Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə6/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   ...   37

 
16
– amillərin qarşılıqlı əlaqəsi – bir faktorun dəyişkənliyi digərinə təsiri; 
– mürəkkəblik – biznesin reaksiya verəcəyi amillərin kəmiyyəti; 
– dinamiklik – mühitin dəyişkənliyinin nisbi surəti; 
–  qeyri-müəyyənlik  –  mühit  haqqında  nisbi  kəmiyyətli  informasiyalar  və 
onların dəqiqliyinə inam. 
Biznesin  xarici  mühitinin  təsirini  –  birbaşa  və  dolayı  olan  iki  qrup  amillər 
müəyyən  edir.  Birbaşa  təsir  faktorlarına  qanunlar,  dövlət  tənzimləyici  təsisatlar, 
əmək  ehtiyatları,  təchizatçılar,  istehlakçılar,  rəqiblər  dolayı  təsir  faktorlarına  isə 
iqtisadi  durum,  elmi  texniki  tərəqqi,  cəmiyyətdə  sosial  mədəni  dəyişikliklər  təbii 
coğrafi və demoqrafık göstəricilər aiddir. 
Biznesin daxili mühitinə
 daxili planlaşdırma və idarəetmə prosesində istehsal 
və satış ilə bağlı şərait təsir edir. Bununla da biznesin daxili və xarici mühit fərqləri 
yaranır.  Belə  ki,  təşkilati  struktur  məqsəd  və  məramlar,  istehsal  texnologiyası, 
insanlar və onların bacarığı, tələblər və ixtisas kimi amillər daxili biznesin mühitini 
təşkil  edir.  Bütün  bu  amillər  qarşılıqlı  rabitəlidir.  Hər  hansı  bir  faktor  dəyişikliyi 
digərinə  təsir  edir.  Bu  baxımdan  sahibkar  hər  bir  faktorun  dəyişkənliyini  aydın 
anlamalı və öz fəaliyyətində bunu nəzərə almalıdır. 
Biznesin  daxili  mühiti  amilləri  arasında  mərkəzi  mövqedə  firmanın 
məqsədləri
  dayanır.  Məqsədlər  konkret  olaraq,  son  vəziyyət  və  ya  arzu  edilən 
nəticə  kimi  kollektivin  səylərini  ifadə  edir.  Planlaşdırma  zamanı  rəhbərlik 
məqsədələri müəyyən edərək onu kollektivə çatdırır. Bu proses güclü koordinasiya 
mexanizm  kimi  bütün  heyətin  hərəkətlərini  nizamlayır.  Ümumi  məqsəddən  çıxış 
edərək, hər bir bölmə üçün də əlahiddə məqsədlər təyin edilir. 
Biznesin  daxili  mühit  amilləri  geniş  çeşidlidir.  Lakin  burada  istehsal 
texnologiyasının  xüsusi  yeri  vardır.  Mühüm  daxili  dəyişikliklərdən  olan 
texnologiyanın  ixtisaslı  bacarıq,  avadanlıq,  alətlər,  müvafıq  texniki  biliklər, 
informasiyaların vəhdəti təşkil edir [71]. 
Biznesin  daxili  mühitinin  əhəmiyyətli  elementlərdən  birini  də  firmanın 
strukturu  təşkil  edir.  Burada  funksional  sahələrin  və  idarəetmə  səviyyəsinin 
məntiqi  qarşılıqlı  münasibəti  əsas  götürülür.  Dəyişən  təşkilat  daim  təbəllüdatlara 


