Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə10/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   6   7   8   9   10   11   12   13   ...   37

 
28
sovrulan  və  hasil  edilən  qazın  həcmi  neftin  bütün  mövcud  hasilatından  çox 
olmuşdur. 
Təbii  qazın  texniki-iqtisadi  keyfıyyət  genişliyi  aşkarlandıqca  onun  istehlak 
proporsiyası da dəyişkənliklərə uğramışdır. Müəyyən olunmuşdur ki, qaz yanacaq 
kimi  məişətdə  və  sənayedə  son  dərəcə  əvəzsiz  istehlak  xammalıdır.  Energetik 
gücünü,  fıziki  və  kimyəvi  dəyəri,  istənilən  ünvana  yetişmək  imkanı  ilə  yanaşı  o, 
həm  də  keyfıyyətli  sintetik  xammaldır.  Ondan  maye  spirt,  üzvi  həlledici,  plastik 
kütlə, süni kauçuk, lif, gübrə və hətta partlayıcı maddə belə alınır. Neftlə təbii qaz 
arasında  aralıq  mövqedə  dayanan  kondensat  da  dəyərli  xammal  sayılır.  Müxtəlif 
yataqlarda 1 ton kondensat 300 kubmetr təbii qazı özündə birləşdirir [38, 51]. 
Strateji  xammal  olan  karbohidrogen  resurslarının  istənilən  ölkənin  iqtisadi 
həyatında  rolu  çoxşaxəlidir.  Neft  və  qaz  qiymətli  istehsal  komponenti  olmaqla, 
həm də dəyərli maliyyə və iqtisadi təyinatlı resursdur. Bu resurslara istinadən bəşər 
cəmiyyəti  enerji,  nəqliyyat,  texniki-texnoloji  proseslərin  reallaşması  ilə  özünün 
istehlak  tələblərini  təmin  edir.  qtisadiyyatın  ən  strateji  önəm  daşıyan 
sektorlarından  biri  kimi,  neft-qaz  kompleksi  iqtisadi  şəraiti,  hərbi-sənaye  gücünü 
təyin edən qüdrətə malikdir. 
Neft dünyada ən nəhəng və geniş yayılmış biznes növüdür. O, məhdud resurslar 
silsiləsinə  daxil  olsa  da,  özü  bir  tükənməz  kapital  kimi  çıxış  edərək  bütün  biznes 
növlərinin  fövqündə  dayanır,  iqtisadiyyatın  investisiya  sferasının  ən  qaynar 
obyektlərindən  hesab  edilir.  Müasir  zamanda  investisiya  cəlbediciliyi  və  biznes 
fəaliyyətində neftə bütün göstəricilər çevrəsində rəqib kəsilən alternativ iqtisadi zona 
təsəvvür etmək çətindir. Neft üzrə tanınmış ABŞ eksperti, məşhur «Hasilat» kitabının 
müəllifı Daniyel Yerqinin fikrincə «Heç bir biznes növündə belə işıqlı və dəqiq risk 
düşüncəsi  və  mükafatlılığı,  o  cümlədən  müvəffəqiyyətə  və  taleyə  güclü  təsir  edən 
məzmun  yoxdur.  XXI  əsrə  nəzər  yetirdikdə  burada  mikroprosessorlarla  yanaşı,  neft 
çəlləklərinin də hakim mövqedə dayanmış olduğunu yəqin edərik» [41, 16].  
Neft biznesinin predmetini onun yaranması, istehsal üsulu, hasilatı, emalı və 
son istehlakına qədər bütün silsiləni əhatə edən axtarış və tədqiqatların məzmunu 


 
29
təşkil  edir.  Burada  hər  bir  mərhələnin  özünəməxsus  texnoloji-iqtisadi  aspektləri 
böyük bir menecment şəbəkəsinin formalaşdırılmasını şərtləndirir. 
Neftlə  bağlı  strategiyanın  fövqündə  ehtiyatlar  amili  dayanır.  Dinamikliyi  ilə 
seçilən  ehtiyatlar  faktoru  neft  biznesini  ərsəyə  gətirən  əsas  şərt  sayılır  və  onun 
fundamentallığına təminat verir. Vurğulanmalıdır ki, müasir neft terminologiyasın-
da  ehtiyatlar  və  resurslar  kateqoriyası  fərqli  anlayışlardır.  Burada  resurslar  təsbit 
edilmiş vaxt ərzində qiymətləndirilərək yatağın kəşf olunmuş hissəsindən qalıq və 
ya hasil edilən karbohidrogenlərin çıxarıla bilən həcmi /kəşf edilmiş resurslar/ və 
kəmiyyəti  qiymətləndirilərək  hələ  ki,  aşkarlanmamış  /kəşf  edilməmiş  resurslar/ 
karbohidrogenlərin  cəmindən  ibarətdir.  Ehtiyatlar  isə  təsbit  edilmiş  vaxt  ərzində 
yatağın  kəşf  olunmuş  hissəsində  reallaşmış  hasilat  miqdarını  hesaba  almayan, 
kommersiya  baxımından  çıxarılması  mümkün  sayılan  karbohidrogenlərin  həcmi-
dir.  Ehtiyatlar  kateqoriyasının  təyinatında  işləmə  planı,  hasilat  proqnozu,  fiskal 
şərtlər,  hüquqi  təminat  və  bazarla  bağlı  tələblər  kimi  onların  iqtisadi  qiymətlən-
dirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada layihənin kommersiya baxımından 
faydalılığı ilə ehtiyatların təsdiq edilmə meyarları da şərtləndirilir. Bütün bunlarla 
yanaşı sahəvi biznesdə neftin varlığı ümumən ehtiyatları qismində anlaşılır. 
Yataqlar  aspektində  ehtiyatların  miqyas  göstəricisi  neft  biznesində  mühüm 
sərt hesab edilir. Neft biznesində bu dəyərləndirmənin də xüsusi təsnifat quruluşu 
vardır. 
Ölkənin aşkarlanmış neft-qaz ehtiyatları daxili ehtiyacdan yüksək olduqda o, 
ixracat  üçün  zəmin  yaradaraq  əhəmiyyət  dairəsini  genişləndirir  və  biznes  işinin 
fəaliyyət strategiyasını müəyyənləşdirir. Resursların  miqyaslı tapıntısı onun şəhər 
və region yaratma effektini də təzahür etdirir. Bu reallıq isə neft-qaz kompleksinin 
möhtəşəm  sosial-iqtisadi  instituta  çevrilməsi  ilə  müşayiət  olunur.  Neft-qaz 
kompleksinin  yaranışı  ətraf  zonada  sərhədlər  cızır,  daha  miqyaslı  konturda  isə 
aqlomerasiya yaradır. Yer kürəsində bir çox şəhərlər vardır ki, onların yaranışında 
və  müasir  inkişaf  vektorunda  karbohidrogen  resurslarının  mövcudluğunun  əsaslı 
əhəmiyyəti olmuşdur. Bu sırada daha möhtəşəmliyi ilə Bakı şəhəri fərqlənir. 


 
30
Geoloji  axtarışlar,  ehtiyatların  miqyası  neft  biznesinin  digər  tələblərini  də 
şərtləndirir.  Xarici  investor  üçün  bu  coğrafi,  iqlim,  demoqrafik  faktorlar,  siyasi, 
inzibati  aspektlər,  bürokratiya  və  demokratiya,  iqtisadiyyatın  ənənəvi  strukturu, 
istehsalın xarakteri, inhisarlaşma səviyyəsi və bu kimi səciyyəvi şərtlərə əsaslanır. 
Bununla  belə  neft  biznesinin  təşkilində  ehtiyatlar  potensialından  sonra  hasilat 
həcmi göstəricisi ikinci sırada dayanır. 
Hasilat  strategiyası  ilk  növbədə  ehtiyatlar  potensialına  arxalanaraq  onun 
miqyası və çıxarılma şərtləri ilə əlaqədardır. Biznes fəaliyyətində hasilatın optimal 
həcminin  müəyyən  edilməsi  və  onu  nəzərdə  tutulan  proporsiyalarda  təminatı  çox 
mühüm  amil  kimi  qiymətləndirirlir.  Bunun  üçün  investor  əvvəlcə  çıxarılma 
xərclərini  hesablayır  və  onun  hasilat  həcminə  müvafiq  strukturda  nisbətini 
müəyyən  edir  və  biznes-planın  tərtibinə  başlayır.  Ehtiyatların  hasilat  tempi  ilə 
uzlaşdırılması  neft  biznesinin  inkişaının  növbəti  istiqamətlərini  müəyyənləşdir-
məyə  imkan  verir.  Burada  investor  və  ya  biznesmen  hasil  edəcəyi  məhsulun 
xammal və emal olunmuş hazır məhsul kimi satışını müəyyənləşdirməlidir. Sonra 
alıcı  tələbindən  asılı  olaraq  məhsulun  xam,  yanımfabrikat  və  tam  hazır  çeşidinə 
seçim  verilir.  Əlbəttə,  ən  asan  variant  məhsulun  xam  şəkildə  satışıdır.  Lakin 
tələblər  baxımından  biznes  strategiyasında  aralıq  kommersiya  fəaliyyətinə  də  yer 
ayrıla bilər. Bu isə emal prosesidir. Emal işi özü yeni sənaye obyektinin inşasını və 
ya  mövcudluğunu  tələb  edir.  Bu  prosesin  keyfiyyətcə  yenidən  qurulması  alıcı 
sifarişinin  tələbkarlığı  ilə  ölçülür.  Ümumiyyətlə  götürüldükdə  isə,  dünyada  neft 
hasil edən ölkələrlə müqayisədə emal sənayesi olan ölkələrin sayı daha çoxdur. Bu 
vəziyyət isə emal sahəsində rəqabətin daha miqyaslı olduğuna dəlalət edir [3].  
Neft  biznesində  qazma  prosesi  də  əlahiddə  sahəvi  kommersiya  fəaliyyətini 
əhatə  edir.  Qazma  ilə  bağlı  ayrıca  biznes  qurumlar  fəaliyyət  göstərir.  Biznes 
nəhəngləri  əsasən  axtarış-kəşfıyyat  və  başlıca  olaraq  qazma  işini  öz  strukturları 
çərçivəsində  reallaşdırırlar.  Lakin biznesin  bu növü  ilə  məşğul olan təşkilatlar  da 
az deyil [9]. 
 Neft biznesinnn növbəti şərtləri sırasında ixracat potensialının kvotalaşdırıl-
ması dəyərləndirilir. Bu işdə marketoloji tədqiqatlar, əlverişli bazar infrastrukturu, 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə