Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə7/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   2   3   4   5   6   7   8   9   10   ...   37

 
19
Təşkilatın  fəaliyyəti  həyat  tsiklinin  ayrı-ayrı  mərhələlərində  dəyişkənliyə 
uğrayır.  Burada  fiziki  aşınma  ilə  yanaşı  mənəvi  aşınma  da  özünü  göstərir.  Əgər 
firma  həyat  tsiklinin  ayrı-ayrı  mərhələlərinin  tələblərinə  reaksiya  vermirsə,  bu 
zaman ressesiya prosesi başlayır və o, iflasa yaxınlaşır. Qeyd olunmalıdır ki, dünya 
biznesində  iflas  nadir  hadisə  deyildir.  O,  heç  də  sahibkar  fəaliyyətinin 
dayandırılması və təşkilatın ləğvi ilə sonuclanmır. Sahibkarın müəssisəni qorumaq 
şansı və cəhdləri onu müşayiət edir.  flasın sərt alternativlərindən biri də biznesin 
yenidən  təşkili  ilə  bağlıdır.  Bu  zaman  böhranlı  vəziyyətdən  çıxış  üçün  müvafiq 
plan  hazırlanıb  gerçəkləşdirilir.  Qeyd  olunduğu  kimi,  iflas  və  ləğv  olunma 
sahibkarlıq karyerasının sonu deyildir. Məlum məsəldə olduğu kimi, «iş görməyən 
səhv  də  etmir».  Belə  situasiyalarda  başlıca  hərəkət vəziyyəti  dərk  etmək  və  çıxış 
üçün tədbirlər görməkdir. 
Biznes fəaliyyətin tsikllər mərhələsinin nəzəri aspektlərinə diqqət yetirdik də 
görürük  ki,  bu  proses  prinsipcə  mütləq  xarakter  daşıyır.  Ona  görə  də  biznes 
fəaliyyətində tiskllərin mövcudluğu qəbul olunmalı və onun strategiyasında artım 
və  tənəzzül  meylinin  labüdlüyü  diqqətdən  yayınmamalıdır.  Biznesmen  hər  bir 
mərhələdə  özünün  təmsil  etdiyi  firmasının  missiyasını  dəqiq  dərk  etməli,  hər  bir 
situasiyadan mümkün effektli qərar çıxarmalıdır. 
Biznes və ya işgüzar münasibətlər bütün biznesmenləri və onların fəaliyyətini 
ümumi  məxrəcə  gətirən  vahid  bir  sistem  yaradır.  Biznes  sistemi  işgüzar 
münasibətlərin  subyekti,  biznes  infrastrukturu,  idarəetmə  sistemi  (menecment), 
konturagentlərin  öyrənilməsi  (marketinq),  fəaliyyətin  qiymətləndirilməsi  (pullar
və inkişafın daxili şəxsi impulslarına malikliyini (rəqabət) əhatə edir. 
şgüzar  münasibətləri  ümumi  məxrəcə  gətirən  təşkilati  hüquqi  formalar 
məcmu kimi biznes infrastrukturu çıxış edir. Biznes infrastrukturu kredit, gömrük 
sistemi,  kommersiya  bankları,  fond,  valyuta,  əmtəə,  xammal,  əmək  birjalarında 
vasitəçilik  təşkilatlandırılması,  qeyri-birja  vasitəçiliyi,  hərraclar,  vergi  sistemi, 
sığorta,  reklam,  auditor  və  konsaltinq  kompaniyaları,  informasiya  agentlikləri, 
kütləvi  informasiya  vasitələri,  ticarət  palataları,  fondlar  və  digər  müvafiq 
təsisatlarla  əhatə  olunur.  Biznes  məkanında  normal  inkişaf  üçün  müvafiq 


 
20
infrastrukturun  olması  zəruridir.  Belə  müasir  infrastruktur  işgüzar  münasibətlərin 
ayrılmaz komponentlərini təşkil edir. Onun müvafiq elementlərinin varlığı insanlar 
arasında  münasibətlərin  sivil  formaya  düşməsini  qaynaqlandırır.  Buna  görə  də 
biznes  infrastrukturunu  işgüzar  münasibətləri  ümumi  məxrəcə  gətirən  təşkilati-
hüquqi  formaların  məcmu  kimi  qiymətləndirmək  olar.  Müasir  bazar 
iqtisadiyyatında belə formalar aşağıdakıları əhatə edir: 
– kredit sistemi və kommersiya bankları; 
–  fond,  valyuta,  əmtəə  və  xammal  birjalarında  vasitəçilik  təşkilatlandırılma-
sının yaradılması; 
–  qeyri-birja  vasitəçiliyi,  yarmarkalar,  hərraclar  və  digər  müvafıq  təşkilati 
formalar; 
– vergi sistemi, vergi müfəttişliyi və gömrük sistemi; 
– əmək birjaları, sığorta, konsaltinq, auditor kompaniyaları; 
– informasiya texnologiyaları və işgüzar kommunikasiya vasitələri; 
– reklam və informasiya agentlikləri, kütləvi informasiya vasitələri; 
– ticarət palataları, digər işgüzar insanları birləşdirən təşkilatlar; 
– muzdla işləyən həmkarlar təşkilatları; 
– sərgi kommersiya kompleksləri; 
– kadrların hazırlıq sistemləri; 
– işgüzar aktivliyi stimullaşdıran ictimai və dövlət fondları. 
Biznesdə  daim  artmaqda  davam  edən  işgüzar  reputasiyanın  əldə  edilməsi 
olduqca  vacib  məsələdir.  stehsalçının  işgüzar  reputasiya  mexanizmini  yaratması 
repyutinq adlanır. Repyutinq stil, imic, işgüzar reputasiya və qudvil (reputasiyanın 
qiyməti
) kimi komponentləri əks etdirir. Məqsədi müştərini anlamaq, onun arzu və 
tələblərini  öyrənmək  məramları  təşkil  edən  repyutinqə,  həm  də  «menecment-
marketinq-repyutinq»  formalı  bazar  mexanizminin  zəncirini  yaradan  tərkib  hissə 
kimi də təyin vermək olar. 
şgüzar  reputasiyanın  yaranmasında  «Pablik  rileyşnz»in  (Public  realations
də  əhəmiyyəti  böyükdür.  «Pablik  rileyşnz»  təşkilatın  iqtisadi  müvəffəqliyinin 
təminat  vasitəsi  kimi  çıxış  edir.  Sosial  və  psixoloji  menecmetin  məxsusi  forması 


 
21
olan  «pablik  rileyşnz»  ingilis  dilindən  tərcümədə  «ictimai  əlaqələr»,  «ictimai 
münasibətlər»,  «kütlə  üçün  hekayət»  kimi  mənaları  ifadələndirir.  Çoxtərəfli  və 
çoxölçülü  olan  «pablik  rileyşnz»in  məqsədlərini  sadə  kiçik  formatda  vermək 
mümkün  deyildir.  Lakonik  şərhdə  «pablik  rileyşnz»  ictimai  rəy  və  ictimai 
münasibətlər,  hökumət  və  beynəlxalq  əlaqələr,  maliyyə  və  istehlakçılarla 
münasibətlər,  tədqiqat  və  statistika,  kütləvi  informasiya  vasitələri  kimi  mühüm 
istiqamətləri  ehtiva  edir.  «Pablik  rileyşnz»in  yaranışı  və  inkişafı  cəmiyyət 
qanunları,  ictimai  ənənə  və  tələblərlə  şərtlənmişdir.  ABŞ-da  geniş  intişar  tapan 
demokratik  prinsiplər  və  vətəndaş  cəmiyyətinin  yetkinliyi  «pablik  rileyşnz»in 
yaranış zərurətini diqtə etmişdir. 
Biznes  işində  vacib  strateji  xətt  kimi  tərəfdaşlıq  əhəmiyyət  daşıyır. 
Tərəfdaşlıq  istehsal  sferasında  əmtəə  mübadiləsində,  ticarətdə,  maliyyə 
münasibətlərində  əksini  tapır.  Fövqəladə  bir  məsələ  olaraq  tərəfdaşlıq  seçiminin 
köməyi ilə biznesdə uğur əldə edilir. 
Biznes fəaliyyətinin mahiyyətini araşdırarkən onun hər bir mərhələdə amansız 
risk aşırımlarından keçdiyini yəqin edirsən. Əslində biznes işi riskləri qət etmə ilə 
uğura yetişir. Buna görə də biznes prosesində riskin idarəedilməsi, onunla davranış 
bacarığı vacib sayılır. 
Bazar iqtisadiyyatının müxtəlif inkişaf səviyyəsində dövlət biznes fəaliyyəti-
nin inkişafına fiskal, maliyyə-kredit siyasəti ilə üç istiqamətdə yardımçı olur: 
1. Rəqabəti dəstəkləməklə səmərəliliyin artırılması; 
2. Vergi sistemi və bölgü prinsipi ilə ədalətin təminatı;  
3.  nflyasiyanı  sabitləşdirmək,  işsizliyi  mülayimləşdirməklə  makroekonomik 
sabitlik və iqtisadi artımın təminatı. 
Tarixi  təcrübə  göstərir  ki,  biznes  fəaliyyətinin  bazarın  son  dərəcə  azadlığı 
olduğu  şəraitdə  belə  dövlət  dəstəyinə  ehtiyaclıdır.  Bu  ehtiyaclar  təkcə  normativ-
huquqi  sferanı  əhatə  etmir.  Dövlətin  dəstəyi  dünya  bazarında  çıxışda  da  özünü 
göstərir.  Ən  nəhəng  biznes  layihələri  dövlət  dəstəyi  olmadan  gerşəkləşməsi 
çətindir.  Dövlətin  maraqları  olmadığı  yerdə  biznes  fəaliyyəti  heç  bir  səmərə 
verməz. 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə