Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə11/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   7   8   9   10   11   12   13   14   ...   37

 
31
birbaşa müddətli istehlakçı tapıntısı biznes uğurunun təminatçısına çevrilir. Burada 
miqyaslılıq  şərtləri  üstün  mövqedədir.  Kiçik  partiyalarla  ixracatın  öz  müştəriləri, 
böyük partiyaların da öz müştəriləri vardır. Unikal ehtiyatlar üzrə biznes fəaliyyəti 
böyük  ölkələrin  xeyir-duası  olmadan  reallaşdırıla  bilməz.  Adətən  belə  ehtiyatalar 
üzrə  biznes  fəaliyyətini  dünyanın  aparıcı  ölkələrinin  Transmilli  korporasiyaları 
(TMK)  yerinə  yetirir.  xracat  işi  özü-özlüyündə  sadə  məsələ  deyil.  Burada 
kommunikasiya  şəraiti,  nəql  alternativliyi  də  mühüm  amil  kimi  qarşıya  çıxır. 
Əlbəttə, bu neft biznesinin əlverişlilik mühiti, formalaşmış ənənəvi və mobil neft 
infrastrukturu  ilə  daha  sıx  bağlı  olan  məsələdir.  Əgər  bu  şərtlər  öncədən  təmin 
olunmuşsa,  onda  işin  gedişində  rəvanlıq  yüksək  olacaqdır.  Neftin  yeni  kəşflyyat 
işlərində  isə  bu  infrastruktur  komponentləri  biznes  fəaliyyətində  investisiyanı 
mühüm  amilə  çevirəcəkdir.  ABŞ-da  Alyaskada  və  Rusiyada  Arktikada  neft-qaz 
hasilatının  genişləndirilməsində  bu  şərtlər  öndə  dayanır.  Arktikada  neft  hasilatı 
buzadavamlı  platformaların  inşasını  əlahidə  buzqıran  tankerləri  olan  donanma 
tələb  edir.  Müasir  dövrdə  bütün  bu  işlər  xeyli  artıq  vəsait  tələb  etdiyindən 
rentabellik baxımından məqbul sayılmır. 
qtisadiyyatın  effektivliyi  bazardakı  vəziyyətlə  bağlıdır.  Bu  reallıq  iqtisadi 
sistemin əksər variantlarına şamildir. Buna görə də neft biznesinin hər hansı model 
quruluşu qiymət problemindən yan keçə bilməz. Bu baxımdan neft biznesində də 
qiymət  tənzimlənməsi  daim  aktual  olaraq  qalır.  Neftin  diskont  meylli  əmtəə 
olmasına  istinadən onun dəyərini  formalaşdıran  amillər sırasında  tələb və  təkliflə 
yanaşı alternativ enerji mənbələrinin olması, OPEK-in qiymət siyasəti, təbii şərait 
və fors-major sindromu mühüm yer tutur. Buna görə də bazar şəraitində fəaliyyət 
firma və şirkətləri müvafiq qiymət siyasəti aparmağa, çevik konyektur strategiyası 
qurmağa  kökləyir.  Burada  neftin  özünün  keyfiyyətlilik  çeşidinin  də  əhəmiyyəti 
yüksəkdir.  Fiziki-kimyəvi  parametrlərdə  fraksiya  quruluş,  xüsusi  çəki,  istilik-
törətmə, qatılıq, sıxlıq komponentlərində təsnifləşdirilən neft vizual təmasda rəngi-
nə,  qoxusuna  və  hətta  dadına  görə  də  fərqli  keyfıyyətə  malikdir.  Aşağıda  tərəfi-
mizdən  neftin  qiymət  dəyərləndirməsini  şərtləndirən  təsnifat  parametrləri  veril-
mişdir (sxem 3). 


 
32
Sxem 3. 
 
NEFT N Q YMƏT DƏYƏRLƏND RMƏS N   
ŞƏ
RTLƏND RƏN TƏSN FAT PARAMETRLƏR  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Sertifikatlaşma  çevrəsində  nümunəvi  standartlı  neft  sıxlıq  amili,  kükürdün 
miqdarı, parafin, su və digər mexaniki qatışıqlar spektrində keyfıyyət donu alaraq 
xüsusi marker növündə istehlakçı seçiminin öhdəsinə buraxılır. Sıxlığına görə neft 
yüngül  (850  kq/m3),  orta  (851  kq/m3-dən  –  885  kq/m3-ə  qədər)  və  ağır  (885 
kq/m3-dən  yüksək)  neft  olmaqla  da  üç  qrupa  ayrılır.  Bu  sırada  yüngül  neft  bir 
qədər  əmtəə  standartlı  hesab  edilir.  Sıxlıq  ölçülərinə  görə  dünya  neft  hasilatında 
müvafiq  bölgü  60:30:10  faiz  nisbətindədir.  Bununla  belə  neftin  qiymət  məsələ-
sində  sıxlıq  ölçüləri də  son sözü  demir.  Emal  ediləcək  neftin  məhsuldarlığı  onun 
kükürdlülük səviyyəsindən də asılıdır. Bu mənada neft tərkibindəki kükürün miq-
K MYƏV  
TƏRK B  
KARBON 
84-87% 
H DROGEN 
12-14% 
OKS GEN 
0,7% 
AZOT 
0,001-1,8% 
KÜKÜRD 
0,001-5,3% 
NEFT 
F Z K  
TƏRK B  
MOLEKULYAR 
QURULUŞ 
FRAKS YON 
QURULUŞ 
ST L KTÖRƏTMƏ 
QAB L YYƏT  
10400-11000 kkal/kq
 
SIXLIQ 
0,800-0,920 q/sm
3
 
ALIŞMA 
+35-120
0

QAYNAMA 
+28
0

PARAF NL
 
NAFTENL
 
AROMAT K
 
MAZUT
 
QAZOYL
 
KEROS N
 
NAFTA
 
BENZ N
 
ÖZLÜLÜK 
(50
0
S) 1,2-55sst
 
KARBOH DROGENL  QAZLAR 


 
33
yasına görə də çeşidləmə bölgüsünə məruz qalır. Bununla belə kükürdlü neft aşağı 
qiymətləndirilir və onun emal prosesi müəyyən mürəkkəbliklərlə müşayiət olunur. 
stehlak  tələbindən  qaynaqlanan  neft  marker  indikatorunda  bazar  konyuk-
turasına  müvafıq  olaraq  hər  gün  dünya  birjalarının  ticarət  zallarında,  treyderlərlə 
alıcıların birbaşa qarşılıqlı təmasında qiymət təyinatını tapır. Neft birjasında ticarət 
müştəri  tələblərinə  uyğun  olaraq  cari  –  spot  və  gələcək  təhcizatlara  orientasiya 
edilən  fyuçers  sövdələşmələri  əsasında  aparılır.  Fyuçers  ticarəti  neft  sövdələrinin 
əksəriyyətini  əhatə  edir  və  burada  diskont  həcmi  hər  barel  üzrə  cari  qiymətlərə 
rəğmən  0,4  dollardan  0,6  dollara  qədər  parametrlərdə  uzlaşır.  Fyuçerslər  faktiki 
alışa bir ay qalmış hərəkətini dayandırır [84]. 
Qlobal neft birjalarında cəm olaraq əsas 10 ümumtanınmış neft markası üzrə 
ticarət  qurulmuşdur.  Avropada  London  (IPE)  -  «Brent»,  Amerikada  Nyu-York 
(NYMEX) - WTI (orta Qərbi-texas) və Asiyada isə Sinqapur (SIMEX) birjasında 
hər  iki  təyinatlı  məhsul  və  bununla  yanaşı  ayrıca  «Dubay»  qarşılıqlı  marker 
növünün satışı reallaşdırılır. Beynəlxalq bazarlarda ümumən «Brent» markalı neft 
üstün  qiymətləndirilir.  Əsas  marker  çeşidləri  ilə  yanaşı  dünya  ticarət  arsenalında 
neftin  digər  əlahiddə  növləri  də  mövcuddur.  rili-xırdalı  olmasına  baxmayaraq 
fərqli çeşidlər qlobal bazarlarda neftin qiymətləndirilməsində iştirak etmirlər. 
«Layt» markasından olan Azərbaycan vətən nefti isə dünya bazarlarına Rusi-
yanın  «Urlas»  neft  qarışığı  çeşidində  xüsusi  «Azərilayt»  adı  ilə  çıxarılır.  «Layt» 
nefti «Brent»dən 1-1,5 dollar arası aşağı qiymətlə satışa çıxarılır. 
Neft  satışını  həyata  keçirən  beynəlxalq  birjaları  «neft  səbəti»  adlanan 
keyfiyyət  toplusunu  müxtəlif  çeşidlərdən  yaradırlar.  Buna  misal  olaraq  Tokio 
ticarət birjasında TAPIX indeksi altında satışa çıxarılan neftin keyfiyyət çələnginin 
strukturuna  nəzər  yetirilməsi  məqsədəuyğun  sayılır.  TAPIX  indeksi  Yaxın  Şərq, 
Malaziya,  ndoneziya,  Vyetnam,  Çin,  Avstraliya  və  Yeni  Qvineyada  hasil  edilən 
neft növlərinin cari spot qiymətləri üzrə hesablanır. 
OPEK-də  isə  neft  çeşidləri  toplusunun  indikativ  səbəti  yeddi:  Əlcəzair 
Saharan  Blend
,  ndoneziya  Minas,  Nigeriyanın  Bonny  Light,  Səudiyyə  Ərəbis-
tanının  Saudi  Arabian  Light,  BƏƏ-nin  OAG  Dubai,  Venesuellanın  Tia  Juana  və 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə