qazın 
nəqli üçün kəmərlərin çəkilişini tələb edir. Bu isə o, deməkdir ki, qaz biznesində 
əsas vəsait kəmərin çəkilişinə sərf olunur. Burada isə miqyas amili çox mühüm rol 
oynayır. Qaz biznesi onun ehtiyat və hasilat həcminin çox böyük olduğu yerlərdə 
geniş  yayılır.  Qaz  biznesində  investor  onu  aşağı  partiyalarla  kiçik  istehlakçılara 
satmaqda maraqlı deyildir. Belə vəziyyət kommersiya baxımından səmərəli hesab 
olunmur. Ona görə də bu biznes sferasında riski təcrid edən əsas şərtlilik miqyas və 
bu  miqyasa  müqabil  istehlakçının  olması  ilə  bağlıdır.  Qaz  biznesində  riski 
minimumlaşdırınaq  üçün  müqavilə  uzunmüddətli  olmalıdır.  Belə  müqavilənin 


 
41
biznes şərtliliyi isə «al və ödə» formuluna əsaslanır. Neft biznesində olduğu kimi 
qiymət  riski  burada  da  «cost+»  sisteminə  əsaslanır.  Təbii  qazla  bağlı  biznes 
sazişləri  «ənənəvi  konsessiyaya»  oxşar  təzahürdə  aşağıdakı  düstur  çərçivəsindəki 
prinsipi əhatə edir. 
X+V+R 
Burada:  
X – xərclər;   
 
   
 
V – vergilər;  
   
 
R – rentabellik. 
 
Təbii  qaz  biznesinin  hasilat  zonasında  genişlənməsi  yeni  təzahürləri 
qaynaqlandırır.  Qaz  infrastrukturu  genişlənir,  digər  enerjidaşıyıcıları  ilə  rəqabət 
savaşı  sərtləşir,  qiymət  siyasəti  möhkəmlənir,  bazarın  müvafiq  seqmetliyi 
genişlənir.  Belə  olan  şəraitdə  qazın  qiymət  tənzimlənməsində  kontraktlar  məxrə-
cinə  digər  enerji  daşıyıcılarının  qiymətləri  ilə  bağlılıq  elementləri  gətirilir  və  bu 
mexanizm  «bağlılıq  formulu»  adlanır.  Bu  mexanizm  qaz  bazarının  genişləndiril-
məsini stimullaşdırır və bu enerjidaşıyıcısına istehlak tələbinin artması ilə müşaiyət 
olunur [54, 56]. 
Beləliklə,  neft  və  qaz  biznesinin  təşkilati-iqtisadi  xüsusiyyətlərinin  araşdırıl-
ması  nəticəsində  belə  bir  qənaətə  gəlmək  olar  ki,  beynəlxalq  neft  təsərrüfatında 
artıq biznes qaydaları müəyyənləşmiş və bu qaydalar regional çərçivədən çıxaraq 
qloballaşmışdır. 
  


 
42
FƏS L 2. AZƏRBAYCANDA NEFT B ZNES N N MÜAS R 
VƏZ YYƏT N N TƏHL L  VƏ  NK ŞAF PERSPEKT VLƏR  
 
2.1. Neft biznesinin inkişafının müasir vəziyyətinin təhlili 
 
Azərbaycanda  neft  biznesinin  səmərəli  təşkili  və  inkişaf  etdirilməsi 
istiqamətində  mühüm  işlər  görülmüşdür.  Lakin  başlanan  işləri  intensiv  şəkildə 
davam etdirmək məqsədi ilə yeni elmi-əməli səylər göstərilməlidir. Neft biznesinin 
inkişafını təmin etmək üçün ilk növbədə beynəlxalq aləmdə sınanmış elmi-empirik 
nailiyyətlər  nəzərə  alınmalıdır.  Belə  ki,  keçid  dövründə  respublikada  iqtisadi 
dirçəlişin  təminatında  beynəlxalq  təcrübi  nailiyyətlərə  istinad  edən  mütərəqqi 
təkmil  biznes  strategiyasına  keçid  prinsipal  xarakter  almışdır.  Bu  prinsipiallığın 
əsasında  ölkənin  zəngin  karbohidrogen  resurslarına  maliklik  amili  dayanır  və 
müvafiq potensial neft biznesinin inkişafında yeni qolların açılmasını şərtləndirir. 
Müasir  dövrdə  biznesin  inkişafı  üçün  gerçəkləşdirilən  tədbirlərin  sayı  və 
məzmunu  artmağa  meyllidir.  Bu  sırada  Azərbaycan  Respublikasının  prezidenti 
Ilham  Əliyev  cənablarının  yerli  və  xarici  iş  adamları  ilə  mütəmadi  görüşü  ölkə-
mizdə biznes işinin inkişaf etdirilməsində mühüm əlamətdar hadisə olaraq yeni bir 
mərhələnin  başlanğıcına  çevrilmişdir.  Belə  tədbirlərin  reallaşması  ölkədə  neft 
biznesinin inkişafına güclü təkan vermişdir. Yeni tənzimləyici təsisatların yaradıl-
ması – Azərbaycan Respublikasının Energetika Nazirliyi, mütərəqqi proqramların 
qəbulu – «Azərbaycan Respublikasının Yanacaq-Enerji Kompleksinin inkişafı üzrə 
dövlət Proqamı (2005-2015-ci illər)» sahəyə yeni keyfiyyət təzahürləri gətirmişdir. 
Azərbaycanın  yeni  karbohidrogen  ehtiyatlarının  aşkara  çıxarılması  neft 
biznesinin  intensiv  inkişafı  üçün  geniş  imkanlar  açır.  Bu  potensial  imkanları 
reallaşdırınaq üçün daha səmərəli addımlar atılmalıdır. Yanacaq-enerji sənayesi ilə 
bağlı totalitarizmdən qalmış bir fikir çox zaman burada köklü islahat tədbirlərinin 
həyata  keşrilməsinə  əngəllər  törədir.  Hesab  olunur  ki,  neft  sektoru  çox  mühüm 
strateji  obyektlər  sırasındadır  və  sahədə  geniş  özəlləşdirmənin  aparılması  heç  za-
man məqbul sayıla bilməz. Lakin burada söhbət sözügedən kompleksin tamamilə 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə