43
özəl sektora verilməsindən getmir. Araşdırmalar göstərir ki, müasir dünyada neft
sənayesinə münasibət əsasən iki qütblüdür. Bir sıra ölkələrdə bu sərt dövləti,
digərlərində isə liberal düzümlüdür. Əslində bütün mütərəqqi ölkələrdə neft biznesi
qarışıq formada inkişaf etməkdədir. Yəni neft sənayesinin obyektləri həm dövlət və
həm də özəl sektorda cəmləşmişdir. Lakin bütün ölkələrdə karbohidrogen
resursları dövlətə və xalqa məxsusdur. Bu hal isə neft sektorunda strateji
özəlləşmənin həyata keçirilməsində heç də yataqların dövlətsizləşdirilməsi fikrinə
gətirilməməlidir. Söhbət burada həmin yataqların kiçik, azdebitli, mürəkkəb
istehsallı hissəsinin müəyyən zaman kəsiyində lisensiya əsasında ayrı-ayrı
sahibkarlara və biznesmenlərə verilməsindən, habelə neft infrastrukturunun reno-
vasiya gözləyən istehsal və xidmət obyektlərinin tam və qismən öəlləşdirilmə-
sindən gedir. lk növbədə isə kiçik «strateji» obyeklər tenderlərə çıxarılmalıdır. Bu
istiqamətdə beynəlxalq təcrübə xeyli sınanmış material verir. Belə ki, Rusiyanın
hazırda neft sənayesində yüzdən çox kiçik və orta həcmli neftqazçıxarıma
müəssisəsi, o cümlədən, 45 xarici kapitallı təşkilat fəaliyyət göstərir. ABŞ-da isə
kiçik neft hasilatçılarının sayı 2 mini ötmüşdür. Bu hasilatçıların ümümi istehsalda
payı 40 faizdən çoxdur. Kanadada isə kiçik neft çıxaranlar hasilatın 30 faizini
təmin edirlər. Bu iş birliyi çərçivəsində səmərəlilik hətta aparıcı neft şirkətləri ilə
müqayisə olunandır [48].
Kiçik hasilatçılar özlərinin həyat qabiliyyətliliyini çoxdan təsdiq etmişlər.
Hərçənd, onlar o, qədər də rentabelli yerlərə sahib deyillər. Yatağın yalnız bir
fraqmentinə sahibliyi təmin etməklə kiçik hasilatçılar geniş daxili potensial nü-
mayiş etdirirlər. Neft işi ilə məşğul olan müəssisə və təşkilatlarda dinamikliyi tə-
min etmək, təsərrüfatları real bazar subyektinə çevirilmək üçün biznes strategiya-
sına geniş meydan açılmalıdır. Belə ki, davamlı ekstensiv istehsal prosesi nəticə-
sində köhnə yataqları əhatə edən istismar zonasında neft-qaz hasilatı tənəzzülə
uğramışdır. Marginal vəziyyətdə olan bu yataqlarda kəskinləşən dağ-mədən geoloji
çətinliklərlə əlaqədar hasilat artımına nail olma yeni texnoloji yanaşma, aktiv
maliyyələşmə və qabaqcıl biznes menecmenti tələb edir. Çətin təsərrüfat vəziyyəti
və «ödəməmələr» problemi ilə qarşı-qarşıya dayanan neft sektorunun isə bu tələb-
44
ləri dolğun təmin etməyə maliyyə və texnoloji potensialı xeyli məhdudlaşmışdır.
Prosesin ahəngdarlığı isə böyük məbləğdə investisiya qoyuluşu tələb edir. Ona
görə neft sektorunda özəlləşdirmə xeyli sürətləndirilməlidir.
Aydındır ki, özəlləşdirmə strategiyasının biznesin inkişafında rolu və əhəmiy-
yəti danılmazdır. Qeyd edildiyi kimi respublikada bu sahədə xeyli işlər görül-
müşdür. Lakin bununla belə göruləsi işlərin həcmi də xeyli genişdir. Elmi biçimli
iqisadi-fundamental əsaslara istinad olunan yeni özəlləşdirmə strategiyası neft
sektorunda da bazar prinsiplərinə müvafıq servisin təşəkkülünü təmin edəcək,
biznes işinin təşkilinə uğurlar gətirəcəkdir.
nvestisiya biznesin müəyyən edilmiş məqsədlərinə nail olmaq üçün əsas
vasitədir. Odur ki, strateji baxımdan investisiyalaşmanın baza prinsipləri nəzərə
alınmalıdır. Özəlləşdirmə, səhmləşmə aspektində isə yeni investisiya mənbələrin-
dən istifadə də reallığa çevrilir. Fəaliyyətini genişləndirən Azərbaycan Respublika-
sının Qiymətli Kağızlar Komitəsi nəzərdən keçirilən işlərin reallaşmasında yeni
əsaslar yaradır. Respublikanın iqtisadi potensialını xaricdə təbliğ edən və ölkəyə
sərmayələrin cəlbinə təkan verən «ABŞ-Azərbaycan», «Azərbaycan-Fransa»
ticarət palatalarının müvafiq fəaliyyəti də bu istiqamətdə geniş imkan açır. Ümu-
miyyətlə, sənaye-ticarət palatalarının biznes fəaliyyətinin genişləndirilməsində
əhəmiyyəti yüksəkdir. Xüsusən xarici biznesmenlər hər hansı bir ölkədə sərmayə
qoyuluşlarını gerçəkləşdirərkən zəruri informasiyaları məhz sənaye-ticarət palata-
larından əldə edirlər.
Azərbaycanda neft biznesinin universal standartlara uyğun tərzdə inkişaf
etdirilməsində BP şirkəti mühüm rol oynayır. Ana vətəni Böyük Britaniya olan BP
şirkəti xam neft ilə təbii qazın kəşfıyyatı, hasilatı, emalı, neft-kimya məhsullarının
istehsalı, yanacaq, sürtkü yağları, kimyəvi məhsulların daşınması və marketinq
sferasında 6 qitənin, yüzdən çox ölkənin ərazisində fəaliyyət göstərən qlobal dün-
yanın ən böyük enerji qurumlarından biridir. Yüz mindən çox ştat vahidi olan
şirkət gün ərzində 4 milyon barel neft hasil edir və təqribən 13 milyon alıcıya
yüksək keyfiyyətli məhsullar təqdim edir. BP şirkəti Azərbaycanda 1992-ci ildən
fəaliyyət göstərir. BP şirkəti artıq respublikamızda AÇG, Şahdəniz, BTC və
45
Cənubi Qafqaz boru kəmərini əhatə edən 4 super layihə çərçivəsində çoxfunk-
sional biznes şəbəkəsi qurmuşdur. BP Eksploreyşn Ltd şirkəti Azərbaycanda neft
biznesi sahəsində bütün layihələr üzrə əsas koordinator rolunu oynayır. BP
şirkətinin biznes fəaliyyətində mindən çox əməkdaş çalışır ki, bunların da 80
faizdən çoxu azərbaycanlılardır. Həmin şirkətin Azərbaycanda investisiya paketi
layihəsi 21 milyard dollara bərabərdir. «Əsrin müqaviləsi» üzrə yaradılan hüquqi
şəxs ABƏŞ-in də operatoru olan BP şirkəti müvaftq layihə çərçivəsində Azər-
baycanın Xəzər sektorunda indiyədək 250 milyon bareldən çox neft hasil etmişdir.
BP Eksploreyşn Ltd-nin fəaliyyəti sırf biznes xarakterlidir. Həmin şirkət ya-
randığı vaxtdan neft biznesi sahəsində çox önəmli işlər görmüş və hazırda lokoma-
tivi rolunda çıxış edir. Şirkətin Azərbaycandakı biznes fəaliyyəti beş sahəni əhatə
edən koorporativ biznes strategiyaları ilə tənzimlənir. Buraya aşağıdakılar daxildir:
– etik davranış;
– əməkdaşlar, əlaqələr;
– sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi;
– maliyyə;
– nəzarət.
BP Eksploreyşn Ltd biznes sahəsində bir sıra müvafiq öhdəliklər götür-
müşdür. Biznesin inkişafında mühüm rolunu nəzərə almaqla bu öhdəliklər
aşağıdakı təsnifatda verilir:
– Qanunun aliliyinə hörmət və biznesi səmərəli təşkil etmək, bu zaman insan
ləyaqətinə və fərdlərin hüqüqlarına hörmətlə yanaşmaq;
– Müxtəlif rəy və mülahizələrin dəyərləndirildiyi qarşılıqlı inam və hörmətə
əsaslanan iş birliyi yaratmaq;
– nsanların bizə inanması və bizimlə iş görəməyə can atması üçün bütün
əlaqələrmizdə qarşılıqlı fayda yaratmaq;
– Təbii mühitə hörmət nümayiş etdirmək, heç bir qəzaya yol verməmək, in-
sanlara ziyan vurmamaq və ətraf mühitə zərər yetirməmək istiqamətində məqsəd-
lərmizə nail olmaq üçün iş görmək;
Dostları ilə paylaş: |