 
17
adaptasiya olunan nizami struktur yaradır. Bu isə o deməkdir ki, struktur təşkilatın 
strategiyasının ardınca gedir. 
Strukturun  quruluşu  əmək  bölgüsünə  əsaslanır.  Bütün  işin  tərkib  hissələrə 
bölünməsi əməyin üfüqi bölgüsünü ehtiva edir. Əməyin üfüqi bölgüsünün dərəcəsi 
hər  bir  firmada  müxtəlif  olur.  O  istehsalın  mürəkkəbliyi  və  miqyasından  asılıdır. 
Təşkilatın iriliyi onun əmək bölgüsünün dərəcəsini şərtləndirir. 
Biznesin  daxili  mühit  amili  kimi  istehsal  texnologiyasının  mahiyyəti 
araşdırılarkən  bir  daha  qeyd  olunmalıdır  ki,  bu  proses  yekcins  deyildir.  Burada 
qarşılıqlı rabitədə üzvi surətdə bağlı olan müxtəlif təyinatlı mərhələlər mövcuddur. 
Lakin əsas işi idarəetmə prosesi və onunla vəhdətdə olan planlaşdırma təşkil edir. 
Məhz  səmərəli  menecment  sisteminin  təşkili  az  məsrəflə  və  uğurlu  biznes 
fəaliyyətinin  həyata  keçirilməsinə  səbəb  olur.  Lakin  bütün  bunlar  son  səmərəli 
nəticəyə  nail  olmağa  imkan  vermir.  Firma  marketinq  xidməti  təşkil  edir,  bazarı 
öyrənir və müvafıq hesablamalar aparır. Məhsulun istehlak tələbinə uyğun olaraq 
reallaşması uğurlu biznesin təşkil edildiyini gsstərir [60, 71]. 
stənilən  firmanın  həyatı  canlı  orqanizmi  xatırladır.  Özünün  mövcudluğu 
dövründə bu orqanizm yaranır, erkən, kamillik və qocalma dövrünü yaşayır. Köklü 
dəyişikliklər  zamanı  modernləşmə  və  yenidənqurına  dövründə  firmanın  inkişafı 
üçün  yeni  mərhələ  açılır.  Göründüyü  kimi,  firmanın  fəaliyyəti  müəyyən  tsikldən 
ibarətdir. Bu həyat daxili və xarici mühitin dəyişənlikləri ilə şərtlidir. Hadisələrin 
sürətli inkişafı dəyişkənlik tempi nə qədər güclü olursa, həyatı tsiklin və onun ayrı-
ayrı mərhələlərinin davamiyyəti də o, qədər qısa olur. Aydındır ki, hər bir mərhələ 
özünün  strategiya  və  taktikasını  tələb  edir.  Hər  bir  təşkilat  dövrü  olaraq  bazar 
tələblərinə  uyğun  öz  istehsalını  modernləşdirir.  Əgər  belə  proses  baş  vermirsə, 
onda  fəaliyyətin  səmərəliliyi  aşağı  düşür,  firma  tənəzzülə  uğrayır  və  iflasa  düçar 
olur. 
Biznes aşağıdakı tsikli mərhələlərdən keçir: 
– işgüzar tsikl; 
– məhsulun həyatı tsikli; 
– biznes növünün həyatı tsikli; 


 
18
– firmanın həyatı tsikli. 
ş
güzar  tsikl
  –  biznesin  bir  sıra  davamlı  vəziyyətlərini  əhatə  edir.  Buraya 
bazarın  öyrənilməsi,  məhsul  istehsalı  və  satışı  daxildir.  Firmanın  təşkilatı 
strukturunun  formalaşması  onun  ştatının  komplektləşdirilməsi  özü  bir  sıra  funk-
sional mərhələləri əhatə edir. Tsiklin davamiyyəti onun mərhələlərinin dövriyyəsi 
ilə uzlaşır. Hər bir tsiklin gerçəkləşməsi müəyyən edilmiş mənfəətlə nəticələnir. 
Məhsulun həyat tsikli
 – geniş yayılmış model kimi işgüzar aktivliyin sonrakı 
mərhələsini  əhatə  edir.  Bu  tsikl  özü-özlüyündə  aşağıdakı  dörd  mərhələdən 
ibarətdir: 
– bazara tətbiq olunma mərhələsi; 
– artım mərhələsi; 
– yetkinlik mərhələsi; 
– enmə mərhələsi. 
Bütün  bu  mərhələlər  qrafik  illüstrasiyalarda  şişuclu  prabolik  əyri  təsəvvürü 
verir. 
Biznes növünün həyat tsikli
 beş mərhələdən ibarətdir. 
– başlanğıc mərhələsi; 
– genişlənmə və artım mərhələsi; 
– optimal fəaliyyət mərhələsi; 
– işgüzar əməliyyatların azalma mərhələsi; 
– biznes növünün dəyişməsi. 
Biznes  növünün  dəyişilməsi,  yeni  fəaliyyət  növünə  keçid  üçün  hazırlıq 
mərhələni  nəzərdə  tutur.  Burada  diversifikasiya,  fəaliyyətin  ixtisaslaşması, 
biznesin  coğrafıyasının  dəyişməsi,  onun  transformasiya  və  modernləşdirilməsi 
variantları nəzərdən keçirilir. 
Təşkilatın həyat tsikli
 də dörd mərhələni əhatə edir: 
– yaranına; 
– artım; 
– yetkinlik; 
– tənəzzül.  


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə