Microsoft Word Magistr-dissertas doc



Yüklə 1,06 Mb.
Pdf görüntüsü
səhifə12/37
tarix15.07.2018
ölçüsü1,06 Mb.
#55721
1   ...   8   9   10   11   12   13   14   15   ...   37

 
34
Meksikanın Isthmus növləri əsasında formalaşdırılır. OPEK  yaxşılaşdırılmış indi-
kator yaratmaq məqsədi ilə nəhəng neft istehsalçılarının neftini bu indeksə qatmaq 
niyyətindədir.  Hazırda  Rusiyanın  «Urals»  neftinin  də  bu  səbətə  daxil  edilməsi 
prosesi  üzərində  təkliflər  hazırlanır.  Bununla  belə  dünya  bazarında  neftin  yüksək 
qiymətini saxlamaq məqsədi ilə OPEK-də təchizatın mövcud prinsiplərini radikal 
dəyişmək  niyyəti  də  güdülür.  Söhbət  qiymət  səbətinin  və  qiymət  dəhlizinin  yeni 
hesablama üsulunun tətbiqindən gedir. 
Aparıcı  neft  şirkətləri  bazar  tələblərindən  çıxış  edərək  istismar  zonasının 
genişliyinə  və  yataqlar  kateqoriyası  amilinə  görə  hasil  etdikləri  xam  nefti  çeşid-
ləyirlər. Bu məqsədlə neftin keyfıyyəti üzrə müvafıq bankın yaradılması ideyası və 
reallaşdırılması  problemi  ortaya  çıxır.  «Neftin  keyfiyyət  bankı»  anlayışı  kifayət 
qədər şərtidir. O, keyfiyyət çevrəsində neft şirkətlərinin cərimə və kompensasiyalar 
ödənişini ehtiva edir. Kompaniya nə qədər kəmərə aşağı keyfiyyətli ağır neft daxil 
edirsə,  o  qədər  də  yüksək  miqdarda  istehsalçılara  kompensasiyalar  ödəyir.  Kom-
pensasiyalar  isə  aşağı  keyfiyyətli  neft  təhvil  verən  təchizatçılardan  müamilələr 
formasında alınaraq ödənilir [83]. 
Qiymət məsələsində ölçü sistemi mühüm rol oynayır. Dünya bazarında çeşid 
müxtəlifliyini  nəzərə  alaraq  neftin  çəkisi  əsasən  qeyri-metrik  sistemdə,  barrel 
ölçüsündə  müəyyən  olunur.  Bir  barrel  158,983  litrə  bərabər  hesablanır.  Bu  ölçü 
sistemi ABŞ-da 1866-cı ildən tətbiq edilir. Avropa və Asiyanın bir sıra ölkələrində, 
o  cümlədən  MDB  məkanında  və  Azərbaycanda  da  neftin  çəkisi  başlıca  olaraq 
metrik sistemdə aparılır və ton hesabı ilə ölçmələrə məruz qalır. 
Neft biznesində ölkənin həyata keçirdiyi energetik strategiya da az əhəmiyyət 
kəsb  etmir.  Hər  hansı  bir  ərazidə  neft  üzrə  biznes  fəaliyyətini  həyata  keçirən 
investor öncədən həmin ölkədə yaranmış enerji balansını, burada gerçəkləşdirilən 
neft siyasətini, müvafıq normativ-hüquqi bazanı öyrənməlidir. 
Bütün biznes növlərində olduğu kimi neft biznesində də aparıcı qüvvə şəxsi 
maraqlardan  qaynaqlanır.  « qtisadiyyatın  fəaliyyətinə  istiqamət  və  qayda  gətirən 
şəxsi maraqlar olmadan iqtisadiyyat özü fövqəlxaotik obraz ala bilərdi» [44, 65]. 


 
35
Dünya  neft  biznesində  yataqların  işlənilməsində  idarəetmənin  forma  və 
nıexanizmləri  geniş  spektrlidir.  Yataqların  işlənilməsinin  idarəetmə  prinsipi  isə 
neft biznesinin təşkilati strukturunun ana xəttini təşkil edir. 
Beynəlxalq  neft  biznesində  dövlətlə  investor  arasında  təşkilati  razılaşma 
strukturu tarixən yaranmış üç növ saziş formasını nəzərdə tutur: 
– Hasilatın pay bölgüsü - HPB; 
– Konsessiya /lisenziya/; 
– Risk-servis. 
Bu  sırada  daha  geniş  HPB  (prodakşn-şerrinq)  və  konsessiya  sistemi 
yayılmışdır. Avropa və Amerikada konsessiya sistemi daha çox tərəqqi etmiş, HPB 
sistemi  isə  əsasən  «üçüncü  ölkələr»  sferasında,  OPEK,  MDB,  Meksika  və 
Azərbaycanda geniş tətbiq olunmaqdadır [66]. 
Bu  iki  sistem  arasında  nəzərə  çarpan  fərqlər  mövcuddur.  HPB  sistemində 
axtarış-kəşfıyyat  işləri  üzrə  risk  tamamilə  investorun  üzərinə  düşür.  Müasir 
konsessiya sistemində isə investor gəlirlərini maksimallaşdırmaqda milli valyutaya 
əsaslanan  pul  formasından  istifadə  etməlidir.  Bu  addım  konsessiyanı  qəbul  edən 
ölkədə milli valyutanın dönərli olmadığı təqdirdə daha çox əhəmiyyətlidir. HPB-də 
isə  gəlirlər  əmtəə  formasında  alınaraq  valyuta  riskini  minimuma  endirir.  Belə 
vəziyyət  isə  yalnız  fiskal  gəlirləri  hədəf  edən  konsessiya  sistemində  hərəkət 
edənləri  passiv,  biznesini  reallaşdırmaq  üçün  müştərək  təşkilat  –  konsorsium 
yaratmış HPB-ni isə daha aktiv olmağa sövq edir. Elə buna görə də HPB inkişaf 
etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə daha çox populyarlıq qazanır. 
Geniş mənada HPB sistemində axtarış və kəşfiyyatla bağlı risk neft biznesini 
reallaşdıran  şirkətin üzərinə  düşür.  Aşkarlanma  zamanı  hasil  edilən  məhsulun bir 
hissəsi sərf olunan xərclərin ödənişinə (kost-oyl), qalan hissəsi isə dövlətlə investor 
arasında razılaşmaya əsasən müqabil nisbətdə (profit-oyl) bölünür [48]. 
Dünya  praktikasında  HPB-nin  müvaflq  ölkələrdə  təşəkkülü  ilə  bağlı 
formalaşmış ənənəvi olan üş forması vardır: 


 
36
–  ndoneziya  –  ilk  tarixi  model  olaraq  1966-cı  ildə  ndoneziyada  yaranaraq 
digər  dünya  ölkələrinə  yayılmışdır.  Bu  model  məhsul  bölgüsündə  üç  səviyyəni 
nəzərdə tutur; 
– Peru – məhsul bölgüsündə iki səviyyəni nəzərdə tutur; 
– Liviya – bir səviyyəli məhsul bölgüsünə malikdir. 
Neft biznesində ənənəvi HPB modelləri ilə yanaşı müasir model çalarları da 
yaranmışdır. Burada 1993-cü ildən başlayaraq Rusiyada tətbiq edilən HPB forması 
daha  çox  diqqəti  cəlb  edir.  Rusiyada  HPB  modeli  başlıca  olaraq  məhsul 
bölgüsündə səviyyənin dörd pilləliyi ilə fərqlənir: 
1.  nvestor yerin təkindən istifadə üçün dövriyyədən dövlətə 6-16 faizə qədər 
royalti (royalti – yerin təkindən istifadə haqqı) ödəyir. 
2.  nvestor sərmayə xərclərinin ödənişi üçün «kompensasiya nefti» alır. 
3. Qalıq mənfəət nefti dövlətlə investor arasında razılaşmaya əsasən müqabil 
nisbətdə bölünür. 
4.  nvestor əldə etdiyi mənfəətdən 35 faiz həcmində vergi ödəyir. 
HPB ilə bağı reallaşma bir sıra ölkələrdə multiplikativ effekt yaradır. « qtisadi 
multiplikator»  adlanan  göstəricinin  neft  sektorunda  HPB  layihələri  üzrə 
hesablanmasından  aydın olur ki,  neft-qaz kompleksi  yalnız öz məhsulunun daxili 
və ixrac tələbinin yüksək olması ilə deyil, həm də yüksək multiplikativ effekti ilə 
bağlı  sahələrin  məhsuluna  da  yüksək  tələb  yaratmaqla  səciyyəvidir.  Mültiplikativ 
hesablamanın  neft-qaz  kompleksində  mahiyyəti  xammal  sektorunda  qoyulan  hər 
bir  valyuta  vahidinin  qeyri-xammal  sektorunda  nə  qədər  əlavə  gəlir  gətirməsi 
imkanları  ilə  bağlıdır.  YEK-ə  yönəldilən  investisiya  əvvəlcə  tranzit  olaraq  emal 
sənayesinə  və  digər  qeyri-xammal  sektoruna  daxil  olaraq  lazımi  avadanlıqların, 
əmtəə  və  xidmətlərin  alınmasına  sərf  edilir  və  sonrakı  mərhələdə  daha  geniş 
mültiplikativ effekt yaradır. 
Hesablamalar göstərir ki, Yanacaq-enerji kompleksində /YEK/ əlavə məhsul 
istehsalına  qoyulan  valyuta  vahidi  ÜDM-in  artımı  ilə  yanaşı  hasilatın  artması  və 
yeni  iş  yerlərinin  yaradılması  ilə  müşaiyət  olunaraq  YEK  özünün  də  səmərəli 
inkişafını təmin edir. Rusiyada multiplikatorun əhəmiyyət diapazonu inkişaf etmiş 


Yüklə 1,06 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə